MÜSTƏQİLLİK ƏRƏFƏSİNDƏ AZƏRBAYCANDA
SİYASİ VƏZİYYƏT
§ 1. AZƏRBAYCAN FEVRAL İNQİLABINDAN SONRA
1917-c i il fevralın 23-də Petroqradda fəhlə lərin tətil və nümay işi ilə
başlanan demokratik inqilab fevralın 27-də 67 minlik paytaxt qarnizonu
əsgərlərinin nü mayişi ilə özünün ən yüksək zirvəsinə çatdı. Fevralın 28-də inqilab
qələbə çaldı. Elə həmin gün Dövlət Du masının Müvəqqəti Ko mitəsi "Petroqradda
qayda-qanun yaratmaq, idarə və şə xslərlə ə laqəni tə min et mə k" məqsədilə
hökumətin funksiyaların ı ö z ü zərinə götürdüyü barədə bəyanat verdi. Bir gün əvvəl
isə ölkədə inqilab proseslərinin inkişafında başlıca rol oynamış Fəhlə Deputatları
Sovetinin Müvəqqəti İcraiyyə Ko mitəsi öz işinə başladı.
1917-c i il ma rtın 2-də II Niko lay Rusiya çar mütləqiyyəti tarixində son,
lakin ta xt-tac ı tərk et mə k haqqında ilk manifesti imzalad ı.
Martın 2-də ö lkədə real hərbi-siyasi güc olan quru mun Petroqrad Fəhlə və
Əsgər Deputatları Sovetinin b ilavasitə dəstəyi ilə Müvəqqəti hökumət təşkil
olundu. Höku mətin ö z qarşısına qoyduğu əsas vəzifə ö lkədə qayda-qanun yaratmaq
və yeni Rusiyada konstitusiya quruluşunu qanuniləşdirəcək Müəs sislər Məclisinə
seçkilər keçirmək id i.
Mərkəzdə
baş
verən
hadisələrin
mahiyyəti
Bakıda
dərhal
qiymət ləndirilməsə də, artıq mart ın 3-də Bakı fəhlələ ri Petroqrad inqilabçılarını
birgünlük tətil keçirməklə salamladılar. Elə həmin gün Bakıda keçirilən
yığıncaqlarda Müvəqqəti hökumətə sədaqət andları və əmin-amanlığın
qorunmasını, ordunun və əhalinin bütün zəruri mallarla təchiz edilməsi öhdəliyi
barədə bəyanatlar səsləndi. Martın 5-nə keçən gecə yeni hakimiyyət orqanı - Ba kı
İctimai Təşkilatları Şurası və onun Müvəqqəti İcraiyyə Ko mitəsi təşkil ed ild i.
Məmməd Əmin Rəsulzadə o günlərdə yazırdı: "Rusiyanın xalq ları öz
ürəklərində saxladıq ları məqsədlərə, nəhayət ki, çatdılar. Əliqanlı jandarm, bütün
xalq ın düşməni o lan istibdad yıxılmışdır"
1
.
Martın 3-də Cənubi Qafqazda mü lki hakimiyyət yeni yaradılmış Xüsusi
Zaqafqaziya Ko mitəsinə - OZAKOM -a verildi. Bu ko mitə reg ionun əsas
millətlərini Dövlət Du masında təmsil edən deputatlardan ibarət idi. OZAKOM-un
sədri rus kadeti V.A.Xarlamov, üzvləri - azərbaycanlı kadet, sonralar müsavatçı
M.Y.Cəfərov, gürcü federal-sosialisti K.Abaşidze, ermən i kadeti M. Papacanov,
rus kadeti P.Pe reverzev idilər. İki gündən sonra Nazirlər Şurasının sədri Lvovun
əmri ilə P.Pereverzev gürcü menşeviki A.Çxen keli ilə əvəz edildi. OZA KOM -da
Cənubi Qafqaz millətləri bərabər təmsil o lun madığı və aqrar məsələdə müəyyən
mövqe tutulmadığ ına görə xalq kütlələri OZAKOM-a etimad göstərmədiy i üçün o,
222
lap əvvəldən tənqid hədəfinə çevrild i
2
.
Yeni hakimiyyətin təşkili məsələsində siyasi partiyalar və onların liderləri
mü xtəlif mövqelərdə dayanırd ılar. Menşeviklər belə hesab edirdilər ki, yeni
hakimiyyət orqanları, mərkə zdə olduğu kimi, yeni inqilabi de mokrat iya
orqanların ın (Fəhlə, Əsgər və Kəndli Sovetlərin in) burjuaziya nü mayəndələri ilə
əməkdaşlığı əsasında yaradılmalıdır. Eserlərin fikrincə, Müvəqqəti hökumətin
yaranmaqda olan yerli orqanlarına Fəhlə və Əsgər Deputatları Sovetləri nəza rət
etməli idi. Bo lşeviklərə gəldikdə isə, onlar hələlik eserlərin tərəfində dursalar da,
sonradan yalnız ö zlərin in hakimiyyətə gəlməsi uğrunda açıq mübarizə aparmaq
mövqeyinə keçdilər.
1905-1907-c i illər inqilab ı dövründə Sovetlərin yarad ılması uğrunda
hərəkatın fəal iştirakçısı olan fəhlələr on lann hakimiyyət orqanı kimi dirçəldilməsi
ideyasını artıq 1917-ci ilin martında müdafiə ed irdilər.
Bununla yanaşı, fəhlələrin bir qis mi Müvəqqəti hökumətə və onun yerli
orqanlarına etimad göstərirdi. Fəhlə Deputatları Sovetləri və İctima i Təşkilatla rın
İcraiyyə Ko mitələrinin eyni vaxtda yaradılması məh z bu amillə bağlı id i. Bütün
bunlar, Rusiyanın digər yerlərində olduğu kimi, A zərbaycanda da
ikihakimiyyətlilik olduğunu göstərirdi.
Martın 7-nə keçən gecə 52 min fəhlə və qulluqçu tərəfindən seçilmiş 52
deputatdan ibarət (bunların 9 nəfəri bolşevik, qalanları isə menşevik və eser idi) Bakı
rayonu Fəhlə Deputatları Soveti qəti şəkildə formalaşdı. Seçkilərdə Bakı fəhlə əhalisinin
2/3-dən çoxu iştirak et mişdi
3
.
Sovetin birinci iclasında menşevik Q.Ayollo sədr, o dövrdə hələ menşevik olan
M.N.Mandelştam isə katib idi. Yalnız martın 8-də Saratov sürgünündən qayıtmış
S.Şaumyan qiyabi olaraq Sovetin sədri seçildi. Onun seçilməsi sosialist dairələrdəki
şəxsi populyarlığı ilə bağlı idi
4
. Sovetin İcraiyyə Komitəsinə iki bolşevik (İ.Fioletov və
İ.Ter-Qabrielyan) və bir eser (V.İ.Soçnev) daxil idi
5
. Həmin gün Bakı qarnizonunun
əsgər deputatları Sovetləri də yaradıldı. Onun sədri eser M.Nikitin seçildi
6
. Azərbaycanlı
əhali bu Sovetdə təmsil olunmamışdı. Fevral inqilabından sonrakı ilk günlərdə Sovetlər
əslində bütün siyasi təşkilatları əvəz edirdi və müəyyən dərəcədə onların funksiyasını
öz üzərinə götürmüşdü
7
. Sovet özünün fövqəladə səlahiyyətləri haqqında bəyanat verdi
və fəhlələri hər cür çıxışlardan çəkinməyə, öz işlərini davam etdirməyə çağırdı.
Burjua hakimiyyət orqanı olan İctimai Təşkilatların İcraiyyə Komitəsi də buna
oxşar çağırışla əhaliyə müraciət etdi
8
. Buraya həm Fəhlə Deputatları Sovetlərinin, həm
də şəhər Dumasının və ictimai təşkilatların nümayəndələri daxil oldu. Sağ menşevik
"Yedinstvo" təşkilatının üzvü L.L.Bıç sədr, həmin təşkilatın üzvləri A.K.Leontoviç,
Y.İ.Smirnov, kadet İ.D.İonesyan, menşevik İ.Y.Anşeles komitə üzvləri seçildilər
9
.
Fəhlə Deputatları Sovetindən fərqli olaraq, İcraiyyə Komitəsinə azərbaycanlı əhalinin
təmsilçiləri M.H.Hacınski və M.Ə.Rəsulzadə də daxil oldular. Komitəyə milli neft
sənayeçiləri maddi yardım göstərirdilər.
Bütövlükdə inqilabın ilk ayları müxtəlif siyasi cərəyanların, partiyaların, sosial
223
təbəqələrin Müvəqqəti hökumətə etimad göstərmələri və onu müdafiə etmələri ilə
səciyyələnirdi. Bu dövrdə cəmiyyətdə nisbi birliyin saxlanılmasına kömək edən daha bir
amil ondan ibarət idi ki, bolşeviklər Sovetlərin partiya tərkibini dəyişdirmək taktikasına
hələ keçməmişdilər. İndiyə qədər yerli hakimiyyət orqanlarının hamısı "bütün
demokratiyanın vəhdəti" şüarı altında formalaşır və Sovetlərlə yerli burjua hakimiyyət
orqanları arasında spesifik münasibətlər yaranırdı. Partiyalararası münasibətlərin getdikcə
kəskinləşməsi və qüvvələrin parçalanması hakimiyyət orqanlarının işini pozur, onun
fəaliyyətinə qeyri-sabitlik gətirirdi. Sovetlərlə İcraiyyə Ko mitəsi arasındakı
münasibətlərə təsir göstərən amillərdən biri də Sovetlərdə eser və menşeviklərin
çoxluqda olmaları idi.
Bu mərhələdə sosial-demokrat yönlü siyasi qüvvələrin birləş məsi p rosesi
ciddi ixtilaflar doğurmadı. 1917-ci il martın 10-da bolşevik və menşevik
nümayəndələrin in Birləş miş Müvəqqəti Komitəsi - "Ümu mşəhər Mərkəzi" seçildi.
Mərkəzin tərkib inə ü mu mşəhər yığıncağından 10 nəfər və Bakı Fəh lə Deputatları
Sovetinin partiya fraksiyalarından da eyni sayda nümayəndə daxil oldu. Birləş miş
Ko mitədə menşeviklər üstünlük təşkil edirdilər.
Bolşeviklərin və menşeviklərin vahid sosial-demokrat təşkilatında
birləşməsi onların bərabər və eyni mövqedən çıxış etməsi de mək deyildi.
Təşkilatın mövcud olduğu 4 ay ərzində onların cari həyatın bütün məsələlərinə
münasibəti b ir-b irindən fərq li idi. İki fraksiya arasındakı daimi mübarizə
Müvəqqəti Ko mitənin mətbuat orqanı olan "Bakinskiy raboçiy" qəzetində əks
olunurdu. Partiyanın birləş miş Müvəqqəti Bakı Ko mitəsinin o rqanı o lan qəzet artıq
5-c i sayından sırf bolşevik qə zeti kimi ç ıxmağa başladı
10
. Menşeviklər isə öz
mətbuat orqanlarını - "Sosial-demokrat" qəzetini buraxmağa başladılar. Qəzetin ilk
nömrəsi 1917-ci il iyunun 17-də işıq üzü gördü
11
.
Beləliklə, Bakıda menşeviklərin və bolşeviklərin bir-birindən təşkilati
cəhətdən ayrılması prosesi hər bir cərəyanın və mətbu orqanını buraxması ilə
başladı.
1917-c i il mayın 25-də bolşeviklər menşeviklərə xəbər vermədən
fəhlələrin içərisində daha çox nüfu zları olduğu Balaxanıda ö zlərin in ayrıca
konfransını keçirib xüsusi qətnamə qəbul edərək, menşevikləri Ko mitənin
tərkib indən kənarlaşdırd ılar
12
.
1917-c i il iyulun 1-də isə menş eviklər 14 nəfə rdən ibarət özlərin in
müstəqil ko mitələrin i yaratdılar və onun birləş miş RSDFP-n in Bakı Ko mitəsi
adlanması haqqında qərar qəbul etdilər
13
.
Mütləqiyyətin devrilməsi ərəfəsində eserlər (sosial inqilabçılar)
Azərbaycanda nə sanballı nüfu z sahibi, nə də kütləv i partiya idilər
14
. Onlar yalnız
inqilab ın gedişində təbliğ etdikləri sosial, vətənpərvərlik, müdafiəçilik ideyalarına,
onun ziddiyyətli proqramına uyan geniş əhali təbəqələri bu təşkilata can atarkən
real gücü olan kütləvi partiyaya çevrildilər.
1917-c i ilin ma rtında Ba kıda eserlər part iyasının Müvəqqəti İcra iyyə
224
Ko mitəsi təşkil ed ild i. Eserlər A lman iya ilə sülh bağlanana qədər müharibə
aparmağa və Müvəqqəti hökumətə hərtərəfli kö mək etməyə çağırırd ılar. On lar
inqilabda kəndlilərin roluna xüsusi yer verirdilər. Sosial inqilabçılar Qafqazda
kəndli ittifaq larının təşkilində fəal iştirak etməyi zəruri sayırd ılar. On lar Cənubi
Qafqazda milli məsələdən danışarkən yalnız sos ialist partiyaların timsalında
millət lərin demo krat nümayəndələri ilə takt iki saziş bağlamağın mü mkünlüyünü
iddia edir və "panislamç ı düşmən" obrazının yaradılmasında xüsusi rol
oynayırdılar. Eserlərin fikrincə, əzilən millətlə rin, o cü mlədən müsəlmanla rın
hüquqların ın müdafiəsi " xüsusi hüquqlar və imtiyazlar uğrunda" mübarizə demək
idi
15
.
Fevral inqilabı bütün müsəlmanların, o cü mlədən azərbaycanlıların siyasi
fəallığ ını artırd ı. Gündəlikdə duran ən vacib məsələlərdən biri təkcə Cənubi
Qafqazın yo x, bütün Rusiya müsəlman larının pərakəndə halda olan qüvv ələrin in
birləşdirilməsindən
ibarət
idi.
Hələ
Ümu mrusiya
Müsəlman
Şurası
yaradılmamışdan əvvəl 1917-ci il martın 27-də Bakı Müsəlman Milli Şurasın ın
Müvəqqəti İcraiyyə Ko mitəsi yaradılmış, "Müsavat" partiyasının üzvü, hüquqşünas
Məmməd Həsən Hacinski onun sədri seçilmişdi
16
.
Ko mitənin öz qarşısına qoyduğu əsas məqsədlərdən biri yerli ö zünüidarə
orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə
təmsil olun masına nail olmaq idi. La kin bu tələbə bolşeviklər, menşeviklər və
eserlər kəskin etiraz etdilə r. Onla rın qənaətinə görə, gizli səsvermə şəra itində
ümu mi, birbaşa və bərabər seçki hüququ müsəlmanlara ö z iradəsini tam ifadə
etmək imkanı yaradır. Lakin bu qüvvələr müsəlman lar içərisində savadsızlığ ın
yüksək olduğunu, onların baş verən inqilab i proses lərdən hələ ço x u zaq olduğunu
nəzərə almırd ılar.
Buna ba xmayaraq, 1917-c i il may ın 21-də Ba kı Ərzaq Ko mitəsinə
keçirilmiş seçkilər heç milli hərəkat liderlərinin də gözləməd ikləri nəticə ilə başa
çatdı: müsəlman bloku 29735 səs, sosialistlər (menşeviklər, eserlər, bolşeviklər,
daşnaklar) 18061, kadetlər isə yaln ız 1028 səs topladı. Seçkilər Müvəqqəti
hökumətin 1917-ci il 25 mart tarixli qərarına uyğun olaraq keçirilirdi. Ko mitənin
əsas funksiyası sabit qiy mət əsasında taxılın toplan ması, bölgüsü və satışına dövlət
inhisarını həyata keçirməkdən ibarət idi. "Kaspi" qəzeti sevinclə yazırdı ki,
müsəlmanlar bu seçkilərdə görünməmiş yüksək mütəşəkkillik göstərərək "ictimai-
siyasi kamillik imtahanından uğurla çıxd ıla r"
17
.
Lakin Bakıdakı "inqilabi demokratiya"nın nümayəndələri müsəlmanların siyasi
və ictimai təşkilatlarını qəsdən əksinqilabçılıqda günahlandırmaqda davam edirdilər.
"İzvestiya Bakinskoqo Soveta" qəzeti səhifələrində "müsəlman məsələsinə" həsr etdiyi
yazılarda "müsəlman millətçiliyin"dən, "müsəlman ictimai təşkilatlarının inqilab işinə
vurduqları ziyan"dan bəhs edirdi
18
. "Musulmanskie izvestiya" öz növbəsində mayın 30-
da M. Ə. Rəsulzadənin "Solların səhvləri" məqaləsini yenidən dərc etdi. Məqalədə müəllif
Sovet liderlərini müsəlmanlar arasında iş aparmağın zəruriliyini başa düşməməkdə
225
günahlandırırdı. O, "solların səhvini" müsəlmanlara sinfi mövqedən yanaşmaqlarında
görürdü
19
. Faktiki olaraq, bu məqalə "Bakı Sovetinin Xəbərləri" ("İzvestiya Bakinskoqo
Soveta") qəzeti ilə polemikanın əsasını qoysa da, elə bir ciddi siyasi nəticələrə gətirib
çıxarmadı.
Bu mərhələdə milli intibah qayəsi azərbaycanlıların şüurunda az da olsa iz
buraxmış türkçülük ideyalarında ifadə edilirdi. Bu ideologiyanı milli mərkəzlərdə Bakı
və Gəncədə yerləşən ayrı-ayrı qruplar həyata keçirird ilər.
Fevral burjua-demokratik inqilabının qələbəsindən sonra "Müsavat" partiyası
leqal şəkildə xalqı öz tərəfinə çəkmək istiqamətində geniş siyasi və təşkilati fəaliyyətə
başladı. Artıq 1917-ci ilin payızında "Müsavat" Azərbaycanda milli-demokratik
hərəkata başçılıq edən, sinfi və sosial mövqeyindən asılı olmayaraq, Azərbaycan
cəmiyyətinin müxtəlif təbəqələrini öz arxasınca apara bilən s iyasi partiyaya çevrilirdi.
Partiyanın dövlət quruluşu məsələsinə dair mövqeyi onun taktikasını və fəaliyyət
istiqamətini müəyyən edən əsas amillərdən biri idi.
"Müsavat‖ partiyası federativ demokratik Rusiya tərkibində Azərbaycana
milli-ərazi muxtariyyəti və 20 yaşına çatmış azərbaycanlı vətəndaşlara seçki hüququ
verilməsi ideyasını irəli sürürdü. Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra
Gəncədə Türk Federalistlər Partiyası yarandı. Bu partiya Rusiya dövlətinin muxtar
ərazilərin federasiyasına çevrilməsi ideyası ilə çıxış edirdi. Partiyanın yaradıcısı və
ideya rəhbəri Nəsib bəy Yusifbəyli idi.
Hələ 1905-ci ildə azərbaycanlı ziyalıların yaxından iştirakı ilə məramı
Rusiya müsəlmanla rın ın hüquqların ı müdafiə et mə k o lan "Rusiyada Müsəlmanlıq
partiyası" təşəkkül tapmışdı.
1917-c i ildə part iya və ona ya xın mühafizə kar d ini dairə lər ölkədə baş
verən hadisələrə münasibətdə gözləmə mövqeyi tutdular.
1918-c i ilin yanvar ayında "Rusiyada Müsəlmanlıq Pa rtiyası" ilə
Gəncədəki "İttihad" Cəmiyyətinin qovuşması, nəticəsində vahid "İttihadi-İslam -
Rusiyada Müsəlman lıq Partiyası yarandı". Bir il sonra, yəni 1919-cu ilin aprelində
partiyanın adı dəyişdirilərək, " Qafqaz İttihad firqəsi" adlandırıld ı. Bu partiyanın
əməli fəaliyyət və nəzəri baxışlarının bünövrəsi hər şeydən əvvəl islama əsaslanan
ittihad - birlik idi. İsla mı yalnız din deyil, siyasi, iqtisadi, hüquqi, mənəvi və s.
norma kimi qiy mətləndirən ittihadçılar onu müsəlman həyatının ö zülü, əsas
strukturu hesab edir, in kişaf yolunu isə məh z İslam normalarını təkmi lləşdirmək
vasitəsilə həyata keçirməkdə görürdülər
20
.
"Müsəlman kütlələrinin psixologiyasını nəzərə alan" və "özünün xüsusi
tarixə malik olduğunu iddia edən bolşevik "Hü mmət" partiyası 1917-ci il martın 3-
də fəaliyyətini bərpa ed ib, ö zünün Müvəqqəti Ko mitəsini yaratdı. Müvəqqəti
Ko mitənin başçısı N.Nərimanov, üzvləri isə M.Əzizbəyov, M.N.İsrafilbəyov və
N.M.Sultanov seçildilər. Ko mitə bolşevik mövqeyində durduğunu bəyan etdi.
Halbuki "Hü mmət"in əyalətdəki ko mitələri menşeviklərin üstünlük təşkil etdikləri
digər yerlə rdə, hə mç inin Tiflis quberniyasında onlara meyil göstərirdilə r
21
.
226
Yeni inqilabi şəraitdə Azərbaycan xalqın ın məqsəd və arzularını
müəyyənləşdirmək məqsədi ilə bağlı ilk addım 1917-ci il aprelin 15-20-də Bakıda
keçirilmiş Qafqaz müsəlmanların ın qurultayında atıld ı.
Qurultay ərəfəsində Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti
Ko mitəsi Qafqaz müsəlmanlarına mü raciət dərc etdi. Müraciətdə deyilird i:
"Komitə ü mu mmüsəlman qurultayı çağırmaqdan, milli-siyasi proqramı irəli
sürməkdən imtina ed ir, lakin məh z indi millətlərin mənafey ini ən yaxş ı təmin edə
biləcək dövlət idarəçiliy i haqqında fikrini bildirməy i zəruri sayır... Belə bir idarə
forması, söz yo x ki, yaln ız de mokratik respublikadır"
22
.
Hələ qurultay açılmamışdan əvvəl Azərbaycanın siyasi təşkilatları
Rusiyanın gələcək siyasi quruluşu haqqında öz məramlarını elan etmişdilər. Onlar
bütün Rusiyada demokratik respublikanın yaradılması ideyasını irəli sürən və
müdafiə edən ilk təşkilatlardan biri idi.
Qurultayda Azə rbaycanın siyasi partiya və ict ima i təşkilat larının,
həmçinin Şimali Qafqaz, Gürcüstan və İrəvan müsəlman larının nü mayəndələri
iştirak edird ilər.
Qurultayda əsas məsələlərdən biri Rusiyanın gələcək siyasi quruluşu və
kiçik xalq ların hüquqlarına aid idi. Rusiyanın siyasi quruluşu barədə
M.Ə.Rəsulzadə məruzə etdi. O göstərdi ki, "dövlətə daxil olan mü xtəlif millətlərin
möhkəm b irliyini onların dövlət ittifaq ı haqqında azad ifadə olun muş arzusundan
başqa heç bir qüvvə təmin edə bilməz"
23
. Qurultay Qafqaz müsəlmanların ın milli-
siyasi idealları haqqında M.Ə.Rəsulzadənin mə ruzəsi üzrə qətnamə qəbul etdi.
Qətnamədə deyilird i: "Federativ əsaslarla demokratik respublika Rusiya dövlət
quruluşunun müsəlman xalqların ın mənafeyini ən yaxşı təmin edən forma kimi
tanınsın"
24
.
RSDFP BK-n ın qərarına əs asən qurultayın işində iştirak edən bolşevik-
hümmətçilər N.Nərimanov, M.Əzizbəyov və R.Nağıyev nümayəndələr qarşısında
tələblər irəli sürdülər. On ların tələb ləri sosialist inqilabının ü mumdünya miqyasında
qələbəsi uğrunda hamını pro letar Rusiyası şüarı alt ında birləşməyə çağıran sırf
inqilab i şüarlardan ibarət idi. N.Nərimanov deyirdi: " Rusiyada inqilab ü mu m-
dünya imperialist müharibəsindən sonra bütün dünyada inqilab ın başlanması
deməkdir". O, kiçik xalqların taleyin i yaln ız fəh lə-kəndli Rusiyasının taley i ilə
bağlayırdı
25
.
Qurultay aprelin 20-də keçirilmiş ic lasında Qafqaz müsəlmanların ın
Müvəqqəti hökumətə, habelə müharibə və Rusiyanın digər xalq larına münasibəti
məsələlərini müzakirə etdi.
Qafqaz müsəlmanları qurultayı Rusiya Müvəqqəti hökumətinin 1917-ci il
6 mart tarixli qətnaməsinin "Əsgər və Fəh lə Deputatları Sovetinin razılığı ilə bəyan
etdiyi prinsiplərini ard ıcıl və dön mədən həyata keçirəcəyi müddətdən onun bütün
tədbirlərini hər cəhətdən müdafiə etməyi zəruri saydı"
26
.
Müharibəyə münasibət məsələsində isə qurultay Rusiya demokratiyasının
227
müharibənin ilhaqsız və təzminatsız qurtarmaq tələbinə qoşulmağı qərara ald ı.
Başqa xalqlara münasibət məsələsinə gəldikdə isə qurultayın qərarında
deyilirdi: "Rusiya dövlətinin bütün xalqlarının, o cümlədən Qafqaz xalqlarının milli-siyasi
ideallarını həyata keçirmək cəhdləri hər vəchlə müdafiə olunmalıdır". Qurultay
qarşılıqlı hörmət əsasında ümumi demokratik idealları həyata keçirmək məqsədilə onlarla
yaxınlaşmağın zəruriliyini vurğuladı
27
, həmçinin Qafqazda qadınların vəziyyəti
haqqında məsələni də müzakirə etdi. M.Ə.Rəsulzadə müsəlman qadının azad və
bərabərhüquqlu olmasını müsəlman xalqlarının milli-azadlıq mübarizəsində ən mühüm
məsələlərdən biri kimi qiymətləndirdi. M.Ə.Rəsulzadə göstərirdi: "Bütün digər
xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da
öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz
və qalmamalıdır". Siyasi komissiyanın qətnaməsində müsəlman qadınlara kişilərlə
bərabər siyasi və iqtisadi hüquqlar verilməsinin zəruri sayıldığı bəyan edildi
28
. Bu qətnamə
Rusiyada ictimai həyatın bütün sahələrində kişilərə qadınların hüquqlarını bərabər
tutan siyasi sənəd idi.
Qurultayın gündəliyinə fəhlə və torpaq haqqında məsələlər də daxil edilmişdi.
Lakin qurultay bu məsələlərə aid qətnamə qəbul etmədi və onların həllini Müəssislər
Məclisi çağırılana qədər təxirə saldı. Lakin buna baxmayaraq, qurultayda bu məsələlərə
dair bəzi layihələr irəli sürüldü. Fəhlə və torpaq komissiyası adından məruzə edən
X.P.Sultanov nümayəndələri fəhlə məsələsinə dair qətnamə layihəsi ilə tanış etdi.
Həmin layihədə fəhlələrin həyat və güzəranını yüngülləşdirən bir sıra sosial islahatlar
keçirilməsi təklif olunur, onların hamısının yalnız Müəssislər Məclisində qanunvericilik
yolu ilə həll ed ilməli o lduğu vurğulanırdı.
Torpaq məsələsinə aid aşağıdakı təkliflərin həyata keçirilməsi zəruri sayılırdı:
"Qafqazda əməkçi kəndlilərin torpaq ehtiyaclarını ödəmək məqsədilə bütün dövlət, udel
və idarə torpaqları müsadirə olunsun və iri xüsusi torpaq mülkiyyəti ədalətli
qiymətlərlə məcburi şəkildə ö zgələşdirilsin"
29
.
Məruzədə göstərilirdi ki, torpaqdan, istifadə edilməsi məsələsində meydana
çıxa biləcək bütün mübahisə və anlaşılmazlıqlar kəndlilər, torpaq sahibləri və qəza
icraiyyə komitələrinin nümayəndələrindən ibarət (barışdırıcı) komissiya tərəfindən həll
edilməlidir.
Qurultayın müzakirə etdiyi son məsələ əhalinin əsas kütləsinin savadsız
olduğu Qafqaz xalqları üçün çox böyük əhəmiyyəti olan kütləvi təhsil haqqında idi.
Pedaqoq M.Ə.Əfəndiyevin məruzəsi üzrə "Türk dilində ümumi, məcburi və pulsuz
təhsilin zəruriliyi haqqında" qətnamədə müəllim kadrlar hazırlamaq üçün seminariya və
institutlar açılması nəzərdə tutulurdu
30
.
Qurultayın sonuncu günü Qafqazda müsəlman milli komitələrinin təşkili və iki
mərkəzin - biri Şimali Qafqaz üçün Vladiqafqazda və digəri Cənubi Qafqaz üçün Bakıda
yerləşən iki mərkəzi büro açılması haqqında qərar qəbul edildi.
Müsəlmanların Ümumqafqaz qurultayı Rusiya müsəlmanlarının siyasi
həyatında mühüm rol oynadı, siyasi hadisələrin həmin mərhələsində onların
228
mənafelərini ifadə edərək, Rusiya müsəlmanları milli hərəkatının gücləndirilməsi
yollarını, demokratik respublika prinsiplərinə söykənən dövlət quruluşu seçimini
müəyyənləşdirdi.
Milli regionlar çərçivəsində formalaşmış əksər qrupların (Cənubi Qafqaz,
Başqırdıstan, Krım, Qırğızıstan və s.) nümayəndələri, Rusiya dövlətinin həyati
mənafelərinə toxunmamaqla, bütün sahələrdə özünüidarə hüququ verən ərazi
mu xtariyyəti prinsipinin tərəfdarı idilər. Rusiyanın müxtəlif hissələrinə səpələnmiş
tatarların nümayəndələri isə tamamilə əks mövqedə dayanırdılar
31
.
Məsələ ilə bağlı ziddiyyətlər 1917-ci il mayın 1-dən 11-nə qədər Moskvada
keçirilmiş Ümumrusiya Müsəlmanlar qurultayında özünü büruzə verdi. Qurultayı təşkil
etmək üçün Qafqaz sosial-demokratı Əhməd Salihovun başçılığı ilə büro yaradıldı.
Qurultay azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin Moskvadakı müsəlmanlara hədiyyə
etdiyi binada 900 nümayəndənin iştirakı ilə keçirildi. Qurultayın gündəliyində
Rusiyanın gələcək idarə forması; mədəni və məhəlli mu xtariyyət, müharibəyə
münasibət, Məclisi-Müəssisan; Qadınlar, fəhlə, torpaq məsələləri (hər biri ayrılıqda);
Qafqaziya, Türküstan, Qazaxıstan məsələləri (müstəmləkə siyasəti və s.); əsgəri
təşkilat, siyasi təşkilat məsələləri; bütün Rusiya müsəlmanların ın böyük milli şurasını
seçmək və s. məsələlər dururdu. Konqresin gündəliyindəki on dörd məsələnin
müzakirəsi üçün doqquz bölmə, onun əməli işini aparmaq üçün dörd komissiya təşkil
olunmuşdu
32
.
Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək
dövlət idarə üsulu haqqında idi. Məsələ ilə bağlı iki nümayəndə - M.Ə.Rəsulzadə və
Ə.Salihov çıxış etdilər.
M.Ə.Rəsulzadə idarə üsulu haqqında Azərbaycan türk dilində etdiyi çıxışında
göstərirdi ki, bu məsələyə həm insanlıq mədəniyyəti, həm də milli maraqlar nöqteyi-
nəzərindən baxılmalıdır.
M.Ə.Rəsulzadə hesab edirdi ki, vahid Ümumrusiya təşkilatının yaradılmasına
mane olan mədəni muxtariyyət proqramı türk xalqlarının yüksələn milli özünüdərketmə
şüuruna ədalətli şəkildə cavab verə bilməz. O öz çıxışında da vurğuladı ki, "Rusiya xalq
cümhuriyyəti üsulu ilə idarə edilməlidir... Mən, ədəmi-mərkəziyyəti muxtariyyətlərdən
təşəkkül edən bir federasiya şəklində təsəvvür edirəm. Bu mu xtariyyətləri milli-
məhəlli prinsipi içində faydalı bilirəm"
33
. Müsəlmanların Rusiyada slavyanlardan sonra
ikinci yeri tutduğu, onların 96 vilayət və qəzada yaşadıqları, Qafqazda, o cümlədən 10
vilayətdə - onlardan Bakı vilayətində 676243 (82,05%), Tiflis vilayətində 189098
(17,98%), İrəvan vilayətində 350096 (42,47%) nəfər olduğu göstərilmişdi
34
.
Rusiya dövlətinin ərazi federasiyası əsasında təşkili əleyhinə çıxış edən Əhməd
Salihov iddia edirdi ki, belə quruluş aqrar məsələnin həllini çətinləşdirəcək, müsəlman
fəhlələr Ümumrusiya sosial qanunvericiliyinin faydasından bəhrələnə bilməyəcəklər,
çünki həmin quruluş şəraitində qanunlar müxtəlif regionlarda fərqli xarakter daşıyacaqdır.
Onun təklif etdiyi qətnamə layihəsində deyilirdi ki, ərazi federalizmi müsəlmanların
tam parçalanmasına gətirib çıxaracaq və milli məsələni həll etməyəcəkdir. Federalizm
229
prinsipinin Rusiya müsəlmanlarını siyasi cəhətdən parçalayacağını israrla bildirən
Ə.Salihovun fikrincə, birbaşa, bərabər və gizli seçki hüququ əsasında mərkəzi orqan -
milli-mədəni parlament yaratmaqla müsəlman milli-mədəni muxtariyyəti formasında
həyata keçirilməlidir
35
.
Məsələnin vacibliyini nəzərə alan nümayəndələr Ə.M.Topçubaşovun
rəhbərliyi altında bir daha onun müzakirəsinə qayıtdılar. Nümayəndələrə müraciət edən
Topçubaşov göstərdi ki, "idarə üsulu məsələsi çox mühüm və böyük bir siyasi problemdir.
Bu, bizim üçün bir imtahan məqamıdır". Məsələnin müzakirəsi çox gərgin keçdi. 200-ə
qədər təklif verilmişdi. Ə.M.Topçubaşov öz çıxışında qeyd etdi ki, "hər şeydən əvvəl,
biz xalq cümhuriyyəti (demokratik-federal cümhuriyyət) istəyirik, bu bizim əsas
diləyimizdir. Xalq cümhuriyyəti demək, bütün hakimiyyətin tamamilə xalqın,
demokrasinin öz əlində bulunan idarə deməkdir. Buna digər bir sözlə, "xalq haki-
miyyəti" də deyilir".
Ərazi mu xtariyyəti blokunun əsas məruzəçisi olan M.Ə.Rəsulzadə hesab
edirdi ki, vahid Ümumrusiya təşkilatının yaradılmasına mane olan mədəni muxtariyyət
proqramı türk xalqlarının yüksələn milli özünüdərk şüuruna ədalətli şəkildə cavab verə
bilməz. "Sual olunur: millət nədir? Mən əminəm ki, millətin ən mühüm xüsusiyyətləri
dili və tarixilə bağlı əlaqələrdən, adət və ənənələr birliyindən ibarətdir. Bəzən deyirlər
ki, İslam millətin təcəssümüdür, çünki türk-tatardan milləti soruşulduqda, o "mən
müsəlmanam" deyə cavab verir. Lakin bu, səhv baxışdır. Xristian milləti yoxdur və eləcə
də İslam milləti mövcud deyildir. Bu böyük müsəlman evində türklər və ərəblər üçün
ayrı-ayrı otaqlar olmalıdır"
36
.
Nəticədə Rəsulzadənin "Müsəlman millətlərin mənfəətlərini saxlamaq üçün
ən uyğun idarə üsulu milli-mədəni mu xtariyyəti verən xalq cümhuriyyətidir" - fikrini
ifadə edən layihəsinin lehinə 446, əleyhinə 271, Ə.Salihovun unitar cümhuriyyət təklifinin
lehinə 271, əleyhinə 442 səs verild i.
Konqresdə 30 üzvdən ibarət Şura (Qafqazdan 5 nəfər) 12 nəfərdən ibarət İcra
Komitəsi seçildi. Əsasən Azərbaycan siyasətçilərinin təmsil etdikləri federasiya
tərəfdarlarının bu qələbəsinə baxmayaraq, onlar Petroqraddakı Mərkəzi Şuranın
tərkibində say etibarilə xeyli az idilər, unitar dövlət tərəfdarları isə əksəriyyət təşkil
edirdi. Bundan sonra unitar dövlət tərəfdarları ilə yalnız formal əlaqə saxlayan
azərbaycanlı milli siyasi xadimlərin fəaliyyət dairəsi əsasən Cənubi və Şimali Qafqazı
əhatə edirdi. Dövrünə görə mühüm qərarlar qəbul etmiş qurultay Rusiyadakı 30
milyonluq Türk aləminin düşüncələrini, ictimai-siyasi, milli, dini görüşlərini, arzu və
məqsədlərini bəyan etdi
37
.
Müsəlman Komitəsində birgə iş təcrübəsi qazanmış müsavatçılar artıq Ədəmi-
Mərkəziyyət Partiyası ilə birləşmək məsələsini irəli sürdülər. Birləşmə 1917-ci il
iyunun 20-də (yeni təqvimlə 3 iyul) baş verdi. Yeni partiya Türk Ədəmi-Mərkə ziyyət
Müsavat (Türk Federalistlər Partiyası Müsavat) Partiyası adlandı və qəbul etdiyi
bəyannamədə özünü "əməkçi kütlələrə, həmçinin Rusiyanın türk və digər müsəlman
xalqlarının milli-mədəni səylərinə əsaslanan demokratik partiya" elan etdi
38
.
230
Birləşmə nəticəsində "Müsavat" Partiyası 1917-ci ilin yayında Azərbaycanın
ictimai-siyasi həyatında xalqın milli-azadlıq hərəkatı ideyalarını daşıyan, yüksək nüfuzu
olan siyasi qüvvəyə çevrildi.
1917-ci ilin yayı və payızında Rusiyada, o cümlədən Cənubi Qafqazda,
xüsusən Bakıda kütlələrin genişlənən güclü inqilabi hərəkatı Zaqafqaziya bölgəsində
vəziyyətə ciddi təsir göstərir, Azərbaycanda inqilabi hərəkat zamanı müxtəlif
nəzəriyyələri, rəqabət aparan siyasi qüvvələrin intellektual, təşkilati və insani
potensialını sınağa çəkird i.
Bolşeviklərlə menşeviklər arasında siyasi mübarizə daha da kəskinləşdi. Eser-
menşevik bloku kütlələri öz tərəfinə çəkmək üçün mübarizəni qətiyyətlə gücləndirir, öz
baxışlarını daha fəal şəkildə təbliğ edirdi. 1917-ci ilin yayında ciddi məsələlərin həlli
zamanı daşnaklar eser-menşevik blokunun mövqeyini müdafiə edir, bolşeviklər isə əksər
hallarda təcrid olunmuş vəziyyətdə qalırdı.
1917-ci il iyulun 26-da Petroqradda bolşeviklər partiyasının VI qurultayı öz
işinə başladı. Bakı bolşevik təşkilatını qurultayda Prokofi Caparidze və Ağabala
Yusifzadə təmsil edirdilər
39
. P.Caparidze Mərkəzi Komitənin xəttini tam bəyəndiyini
bildirdi. A.Yusifzadə "Hümmət" təşkilatı adından qurultayı təbrik edərək, Azərbaycanın
və bütün Cənubi Qafqazın əməkçi kütlələrinin bolşevik təşkilatı ətrafında birləşməsi
işində "Hümmət"in rolundan danışdı. O göstərdi ki, "...inqilabdan sonra təşkilat
dirçəlməyə başlayıb. Artıq o, Bakının bütün rayonlarında geniş iş aparmağa başlayıb. Bir
çox qəzalarda - Şamaxı, Quba və s. yerlərdə təşkilatın orqanları yaradılıb"
40
.
A.Yusifzadənin çıxışında o da göstərilirdi ki, "Hümmət‖in ətrafında hələlik
yalnız sadiq ziyalı qrupu birləşsə də, şüurlu müsəlman fəhlələri də təşkilatda təmsil olunur.
"Hümmət" qəzetinin vəsait çatışmazlığı üzündən həftədə cəmi bir dəfə çıxa bildiyindən
şikayətlənən A.Yusifzadə təşkilata kömək göstərilməsi xahişi ilə qurultaya müraciət
etdi
41
. Bunu nəzərə alaraq, RSDF(b)P MK-nın avqustun 5-də olmuş plenumu "Hümmət"
təşkilatına 5 mln manat həcmində maddi yardım göstərilməsi haqqında qərar qəbul etdi
42
.
Sosial-demokratiya təbliğatı aparan, "müsəlman kütlələrinin psixologiyasını
nəzərə alan"
43
"Hümmət‖in siyasi təşkilat kimi real gücü haqqında təkcə A.Yusifzadənin
qurultaydakı çıxışı yox, həm də onun rəhbəri N.Nərimanovun sözləri də aydın təsəvvür
yaradır. O qeyd etmişdi ki, 1917-ci ilin yazında təşkilatı genişləndirmək zərurəti ortaya
çıxarkən işimiz çox olsa da, lazımi sayda adamlar çatışmırdı
44
.
N. Nərimanov "Hümmət" təşkilatının vəzifəsini müəyyənləşdirərək belə
demişdi: "Biz kütlələrin içinə getməli, insanlara Zaqafqaziya Ko mitəsinin
mah iyyətini başa salmalı, xalqı maarifləndirməli, hər şəhərdə, hər bir kənddə iş
aparmalıyıq"
45
.
1918-c i il yanvarın 1-də N.Nə rimanov müsəlman əhalisinin bütün
hakimiyyətin Fəhlə və Kəndli Deputatları Sovetinə verilməsi tələbini müdafiə
etməyə çağıraraq yazırdı ki, "əgər müsəlmanlar ö z haqlarını qoru maq istəyirlərsə,
...onda onlar tezliklə öz səslərini ucaltmalıdırlar"
46
.
VI qurultay V.İ.Len inin hakimiyyəti silahlı üsyan yolu ilə ə lə almaq
231
xəttini qəbul etdi. Çünki bolşeviklər Rusiyada iyul hadisələrindən sonra yaranmış
siyasi vəziyyəti təhlil edərək, onun ümu mmilli böhrana keçəcəyi qənaətinə
gəlmişdilər.
Digər sosial-demokrat partiyaları da hakimiyyətə gəlmək imkan larını
götür-qoy edirdi. Bütün iyul ay ı ərzində Bakı menşeviklərinin partiya ko mitələri
iclaslar keçirirdi. Lakin bütövlükdə öz sayına və fəhlələr içərisindəki nüfuzuna
görə menşeviklər getdikcə ö z mövqelərini itirirdilər.
Eserlər rus əhalisi içərisində populyar partiya idi. Onun fəalları
partiyalarının təcrübə və nüfuzundan geniş istifadə edir, mit inqlərdə Petroqrad
hadisələrinin mahiyyətini kütlələrə izah edirdilər. Eserlərin iştirak etdikləri bütün
yığıncaqlarda Müvəqqəti hökuməti müdafiə edən qətnamələr qəbul olunur,
möhkəm inqilab i hakimiyyətin yaradılması, demokratiyanın yerlərdə bütün
hökumət orqanlarına nəzarət etməsi tələbləri irəli sürülürdü.
1917-c i ilin iyulunda Ba kı müsəlman ict ima i və siyasi təşkilat larında
cəmiyyətin mü xtəlif təbəqələrini b irləşdirmək məqsədilə onun icraiyyə Ko mitəsini
yenidən təşkil etmək qərara alındı. 33 nəfər üzvdən ibarət bu Ko mitə ilə əlaqədar
mü xtəlif rəy lər söylənir və qeyd edilirdi ki, "Ko mitədə 6 yer kəndli və fəhlələrin
nümayəndələri üçün saxlan ılır"
47
.
Hümmətçilər Ko mitənin tərkibinə daxil edilmədilər. İyulun 14-də 26
nəfərin iştirakı ilə keçən iclasda Əlimərdan bəy Topçubaşov Komitənin sədri,
M.H.Hacınski və M.Ə.Rəsulzadə onun müavinləri, M .H.Vəzirov isə katib
seçildilər.
"Hümmət" öz iclasında seçkilər haqqında məsələni mü zakirədən
keçirib, sonda iştirakdan imtina etmək qərarına gəldi. İmtinanın dörd səbəbindən ilk
üçü daha çox prosedur məsələlərə aid idi, dördüncüsü isə ideoloji xarakter daşıyırdı.
Qərarda deyilirdi ki, "Komitə üzvlərin in ço xu kapitalistlərin tərəfindədir"
48
.
Avqustun sonlarında müharibənin əldən saldığı Rusiyada iqtisadi və siyasi
vəziyyət pisləşdi. Belə şəraitdə Lavr Georogiyeviç Kornilov Müvəqqəti hökuməti
devirməyə cəhd göstərdi. General Kornilovun qiyamı Azərbaycanda, demək olar ki, bütün
siyasi partiyalar tərəfindən pislənildi. Eserlər yaxınlaşan təhlükə qarşısında bütün
qüvvələri əksinqilabla mübarizəyə yönəltmək üçün sosialistləri köhnə ixtilafları
unutmağa, bütün rayonlarda onların daxil olacağı xüsusi Sovetlər yaratmağa çağırırdı.
Menşeviklərin və eserlərin təkidi ilə Bakı Sovetinin İcraiyyə Komitəsi İctimai Təşkilatların
İcraiyyə Komitəsinə tabe olacaq "Əksinqilabla Mübarizə üzrə Mərkəzi Büro yaradılması
haqqında" qərar qəbul etdi. Həmin büronun müstəqil orqan olması təklifini irəli sürən
bolşeviklər bu qərara etiraz etdilər.
Bolşeviklər Sovetin 1917-ci il 30 avqust tarixli iclasında öz təkliflərini yenidən
irəli sürüb, eserlərin tərəddüdündən faydalanaraq, 63 səsə qarşı 94 səslə iclas keçirməyə
imkan qazandılar
49
.
1917-ci il sentyabrın 1-də Sovetin qapalı iclasında menşeviklərin təşəbbüsü ilə
bolşevik qətnaməsi ləğv olundu. Sovet Müvəqqəti hökumətə tam etimad göstərdiyini
232
bildirdi
50
. Eyni zamanda menşeviklər Kornilov qiyamına qarşı çıxış edən burjuaziya
qrupları ilə birgə hərəkət siyasəti yerid ird ilər.
Eserlər partiyası Şurası özünün 1917-ci il 30 avqust tarixli iclasında
Əksinqilabla Mübarizə üzrə Büronun yaradılması haqqında Bakı Soveti İcraiyyə
Komitəsinin təşəbbüsünü müdafiə etdi. Milli partiyalara münasibətdə öz taktikasına
sadiq qalan Şura onların bu qurumda iştirakını arzuolunmaz hesab edirdi. Ancaq
hadisələrin sonrakı gedişi kornilovçuluğa qarşı mübarizədə milli qüvvələrin qətiyyət
göstərdiklərini nümayiş etdirdi. Müsəlmanlar, xüsusən də Zaqafqaziya müsəlmanları
üçün Kornilov qiyamı son dərəcə narahatçılıq mənbəyinə çevrildi, çünki onun baş
tutacağı təqdirdə müsəlmanların mu xtariyyətlə bağlı ümidlərinə son qoyula bilərdi.
Müsəlman İctimai Təşkilatları Şurasının Bakı İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-
da əksinqilabi qiyamı qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam müdafiə etdiyini
bildirdi.
Müsəlmanlar sentyabrın 1 və 2-də Təzə Pir məscidində və Sura xan ıda
təşkil etdikləri mitinqlərdə Kornilov qiyamın ı qətiyyətlə p islədilər. Çıxış edənlər
inqilab i demokratiya ilə həmrəy o lduqlarını göstərməklə yanaşı, siyasi avantüraya
qatılan "Vəhşi diviziya"nın hərəkətlərindən məyus olduqlarını bildirdilər
51
.
Ə.M.Topçubaşov çıxışında bəyan etdi: "Bizim yo lu muz düz və aydındır. A zadlığa
doğru getmək və onu təsdiq etmək bizim xeyrimizədir. Biz inqilabi demokratiya ilə
birgə olmalı, ...bütün əksinqilabi cəhdlərə qarşı çıxmalıyıq"
52
.
Bakın ın müsəlman rayonlarında mitinqlər təşkil edən "Müsavat"
Partiyasının Mərkəzi Ko mitəsi sentyabrın 1-də keçird iyi konfransında inqilabı
müdafiə etmək məqsədilə, partiya ü zvləri tərəfindən bütün zəruri tədbirlərin
görülməsi, o cü mlədən lazım gəldikdə silaha əl atılması haqqında qərar qəbul
etdi
53
.
Lakin bu addımlardan sonra da eser və menşeviklərin A zərbaycan milli
hərəkatına münasibətləri dəyişilməd i. Kornilov qiyamı günlərində təşkil o lunmuş
Əksinqilabla Mübarizə üzrə Büroya müsavatçıları qəbul etmədilər. Buna
baxmayaraq, "Müsavat" fəal mövqe tutdu
54
.
Kornilov qiya mı uğursuzluqla nəticə lənsə də, Müvəqqəti hökumət in
mövqeyini sarsıtdı. Korn ilova qarşı inqilab i qüvvələrin səfərbərliy i gedişində
yaranmış şərait bolşeviklərin nüfu zunun güclənməsinə kö mək edirdi. On lar
fəhlələrin hüquqları uğrunda Rusiya sosialist partiyaların ın mübarizə proqramına
tərəfdar çıxaraq, sentyabrın sonlarında Bakıda başlanmış ümu mi tətili tam müdafiə
etdilər. Bakı Sovetində vəziyyət gərginləş di, hamı həyəcan içində idi. Siyasi
hadisələr ço x sürətlə dəyişir və kütlələr tərəfindən tam dərk o lunmu rdu.
Azərbaycanın siyasi xəritəsində mü xtəlif fəallıq ocaqları var idi. Ən yüksək fəallıq
mərkəzi o lan Bakıda siyasi partiyaların əhalinin ayrı-ayrı təbəqələrinə göstərdiyi
təsir mü xtəlif idi.
Bu cəhətdən qəzalarda vəziyyət daha mürəkkəb id i. Baş verən siyasi
hadisələr haqqında məlu mat qəza sakinlərinə ço x nadir hallarda çatırdı. Sovetin
233
İcraiyyə Ko mitəsinin başqa şəhərlərlə iş ü zrə ko missiyası yayın ortalarına qədər
təkcə Bakı quberniyasını gəzdikdən sonra inqilabi prinsiplərin hələ əhalin in geniş
təbəqələrinin şüuruna daxil olmadığı, onların baş verən hadisələrdən tam xəbərsiz
qaldıqları, ruhanilərin, bəylərin nüfuzunun hələ də güclü olduğu yerli icraiyyə
komitələrinin öz tərkibinə görə zamanın tələblərinə cavab vermədiy i qənaətinə
gəlmişdi
55
.
Ərzaq məsələsi əvvəlki kəskinliyində qalırdı. Bakı Sovetinin bu istiqamətdə
gördüyü tədbirlər ancaq narazılıq törədirdi. Qənaətçilik, möhtəkirliklə mübarizə haqqında
qərarlar icra edilmirdi. Sovet hər dəfə çörək paylarının azaldılmasını qanuniləşdirirdi.
Vaxtaşırı Sovetlərə "etimadını bildirən" fəhlələr əslində Sovetlərlə
hesablaşmırdılar. İnqilabın demokratik qüvvələrin səpələndiyi ilk dövründə Sovetlər bu
qüvvələri birləşdirir, onların bəziləri əhalinin geniş təbəqələrinin istəklərini əks etdirirdi.
Onlar qanunverici, icraedici, məhkəmə hakimiyyətlərini, şəhər özünüidarəçiliyini, ərzaq
təşkilatlarını, peşə ittifaqlarını əvəz edirdi. Hər hansı ehtiyacla üzləşən insanlar əsasən
onlara üz tuturdular. Lakin siyasi partiyalar gücləndikcə, Sovetlər bütün hakimiyyətin
cəmləşdiyi mərkəz rolunu itirird i.
Bakı Sovetinin yenidən seçilməsinin vaxtı çatmışdı. Seçkilərin demokratik
əsaslarla keçirilməsi fikrində hamı həmrəy olsa da, struktur məsələsi və seçkilər sisteminin
özü siyasi partiyalar arasında ixtilaflar törətdi. 1917-ci il oktyabrın 22-də keçirilən
seçkilərin nəticələri qeyri-sosialist partiyaların ictimai rəydəki rolunun gücləndiyini
göstərdi.
Bakı Sovetinin İcraiyyə Komitəsi, S.Şaumyan başda olmaqla, milli partiyaların
cəmiyyətdə artan nüfuzunun qarşısını almaq, onların seçkilərdə iştirakını zəiflətmək
məqsədilə yeni seçkiqabağı kampaniyada dolaşıqlıq yaratmaq üçün seçkilərin keçirilməsi
vaxtı haqqında axırıncı günə qədər heç bir məlumat vermədi. "Müsavat"ın Mərkəzi
Bürosu öz xüsusi seçki nömrəsini son anda aldı və buna görə də fəhlələr içərisində
kifayət qədər təbliğat aparmağa imkan tapmadı
56
.
Seçkilərin nəticələri isə tamamilə gözlənilməz oldu: "Müs avat" 9617, eserlər
6305, bolşeviklər 3823, menşeviklər 687, daş naklar 528 səs topladılar. Beləliklə,
Zabrat rayonu istisna olmaqla, bütün neft-mədən rayonlarında keçirilmiş seçkilərdə
"Müsavat" Partiyası qalib gəldi
57
.
Bundan sonra "Müsavat" Partiyası diyarda hakimiyyət strukturlarının
formalaşdırılması prosesinə ciddi təsir göstərməyə başladı. Onun üzvlərindən qəza və
quberniya komissarları və müvəkkilləri vəzifəsində işləyənlər var idi. Məsələn, Bakı
quberniyasında M.Rəfiyev və F.X.Xoyski, Bakı qəzasında Y.Əliyev, Quba
qəzasında Səfərəlibəyov, Şamaxı qəzasında M.Mahmudov məsul vəzifələrə təyin
olunmuşdular
58
. Ə.M.Topçubaşovun təqdimatına əsasən, OZAKOM İ.Heydərova
Bakı quberniyasının ko missarı, M.Vəkilova isə onun müavini vəzifələrini
vermişdi
59
. Hələ mart ayında isə Dövlət Du masının ü zvü, Gəncə şəhər başçısı
X.Xasməmmədov quberniya İcraiyyə Ko mitəsinin sədri seçilmişdi
60
.
"Müsavat" Partiyasının 1917-ci il oktyabrın 25-dən 31-dək davam etmiş I
234
qurultayı Azərbaycanın ictima i həyatında və partiyanın özünün siyasi tarixində
əhəmiyyətli hadisə id i. Partiya proqramın ın müzakirəsi və qəbul edilməsi
qurultayın ən başlıca məsələsi oldu.
"Müsavat" Partiyasının proqramı dövlət quruluşu, fəhlə məsələsi, milli və
dini məsələlər, vətəndaş hüquqları, aqrar məsələ və s. sahələri əhatə edən 9 bölmə
və 76 maddədən ibarət id i.
"Müsavat‖ın I qurultayı partiyanın sonrakı siyasi mübarizəsin in və
Azərbaycana milli ərazi mu xtariyyəti verilməsinin taktika və strategiyasını
müəyyən etdi
61
.
Proqramın "Dövlət quruluşu və mu xtariyyət" adlanan birinci fəslində
vətəndaşların hüquq və azadlıqların ın Konstitusiya tərəfindən qorunması,
demokratik federativ respublika kimi təqdim ed ilən dövlət quruluşunun prinsipləri
bəyan edilmiş, dövlət quruluşu formas ı olaraq federasiya və mədəni-milli
mu xtariyyət müəyyənləşdirilmişdi. Proqramda federasiyaya daxil o lan mu xtar
vahidlərə ö z aralarında əsasən iqtisadi sahədə ittifaq bağlamaq hüququ, mərkəzi
hakimiyyətə isə müdafiə, pul və gö mrük sistemi, xarici siyasət, dəmir yolları və s.
məsələlərə aid səlahiyyətlər verilməsi nəzərdə tutulurdu.
Hər bir mu xtar vilayətdə yerli əhalin in əksəriyyətinin danışdığı dil rəsmi
dil hesab olunmalı idi. Cinsindən, milliyyətindən və dini etiqadından asılı olmayaraq,
20 yaşına çatmış bütün vətəndaşlar parlamentə seçə və ya seçilə bilərdilər.
Proqram Rusiya ərazisində yaşayan bütün türk xalqları arasında milli-
mədəni ittifaq yaradılmasın ı, milli və din i fərqlərə baxmayaraq, bütün Rusiya
müsəlman ları Müftisin in (Şey xülislamın) seçilməsini nəzərdə tutur, onun rəhbərliyi
ilə din i təşkilatların fəaliyyətinə nəzarət edən, bütün əyalətlərdən nü mayəndələrin
daxil o lduğu komissiya yaradılması tələbi irəli sürülürdü. Maraqlıdır ki, həmin
komissiyaya kürdlər, osetinlər, inquşlar, çərkəslər və s. qeyri-türk mənşəli
müsəlmanlardan da nümayəndələr daxil etmək təklif olunurdu.
Mülki hüquq sahəsində partiya mənsubiyyətindən, milliyyətindən, dini
etiqadından, siyasi mənsubiyyətindən asılı olmayaraq, federativ respublikanın vətəndaşlarının
qanun qarşısında bərabərliyi prinsipini irəli sürür və bununla da dinin dövlətdən ayrılmasını
nəzərdə tuturdu. O, Rusiyanı dünyəvi dövlət kimi tanıyır, lakin dini etiqad azadlığını
istisna etmirdi.
Proqramda pasport sistemini ləğv etməklə ölkə və onun hüdudlarından kənarda
sərbəst hərəkət etmək imkanı yaradılması təqdir edilirdi.
Maliyyə siyasətinin yumşaldılması üçün gəlir vergisindən başqa bütün vergilərin
ləğv olunmasını, yeni vergi növü - vərəsəlikdən vergi alınmasını təklif edən partiya iqtisadi
inkişafı sürətləndirmək məqsədilə gömrük rüsumlarının minimuma endirilməsini məqbul
sayırdı.
Partiyanın kütlələr içərisində nüfuzu əhəmiyyətli dərəcədə aqrar məsələnin
həllindən asılı idi. Proqramda qeyd edilirdi ki, bütün xəzinə, kilsə və sahibkar torpaqları
pulsuz və əvəzsiz kəndlilərə paylanmalı, torpaq kəndlilərin tam mülkiyyətinə keçməlidir.
235
Sənəddə torpaq sahibliyinin minimum həcmi müəyyən edilir, xüsusi mülkiyyətə yalnız
torpağın üstü, dövlət mülkiyyətinə isə torpağın təki şamil ed ilirdi.
Fəhlə məsələsində RSDFP-nin II qurultayında (1903-cü il) qəbul edilmiş fəhlə
proqramını əsas götürən "Müsavat" öz partiya proqramında bütün fəhlə və qulluqçular
üçün 8 saatlıq iş günü, onlara həftədə 24 saat fasiləsiz istirahət verilməsini, əlavə işlərə
qadağan qoyulmasını, 16-18 yaşlı yeniyetmələr üçün 6 saatlıq iş günü müəyyən edilməsini,
eyni zamanda məktəbyaşlı uşaqların muzdlu əməkdə istifadə olunmamasını, qadınların
işlədiyi fabrik və zavodlarda südəmər uşaqlar üçün körpələr evi açılmasını, fəhlələrə
həftəlik maaş verilməsini nəzərdə tuturdu. Qanunların icrasına nəzarət etmək üçün
müəssisələrdə fəhlə müfəttişlikləri yaradılmalı, sahibkarlar əmək qanununu pozduqları
halda cinayət məsuliyyətinə cəlb edilməli idilər.
"Müsavat" Partiyası məhkəmə orqanlarının yerli hakimiyyət orqanlarından tam ayrı
və müstəqil fəaliyyət göstərməsini, yalnız qanunlara tabe olmasını, əhalinin hesabına ödənilən
bütün məhkəmə xərclərinin ləğv edilməsini məhkəmə quruculuğu sahəsində əsas tələblər
kimi irəli sürürdü.
Xalq təhsili sahəsi ilə bağlı proqram müddəalarına görə, ibtidai və ali məktəblərdə
pullu təhsil ləğv olunmalı, təhsil hər bir muxtar vilayət əhalisinin əksəriyyətinin danışdığı
dildə aparılmalı, ali məktəblərdə dərslər yalnız Azərbaycan dilində tədris edilməli, ali təhsil
müəssisələrinə tam mu xtariyyət verilməli id i
62
.
Petroqradda bolşeviklərin hakimiyyəti ələ alması partiyanın qurultayı keçirilən
günlərə düşdü. Buna baxmayaraq, qurultay bu hadisəyə konkret münasibət göstərməyib
gözləmə mövqeyi tutdu. Yalnız qurultayın son günü Ş.Rüstəmbəyovun Rusiyadakı siyasi
vəziyyətə aid dinlənilmiş məruzəsinə əsasən qəbul edilən qətnamədə Mərkəzi Komitəyə
Azərbaycana muxtariyyət əldə edilməsi üçün bütün tədbirləri görmək və Mərkəzi
Müsəlman Komitəsi qarşısında Azərbaycan Müəssislər Məclisini çağırmaq tələbini
qoymaq tapşırığı verild i
63
.
"Müsavat" Partiyasının I qurultayı partiyanı ideoloji və təşkilati cəhətdən tam
formalaşdırmaqla yanaşı, onun ümummilli siyasi qüvvəyə çevrilməsi istiqamətində
mühüm hadisə oldu. Qurultayda partiyanın rəhbər orqanları, eyni zamanda Məmməd
Əmin Rəsulzadə onun Mərkəzi Ko mitəsinin sədri seçildi.
Beləliklə, fevral inqilabının qələbəsindən sonra Azərbaycanda, hər şeydən
əvvəl, milli hərəkatın daha kütləvi və siyasi səciyyə alması, konkret iqtisadi tələblər irəli
sürülməsi, milli dövlətçilik ideyası ətrafında əhalinin bütün təbəqələrinin birləşməsi kimi
cəhətləri ilə fərqlənən tamamilə yeni mərhələ başlandı.
İmperiyanın milli ucqarları bəzi siyasi azadlıqlar əldə etmiş, bütün siyasi partiyalar
leqal işə keçmişdilər. Şəhərlərdə və qəza mərkəzlərində fəaliyyət göstərən siyasi partiyalar
və müsəlman milli şuraları ziyalıların, burjuaziya və mülkədarların ən qabaqcıl
nümayəndələrindən təşkil edilmişdi. Azərbaycanda milli hərəkata vahid rəhbərlik məqsədilə
Bakıda, digər şəhər və qəzalarda şöbələri olan Müsəlman Milli Şurası yaradılmışdı. Milli
Şura öz fəaliyyətini demokratik prinsiplər əsasında quraraq, müsəlman əhalisinin bütün
təbəqələrini milli partiya və təşkilatların ətrafında toplamışdı.
236
Fevral inqilabından sonra Azərbaycan milli azadlıq hərəkatını istiqamətləndirən
Milli Şuradakı ictimai-siyasi təşkilatların hər biri ona rəhbərlik etmək uğrunda mübarizə
aparırdı. Onlardan "Hümmət", "Ədalət" və "Birlik" təşkilatları daha fəal idilər. Fevral
inqilabının qələbəsindən sonra "Hümmət" təşkilatı öz fəaliyyətini xeyli gücləndirmişdi.
Milli azadlıq hərəkatında və milli Azərbaycan dövlətinin yaradılmasında
"Müsavat"ın rolu böyük idi. Partiyanın liderləri real vəziyyətdən çıxış edərək, Ölkədəki
bütün demokratik qüvvələri milli Azərbaycan dövləti yaratmaq uğrunda mübarizəyə
çağrırdılar.
Beləliklə, 1917-ci ildə Azərbaycandakı milli azadlıq hərəkatı üç istiqamətdə
aparılan mübarizəni özündə birləşdirmişdi. Hər şeydən əvvəl, müvəqqəti hökumətin
əsarətdə olan xalqlara qarşı yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı mübarizə qeyd
edilməlidir. Müvəqqəti hökumət çarizmin müsəlman xalqlarına qarşı yeritdiyi
müstəmləkəçilik siyasətini "daha incə və daha qapalı" şəkildə davam etdirir, Azərbaycan
xalqını separatizmdə təqsirləndirir və milli azadlıq hərəkatını boğmağa çalışırdı.
İkinci istiqamət, inqilabçı demokratların rəhbərlik etdiyi Sovetlərə qarşı
mübarizədən ibarət idi. Əvvəlcə göstərildiyi kimi, Fevral inqilabından dərhal sonra Bakı və
digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə və Əsgər Deputatları Sovetləri
yaradılırdı. Onların içərisində nisbətən nüfuzlusu Bakı Soveti hesab edilirdi. Sovetlərin
fəaliyyəti Azərbaycan xalqının tarixi taleyi və milli mənafeyinə yabançı idi. Bakıda Fəhlə və
Əsgər Deputatları Sovetinin tərkibində azərbaycanlılar yox dərəcəsində idi. Sovetin tərkibi
və rəhbər heyəti bütünlüklə ermənilərdən və ruslardan ibarət idi. Eser, menşevik, daşnak
blokunun rəhbərlik etdiyi bu Sovet "vahid və bölünməz Rusiya" ideyasını təbliğ edird i.
1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin silahlı üsyanı nəticəsində
Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da Smolnıda keçirilən II Sovetlər
qurultayında Sülh və Torpaq haqqında dekretlər qəbul edildi və Leninin başçılığı ilə Sovet
hakimiyyətinin əsası qoyuldu.
Dostları ilə paylaş: |