Azərbaycan diLİ VƏ tariXİ


§ 4. BÖYÜK BRİTANİYA QOŞUNLARININ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə22/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   18   19   20   21   22   23   24   25   ...   72

Partiya maarifi və əhalinin mənafeyinin  müdafiəsini  məqsəda çatmaq üçün 

zəruri  şərt  sayırdı  və  bu,  partiyanın  möhüründə  də  əks  olunmuşdu.  Möhürün 

üzərində altıguşəli u lduzla aypara, çarpazlaşmış iki q ılınc təsvir edilmiş və "Difai"-

"Mübariz  milli  firqəsi"sözləri  həkk olunmuşdu

114


. "Difai"  - nin vərəqələrində hər  bir 

əkinçinin  əbədi  arzusu  -  'Torpaq  zəhmətkeş  s in fə  məxsus  olmalıdır":  öz  əksini 

tapırdı

115


Partiyanın  sosial  dayağını  əsasən  cəmiyyətin  orta  təbəqələri-tacirlər, 

ziyalılar, kəndlilər, şagirdlər vo onları təmsil edən şəxslar təşkil edirdi. 

Partiyanın təşkilatçıları qarşıya qoyduqları siyasi məqsəd və vəzifələri kütlələrin 

dərk  edib  həyata  keçirmələri  üçün  onlarda  müəyyən  şüur  və  siyasi  mədəniyyət 

səviyyəsi olmasının zəruriliyin i ço x düzgün anlayırdı. Buna görə də əhali içərisində 

geniş  maarifçilik  işi  aparır,  mədəni-maarif  cəmiyyətinin  imkanlarından  istifadə  edir, 

siyasi ədəbiyyat yayırdılar

116



"Difai"nin şöbələri əhali içərisində geniş şöhrətə malik idi. Çar  məmurları öz ali 



rəislərinin nəzərinə çatdırırdılar ki, bu partiyanın mövcud olduğu müddətdə yerli əhalinin 

ictimai  işlərə marağı xeyli artmışdır, indi əhali onun komitələrinə hökumət idarələrindən 

çox  müraciət  edir

117


.  Həmçinin  qeyd  edirdilər  ki,  təbliğat  nəticəsində  "müsəlmanlar 

birləşəcək,  əqli  cəhətdən  inkişaf  edəcək  və  şüurlu  olacaqlar,  partiya,  şübhəsiz  ki, 

hökumət əleyhinə olan məqsədləri də təbliğ etməyə başlayacaqdır"

118


Partiyanın  ən  iri  şöbəsi  "Qarabağ  birlik  məclisi"

119

  idi.  Onun  fəaliyyəti  bütün 



Qarabağı  -  Yelizavetpol  quberniyasının  Cavanşir-Qaryagin  və  Şuşa  qəzalarını  əhatə 

edirdi.  Məclisin  təşkilatçıları  tacirlər,  ziyalılar,  varlı  və  kasıb  kəndlilərdən  ibarət  idi. 

Məclisin  baş  komitəsi  Şuşada  yerləşirdi.  Onun  sədri  Kərim  bəy  Mehmandarov  idi. 

Təşkilatın 400 nəfərlik döyüş drujinası var idi

120

. Məclisin 1907-ci ilin oktyabr ayında 



qəbul olunmuş proqramında həm siyasi tələblər, həm də əxlaqi normalar əks olunmuşdu. 

Bu proqram müsəlmanları birliyə,  milli özünüdərki inkişaf etdirməyə çağırır,  millətlər 

arasındakı  münasibətləri  müəyyənləşdirir,  milli  düşmənçiliyi  qızışdırmağa  görə 

məsuliyyət  məsələsini  qaldırır,  rüşvətxorluğa,  hakimiyyətdən  sui-istifadəyə,  böhtana, 

əsassız  surətdə  qiymətlərin  qaldırılmasına  və  s.  görə  cərimələr  nəzərdə  tuturdu

121


"Qarabağ  birlik  məclisi"  qanunçuluq  və  hüquqi  qaydaların  cəmiyyətin  həyatına 

daxil edilməsi sahəsində ilk  kövrək addımlar atırdı.  Proqram qadın təhsili də daxil 

olmaqla  məktəblər şəbəkəsinin yarad ılmasını nəzərdə tuturdu.  Bu sənəddə ticarət, 

istehsalat  və  məhsul  satışında  qayda-qanun  və  sabitlik  yaratmaq,  həmçin in 

cəmiyyətin iqtisadi, siyasi və mənəvi həyatı ilə bağlı  məsələlərin həllini partiyanın  

əlində  cəmləşdirmək  barədə  də  müddəa  var  idi

122


.  O,  bir  növ  cə miyyətin  əmin-


 

 

119 



aman lıq  və  qanunçuluq  prinsipləri  əsasında  yenidən   qurulması  proqramı  idi  və 

kütlələrin siyasi oyanışına kö mək ed irdi. 

1907-c i  ilin  may ında  "Müdafiə"  təşkilat ı  meydana  çıxd ı.  Ona  böyük 

ictimai-siyasi  xadim  İsmayıl  xan  Ziyad xanov  başçılıq  edirdi

123

.  ―Müdafiə"nin 



fəaliyyəti,  başlıca  olaraq,  Yelizavetpol  quberniyasının  qərb  hissəsini  və  Tiflis 

quberniyası  qəzalarının  bir  hissəsini  əhatə  edirdi.  Onun  siyasi  dayağını  əhalin in 

imtiyazlı təbəqələrin in,  mü lkədar-bəylərin,  kənd ziyalılarının nü mayəndələri təşkil 

edirdi.  Təşkilat  müsəlman lar  içərisində  maarif  və  mədəniyyət  işlərinin  qayğısına 

qalmağı,  onların  hüquq  və  mənafelərinin   müdafiəsin i,  habelə  kəndli  məişətinin 

yaxşılaşdırılmasını və s. özünün zəruri məqsəd və vəzifəsi hesab edirdi. 

Azərbaycan  xalqının  siyasi  cəhətdən  birləşməsində  Müsəlman 

Demokratik  Müsavat  ("Bərabərlik")  Partiyası  mühüm  rol  oynadı.  "Müsavat" 

Partiyası  1911-ci  ilin  oktyabrında  Bakıda  meydana  çıxmışdı.  Bu  təşkilata 

Azərbaycanın artıq  xalq   mənafey i uğrunda  müəyyən  mübarizə təcrübəsinə  malik, 

milli-azad lıq  hərə katın ın  həm  ya xın  illər,  hə m  də  perspektiv  üçün  məqsəd  və 

vəzifələrin i müəyyənləşdirməyə qadir olan bir sıra ictimai xadimi başçılıq ed irdi. 

"Müsavat",  onun  lideri  M.Rəsulzadə  və  nəşr  etdiyi  "Açıq  söz"  qəzeti 

Azərbaycanın siyasi həyatında öz fəallıqları ilə seçilirdi. 

1912-c i  ildə  part iyanın  manifesti  -  proqra mı  nəşr  edildi.  Proqra mda 

qarşıya həyati məsələlər qoyulurdu: bütün müsəlman  xalq ları üçün bərabərlik əldə 

olunması, müsəlman ların dövlət müstəqilliy inin  qorunması, müstəqilliy ini bərqərar 

edən və onu qorumaq uğrunda  mübarizə aparan  müsəlman dövlətlərinə  maddi və 

mənəvi yardım göstərilməsi.  Partiya həm  müsəlman lar, həm də bütün bəşəriyyətə 

münasibətdə  ali  demokratik  amallara  əsaslanaraq,  bütün  partiyalarla  əməkdaşlıq 

etmək  niyyətində  idi

124


.  Proqramın  xüsusi  maddəsi  ilə  partiya  üzvlərinin  bütün 

iqtisadi həyatın inkişafına kömək göstərməsi b ir vəzifə kimi qoyulurdu. 

Ço x tezliklə partiya ziyalıları,  xırda  burjua,  kəndli,  fəhlə  və  qulluqçuların 

nümayəndələrini öz sıralarına cəlb etdi. Partiyanın Bakıda yerləşən Mərkəzi Ko mitəsi 

yerlərdə mərkəzin təyin  və ya təsdiq etdiyi ən azı üç nəfərdən ibarət şöbələrə malik 

idi. Partiyanın təşkilat əsasları g izli iş şəraitində fəaliyyət üçün nəzərdə tutulmuşdu. 

Bunun  səbəbi  panislamist  adlandırılanla rın  kütləv i  təqiblərə ,  Balkan  müharibəsi 

başlandıqdan sonra isə  xüsusilə güclənən cəza tədbirlərinə  məru z qaldıq ları şərait 

idi. 

1913-cü  ildə  Ro manovlar  sülaləsinin   300  illiy i  münasibətilə  ve rilmiş 



amn istiya  (əfvi-ü mu mi)  nəticəsində  İstanbuldan  Bakıya  qayıda  bilən 

M.Ə.Rəsulzadə  həmin  vaxtdan  etibarən  "Müsavat"  partiyasının  şəriksiz  liderinə 

çevrild i. 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin