§ 6. BORC-BANK İDARƏLƏRİ
XX əsrin əvvəllərində Azərbaycanda borc-bank sisteminin inkişafı, borc
verən idarələrin ayrı-ayrı ərazilər üzrə qeyri-bərabər paylan ması bəzi rayonlarda
bank kapitalının daha çox, digərində isə az cəmlənməsi kapitalist təsərrüfat sisteminə
xas olan sənaye kapitalı ilə bank kapitalının çu lğaşması ilə xarakterizə o lunurdu.
Neft sənayesinin XX əsrin əvvəllərindəki dünya böhranının nəticələrinə
məruz qalmış Bakı şəhərində 1909-cu ilə qədər, 1907-ci ildə fəaliyyətə başlayan
şəhər xüsusi lombardından başqa, borc verən heç bir yeni idarə açılmamışdı. Neft
istehsalının və neft məhsulları ilə ticarətin həcminin azaldığı, gəmiçilikdə yük
daşınmasının ixtisara düşdüyü, əməyə tələbatın xeyli azaldığı, vergilərin ço xunun
geri qaytarıldığı və bir çox idarənin iflasa uğradığı
127
şəraitdə Rusiya səhmdar
kommersiya bankları öz fəaliyyət dairələrini genişləndirmə k, Bakı rayonunda yeni
şöbələr açmaq istəmirdi.
1909-cu ildə neft sənayesi və onunla bağlı istehsal müəssisələri
53
uzunmüddətli durğunluqdan sonra öz fəaliyyətini bərpa etdiyi bir şəraitdə Bakıda
kredit -bank sistemin in yeni inkişaf mə rhələsi başladı. 1909-cu ildə Sankt-Peterburq
Beynəlxalq Ko mmersiya Bankı Balaxanı kəndində özünün ikinci şöbəsini açdı
128
.
1914-cü il aprelin 15-də ilk yerli səhmdar kommersiya bankı - Bakı Tacir Bankı açıldı
129
.
Onun idarə heyətinin sədri Musa Nağıyev, bank şurasının sədri isə H.Z.Tağıyev idi.
1900-1913-cü illərdə Bakıdakı 9 bank kontoru arasında ən mühümləri Əbdül
Həmid Ələsgərov, Hacı Şıxəli Dadaşov, H.Z.Tağıyev və Tu manyan qardaşlarına
məxsus idi, onlar ko mmersiya banklarından daha çox ixtisaslaşması ilə fərqlənirdi
130
.
Səhmdar bankların inkişafı ilə əlaqədar olaraq onların rolu heçə endi.
Bakıda borc (kredit) verən Qarşılıqlı Borcvermə Cəmiyyəti, Şəhər
Borcvermə Cəmiyyəti, xəzinəyə və xüsusi şəxsə məxsus olan şəhər lombard ı kimi
idarələr də fəaliyyət göstərirdi.
Gəncə, Şuşa, Şəki, Lənkəran və Naxçıvan kimi ticarət-sənaye mər-
kəzlərində də kredit-bank sistemi in kişaf edirdi. Bu şəhərlərdəki kred it-bank
sistemin in xüsusiyyəti dünya sənaye sistemin i bürü müş böhrandan sonrakı
durğunluq dövründə də inkişaf etməsi id i. Bunun başlıca səbəbi böhranın, neft
sənayesindən fərqli o laraq, yerli sənaye sahələrinə və sənətkarlığa göstərdiyi təsirin zəif
olmasında idi. Əvvəlki dövrlərin kapital yığımı sayəsində Şuşada yerli tacirlərin və sənaye
sahiblərinin təşəbbüsü ilə 1904-cü ildə ilk kredit idarəsi - Qarşılıqlı Kredit Cəmiyyəti
131
,
1910-cu ildə Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin komisyonerliyi
132
, 1914-cü il
iyulun 25-də isə nizamnaməsi hələ 1905-ci ildə təsdiq olunmuş Qarşılıqlı Kənd təsərrüfatı
Kredit Cəmiyyəti açıldı
133
.
Bank idarələrinin mövcud olduğu Gəncə şəhərində 1905-ci il yanvarın 3-dən
Qarşılıqlı Borcvermə Cəmiyyəti, iki ildən sonra isə 1910-cu il yanvarın 1-dən
Yelizavetpol Qarşılıqlı Kredit Kommersiya Cəmiyyəti adlandırılan ikinci belə cəmiyyət
134
,
həmin il Volqa-Kama Kommersiya Bankı Tiflis şöbəsinin 1913-cü ildən həmin bankın agent-
liyinə çevrilən komisyonerliyi, 1912-ci il avqustun 16-dan Tiflis kommersiya bankın ın
şöbəsi fəaliyyətə başladı
135
.
Şəkidə ilk bank idarəsi - Qarşılıqlı Kredit Cəmiyyəti 1908-ci il mayın 20-də
136
,
bir ildən sonra Əhmədov qardaşlarının Banklar Evi
137
və 1910-cu ildə isə Tiflis Kommersiya
Bankının şöbəsi açıldı
138
.
Ulu xanlıdan İran sərhədinə qədər dəmir yol xətti çəkildikdən sonra XX əsrin
əvvəllərində mühüm ticarət mərkəzinə çevrilmiş Culfada 1910-cu ildə Azov-Don
Kommersiya Bankının şöbəsi
139
, 1911-ci ildə İran Hesab-Borc Bankının şöbəsi
140
və 1912-ci
ildə isə Tiflis Ko mmersiya bankının şöbəsi yaradıldı
141
.
Azərbaycanın başqa şəhərlərində - 1910-cu ildə Naxçıvanda Qarşılıqlı Kredit
Bankının şöbəsi, 1911-ci ildə Lənkəranda Rus-Asiya bankının 1913-cü ildə həmin bankın
şöbəsinə çevrilən komisyonerliyi, 1913-cü ildə, Astarada İran Hesablama-Borc Agentliyinin
şöbəsi açıldı.
Kommersiya bankları XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif
şəhərlərində fəaliyyət göstərən kredit-bank sistemində əsas həlqə idi. Rusiyanın
54
Azərbaycan ərazisini fəaliyyət mühiti etmiş dövlət və səhmdar torpaq bankları
sırasına 1900-cü ildən Don Səhmdar Torpaq Bankı, 1903-cü ildən Yaroslavl-
Kostroma Səhmdar Torpaq Bankı
142
,1907-ci ildən Poltava Səhmdar Bankı
143
, 1906-
cı il fevralın 15-dən Kəndli Torpaq Bankın ın Zaqafqaziya şöbəsi daxil idi
144
. Dövlət
zadəgan torpaq bankı Zaqafqaziya şöbəsinə öz fəaliyyətini Azərbaycanda yaymağa
icazə vermişdi, lakin bankın mərkəzi idarəsinin siyasəti yerli mülkədar və bəyləri
onun müştərisi olmaqdan məhrum etmişdi. Bunun başlıca səbəbi onların imtiyazlı silkə
mənsubluğunu və mülklərinin sərhədlər üzrə onların mü lkiyyətində olduğunu
təsdiqləyən sənədlərin olmaması idi. Yerli və Qafqaz in zibati orqanları bankın
mərkəzi idarəsi qarşısında dəfələrlə vəsatət qaldırdığına baxmayaraq, bəylər öz
torpaqlarını burada girov qoymaq hüququ ala bilməmişdilər. Yaln ız xan nəslindən
olanlar və rus əsilzadələri ö z torpaqlarını bu banka g irov qoya bilərdilər.
Azərbaycanın kredit -bank sistemin in digər bir həlqəsi kiçik kredit
(borcvermə) idarə ləri id i. Rusiyanın, o cü mlədən Azə rbay canın kənd təsərrüfatında
XX əsrin əvvəllərində kapitalist münasibətlərinin in kişafı ö lkədə kiçik kreditin
vəziyyətini əsaslı surətdə dəyişməyi tələb edird i. Çar höku mət in in 1904-cü il
iyunun 7-də təsdiq etdiyi "Kiçik kredit idarə ləri haqqında əsasnamə"yə görə,
Rusiya dövlət bankı - kiçik kredit işləri ü zrə idarə yaradıld ı və ona tapşırıldı ki,
kiçik kredit müəssisələri yaradılmasına himayədarlıq, onların fəaliyyətinə nəzarət
və rəhbərlik etsin
145
.
Bu qanun Rusiyada kiçik kredit idarələri şəbəkəsinin yaradılması işini
geniş inkişaf yoluna saldı. Azərbaycanda bu istiqamətdə ilk addımlar 1906-1907-ci
illərdə atıldı. Dövlət bankının Tiflis və Bakı şöbələrin in nəzdində kiçik kred it üzrə
Bakı və Yelizavetpol quberniya komitələri yarad ıld ı. Bank şöbələrində çalışan
müfəttişlər kəndli təsərrüfatların ın xahişlərin i nəzərdən keçirməli, imkan olduqda
kiç ik kredit müəssisələri aç ma lı id ilə r.
Kiçik kred it müəssisələri açılması Maliyyə Nazirliy inin 1905-ci ilin
noyabrında təsdiq etdiyi Nizamnamə əsasında tənzimlən məli idi. Bu sənəd
Azərbaycanda kiçik kred it müəssisələrinin iki növünün -kredit və borc-kred it
şirkəti açılmasına yol verirdi.
Lakin kiçik mü fəttişlərin sayca məhdudluğu, haqq-hesabın yerli dildə
aparılmaması, qolço maq-sələmçilərin müqaviməti və s. ona gətirib ona çıxartdı ki,
Azərbaycanda ilk kiçik kred it müəssisəsi yalnız 1908-ci ildə açıld ı. 1909-1913-cü
illərdə kiçik kredit müəssisələrinin artım mən zərəsi belə id i: 1909-cu ildə 9, 1910-
cu ildə 12, 1911-ci ildə 5, 1912-ci ildə 42, 1913-cü ildə 19, ü mu miyyətlə isə həmin
müddətdə cəmi 86 kiçik kredit müəssisəsi açılmışdı
146
.
Kiçik kred it müəssisələrinin ço xu Bakı quberniyasında, 8-i Naxçıvan
qəzasında, 2-si isə Zaqatala dairəsində idi. Kredit şirkətləri ço xluq, borc-əmanət
şirkətləri isə azlıq təşkil ed ird i. Azərbaycanda kiçik kredit müəssisələri şəbəkəsinin
genişliyi öz əksini bankir idarələri, qarşılıqlı kredit cəmiyyətləri və Bakı tacir bankı
yaradılmasında tapırdı.
55
Kredit-bank müəssisələrinin sürətli artımı Azərbaycan iqtisadiy yatında kapitalist
inkişafının tələbi ilə şərtlənirdi. Bank kapitalı kredit müəssisələri çoxaldıqca və
fəaliyyətlərini genişləndirdikcə yerli sənayenin, ticarət və kənd təsərrüfatının, əhalinin
təsərrüfat həyatının bütün sahələrini əhatə edirdi. Girov əvəzinə verilən borclar,
bankların fəal əməliyyatının yayılma dairəsinin həcmi və s. bank kreditinin Azərbaycan
iqtisadiyyatı ilə nə qədər geniş qovuşduğunu sübut edir.
Bakı banklarının, demək olar ki, hamısı əsasən neft sənayesi, ona xid mət edən
sənaye sahələri və neft məhsulları ticarəti ilə bağlı idi və onlara xidmət edirdi. Veksel və
əmtəə kreditlərinin əsas hissəsi neft sənayesi sahəsinə düşürdü. Çəltik və buğda
dəyirmanları, tütün fabrikləri, balıq sənayeçiləri, manufaktura tacirləri, qənd, meyvə,
pambıq və s. ilə ticarət edənlər də bank kreditindən geniş istifadə edirdilər.
Rusiya kommersiya banklarının Bakı şöbələri neft sənayesi ilə, yerli sənayenin
başqa sahələri və ticarətlə qovuşdu, bank kapitalı sənaye kapitalı ilə qaynayıb qarışdı. Bu
isə maliyyə oliqarxiyasının hakimiyyətinə gətirib çıxardı. Bankların şöbələri kapitalın və
inhisarların təmərküzləşməsi prosesini sürətləndirib gücləndirdi, iqtisadiyyatın müxtəlif
sahələrindəki qarşılıqlı əlaqələri yüksək dərəcədə qüvvətləndirdi. Bankların şöbələri
təsərrüfat həyatının mərkəzinə çevrildi.
Bank şöbələrinin Gəncə qrupu 7-10 mln rubulluq veksellərin hesabını
aparırdı
147
. Gəncədəki bütün bank şöbələri kənd təsərrüfatının müxtəlif sahələrini, əsasən
isə çaxır və araq istehsalını, pambıqçılığı və ipəkçiliyi kreditlə təmin edirdi. Nuxa və
Şuşa bankları baramaçılığa və ipək sənayesinə, həmçinin başqa istehsal sahələrinə
kredit verirdi. Bank şöbələrinin apardığı veksel hesabının məbləği hər il Nu xada 3-4,
Şuşada isə 2-3 mln rubul olurdu.
Torpaq banklarının bir qrupu özlərinin 1916-cı ilə qədərki fəaliyyəti dövründə
kənd malikanələrini girov götürməklə, Azərbaycanın torpaq sahiblərinə 7 mln rubl
uzunmüddətli borc vermişdi
148
. Mülkədarlar bu kapitalın müəyyən hissəsini öz
təsərrüfatlarını genişləndirməyə, onları kapitalist yolu ilə inkişaf etdirməyə yönəltmişdilər.
Bu banklar, yəni Bakıda fəaliyyət göstərən Bakı şəhər Kredit Cəmiy yəti, Tiflis
Zadəgan Torpaq Bankı, Don Torpaq Ban kı, Tiflis Zadəgan Bankının Şuşadakı
agentliyi, Poltava torpaq bankının Gəncədəki agentliyi hə min şəhərlərdə aparılan
inşaat işləri üçün girov müqabilində borc vermişdi.
Azərbaycanda fəaliyyət göstərən kiçik kred it müəssisələri 1909-cu ildən
1913-cü ilədək xırda kənd burjua ziyasından olan ü zvlərinə 6,5 -7 mln rubla qədər
borc vermişdi. Bu məbləğ kənd təsərrüfatının mü xtə lif sahələrinə qoyulmuşdu.
Beləliklə, müharibədən qabaqkı illərdə Azərbaycanda iqtisadiyyatın
mü xtəlif sahələrinə - sənaye, kənd təsərrüfatı və ticarətə hər il 100-150 mln rubl
bank kapitalı yönəldilmişdi.
Bank kapitalı Azərbaycan iqtisadiyyatının bütün sahələrinə daxil o lmuş,
təsərrüfatı aparmaq üsulların ı, onun strukturunu, bütün pul münasibətlərin in
mah iyyətini dəyiş miş, sənayedə, kənd təsərrüfatında və ticarətdə əmtəə təsərrüfatı
və kapitalizmin inkişafını sürətləndirmişdi.
|