TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 27,32 Mb.
Pdf görüntüsü
səhifə22/168
tarix02.01.2022
ölçüsü27,32 Mb.
#1595
1   ...   18   19   20   21   22   23   24   25   ...   168
AZƏRBAYCANIN ĠNKĠġAFINDA DÖNÜġ 

MƏRHƏLƏSĠ 

 

§1. RESPUBLĠKANIN ĠCTĠMAĠ-SĠYASĠ HƏYATI 

 

Azərbaycan  KP  Mərkəzi  Komitəsinin  1969-cu  il  iyulun  14-də  keçirilən 



Plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. 

Plenumda  Heydər  Əlirza  oğlu  Əliyev  Azərbaycan  KP  MK-nın  birinci  katibi 

seçildi. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində, fəhlə ailəsində 

anadan  olmuşdu.  Naxçıvanda  orta  təhsil  almış,  Pedaqoji  Texnikumu  bitirmişdi. 

1939-1941-ci  illərdə  o,  Azərbaycan  Sənaye  İnstitutunun  memarlıq  fakültəsində 

oxumuşdu.  H.Əliyev  1941-ci  ildən  Naxçıvan  MSSR  Xalq  Daxili  İşlər 

Komissarlığında  və  Naxçıvan  MSSR  Xalq  Komissarlığı  Sovetində  şöbə  müdiri, 

1944-cü  ildən  Dövlət  Təhlükəsizlik  orqanlarında  işləmişdi.  1957-ci  ildə 

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Ağılı və işgüzarlığı 

sayəsində H.Əliyev general-mayor rütbəsinədək yüksəlmişdi. 1956-1965-ci illərdə 

Azərbaycan  SSR  Dövlət  Təhlükəsizlik  Komitəsi  Əks-Kəşfiyyat  İdarəsinin  rəisi, 

1965-ci ildən bu Komitə sədrinin müavini, 1965-ci ildən isə sədri olmuşdu. 

Azərbaycanın  müasir  tarixində  1969-cu  ildə  dönüş  mərhələsinin  təməli 

qoyuldu.


1

  Həmin  il  avqustun  5-də  H.Ə.Əliyev  Azərbaycan  KP  MK  Plenumunda 

çıxış edərək, respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata 

rəhbərlikdə, mədəni quruculuqda, ideoloji işdə ciddi nöqsanlar olduğunu qeyd etdi 

və  onları  aradan  qaldırmaq  yollarını  göstərdi.  Azərbaycan  KP  MK  Avqust 

plenumunda  dövlət  əmək  intizamını  möhkəmləndirmək,  respublikada  mənəvi-

psixoloji  iqlimi  sağlamlaşdırmaq  vəzifələri  irəli  sürüldü.  Heydər  Əliyevin 

rəhbərliyi altında Azərbaycan KP-nin XXVIII (10-12 may 1971-ci il), XXIX (28-

30  yanvar  1976-cı  il),  XXX  (28-30  yanvar  1981-ci  il)  qurultaylarında,  MK-nın 

plenumlarında, vaxtaşırı çağırılan müşavirələrdə respublikanın iqtisadi, mənəvi və 

sosial-mədəni  inkişafının konkret vəzifələri, təşkilati tədbirlər müəyyən edildi.

2

 



Heydər  Əliyev  qısa  müddətdə  respublikada  idarəçilik  sistemini  xeyli 

möhkəmləndirdi.  Rüşvətxorluğa,  korrupsiyaya  qarşı  ciddi  mübarizəyə  başladı. 

Sovet  hakimiyyəti tarixində  ilk dəfə  sosialist cəmiyyətində  vəzifədən  sui-istifadə, 

korrupsiya  kimi  mənfi  hallar  olduğunu  və  onlara  qarşı  mübarizənin  vacibliyini 

cəsarətlə  elan  etdi  və  bu  hallara  qarşı  qəti  mübarizəyə  başladı.

3

  Heydər  Əliyevin 



SSRİ  rəhbərliyində  böyük  nüfuzu  vardı.  O,  1976-cı  ildə  Sov.İKP  MK  Siyasi 

Bürosu  üzvlüyünə  namizəd  seçildi  və  bu  vəzifənin  verdiyi  imkanlardan 




144 

 

Azərbaycanın  inkişafı  naminə  məharətlə  istifadə  etdi.



Heydər  Əliyev  böyük 

uzaqgörənliklə  bütün  dövlət  hakimiyyəti  orqanlarının  işini  xalqın  iqtisadi,  sosial-

mədəni  tərəqqisi  və  milli  oyanış  siyasətinin  reallaşmasına  yönəltdi.  Partiya  lideri 

olmaqla  bərabər,  o,  həm  də  SSRİ  Ali  Sovetinin  (8-10-cu  çağırış.)  deputatı,  onun 

yuxarı palatası olan İttifaq Sovetinin sədr müavini (9-cu çağ.), habelə Azərbaycan 

SSR  Ali  Sovetinin  (7-10-cu  çağırış.)  deputatı  və  Rəyasət  Heyətinin  üzvü  kimi 

geniş  dövlətçilik  fəaliyyəti  göstərirdi.

Onun  təşəbbüsü  ilə  SSRİ  rəhbərliyi  - 



Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanın iqtisadi inkişafı üçün olduqca 

böyük  əhəmiyyətə  malik  beş  mühüm  qərar  qəbul  etdi.

6

  Bu  qərarların  biri 



Azərbaycanın xalq təsərrüfatının inkişafına İttifaq fondundan külli miqdarda vəsait 

ayrılmasına  əsas  oldu.  Heydər  Əliyevin  həyata  keçirdiyi  siyasət  bütün  sahələrdə 

olduğu kimi, qanunverici orqanlara da ən bacarıqlı və layiqli adamların seçilməsinə 

imkan yaratdı. Bu orqanların işi xeyli fəallaşdı, yeni komissiyalar yaradıldı, onların 

səmərəli işləməsi üçün qayğı göstərildi. 

Azərbaycan parlamenti respublikanın iqtisadi, mədəni inkişafı üçün hüquqi 

baza yaradan onlarla qanun qəbul etdi. Heydər Əliyev respublikada qanunçuluğun 

hüquqi  bazasının  möhkəmləndirilməsi  istiqamətində  mühüm  tədbirlərin 

təşəbbüsçüsü oldu.

7

 70-ci illərdə və 80-ci illərin əvvəllərində Azərbaycanın mülki, 



mülki-prosessual, cinayət-prosessual məcəllələrinə əlavələr və dəyişikliklər edildi. 

Azərbaycan SSR-in məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix 

və  mədəniyyət  abidələrinin  qorunması  və  onlardan  istifadə  edilməsi,  Nazirlər 

Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, torpaq, əmək haqqında qanun 

məcəllələri, inzibati hüquq

 

pozuntuları haqqında, ailə və nikah haqqında məcəllələr 



qəbul  edildi.

8

  H.Əliyev  1977-ci  il  SSRİ  Konstitusiyasını  hazırlayan  Konstitusiya 



Komissiyasının üzvü və 1978-ci il Azərbaycan SSR-in Konstitusiyasını hazırlayan 

Konstitusiya  Komissiyasının  sədri  kimi  geniş  dövlətçilik  fəaliyyəti  göstərdi.

9

 

Heydər  Əliyev  Azərbaycanın  suveren  hüquqlarının  pozulmasına  qarşı  yönələn 



bütün  cəhdlərin  qarşısını  vaxtında,  qətiyyətlə  alırdı.  SSRİ-nin  1977-ci  ilin 

oktyabrında qəbul olunmuş Konstitusiyası hazırlanarkən ermənilərin belə cəhdləri 

xüsusən  artmışdı  və  yalnız  Heydər  Əliyevin  SSRİ  Konstitusiyasını  hazırlayan 

Komitənin üzvü kimi SSRİ rəhbərliyi qarşısında qoyduğu qəti tələblər nəticəsində 

o  vaxt  Dağlıq  Qarabağın  statusu  məsələsinə  baxılmadı.

10

  Heydər  Əliyevin 



rəhbərliyi  altında  fəaliyyət  göstərən    respublika    Konstitusiya  Komissiyasının  

hazırladığı  yeni "Azərbaycan SSR Konstitusiyası" 1978-ci il aprelin 21-də qəbul 

edildi.  Bu  Konstitusiya  mövcud  olan  dar  imkanlar  daxilində  xalqın  mənəvi 

sərvətlərinin,  xüsusən  dilinin  qorunub  saxlanması  və  inkişaf  etdirilməsi  üçün 

hüquqi  əsasları  genişləndirdi.

11

  Ölkə  rəhbərliyinin  etirazına  baxmayaraq, 



H.Əliyevin  siyasi  iradəsi  nəticəsində  Azərbaycan  dili  respublikada  dövlət  dili 

statusunu saxladı. 




145 

 

"Qoy  ədalət  zəfər  çalsın!"  -  o  zaman  Heydər  Əliyevin  söylədiyi  və  bütün 



əməllərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrilmişdi.

12

 



Seçkili  hakimiyyət  orqanları  respublikanın  siyasi,  iqtisadi  və  mədəni 

həyatında  əhəmiyyətli  rol  oynayırdı.  Azərbaycan  SSR  Ali  Sovetinə  Süleyman 

Rüstəm (I-XI çağırışlar, VIII-XI çağırışlarda Azərbaycan SSR Ali Sovetinin sədri 

olub),  Mustafa  Topçubaşov  (I-X  çağırışlar),  Fikrət  Əmirov  (IV-IX  çağırışlar), 

Mikayıl Abdullayev (V-IX çağırışlar) və b. görkəmli şəxsiyyətlər

13

 deputat seçildi. 



SSRİ  Ali  Sovetində  Azərbaycanı  Mirzə  İbrahimov  (I-V,  VII,  VIII,  X  çağırışlar), 

Rəşid  Behbudov  (VII-IX  çağırışlar),  Qara  Qarayev  (V-IX  çağırışlar),  Həsən 

Abdullayev  (VII-IX  çağırışlar),  Şamama  Həsənova  (IV-XI  çağırışlar,  1960-1974-

cü  illərdə  SSRİ  Ali  Soveti  sədrinin  müavini  olub),  Sərdar  İmrəliyev  (VI-IX 

çağırışlar) və b. qabaqcıl elm, mədəniyyət, incəsənət xadimləri, əmək qabaqcılları 

təmsil edirdilər.

14

 

Yerli  Sovetlərə  1969-cu  ildə  44,5  min,  1982-ci  ildə  50,8  min  nəfərə  qədər 



deputat  seçilmişdi.  Bu  sovetlərdə  9,5  mindən  çox  daimi  komissiya  fəaliyyət 

göstərirdi.  80-ci  illərin  əvvəllərində  partiya  sıralarında  400  minə  qədər  üzv  və 

namizəd,  komsomol  təşkilatlarında  milyondan  çox  gənc,  həmkarlar  ittifaqlarında 

2,6 milyon nəfərə qədər əməkçi birləşmişdi.

15

 

Heydər  Əliyevin  mövcud  reallıqlar  daxilində  məharətlə  həyata  keçirdiyi 



çoxcəhətli  siyasi-dövlətçilik  fəaliyyəti  sayəsində  partiya,  sovet,  həmkarlar 

ittifaqları, komsomol və b. ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr, 

mənəvi  potensialının  sürətlə  artmasına  yönəldildi.  Bunun  nəticəsi  idi  ki,  70-ci 

illərdə  Sovet  İttifaqında  əsas  orta  iqtisadi  göstəricilərin  artım  sürətinin  aşağı 

düşdüyü  bir  vaxtda  Azərbaycanda  bütün  başlıca  iqtisadi  göstəricilər  durmadan 

artırdı. 14 ildə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 

(əvvəlki 50 ildəki qədər), xalq istehlakı malları istehsalı 3 dəfə, kənd təsərrüfatında 

məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 

iki  milyondan  çox  adamın  mənzil  şəraiti  yaxşılaşdırılmışdı.

16

  Xalqın  öz  gücünə, 



təsərrüfatçılıq  qabiliyyətinə,  mənəvi  potensialına  inam  qüvvətləndi.  1970-1982-ci 

illərdə  respublika  12  dəfə  müxtəlif  Ümumittifaq  yarışlarının  qalibi  oldu,  keçici 

Qırmızı  Bayraqlara  layiq  görüldü.  1970-ci  ildə  Oktyabr  İnqilabı,  1972-ci  ildə 

Xalqlar Dostluğu, 1980-ci ildə Lenin ordenləri ilə təltif edildi.

17

  Heydər  Əliyevin 



təşəbbüsü  və  siyasi  iradəsi  ilə  partiya,  həmkarlar  və  komsomol  təşkilatları, 

sovetlər,  yaradıcılıq  ittifaqları  xalqın  mənəvi  dəyərlərinin  öyrənilməsinə  və 

təbliğinə  diqqəti  artırmışdı.  Milli  mənəvi  sərvətlərin  tədqiqi  və  təbliği,  tarixi 

araşdırmaların  geniş  vüsət  alması  Heydər  Əliyev  dövrünün  həyata  keçirilən 

tədbirləri idi.

18

 Nizaminin, Əcəminin, Nəsiminin, Tusinin, Vaqifin, Aşıq Ələsgərin, 



Aşıq  Alının,Üzeyir  Hacıbəyovun,  Müslüm  Maqomayevin,  Hüseyn  Cavidin  və 

başqa  elm,  ədəbiyyat  və  incəsənət  xadimlərinin  yubileyləri,  Azərbaycan 




146 

 

professional teatrının yüz illiyi təntənə ilə qeyd olunmuşdu. Azərbaycan tarixinə və 



Azərbaycan dilinə aid qiymətli araşdırmalara  yüksək dövlət mükafatları verilməsi 

ziyalıları  bu  sahələrdə  fəaliyyətlərini  genişləndirməyə  ruhlandırırdı.  1977-ci  ildə 

Nizami  irsinin  yenidən  öyrənilməsi  haqqında  qərar  qəbul  olundu,  bu  sahədə 

səmərəli  işlər  görüldü.  Bir  zamanlar  "pantürkist"  kimi  damğalanmış  Hüseyn 

Cavidin  cəsədinin  qalıqları  1982-ci  ildə  İrkutsk  vilayətindən

 

gətirilib  Naxçıvanda 



torpağa  tapşırıldı.

19

  Cənubi  Azərbaycanla  birlik,  həsrət  hisslərinin  ədəbi  ifadəsinə 



geniş  imkanlar  açıldı.  1979-cu  ildə  Azərbaycan  Yazıçılar  İttifaqının  Cənubi 

Azərbaycan  üzrə  katibi  seçildi.

20

  Heydər  Əliyev  faşizmə  qarşı  mübarizədə 



Azərbaycan  xalqının  oynadığı  rolun  düzgün  qiymətləndirilməsinə  çalışırdı.  O, 

Mehdi  Hüseynzadənin  Avropanın  böyük  antifaşist  hərəkatında  qəhrəmanlığının 

təbliğinin,  haqqında  əsərlər,  kinofilm  çəkilməsinin,  ona  heykəllər  qoyulmasının 

təşəbbüsçüsü olmuşdu. 

70-ci  illərdə  onun  təşəbbüsü  ilə  Taqanroqda  416-cı  Azərbaycan 

diviziyasının  böyük  qələbəsinə  möhtəşəm  xatirə  ansamblı,  Sevastopolda 

Sapundağda  77-ci  Azərbaycan  diviziyasının  şərəfinə  böyük  abidə  ucaldılmışdı. 

Heydər Əliyev Bakı neftinin İkinci dünya müharibəsində faşizm üzərində qələbədə 

oynadığı ümumdünya  tarixi əhəmiyyətli rolunun SSRİ rəhbərləri tərəfindən etiraf 

edilməsinə nail oldu. 1978-ci ildə Bakı Lenin ordeni ilə təltif edildi.

21

 

Heydər  Əliyevin  təşəbbüsü  ilə  partiya  və  dövlət  orqanlarının,  ictimai 



təşkilatların,  ziyalıların  respublikanın  milli  kadr  potensialının  möhkəmlənməsinə 

diqqəti artdı. Minlərlə azərbaycanlı gənc SSRİ-nin aparıcı təhsil və elm ocaqlarına 

göndərildi. Milli hərbi kadrlar hazırlanmasına böyük qayğı göstərildi. 1971-ci ildə 

respublika orta hərbi internat məktəbi təşkil edildi. 70-80-ci illərdə SSRİ-nin hərbi 

məktəblərində  müxtəlif  hərbi  ixtisaslar  üzrə  2000-dən  çox  azərbaycanlı  zabit 

hazırlandı.

22

 

Heydər  Əliyevin  məqsədyönlü  siyasi  fəaliyyəti  nəticəsində  Azərbaycanda 



milli özünüdərk prosesi xeyli güclənmişdi. Yaradıcı ziyalılar üçün sərbəst düşüncə 

və iş şəraiti yaradılmışdı.

23

 

"Gəncə" sözü yasaq edildiyi vaxt "Yeni Gəncə" rayonu yaradılmışdı.



24

 Bakı 


rayonlarına  "Nizami" və  "Nəsimi" adları verildi.  Rayonlara  Naxçıvanda  "Babək", 

Yuxarı  Qarabağda  "Əsgəran"  adlarının  verilməsi,  Naxçıvan  MSSR-də  Sədərək 

qəsəbəsinin  salınması  bu  yerlərin  əzəli  Azərbaycan  torpaqları  olduğunu  bir  daha 

təsdiqləyirdi.  Heydər  Əliyev  ilk  dəfə  "İran  Azərbaycanı"  kimi  məqsədli  təhrifi 

"Cənubi Azərbaycan" kimi obyektiv terminlə əvəz etdi. 

Naxçıvan  MSSR  və  DQMV-nin  iqtisadi  və  mədəni  tərəqqisinə  diqqət 

artırılmışdı. Şuşa şəhərinin inkişafı üçün bir neçə xüsusi qərar qəbul edildi. Şəhərin 

tarixi  abidələrinin  bərpa  olunmasına,  yeni  binaların  tikilməsinə  başlanıldı.  1980-

1981-ci  illərdə  Molla  Pənah  Vaqifin  qəbri  üzərində  böyük  məqbərə  ucaldıldı.

26

 




147 

 

Üzeyir  Hacıbəyovun,    Bülbülün  ev  -  muzeyləri  açıldı.  Natəvanın  heykəli 



qoyuldu.

27 


Şəhərdə  böyük  mehmanxana,  çoxmərtəbəli  yaşayış  binaları,  inzibati 

binalar  tikildi.  Şuşa  Ümumittifaq  səviyyəli  kurort  şəhərinə  çevrildi.  Dağlıq 

Qarabağda  əhalinin  təminatı  həmişə  Azərbaycan  SSR  üzrə  orta  göstəricilərdən 

yüksək olurdu, 1973-cü ildə Stepanakertdə Azərbaycan Pedaqoji İnstitutunun filialı 

əsasında  Pedaqoji  İnstitut  açıldı.  1979-cu  ildə  Ağdamdan  buraya  dəmir  yolu 

çəkildi.


28

  Heydər  Əliyevin  ağıllı  və  uzaqgörən  siyasəti  sayəsində  partiya,  sovet 

orqanları,  ictimai  təşkilatlar  öz  işini  elə  qurmuşdu  ki,  erməni  separatçıları  açıq 

çıxışlardan  çəkinirdilər.  1977-ci  ildə  Dağlıq  Qarabağ  məsələsi  növbəti  dəfə 

qaldırılsa da, qarşısı qətiyyətlə alınmışdı.

29

 



Heydər  Əliyev  erməni  millətçilərinin  niyyətini  yaxşı  dərk  edir,  sərhəd 

rayonlarının  iqtisadi  və  sosial-mədəni  inkişafına  böyük  əhəmiyyət  verir,  qayğı 

göstərirdi.  70-ci  illərdə  mərkəz  ermənilərin  təhriki  ilə  Kəlbəcər  rayonunun 

perspektivsizliyi,  buradan  əhalinin  köçürülməsi,  torpaqların  isə  yaylaq  kimi 

respublikalar  arasında  bölüşdürülməsi  haqqında  məsələ  qaldırdı.  Buna  qarşı 

H.Əliyev 1977-ci ildən bu rayonun potensial imkanlarını genişləndirmək tədbirləri 

hazırlanmasına  və  həyata  keçirilməsinə  nail  oldu.  İqtisadiyyat  xeyli  dirçəldi. 

Mərkəzin, erməni millətçilərinin niyyətləri alt-üst oldu.

30 

 

Respublikada  qadın  şuraları,  küçə,  məhəllə,  məktəb  valideyn  komitələri, 



əmək  veteranları  şuraları,  könüllü  xalq  drujinaları  və  b.  kütləvi  özfəaliyyət 

təşkilatları səmərəli fəaliyyət göstərirdi. 

4 minə qədər yoldaşlıq məhkəməsi, 25 mindən artıq nəzarət qrupu movcud 

idi.


31

 

Respublikanın ictimai-siyasi həyatında dövlət bayramlarının, tarixi günlərin, 



rayonlarda  məhsul  bayramlarının  qeyd  edilməsi,  əldə  edilmiş  müvəffəqiyyətlərlə 

bağlı  təltiflərin  verilməsi,  habelə  SSRİ  partiya  və  dövlət  başçısı  L.İ.Brejnevin 

Bakıya  gəlməsi  (1970,1978  və  1982-ci  illərdə),  Azərbaycanda  müttəfiq 

respublikaların  mədəniyyət,  ədəbiyyat  və  incəsənət  günlərinin,  festivalların, 

beynəlxalq konfransların və s. keçirilməsi ilə əlaqədar təşkil olunan tədbirlər daha 

zəngin, canlı və maraqla həyata keçirilirdi. 

Azərbaycanda  siyasi  həyatın  sürətlə  inkişafı,  partiyanın  qanunverici 

hakimiyyət  orqanının,  yerli  sovetlərin,  ictimai-siyasi  təşkilatların,  yaradıcılıq 

ittifaqlarının  işindəki  mühüm  irəliləmələr  Heydər  Əliyevin  şəxsiyyəti,  onun 

çoxcəhətli idarəçilik istedadı, siyasi- dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi. Bununla 

əlaqədar o, 1982-ci ilin dekabrında Moskvaya yüksək dövlət və partiya vəzifələrinə 

dəvət  olundu.  Sov.İKP  MK  Siyasi  Bürosuna  üzv  seçildi,  SSRİ  Nazirlər  Soveti 

sədrinin birinci müavini təyin edildi.

32

 



H.Əliyev bu vəzifələrdən də xalqın naminə səmərəli istifadə edirdi. 


148 

 

Beləliklə,  70-ci  illərdə  və  80-ci  illərin  birinci  yarısında  Heydər  Əliyevin 



çoxcəhətli  partiya  və  dövlət  idarəçiliyi  sayəsində  Azərbaycanın  ictimai-siyasi 

həyatı  olduqca  zənginləşdi.  İnsanların  partiya  və  dövlət  orqanlarının,  ictimai 

təşkilatların  işində  fəallığı  artdı.  Partiya  və  dövlətin,  yerli  sovetlərin,  həmkarlar 

ittifaqlarının,  komsomolun,  ziyalıların,  yaradıcılıq  təşkilatlarının  əsas  diqqəti 

respublikanın 

iqtisadi,  sosial-mədəni  tərəqqisi,  xalqın  milli  oyanışına 

istiqamətləndirilmiş  siyasətin  reallaşdırılmasına  yönəldildi  və  səmərəli  nəticələr 

verdi. 


Heydər  Əliyev  kimi  fitri  istedadlı,  uzaqgörən,  xalqını  sonsuz  məhəbbətlə 

sevən,  mütəfəkkir  bir  şəxsiyyətin,  praqmatik  siyasətçinin  Azərbaycana  rəhbərlik 

etməsi respublikanın ictimai-siyasi, iqtisadi və  mədəni həyatında sürətli yüksəlişə 

səbəb oldu. 

 


Yüklə 27,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin