1987, 10 oktyabr – H.Ə.Əliyevin Sov.İKP MK Siyasi Bürosunun
üzvlüyündən, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsindən azad
edilməsi
1988, 19 fevral – Yerevanda ilk “antitürk mitinqi”nin keçirilməsi
1988, 19 fevral – Ermənilərin Dağlıq Qarabağa təcavüzü ilə əlaqədar
Bakıda ilk etiraz mitinqinin keçirilməsi
1988, 20 fevral – DQMV Sovetinin sessiyasında ermənilərin vilayətin
statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul
etmələri
1988, 22 fevral – Əsgəranda azərbaycanlı iki gəncin ermənilər tərəfindən
qətlə yetirilməsi
1988, 28 fevral – Erməni təxribatçılarının Sumqayıtda qanlı fitnəkarlıq
törətməsi
1988, 24 mart – Xalqlar arasında nifaq salmaq işində təqsirləndirilən
“Krunq” cəmiyyətinin fəaliyyətinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
qərarı ilə rəsmən qadağan edilməsi
1988, 21 may – Ə.X.Vəzirovun Azərbaycan KP MK-nın Birinci katibi
“təyin” edilməsi
1988, 21 iyun – DQMV Xalq Deputatlarının sessiyasında vilayətin
Ermənistan SSR-ə birləşməsi haqqında qanunsuz qərarın qəbul edilməsi
1988, 17 noyabr – Azərbaycan xalq hərəkatının başlanması
1988, 24 noyabr – Bakı, Naxçıvan və Gəncə şəhərində xüsusi vəziyyət və
komendant saatının tətbiq edilməsi
Dostları ilə paylaş: |