TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə37/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   33   34   35   36   37   38   39   40   ...   157
Əlaqələr.  Kür-Araz  mədəniyyətini  şöhrətləndirən  maddi  varidatda  bir  çox 

formaların,  nümunələrin  yeknəsəq  olması  heyrət  doğurur.  Buna  qəbilələrarası  daimi 

və fəal əlaqələr imkan  yaratmışdı. Bu prosesdə  yarımköçəri  maldarlıqla  məşğul olan 

qəbilələr  böyük  rol  oynamışdır.  Özlərinin  həyat  tərzi  sayəsində  onlar  texnika  və 

mədəniyyətdə baş verən yenilikləri yaymalı olurdu. Mübadilə müntəzəm səciyyə alır. 

Əkinçilik və maldarlıq təsərrüfatından əldə edilən izafi məhsul əsas mübadilə vasitəsi 

olur. Əkinçilər  mübadiləni  əsasən taxıl,  həm də  sənətkarlıq məmulatı ilə  aparırdılar. 

Əvəzində mal-qara, yun, süd məmulatı və mis külçəsi alırdılar. 

Tunc metallurgiyasının inkişafı dəvəgözünü təsərrüfat və məişətdən sıxışdırdı, 

qəbilələrarası  mübadilədə  öz  əhəmiyyətini  itirdi.  Qafqazda  tunc  sənayesinin 

inkişafının  başlanğıc  mərhələsi  Ön  Asiya  ilə  təmasda  keçir.  İlk  Tunc  dövründə 

Qafqaza müxtəlif biçimli, xüsusən metal əşyalar daxil olur və yaxud onların formaları 

mənimsənilir. Buna görə təəccüblü deyildir ki, Qafqazın bir sıra əsas tunc əşya tipləri 

nəinki  öz  aralarında  bir-birinə  bənzəyir,  həm  də  bu  ərazidən  kənarda  olan  abidələrin 

materialları ilə yaxın oxşarlıq tapır. Bu dövrdə Qafqazda dəstəkli nizə ucluqları geniş 

yayılır. Belə  ucluqlar Ön  Asiyanın bir çox vilayətlərindən məlumdur və  orada  onlar 

nəinki  tuncdan,  həm  də  qızıl  və  gümüşdən  hazırlanırdı.  Azərbaycanda  Lənkəran 

düzənliyindən  Şimali  Qafqazda  Prikuban  vilayətinə  qədər,  tipoloji  cəhətdən  Ön 

Asiyanın  İlk  Tunc  dövrü  nümunələri  ilə  oxşar  yastı  iskənəvari  baltalar  yayılmışdı. 

Astara  rayonunun  kurqanlarından  birində  dəstəkli  nizə  ucluğu  ilə  birlikdə  iki 

iskənəvari  formalı  balta  tapılmışdır.  Bu  kurqanın  metal  əşyaları  mərgmüşlü  tuncdan 

hazırlanmışdır. Lakin bəzi nümunələrdə mərgmüşdən əlavə az miqdarda qalay da var. 

Məlum olduğu kimi, Qafqazda və ona qonşu rayonlarda qalay yataqları yoxdur. Ona 

görə  Qafqazda  tapılan  qalay  qatışıqlı  əşyaları  buraya  qalayın,  bəlkə  də  bəzi  qalay 

qatışıqlı  tunc  məmulatın  xaricdən  gəlməsi  ilə  izah  etmək  olar.  Babadərviş  yaşayış 

yerindən  qarmaqvari  tunc  əşyanın,  Dağlıq  Qarabağ  kurqanlarının  birində  tapılmış 

tunc xəncər tiyəsinin tərkibində qalay qatışığı olması onların və ya qatışığın gətirilmə 

məmulata aidiyyətini göstərir. 

Kültəpədən  tapılmış  dördtilli,  tərkibində  nikel  və  mərgmüş  qatışığı  olan  biz 

diqqəti  cəlb  edir.  Nikel  qatışıqlı  əşyalar  Şimali  Qafqazda  Maykop  mədəniyyəti 

abidələrindən  məlumdur.  Ancaq  qalay  kimi  nikel  də  Qafqazın  mədən  yataqlarında 

yoxdur. 


Qafqazın  İlk  Tunc  dövrü  abidələrində  rast  gəlinən  mis-nikel  qatışıqlı  əşyalar, 

yəqin  ki,  Ön  Asiya  ilə  bağlıdır.  Onlar  ola  bilsin  ki,  Omanda  hasil  edilmiş  metaldan 

hazırlanmışdır. 



94 

 

Yerli  qəbilələrin  cənubla  sıx  əlaqəsi  qiymətli  metaldan  hazırlanmış  əşyalarda 



özünü  əks etdirir.  Azərbaycanda  onlar dəfn abidələrindən  əldə  edilmişdir. Xankəndi 

qənşərində  bir  kurqanda  üzərinə  qızıldan  qabıq  çəkilmiş  yuvarlaq  formalı  üç  pasta 

muncuq tapılmışdır. Orada başqa bir kurqanda, ölünün başı altında, öz formasına görə 

Cənubi  Mesopotamiyada  Ur  qəbirlərindəki  asmaları  xatırladan,  qızıl  lövhədən 

hazırlanmış  sırğa  tapılmışdır.  Dağlıq  Qarabağda  Xaçınçay  sahilindəki  kurqanda 

basma  naxışlı  qızıl  boru  va  məftildən  spiralvari  burulmuş  qızıl  bəzək  vardır. 

Xaçbulaqda İlk Tunc dövrü kurqanında ölünün gicgah sümükləri ilə yanaşı, bir-birinə 

keçirilmiş nazik məftildən iki cüt sırğaya rast gəlinmişdir. Onlardan biri qızıldan, üçü 

isə qızıl qatışıqlı gümüşdən hazırlanmışdır. 

Bu dövrdə Azərbaycan və Zaqafqaziya qəbilələrinin Şimali Qafqazla qarşılıqlı 

əlaqələri möhkəmlənir. Böyük Qafqazın cənub ətəklərində Kaxetiyadan Şirvana qədər 

ərazinin  bir  çox  abidələrində  qırmızı  oxralı  qab-qacağın  tapılması  Şimali  və  Cənubi 

Qafqaz  qəbilələri  arasında  geniş  qarşılıqlı  əlaqələrin  olduğunu  təsdiq  edir.  Maykop 

mədəniyyəti  əşyalarının  kimyəvi  tərkibinin  öyrənilməsi  də  həmin  nəticəyə  gətirir. 

Məlum olmuşdur ki, Maykop mədəniyyəti tunc əşyalarının əsas hissəsi öz mənşəyi ilə 

Zaqafqaziyaya bağlıdır. Şimah Qafqaz qəbilələri Zaqafqaziya ilə sıx təmasda olaraq, 

yaratdığı  əlaqə  yolları  ilə  aldığı  metalın  müəyyən  hissəsini  Şərqi  Avropa  düzənliyi 

qonşularına da çatdırırdı. 

Görünür,  yaranmış  belə  yollar  vasitəsi  ilə  Şimali  Qafqaza  parlaq  zərgərlik 

sənəti  məhsulu  olan  çoxlu  miqdarda  məmulat,  Mesopotamiyadan  qızıl  və  gümüş 

əşyalar, İrandan əqiq muncuqlar daxil olurdu. Bu işdə Zaqafqaziya, o cümlədən həm 

də Azərbaycan, yəqin ki, Şimali Qafqaz ilə Ön Asiya vilayətləri arasında vasitəçi kimi 

iştirak edirdi. 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin