- 9 -
sahələrində yeni texnologiyanın tətbiqi və istehsalının genişlənməsi, dünya
landşaftlarının
antropogen
dəyişməsi,
beynəlxalq
təsərrüfat
əlaqələrinin
mürəkkəbləşməsi və genişlənməsi bu və ya digər amillər mühitlə bəşəriyyətin
qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün
artmasına səbəb olur. Bu problemə D.Rikardo və T.Maltus böyük diqqət
yetirmişdilər. Onlar iqtisadi inkişafın perspektivlərinə pessimist yanaşırdılar [9.230
]
.
Son onilliklərdə istehsalın sürətlə inkişafı ilə əlaqədar dünya ölkələrində təbii
ehtiyatların istifadəsi xeyli artmışdır. Bu da öz növbəsində təbiətə təsirin
güclənməsinə və eyni zamanda təbiətdən istifadə problemlərinin kəskinləşməsinə
gətirib çıxarmışdır. Dünya üzrə ümumi istehlakın artmasını “demoqrafik sıçrayış”
adlanan əhalinin sayının xeyli yüksəlməsi ilə izah etmək mümkündür. Dünya
əhalisinin artım dinamikası cədvəli 1.1 – də göstərilib
[
37.335
]
.
Dostları ilə paylaş: