Təbİİ mühİtİ çİrkləndİrən mənbələrİin hazırkİ vəzİyyətİ (İcmal)



Yüklə 13,55 Kb.
tarix09.01.2022
ölçüsü13,55 Kb.
#51131
1.2TƏBİİ MÜHİTİ ÇİRKLƏNDİRƏN MƏNBƏLƏRİİN HAZIRKİ VƏZİYYƏTİ (İCMAL)


Təbİİ mühİtİ çİrkləndİrən mənbələrİin hazırkİ vəzİyyətİ (İCMAL)

İnsan fəaliyyətilə əlaqədar olan ətraf mühiti çirkləndirən başlıca mənbələr nəqliyyat, istilik və atom elektrik və istilik elektrik stansiyaları, qazan qurğuları, ağır və metallurgiya, əlvan metallurgiya, kömür sahəsi, neftçıxarma, neftayırma, neft və kimya sənayesi, inşaat materialları sahəsi, kənd təsərüfatı sənayesi və məişət qalıntılarıdır.

Qərb dövlətlərində ətraf mühitin çirklənməsi intensiv şəkildə olur. Səbəb- həmin dövlətlərdə iqtisadi problemlər həll olunan zaman ekoloji problemlər yaddan çıxarılır., “məüssisənin gəliri hər şeydən üstün tutulur” tezisi rəhbər məsələ kimi qeyd olunurdu. Misal üçün, Almaniyada hər il havaya təqiribi olaraq4 milyon. ton, İtaliyada – 2milyonn. ton kükürd buraxılır. Ümumiyyətlə, ətraf mühitin çirkləndirməsinni 50 faizə qədəriyalnız ABŞ payına düşür.

Öz ekoloji tarazlığını qoruyaraq saxlamağa çalışan 2dövlətdaha az inkişaf etmiş dövlətlərdəayrı-ayrı iri həcmli kimya müəssisələri tikməklə bu dövlətlərin təbiətinə qarşı zor tətbiq edir, ekoloji problemlərlə hesablaşmır və bununla da, onların milli təbii sərvətlərini yoxa çıxarmağa çalışırlar. Məsələn, 1984-cü ildə Hindistanın Bhopal diyarındaolmuş faciəni misal göstərmək olar. Amerikanın Union Corporation kompaniyasının işə soyuq münasibəti sayəsində yüksək təsirli qaz hazırlayan fabrikin partlaması sayəsindəotuz ton zəhərli qaz havaya buraxılmış və şəhər öldürücü kameraya dönmüşdür. Nəticədə 1 həftə ərzində 2500 adam rəhmətə getmiş, 1000 nəfər ölüm halında olmuş, 3000 nəfər insan ağır şəkildə zəhərlənmişdir.



Ölkələrin hərbi təcavüzkarlıq siyasəti də ətraf mühitə böyük miqdarda ziyan vurur. Bu cür ekoloji problemlərin kəskin şəkilə düşməsində keçmiş sovet zavodlarınında də rolu kiçik deyildir. Həmin prosesdə Çernobıl qəzasını yaddançıxarmaq olmaz. Sumqayıt, Mingəçevir, Gəncə və Bakı kimi şəhərlərin ekoloji problemləri ölkə əhalisinin də çox böyük narahatçılığına səbəb olmuşdur. Kimyəvi fabriklərdən atmosferə buraxılan zəhərli qazlar, dənizə axıdılmış çirkab suları ətraf zonanın ekologiyasını təhlükəli hala gətirmişdir. Bilindiyi kimi, ekologiya problemi həqiqidir və bununla hesablaşmaq gərəkdir. Əks halda, insanın və bütövlükdə canlı varlığın özü belə məhvolma təhlükəsi altında qala bilər.Ekoloji tarazlığın qorunaraq saxlanılmasında yaşıllıqlar da mühüm əhəmiyyəti kəsb edir. Bakı və Sumqayıt kimi böyük sənaye zonalarında yaşıllıq və onun əhəmiyyəti tamamilə yaddan çıxmışdır.. Bakıda yaşıllıq olan ərazilərnəzarətsizlik və baxımsızlıq baxımından məhv olmaqdadır.
Yüklə 13,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin