Təchizat zənciri


xidmətlər - mallardan və işlərdən başqa, hər hansı digər satınalma predmeti; malgöndərən (podratçı)



Yüklə 33,32 Kb.
səhifə3/5
tarix12.03.2023
ölçüsü33,32 Kb.
#87490
1   2   3   4   5
techiz muh

xidmətlər - mallardan və işlərdən başqa, hər hansı digər satınalma predmeti;
malgöndərən (podratçı) - satınalan təşkilatla bağlanan satınalma müqaviləsinin potensial və ya real tərəfi;
iddiaçı - tender şərtlərinə əsasən təklif verəntenderdə iştirak haqqını ödəyən hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslərin birliyi; [9]
tender təklifinin təminatı - iddiaçının tender təklifi üzrə satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə verilən təminat. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər;
tender komissiyası - satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvəqqəti işçi qrupu;
tenderin əsas şərtlər toplusu - satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd;
satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;
satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı - tender qalibinin (qaliblərinin) satınalan təşkilata təqdim etdiyi və satınalma müqaviləsi üzrə öhdəliklərinin icrasına verdiyi təminat. Bu təminat bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər;
güzəştli düzəliş - satınalan təşkilatın yerli malgöndərənlər (podratçılar) üçün bu Qanunun 36.9-cu və 44.2-ci maddələrinə əsasən tətbiq etdiyi güzəşt; [10]
dövlət vəsaiti - Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər, qrantlar, xarici yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaiti və qanunvericiliklə dövlət vəsaitinə aid edilən digər vəsaitlər;
emitent - malgöndərənin (podratçının) tender təklifinə, satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə təminatlarına və digər ödəniş sənədlərinə zəmanət verən maliyyə qurumu;

Yüklə 33,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin