Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin
vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.
2.
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə vəzifəsinə
baza ali tibb təhsili olan şəxs təyin edilir.
3. Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim Azərbaycan
Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin
əmri ilə vəzifəyə təyin olunur və vəzifədən azad edilir
4.
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim bilavasitə şöbə müdirinə,
onun olmadığı halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.2. xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və
təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin
əsaslarını;
5.3. öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın
müasir metodlarını;
5.4. təcili və təxirə salınmaz tibbi yardım xidmətinin təşkili, strukturu, ştatları
və təchiz edilməsi ilə bağlı məsələləri;
5.5. öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik
sənədləri;
5.6. tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;
5.7. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial
ekspertizanın aparılması qaydasını;
5.8. dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
5.9. tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin
fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;
5.10. həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın
əsaslarını;
5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və
laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;
5.12. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;
5.13. sanitar-maarifləndirmənin əsaslarını;
2
5.14. daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.