TəDQİqat metodlari


Nəzəri tədqiqat metodları



Yüklə 78,8 Kb.
səhifə3/10
tarix23.05.2022
ölçüsü78,8 Kb.
#59063
1   2   3   4   5   6   7   8   9   10
Muhazire-metodlar

Nəzəri tədqiqat metodları


Empirik tədqiqat metodlarında olduğu kimi nəzəri tədqiqat metodlarını da təqdim etməzdən öncə elmi idrakın nəzəri sə­viy­yə­si­nin mahiyyətini aşkarlamaq lazımdır. Bu, nəzəri tədqiqat metodları qru­puna daxil olan metodların hərtərəfli dərk olunmasına kömək edir.
Elmi idrakın nəzəri səviyyəsində və ya nəzəri idrakda elmi bilik abstrakt təfəkkür vasitəsilə alınır. Elmi idrakın nəzəri metod­ları empirik metodlar vasitəsilə tədqiq olunan cism və hadisələr haqqında əldə edilən ilkin məlumata əsaslanaraq onların mahiyyəti, xüsusiyyətləri və qanunauyğunluqları haqqında elmi bilik təqdim edir. Elmi idrakın nəzəri səviyyəsində məfhum, qanun, nəzəriyyə kimi təfəkkür formaları əsas rol oynayır.
Elmi idrakın nəzəri səviyyəsində tədqiq olunan obyektin empirik tədqiqat metodları vasitəsilə aşkar oluna bilməyən cəhətləri (ob­yektin mahiyyəti, daxili əlamətlərii, yaranma və inkişaf sə­bəb­ləri, xüsusiyyətləri, qanunauyğunluqları və s.) dərk edilir. Bu mə­sə­lə­lər induksiya, deduksiya, analiz, sintez, abstraktlaşdırma, ümu­mi­ləşdirmə, abstraktdan konkretə keçid metodu, təsnifat, analogiya, modelləşdirmə kimi tədqiqat metodları vasitəsilə yerinə yetirilir.
İndi isə yuxarıda qeyd olunan metodların hər birini ayrılıqda təhlil edək.

İnduksiya


İnduksiya (latın dilindən tərcümədə- yönəltmək) - bir tədqiqat me­todu kimi biliyin konkret faktlardan ümumi müddəalara doğru hə­rəkətini ifadə edir. İnduktiv metod vasitəsilə konkret faktlar top­la­nır və ümumiləşdirilir. Nəticədə ümumiləşdirilmiş yeni bilik alınır.
İnduksiya - məqsədi biliyin fərdi hökmdən ümumi hökmə doğru hərəkətini təhlil etməkdən ibarət olan tədqiqat metodu olmaqla yanaşı müəyyən məntiqi forma kimi də çıxış edir. O, düşünülən məzmunun elə bir sabit əlaqəsidir ki, orada fikir xüsusi məddəalardan ümumi müddəalara tərəf yönəlmişdir. Aristotel əqli nəticənin bir forması kimi induksiyanın böyük idraki əhəmiyyətini qeyd etmişdir. Aristotelin fikrincə, induksiyanın müşahidə və eksperimentlə sıx bağlı olması, induktiv ümumiləşdirmənin yoxla­nıl­ması onu deduktiv əqli nəticə ilə müqayisədə daha sadə və geniş istifadə olunan edir.
Ümumi biliyin əldə edilməsində bütün faktlar istifadə olu­nur­sa, induksiya tam olur. Əks halda o, natamam olur. Əksər hallarda induktiv metodun tətbiqi zamanı əsasən obyektiv səbəblərdən bütün faktları nəzərə almaq çətindir. Buna görə də natamam induksiyaya daha çox rast gəlinir. Lakin tam induksiyadan fərqli olaraq natamam induksiyada əldə edilən bilik ehtimali xarakter daşıyır.
Tam induksiyada müqəddimələr (ilkin verilən həqiqi müddəalar) ümumiləşdirilən obyektlərin bütün sinfini əhatə edir


Məsələn,
Latviya Avropa İttifaqının üzvüdür,
Litva Avropa İttifaqının üzvüdür,
Estoniya Avropa İttifaqının üzvüdür,
Baltikyanı respublikalar Avropa İttifaqının üzvüdür.
Natamam induksiyada ümumi nəticə sinfin bütün ele­ment­lərinin deyil, yalnız bir qisminin tədqiqinə əsaslanır. Bu səbəbdən natamam induksiyada əldə olunan nəticə ehtimali xarakter daşıyır.


Məsələn,
Dəmir- bərk cismdir,
Gümüş- bərk cismdir,
Qızıl- bərk cismdir,
Bütün metallar- bərk cismdir.
Natamam induksiya öz növbəsində populyar (və ya sadə sadalamağa əsaslanan induksiya) və elmi induksiyaya bölünür.


Populyar induksiya
Populyar induksiyada müqəddimələr üçün faktlar xüsusi metodik seçimsiz toplanır. Müəyyən qrup hadisələrdə hər hansı bir əlamətin olmasına dair ümumi nəticə bəzi hadisələrdə bu əlamətin olmasının və ona əks olan əlamətin olmamasının müşahidəsi əsa­sında əldə edilir. Populyar induksiyanın müəyyən idraki əhəmiyyəti vardır. Onun vasitəsilə bir çox faydalı təcrübələr, fikirlər əldə olunur. Məsələn, atalar sözlərinin yaranmasında populyar induk­siyanın rolu böyükdür (“Uşağa iş buyur, ardınca yuyur”, “Halva-halva deməklə ağız şirin olmaz”, “Geyimə görə qarşılayar, ağıla görə yola salarlar” və s..). Atalar sözləri uzun illər insanların müşahidə etdikləri hadisələrin ümümiləşdirilməsi nəticəsində formalaşmışdır. Lakin populyar induksiyanın vasitəsilə əldə olunan nəticələr bəzən az inandırıcı olur, çünki zaman və vaxt faktorlarının təsiri nəticəsində reallıqda konkret əlamətlə ziddiyyət təşkil edən əlamət tapıla bilər. Belə olan halda ümumi nəticə səhv olur. Məsələn, təxminən XX əsrin ortalarınadək hamı qu quşlarının ağ rəngli olduğunu bilirdi. Lakin Avstraliyada qara rəngli qu quşları tapıldıqdan sonra bu fikrin yanlışlığı aşkarlandı.
Bundan başqa populyar induksiya vasitəsilə əldə edilən nə­ti­cə­lər müşahidə olunan hadisələrin mahiyyətinin açıqlanmasına yö­nəl­məmişdir. Məsələn, xalq həyatında müşahidə olunun bəzi ha­di­sə­lər obyektlər arasında səbəb-nəticə əlaqələrinin tədqiqini qarşıda məq­səd kimi qoymur. İnsanlar uzun illər ərzində öz təcrübələrində mü­şahidə etmişlər ki, qaranquşların yerə yaxın məsafədə uç­ma­sın­dan sonra yağış yağır. Lakin bu iki hadisə (qaranquşların yerə yaxın mə­safədə uçması və yağış) arasındakı əlaqə elmi səviyyədə öy­rə­nil­məmişdir. Bu cür müşahidələr hətta bəzi zərərli (fatalist məzmunlu) fikirlərin də yaranmasına müəyyən dərəcədə səbəb olmuşdur. Məsələn, tək səbir, qara pişiyin insanın qarşısından keçməsi və s.



Yüklə 78,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin