İştirakçıların cavablarına münasibət bildirilməsi:
iştirakçıların cavablarına verbal (sözlə ifadə olunmuş) və qeyri-verbal (sözlərdən
istifad
ə etmədən, yəni mimika və jestlərlə) siqnallardan istifadə etməklə xoş münasibət
bildirin;
yanlış cavablara ehtiyatla yanaşın. Doğru cavab verməyən iştirakçının
utanmasına şərait yaratmayın, eyni zamanda, səhv cavabı da düzəltməyə çalışın.
Bununla bağlı aşağıda bir neçə faydalı məsləhət verilir:
maraqlı iştirakçı üçün sualı təkrar edin;
doğru cavab üçün bir ip ucu verin;
dig
ər iştirakçılardan cavab variantları almağa çalışın;
əgər hər hansı suala özünüz cavab verə bilmirsinizsə, səmimi olun və təlimin
m
əqsədləri üçün münasibdirsə, zəruri informasiyanı tapmağa
çalışın.
Dostları ilə paylaş: |