2. Asimmetrik şifrləmə və deşifrləmə Simmetrik şifrləmə alqoritmlərindən fərqli olaraq asimmetrik alqoritmlərdə faylların şifrlənməsi və deşifrlənməsi üçün müxtəlif açarlar istifadə edilir. RSA (təklif edən alimlərin familyalarının baş hərfləri: Rivest, Shamir, Adleman) asimmetrik alqoritmin birinci mərhələsi «açıq» və «gizli» açarlar cütlüyünün yaradılması və «açıq» açarın yayılmasından ibarətdir.