Tədris planı Giriş Təhsilin əsas əhəmiyyəti onun konkret


Maddə 13. Məktəbin saat yükü



Yüklə 212,02 Kb.
səhifə2/3
tarix23.02.2017
ölçüsü212,02 Kb.
#9406
1   2   3

Maddə 13. Məktəbin saat yükü

  1. Məktəbin saat yükü müvafiq müəllimi göstərməklə həftənin hansı günü, vaxtı və mərhələsində hansı fənnin tədris olunduğunu dəqiqləşdirən hər bir sinfin dərs cədvəlini əhatə edir.

  2. Məktəbin saat yükündə həm icbari, həm seçmə fənnlər və eləcə də əlavə icbari fənnlər (bu axırıncının mövcud olduğu halda) qeyd edilməlidir.

  3. Məktəbin, Milli tədris planı ilə bir sinif üçün müəyyənləşdirilmiş saat yükü hüdudlarında, ümumi saat yükünün 25% -ni fənnlər arasında bölmək hüququ vardır.

  4. Məktəbin Milli tədris planı ilə nəzərdə tutulmuş hər hansı bir icbari fənni ümumiyyətlə saat yükündən çıxarmaq hüququ yoxdur.

Maddə 14. Fənnin/fənnlərin gücləndirilmiş tədris statusuna malik ictimai məktəblər və özəl məktəblər

  1. Məktəb Milli tədris planı ilə nəzərdə tutulmuş fənnin/fənnlərin tədrisini gücləndirmək səlahiyyətinə malikdir.

  2. Fənnin/fənnlərin gücləndirilmiş tədris statusunun əldə edilməsi üçün ictimai məktəb nazirliyə təqdim etməlidir:

  1. gücləndirilmiş tədrisin fənn/fənnlər üzrə dərs proqramlarının ətraflı surətdə təsvir edilmiş (əgər bu cür plan Milli tədris planının fənn proqramlarında yoxdursa) məktəbin tədris planını;

  2. tədris prosesində istifadə olunan təhsil resurslarının siyahısını.

  1. Gücləndirilmiş dərs fənnləri fənnin/fənnlərin gücləndirilmiş tədrisi statusuna malik ictimai məktəbdə, eləcə də Milli Tədris Planı ilə nəzərdə tutulmuş istənilən fənn özəl məktəbdə Milli Tədris Planı ilə müəyyən olunan sxemdən fərqli sxemlə tədris edilə bilər, bununla yanaşı, ümumi təhsil idarəsinin pillələr çərçivəsində, ümumiyyətlə, Milli Tədris Planı ilə nəzərdə tutulmuş hər hansı bir icbari fənni çıxarmaq hüququ yoxdur. Özəl məktəblər üçün istisna nazirliklə razılıq əsasında mümkündür.

  2. Özəl məktəblərin və fənnin/fənnlərin gücləndirilmiş tədrisi statusuna malik ictimai məktəblərin bu planın 21-ci maddəsinin birinci bəndi üzrə müəyyənləşdirilmiş sinfin öhdəsindən gələn maneədən fərqli maneəni təyin etmək hüququ vardır.

  3. Fənnin/fənnlərin gücləndirilmiş tədris statusuna malik ictimai məktəblərin və özəl məktəblərin şagirdləri tam ümumi təhsili təsdiq edən sənədi ümumi müəyyən edilmiş qayda ilə alırlar.

IV Fəsil. Şagirdin qiymətləndirilməsi sistemi

Maddə 15. Şagirdin qiymətləndirilməsinin məqsədi, prinsipləri və yanaşmaları

  1. Şagirdin qiymətləndirilməsində məqsəd təlim-tədrisin keyfiyyətini idarə etməkdən ibarətdir ki, bu da tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına qayğını və nəzarəti nəzərdə tutur.

  2. Şagirdin akademik göstəricisinin qiymətləndirilməsi tez-tez və çoxtərəfli olmalıdır; o kömək etməlidir: şagirdlərin çoxtərəfli inkişafına, onların imkanlarının aşkara çıxarılmasına, müxtəlif potensiala malik şagirdlər üçün bərabər şəraitlərin yaradılmasına.

  3. Şagird müxtəlif formalarla qiymətləndirilməlidir (esse, layihənin hazırlanması, şifahi çıxış, eksperimentin keçirilməsi, sınağın keçirilməsi, tamaşa, yazılı, rəngkarlıq və başqa növ əl işləri, əsaslandırılmış mülahizə və s.).

Maddə 16. Müəyyənləşdirici və inkişafetdirici qiymətləndirmə

  1. Məktəbdə iki tip qiymətləndirmədən istifadə olunur: müəyyənləşdirici və inkişafetdirici.

  2. Müəyyənləşdirici qiymətləndirmə tədrisin keyfiyyətinə nəzarət edir, Milli Tədris Planı ilə müəyyənləşdirilmiş məqsədlərlə münasibətdə şagirdin nailiyyət səviyyəsini müəyyən edir. Müəyyənedici qiymətləndirilmədə bal yazılır.

  3. İnkişafetdirici qiymətləndirmə hər bir şagirdin inkişaf dinamikasına nəzarət edir və tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına dəstək verir. İnkişafetdirici qiymətləndirmə zamanı sözlü şərh, məsləhət-tövsiyə, müşahidə vərəqi, özünüqiymətləndirmə sXEŞmi və s. kimi imkanlardan istifadə olunur.

  4. İnkişafetdirici və müəyyənləşdirici qiymətləndirilmələrin təsviri.




İnkişafetdirici

Müəyyənləşdirici

Məqsəd

Təhsilin keyfiyyətini yaxşılaşdırmaq;
şagirdin inkişafına kömək göstərmək

Təhsilin keyfiyyətinə nəzarət etmək;

Milli Tədris Planının məqsədləri ilə müəyyən edilmiş şagirdin nailiyyət səviyyəsini təyin etmək;

akademik davamiyyətin səviyyəsini müəyyən etmək


Qiymətləndirmə predmeti

Təhsil prosesi

Təhsilin nəticəsi

Qiymətləndirmə nəticəsində qəbul edilmiş qərar

İnkişaf etmək üçün fərqli aktivliyin seçilməsi, təlim strategiyasının dəyişdirilməsi, məsləhətin verilməsi və s.

Növbəti mərhələyə (sinif/ pillə) buraxılmaq/ buraxılmamaq

Müvəffəqiyyət kriterilərinin müəyyən edilməsi

Konkret şagirdin inkişafı əsasında (özünün nailiyyətlərinə nisbətən –hansı səviyyədə idi, hansı səviyyədədir)

Standartla müəyyən olunmuş nəticələrə nə dərəcədə nail olması əsasında (hamı üçün ümumi, standartla müəyyən olunmuş normaya nisbətən)

Qiymətləndirmə vasitələri

Özünü/ qarşılıqlı qiymətləndirmə rubrikası;

Sorğu vərəqəsi;

Sözlü (şifahi/ yazılı) şərh;

bacarığın inkişafı səviyyəsinin təsviri.




Bal



Ballar

Qiymətləndirmə səviyyələri

10

Yüksək

9

8

Orta səviyyədən yuxarı

7

6

Orta

5

4

Orta səviyyədən aşağı

3

2

Aşağı

1

Maddə 17. Akademik nailiyyətin səviyyələri və qiymətləndirmə sistemi

  1. Şagirdlərin akademik nailiyyətləri beş səviyyəyə əsasən onballıq sistemlə qiymətləndirilir.

  2. I-IV siniflərdə şagird ballarla qiymətləndirilmir. Bu siniflərdə semestrin və ilin sonunda sinif rəhbəri özünün və başqa müəllimlərdən aldığı informasiya əsasında qısa, yazılı yekun qiymətləndirmə yazmalıdır. Müəllim bu qiymətləndirmədə şagirdi xarakterizə edir, onun nailiyyətlərini qeyd edir və şagirdin öz imkanlarını daha yaxşı aşkara çıxarmaq üçün hansı sahədə çalışmalı olduğunu göstərir.

  3. V-XII siniflərdə şagird onballıq sistem əsasında qiymətləndirilir.

  4. Şagird Milli Tədris Planı ilə nəzərdə tutulmuş həm icbari, həm də seçmə fənnlər üzrə qiymətləndirilir.

  5. V-XII siniflərdə “idman” fənnində şagird zaçot sistemi ilə qiymətləndirilir: məqbul/qeyri-məqbul.

  6. İllik balın hesablanmasında əlavə icbari fənnlərin qiymətləndirilməsi hesablanmır.

  7. Şagird “abituriyent saatı” çərçivələrində inkişafetdirici qiymətləndirmə ilə qiymətləndirilə bilər.

Maddə 18. Fənnin semestr balının tərkib komponentləri

  1. Semestr ərzində şagirdlər aşağıdakı üç komponentə əsasən qiymətləndirilirlər:

  1. Ev tapşırığı;

  2. sinif tapşırığı;

  3. yekun tapşırığı.

  1. Qiymətləndirmənin hər üç komponentinin eyni çəkisi vardır.

  2. Ev və sinif tapşırıqlarının komponentlərində həm müəyyənləşdirici, eləcə də inkişafetdirici qiymətləndirmə tətbiq olunur.

  3. Yekun tapşırığının komponentində müəyyənləşdirici qiymətləndirmənin tətbiqi zəruridir.

  4. Milli tədris planı hər bir fənn üçün semestr ərzində keçiriləcək yekun tapşırıqlarının icbari minimal miqdarını müəyyənləşdirir. Bu komponentlə qiymətləndirmə zamanı:

  1. standartın tələblərinə əməl etmək üçün yekun tapşırıqlarının çoxşaxəli formasından istifadə etmək lazımdır (inşa, məruzə, referat, layihə, səyyar iş, laboratoriya tədqiqatı, təsviri və tətbiqi incəsənət nümunələri və s.);

  2. şagird sinifdə keçirilən bütün yekun tapşırıqlarını yerinə yetirməyə borcludur (Milli Tədris Planı ilə müəyyən olunmuş icbari minimum və məktəb tərəfindən əlavə müəyyən edilmiş minimum, əgər bu axırıncı vardırsa);

  3. əgər şagird dərs buraxdığına görə, hər hansı bir yekun işini yerinə yetirməzsə, o zaman məktəb ona buraxılmış yekun tapşırıqlarını bərpa etmək imkanını verməyə borcludur. Yekun bərpa işinin müddətləri və onun keçirilməsi forması məktəbin tədris planı ilə müəyyənləşdirilir.



Maddə 19. Müəyyənləşdirici qiymətləndirmənin bal növləri

Ümumtəhsil sistemində müəyyənləşdirici qiymətləndirmənin aşağıdakı növləri tətbiq olunur:



  1. fənnin cari və yekun balları – şagirdin semestr ərzində aldığı ev, sinif və yekun komponentinin balları;

  2. fənnin semestr balı – hər bir semestrdə fənn üzrə alınmış qiymətləndirmə (semestr imtahanının verildiyi təqdirdə, onu nəzərə almaqla hesablanır);

  3. fənnin illik balı – semestr ballarından irəli gələn fənn üzrə qiymətləndirmə. İllik balda illik imtahan qiyməti də əks oluna bilər. Əgər belə bir imtahan məktəbin tədris planı ilə nəzərdə tutulmuş və məktəb tərəfindən müəyyənləşdirilmişdirsə, o zaman onun fənnin illik qiymətinə təsiri olacaqdır;

ç) ümumi illik bal – fənnlərin illik balları ilə əlaqədar qiymətləndirmə;

d) pillənin ümumi balı – ümumi təhsilin hər hansı bir pilləsinin (ibtidai, baza, orta) ümumi



qiymətləndirilməsi.

Maddə 20. Balların hesablanması qaydası

  1. Fənnin semestr balının hesablanması qaydası:

  1. şagird tərəfindən semestr ərzində hər üç komponentdə (ev, məktəb və yekun) alınmış balların cəmi alınmış balların miqdarına bölünməlidir;

  2. alınmış bal tamın dəqiqliyi ilə yuvarlaqlaşdırılmalıdır (məs. 6.15 yuvarlaqlaşdırılır 6-ya qədər, 7.49 yuvarlaqlaşdırılır 7-ə, 8.5 yuvarlaqlaşdırılır 9-a);

  3. əgər şagird bütün yekun tapşırıqlarını yerinə yetirməmişsə, o zaman onun semestr balını hesablamaq üçün hər üç komponentdə aldığı balların cəmi aldığı balların və yerinə yetirilməmiş yekun tapşırıqları miqdarının cəminə bölünür.

  1. Fənnin illik balının hesablanması qaydası:

  1. fənnin illik balını hesablamaq üçün fənnin semestr ballarının cəmi ikiyə bölünməlidir;

  2. fənnin illik balı tamın dəqiqliyi ilə yuvarlaqlaşdırılır (məs., 7.25 yuvarlaqlaşdırılır 7-dək, 4.49 yuvarlaqlaşdırılır 4-dək, 9.5 yuvarlaqlaşdırılır 10-dək);

  3. əgər məktəbin tədris planı illik imtahanın keçirilməsini nəzərdə tutursa və bu imtahanın balının da illik balda əks olunması müəyyən olunmuşdursa , o zaman fənnin illik balı 3 (2- fənnin semestr və 1- imtahan) balın orta hesabı olur (yuvarlaqlaşdırılmış tamın dəqiqliyi ilə).

  1. Ümumi illik balın hesablanması qaydası:

  1. ümumi illik balın hesablanması üçün Milli Tədris Planının konkret sinif üçün nəzərdə tutduğu bütün icbari fənnlərin illik balı toplanmalı (orta pillədə, o cümlədən, məktəbin tədris planı ilə müəyyənləşdirilmiş seçmə fənnlərnin balları icbari fənnlərin illik balları ilə birlikdə) və cəmi balların miqdarına bölünməlidir;

  2. ümumi illik bal onda-bir dəqiqliklə yuvarlaqlaşdırılmalıdır (məs., 7.14 yuvarlaqlaşdırılır 7.1-dək, 8.15 yuvarlaqlaşdırılır 8.2-dək).

  1. Pillənin ümumi balının hesablanması qaydası:

  1. pillənin ümumi balı ümumi illik balın hesablanması prinsipi ilə hesablanır: pillə ərzində öyrənilmiş bütün fənnin illik balı toplanır (məs., riyaziyyat 10-cu sinif, riyaziyyat 11-ci sinif, riyaziyyat 12-ci sinif, gürcü dili 10-cu sinif, gürcü dili 11-ci sinif, gürcü dili 12-ci sinif və s.) və bunların cəmi balların ümumi miqdarına bölünür;

  2. pillənin ümumi balı onda-bir dəqiqliklə yuvarlaqlaşdırılır (məs., 6.43 yuvarlaqlaşdırılır 6.4-dək, 7.58 yuvarlaqlaşdırılır 7.6-dək).

Maddə 21. Sinfi və pilləni keçmək

  1. Əgər şagirdin hər bir fənn üzrə illik balı 5 və ya bundan artıqdırsa, bu zaman sinif proqramının öhdəsindən gəlmiş hesab olunur, bu isə ona növbəti sinfə keçmək hüququnu verir.

  2. Əgər şagirdin ümumi pillə balı (yuvarlaqlaşdırıldıqdan sonra) 5.0 və ya bundan çoxdursa, o zaman ibtidai pillə proqramının öhdəsindən gəlmiş hesab olunur, bu isə ona baza pilləsində təhsili davam etdirmək hüququ verir.

  3. Əgər şagirdin ümumi pillə balı (yuvarlaqlaşdırıldıqdan sonra) 5.0 və ya bundan artıqdırsa baza pilləsi proqramının öhdəsindən gəlmiş hesab olunur, bu isə ona baza təhsili attestatını almaq, yaxud orta pilləyə keçmək hüququnu verir.

  4. Əgər şagirdin ümumi pillə balı (yuvarlaqlaşdırıldıqdan sonra) 5.0 və ya bundan çox olarsa, orta pillə proqramının öhdəsindən gəlmiş hesab edilir, bu isə ona məktəbin buraxılış imtahanına keçmək hüququnu verir.

Maddə 22. Buraxılmış dərs saatları

  1. Əgər baza/orta pillənin şagirdi semestr ərzində konkret fənn üçün bir tədris ili ərzində ayrılmış saatların 1/ 4 və daha çoxunu, lakin 1/2-dən az dərs saatını buraxarsa, onun semestr balından 20% azaldılır. Əgər alınmış qiymətləndirmə şagirdi qane etmirsə, o zaman ona məktəb tərəfindən təşkil edilmiş semestr imtahanını keçmək imkanı verilir.

  2. Əgər orta pillənin şagirdi bir tədris ili ərzində konkret fənn üçün nəzərdə tutulmuş saatların 1 /2 və daha çoxunu buraxarsa, o zaman o, həmin fənn üzrə fənnin illik balını ala bilmir. Bu halda şagird yalnız eksternat forması ilə verilən imtahan əsasında qiymətləndirilir. Baza pilləsinin şagirdi tərəfindən bir dərs ili ərzində konkret fənn üçün nəzərdə tutulmuş saatların1 /2 və daha çox saatın buraxıldığı təqdirdə, şagirdlərin qiymətləndirilməsi qaydası məktəbin tədris planı ilə müəyyənləşdirilir.

  3. Şagirdlər tərəfindən buraxılmış dərs saatları, o cümlədən buraxılmış abituriyent saatları jurnalda qeyd edilir. Dərsdə şagirdlərin davamiyyətinin gündəlik qeydə alınmasında fənn müəllimi cavabdehdir. Bununla yanaşı, buraxılmış abituriyent saatları bu maddənin birinci və ikinci bəndləri ilə nəzərdə tutulmuş məqsədlər üçün hesablanmır.

  4. Bir aydan çox vaxt ərzində müalicə olunmaq zərurətində olan və tibb müəssisəsi tərəfindən verilmiş arayış əsasında qeyd olunan halın məktəb üçün məlum olduğu halda, məktəb bu şagirdləri evdə təhsil almaq rejiminə keçirməyə borcludur. Bu halda şagirdə, evdə təhsil almağa keçid anından, bu maddənin birinci bəndi ilə yayılmış tələblər şamil edilmir.

  5. Beynəlxalq idman və incəsənət tədbirlərində iştirak edən şagirdlər:

  1. Bir həftə ərzində dərs saatlarını buraxdıqları halda, əgər məktəb qeyd olunan barədə rəsmi surətdə məlumatlandırılmışdırsa, o zaman məktəbin direktoru bu maddənin birinci bəndinə əsasən yayımlanan tələblərin konkret şagird üzərində yayımlanmaması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir;

  2. bir aydan artıq müddətdə dərs saatlarını buraxdıqları halda, əgər məktəb – qeyd olunan barədə rəsmi surətdə məlumatlandırılmışdırsa, məktəbin direktoru və ya şagirdin valideyni yazılı surətdə nazirliyə müraciət edir, nazirlik isə bu maddənin birinci bəndi ilə yayılmış tələblərin konkret şagird üzərində yayımlanmaması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir.

Maddə 23. İmtahan növləri

  1. Ümumtəhsil sistemində aşağıdakı növ imtahanların keçirilməsi mümkündür:

  1. semestr imtahanı;

  2. illik (tədris ilinin yekun) imtahanı;

  3. payız imtahanı;

ç) eksternat qaydası ilə proqramın öhdəsindən gəlmə imtahanı;

d) məktəbin buraxılış imtahanı.

2. Semestr imtahanı təyin olunur:

a) o halda, əgər semestr ərzində fənn üçün il boyu ayrılmış saatların ¼-ni və bundan çoxunu buraxdığına görə, şagirdin fənn üzrə semestr balının 20% -i endirilmişdirsə və şagird də bu balı düzəltmək istəyirsə və ya əgər ki, şagird ona daha yüksək qiymətin düşdüyünü hesab edirsə. Şagirdin fənn üzrə semestr balını saxlaya bilməsi üçün, yəni qiymətinin 20% endirilməsinə qədər olan balını saxlamaq məqsədilə, imtahanda eyni balı, yaxud da bundan yüksək balı toplamalıdır. Əgər şagird imtahanda onun fənn üzrə semestr balının 20% endirilənə qədər olduğundan daha aşağı qiymət alarsa, o zaman onun fənn üzrə semestr balı aşağıdakı qaydada hesablanır: 20% endirilmiş semestr balına imtahan balı əlavə olunur və cəm ikiyə bölünür;

b) əgər şagird hesab edirsə ki, ona daha yüksək qiymət düşür, o zaman şagirdin valideyni yazılı surətdə məktəbin direktoruna müraciət edir, direktor məsələni müzakirə edir və şagirdin semestr imtahanına buraxılıb-buraxılmaması barədə qərar qəbul edir. Bu cür şagirdin imtahana buraxıldığı təqdirdə, imtahana buraxılan şagirdin fənn üzrə semestr balı aşağıdakı qayda ilə hesablanır: imtahan balı fənnin semestr balına əlavə olunur və cəm ikiyə bölünür.

3. Semestr imtahanı semestrin başa çatdığından ən geci iki həftə ərzində təyin olunur.

4. İllik imtahanın təyin olunması/olunmaması məsələsini məktəb həll edir, qeyd edilən məktəbin tədris planında öz əksini tapmalıdır.

5. İllik imtahan yalnız baza və ya/orta pillədə təyin oluna bilər. Əgər məktəb illik imtahanı təyin etmək istəyirsə, o zaman dərs ilinin başlanmasına qədər hansı sinifdə/siniflərdə və hansı fənn/fənnlər üzrə imtahanların keçiriləcəyini və bu imtahanda alınan balın fənin illik balına təsir göstərəcəyini müəyyən etməlidir.

6. Əgər məktəbin tədris planı ilə illik imtahan balının fənnin illik balına təsir göstərəcəyi müəyyən olunmuşdursa, o zaman fənnin illik balını hesabladıqda illik imtahan balı fənnin semestr ballarına əlavə olunur və cəmi üçə bölünür.

7. Əgər şagirdin fənn üzrə illik balı 5-dən aşağıdırsa, məktəb həmin fənn üzrə şagirdə payız imtahanını təyin etməyə borcludur.

8. Payız imtahanının keçirilməsi qaydası və proseduru məktəbin tədris planı ilə müəyyənləşdirilir.

9. Məktəb payız imtahanına qədər şagirdlərə qeyd olunan növ imtahan təyin olunan fənn/fənnlər üzrə məsləhətlər keçirməyə borcludur.

10. Şagird fənn/fənnlər üzrə illik qiymətini payız qiymətinin əsasında alır (payız imtahanının balı fənnin illik balı olur).

11. Eksternat qaydasında ümumi təhsil almaq qaydası və şərtləri qanunvericiliklə müəyyənləşdirilir.

12. Eksternat imtahanını ümumi təhsilin ayrı-ayrı sinif/siniflərinin proqramlarını əsasən müstəqil şəkildə mənimsəyən və müvafiq təhsili təsdiq etmək üçün onlara növbəti sinifdə/pillədə təhsilini davam etdirmək və yaxud baza/orta təhsil attestatını almaq imkanı olan şəxslərdən başqa, eləcə də orta pillədə dərs ili ərzində konkret fənn üçün nəzərdə tutulmuş ½ və daha çox buraxılmış dərs saatları olan şagirdlər də verirlər.

13.Tam ümumi təhsili təsdiq edən sənədi-attestatı almaq üçün şagird məktəbin buraxılış imtahanlarını verməlidir.

14. Məktəbin buraxılış imtahanının keçirilməsi müddətləri, qaydası və şərtləri qanunvericiliklə müəyyənləşdirilir.

15. Məktəbin buraxılış imtahanına buraxılmaq hüququ qazanmaq üçün şagird orta pillənin öhdəsindən gəlməlidir.



Maddə 24. Ümumi təhsilin müxtəlif pillələrinin başa çatdırılmasını təsdiq edən sənədlər

Ümumi təhsilin müxtəlif pillələrinin başa çatdırılmasını təsdiq edən sənədlərin tipi və onların verilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.



Maddə 25. Şagirdin akademik nailiyyətinin tanınması

  1. Qiymətləndirmənin yüksək səviyyəsi (ballar 9 və 10) tədris ilinin və yaxud pillənin müvəffəqiyyətlə başa çatdırılması deməkdir. Fərqlənən şagirdlərin həvəsləndirilməsi qaydasını, məktəb, arzusuna müvafiq olaraq, məktəbin tədrisi planı ilə müəyyənləşdirir.

  2. Orta pillə üzrə ümumi qiyməti yuvarlaqlaşdırma xaricində 10 olan və məktəbin buraxılış imtahanını müvəffəqiyyətlə verən şagird tam ümumi təhsilin qızıl medalçı attestatını alır.

  3. Orta pillə üzrə ümumi qiyməti onda birə qədər yuvarlaqlaşdırma nəticəsində 9.8 və 9.9 olan və məktəbin buraxılış imtahanını müvəffəqiyyətlə verən şagird tam ümumi təhsilin gümüş medalçısı attestatını alır.

  4. Ümumi təhsilin orta pillə sinfinin/siniflərinin, yaxud da orta pillənin ayrı-ayrı sinfinə daxil olan fənnin/fənnlərin ümumtəhsil tədris proqramının/proqramlarının eksternat qaydası ilə müvəffəqiyyətlə öhdəsindən gələn şəxsə qızıl və gümüş medalçısı attestatı verilmir.

V Fəsil. İnklüziv təhsil

Maddə 26. İnklüziv təhsil

İnklüziv təhsil xüsusi ehtiyaclı şagirdin ümumtəhsil prosesinə öz həmyaşıdları ilə birlikdə cəlb edilməsi deməkdir.



Maddə 27. Xüsusi ehtiyaclı şagird

  1. Həmyaşıdlarının əksəriyyəti ilə müqayisədə təhsillə əlaqədar çətinlikləri olan şagird (sonralar – XEŞ) Milli Tədris Planı ilə nəzərdə tutulmuş tələblərin minimumunun öhdəsindən gələ bilmir və xüsusi təhsil xidmətinə ehtiyacı vardır. Xüsusilə də Milli tədris planının modifikasiyasını və ya fərdi tədris planının işlənib hazırlanmasını tələb edir.

  2. XEŞ şagirddə ola bilər:

  1. fiziki pozuntu;

  2. intellektual pozuntu;

  3. sensor pozuntu (eşitmə və ya/görmə);

ç) nitqi pozuntu;

d) əxlaqi və emosional pozuntu;

e) uzunmüddətli hospitallaşdırma ehtiyacı;

ə) sosial amillər üzündən yaranmış çətinliklərə və bu səbəblərə görə Milli Tədris Planının

tələblərinin öhdəsindən gələ bilmir.

Maddə 28. Fərdi tədris planı


  1. Fərdi tədris planı Milli tədris planına əsaslanaraq XEŞ şagird üçün işlənib hazırlanmış tədris planıdır. O, məktəbin tədris planının hissəsini təşkil edir. Fərdi tədris planı XEŞ şagirdin bütün təhsil ehtiyaclarını və onların yerinə yetirilmə yollarını, şagirdin maraqlarını və fərdi imkanlarını, eləcə də planla nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün zəruri olan bütün əlavə aktivləri maksimal şəkildə nəzərə almalıdır. Fərdi tədris planı tədris ilinin başlanmasına qədər ən geci bir həftə əvvəl və yaxud şagirdin xüsusi təhsil ehtiyaclarının aşkara çıxarılmasından bir ay ərzində tərtib olunur.

  2. Fərdi tədris planı bütün fənnlər üzrə və ya hər hansı bir konkret fənndə/fənnlərdə XEŞ şagirdinin ehtiyaclarına müvafiq olaraq işlənib hazırlana bilər.

  3. Hər bir XEŞ şagird üçün fərdi tədris planı çərçivələrində xırdalıqla planlaşdırılmalı/müəyyənləşdirilməlidir:

  1. şagirdin hansı fənn/fənnlər üzrə fərdi tədris planının işlənib hazırlanmasına ehtiyacı vardır. Seçilmiş fənnlərdə tədrisin nəticələri, tədrisin strategiyaları və tədris (həm məktəb, həm də ev) aktivlikləri müəyyənləşdirilir;

  2. müəllimin seçilmiş məqsədə, aktivlərə və ya materiala ayırdığı vaxt;

  3. şagird üçün lazımi əlavə və ya/fərdi məşğələlər, məşğələlərin vaxtı, yeri və müddəti;

ç) əlavə və ya/fərdi məşğələlərə cavabdeh olan şəxs;

d) XEŞ şagird üçün əlavə köməkçi personalın (sanitar, dayə) zərurəti;

e) tədris prosesində istifadə olunan material (dərsliklər və şagird üçün lazımi əlavə təhsil

materialı) və materialın təminatı üzrə məsuliyyət daşıyan şəxs (valideyn də ola bilər);



ə) şagird üçün lazımi əlavə texniki resurslar (avtobus xidməti zərurəti, kompüterdən istifadə etmək zərurəti, onun üçün lazımi məktəb avadanlığlnın vacibliyi, istirahətin zəruriliyi və s.).

  1. Fərdi tədris planı uşağın güclü və zəif tərəfləri barədə akademik, əqli, sosial, əxlaqi, emosional, hərəki və başqa sahələrə əsasən informasiyanı nəzərdə tutmalıdır.

  2. Tədris prosesində çətinliklər qarşıya çıxdıqdan sonra məktəb XEŞ şagirdin imkanlarının dərindən qiymətləndirilməsinin qayğısına qalmalıdır. Lazım gəldikdə məktəb XEŞ şagirdin dərindən qiymətləndirilməsi və onun təhsili ilə əlaqədar tövsiyələr üçün nazirliyin inklüziv təhsilin multi-intizam dəstəsinə (sonralar - multi-intizam dəstəsi) müraciət edə bilər. Məktəb hər bir XEŞ şagird üçün fərdi tədris planını işləyib hazırlamaq üçün işçi qrupunu (sonradan – FTP qrupu) müəyyənləşdirilməlidir. İşçi qrupu XEŞ şagird üçün fərdi tədris planının işlənib hazırlanmasını və onun həyata keçirilməsini təmin edir.

  3. FTP qrupunda bilavasitə şagirdə dərs verən, eləcə də valideyn/valideynlər, məktəbin müdriyyətinin üzvü/üzvləri, psixoloq, loqoped və ya xüsusi müəllimlər (əgər məktəbin belə bir müəllimi vardırsa) birləşməlidirlər;

  4. FTP qrupunun koordinatoru olmalıdır. Koordinator qrup üzvlərinin işini idarə edir və qrupun fəaliyyətinə cavabdehdir; XEŞ şagirdin sinif rəhbərinin qrupun koordinatoru olması məqsədəuyğundur;

  5. Fərdi tədris planını tərtib etdikdən sonra FTP qrupu üzvlərinin minimum bir cari və hər bir semestrin sonunda bir yekun görüşü keçirilməlidir. Görüşlərdə planın yerinə yetirilməsinin gedişi və plana daxil ediləcək dəyişikliklər (əgər buna ehtiyac vardırsa) müzakirə olunur. Planın həyata keçirilməsinin monitoringi nəticəsində planda mərhələlərlə dəyişikliklər edilir;

  6. FTP qrupunun görüşlərində iclasın protokolları aparılır. Hər bir iclasın protokolu şagirdin şəxsi işində saxlanılır;

  7. Fərdi tədris planı tərtib olunan kimi təsdiq edilmək üçün pedaqoji şuraya təqdim olunur.

  8. FTP qrupu dərs ilinin sonunda məktəbin müdiriyyətinə XEŞ şagirdin şəxsi işinə daxil etmək üçün şagird barədə tərtib edilmiş tam sənədləri (fərdi tədris planı, tibb müəssisəsi tərəfindən verilmiş arayışlar və s.) təqdim etməlidir.

Yüklə 212,02 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin