Tədris planına görə saatların miqdarı o cümlədən


Kafedra müdiri: prof Musayev M.A



Yüklə 38,52 Kb.
səhifə2/6
tarix26.08.2022
ölçüsü38,52 Kb.
#63287
növüTədris planı
1   2   3   4   5   6
Fizika -Sillabus

Kafedra müdiri: prof Musayev M.A.


Sillabusu tərtib etmişdir dos. Cəfərova M.Ə.
Fizika” fənni üzrə sillabusun strukturu
I. Fənnin təsviri.
II. Fənnin hədəf və məqsədi.
III. Fənnin qısa məzmunu.
IV. Fənnin təsvirinin növləri və müddəti.
V. Tələbənin təqdimatı üçün tapşırıq və onun yerinə yetirilmə müddəti, məsləhət saatları.
VI. Müəllim haqqında məlumat.
VII. Müəllimin tələbləri.
VIII. Cari biliyin qiymətləndirmə meyarları, aralıq qiymətləndirmə cədvəli.
IX. İstifadə olunan ədəbiyyat.


I. Fənnin təsviri
«Fizika» fənni ümumi fizika kursu üzrə öyrənilən fiziki hadisə və qanuna uyğunluqları öyrədir.


II. Fənnin hədəfi və məqsədi
Fənnin tədrisində əsas məqsəd tələbələrə «Fizika » kursuna daxil olan və işçi proqramında nəzərdə tutulmuş mövzulara aid fiziki hadisə və proseslərin məzmununu nəzəri və praktiki cəhətdən öyrətməkdən ibarətdir. Nəticədə fizika sahəsində nəzəri biliklərin əsasını qoymaqla, gələcək mühəndislərə texniki informasiya axınında düzgün istiqamətləri seçmək və ixtisalarına uyğun sahələrdə fiziki prinsipləri tətbiq etmək bacarıqları aşılanır.

III. Fənnin qısa məzmunu
Fənnin tədrisinə aşağıdakı mövzular daxildir:
1. Maddi nöqtənin irəliləmə və fırlanma hərəkətinin kinematikası. Sürət. Təcil. Normal və tangensial təcil.Nyuton qanunları. İmpulsun saxlanma qanunu. Mexanki iş və güc. Dəyişən qüvvənin gördüyü iş. Kinetik və potensial enerji. Enerjinin saxlanma qanunu. İdeal elastiki olan və olmayan kürələrin mərkəzi zərbəsi.
2.Bərk cismin fırlanma hərəkətinin dinamikası və onun əsas tənliyi. Ətalət və qüvvə momenti. Müxtəlif həndəsi formalı cisimlər üçün ətalət momentlərinin hesablanması. Şteyner teoremi. İmpuls momentinin saxlanması qanunu. Fırlanan bərk cismin kinetik enerjisi.
3.Harmonik rəqsi hərəkət. Harmonik rəqsi hərəkətdə olan cismin kinetik enerjisi. Fiziki rəqqas. Eyni istiqamətdə və qarşılıqlı perpendikulyar istiqamətdə olan rəqslərin toplanması. Sönən rəqslər.Sönmənin loqarifmik dekrementi. Məcburi rəqslər. Rezonans.
4. Qazların molekulyar-kinetik nəzəriyyəsinin əsas müddəaları və tənliyi. Əsas tənlikdən çıxan nəticələr. İdeal qazın daxili enerjisi və sərbəstlik dərəcələri arasında enerjinin bərabər paylanma qanunu.. Qazların istilik tutumu. Barometrik düstur. Bolsman paylanması. Molekulların sürətlərə görə paylanma qanunu.
5. Molekulların sərbəst yolunun orta uzunluğu.Effektiv diametr və onun temperatur asılılığı. Qazlarda daşıma hadisələri: diffuziya, daxili sürtünmə, istilik keçirmə. Termodinamikanın I qanunu. Adiabatik proses. Puasson tənlikləri. İzoproseslər zamanı görülən iş.
6. Termodinamikanın II qanunu. Dönən və dönməyən proseslər. Karno prosesi və onun f.i.ə. Real qazlar. Van-der-Vaals izotermləri.Real qazların daxili enerjisi. Coul-Tomson effekti. Bərk cismlər. Bərk cismlərin istilik tutumu. Dyulonq-Pti qanunu. İstilik tutumunun temperatur asılılığı.
7. Elektrostatika bəhsi. Elektrik sahəsinin intensivliyi və superpozisiya prinsipi. Qüvvə xətləri. İntensivlik seli. Qauss teoremi. Müxtəlif həndəsi formalı yüklənmiş cisimlərin yaratdığı elektrik sahəsi. Elektrik sahəsində görülən iş. Potensial. Sahə intensivliyi ilə potensiallar fərqi arasındakı əlaqə. Naqillər və dielektriklər elektrik sahəsində. Dielektrik nüfuzluğu. Seqnetoelektriklər.
8. Naqillərin elektrik tutumu. Kondensatorlar. Yüklənmiş naqilin enerjisi. Sahə enerjisi. Metalların klassik elektron nəzəriyyəsi. Klassik elektron nəzəriyyəsinə görə Om, Coul-Lens və Videman- Frans qanunlarının izahı. İfrat keçiricilik. Klassik elektron nəzəriyyəsinin çətinlikləri.
9.Cərəyanın maqnit sahəsi. Bio-Savar-Laplas qanunu. Maqnit sahəsinin superpozisiya prinsipi və müxtəlif formalı cərəyanlı naqillərin yaratdıqları maqnit sahələrinin induksiyasının hesablanması. Maqnit induksiyası ilə intensivlik arasındakı əlaqə. Hərəkət edən yükün maqnit sahəsi. Amper qanunu. Sol əl qaydası. Paralel cərəyanların qarşılıqlı təsiri. Lorens qüvvəsi.Yüklü zərrəciyin maqnit sahəsində fırlanma periodu və əyrilik radiusunun hesablanması. Holl effekti. Maqnit sahələrinin hesablanmasında Holl effektinin tətbiqi.
10. Maqnit sahəsinin cərəyanlı kontura təsiri. Maqnit seli. Elektromaqnit induksiya hadisəsi və ehq-nin elektron nəzəriyyəsinə görə izahı. Lens qaydası. Faradey qanunu. Öz-özünə induksiya hadisəsi. İnduktivlik. Solenoidin induktivliyi. Maqnit nüfuzluğu. Cərəyanlı naqilin maqnit sahəsində yerdəyişməsi zamanı görülən iş.
11. Cərəyanın maqnit sahəsinin enerjisi. Maddənin maqnit xassələri. Paramaqnitlər. Diamaqnitlər. Maqnitləşmə əmsalı. Ferromaqnitlər. Küri temperaturu. Dəyişmə cərəyanı. Maksvell tənlikləri. Elektromaqnit dalğaları. Onların yayılma sürəti, enerjisi və enerji sıxlığı. Umov- Poyntinq vektoru.
12. İşığın interferensiyası.Yunq təcrübəsi. Koherent mənbələrin alınma üsulları. Nazik təbəqələrdə işığın interferensiyası.Eyni mailliyinin və eyni qalınlığın əyriləri.Nyuton halqaları. İşığın difraksiyası. Frenel-Hüyqens prinsipi. Frenel zonaları. Bir yarıqdan difraksiya. Difraksiya qəfəsi və onun ayırdetmə qabiliyyəti.
13. Rentgen şüalarının difraksiyası.Vulf-Breqq düsturu. İşığın polyarlaşması. Malyus və Bryuster qanunları. İşığın ikiqat sınması. Bir oxlu və iki oxlu kristallar. İkiqat sınmanın izahı. Süni anizotropluq. Kerr effekti. İşığın dispersiyası. Normal və anomal dispersiya. Dispersiyanın elektron nəzəriyyəsinə görə izahı.
14. İstilik şüalanması və təcrübi qanunlar. Mütləq qara cism. Kirhof, Stefan –Bolsman və Vin qanunları. Reley-Cins düsturu. Ultrabənövşəyi fəlakət. Plank düsturu və bu düstura əsasən təcrübi qanunların izahı. Fotoeffekt hadisəsi. Eynşteyn düsturu. Fotoeffektin qanunları. Fotoeffektin qırmizı sərhəddi.Kompton effekti. Elektronların difraksiyası. Devison və Cermeri təcrübəsi. De-Broyl dalğası.
15. Atomun quruluşu. Bor nəzəriyyəsi. Bor nəzəriyyəsinə görə hidrogen atomunun xətti spektrlərinin alınmasının izahı. Kvant ədədləri. Pauli prinsipi. Qeyri-müəyyənlik münasibətləri.Nüvə fizikası haqqında qısa məlumat. Nüvə qüvvələri. Kütlə defekti. Rabitə enerjisi. Radioaktivlik. Radioaktiv parçalanma qanunu. Soddi –Fayansın yerdəyişmə qanunları.



Yüklə 38,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin