4
Bank lisenziyası - Qanunla müəyyən edilmiş qaydada
verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan
vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə
bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və
hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə
müstəsna hüquq verən xüsusi razılıqdır.
Bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq
qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə)
və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya
təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin
şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı
öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və
ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı
formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər
hüquq da kredit anlayışına aiddir.
Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon
haqqlar
ödənilməklə
və
ya
ödənilmədən
müştərilərin
(əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba
köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari,
əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul
vəsaitidir.
Dostları ilə paylaş: