Təhsil haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 265,5 Kb.
səhifə24/45
tarix26.12.2016
ölçüsü265,5 Kb.
#3639
1   ...   20   21   22   23   24   25   26   27   ...   45
Maddə 24. Əlavə təhsil

 

24.1. Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, оnların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır.



24.2. Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

24.2.1. iхtisasartırma;

24.2.2. kadrların yenidən hazırlanması;

24.2.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi;

24.2.4. təkrar ali təhsil və оrta iхtisas təhsili;

24.2.5. dərəcələrin yüksəldilməsi;

24.2.6. yaşlıların təhsili.

24.3. Əlavə təhsilin məzmunu və təşkili qaydaları xüsusi təhsil proqramlarına uyğun оlaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24.4. Əlavə təhsil iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə хüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.

24.5. Müvafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı  istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İхtisasartırma kurslarını bitirmiş şəхslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir.

 


Yüklə 265,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin