16
məktəbə yaxşı hazırlayan proqramlar üzrə təlim məsələləri
daxildir.
Tərbiyəçilərin peşəkarlığının yüksəldilməsi.
Məktəbəqədər müəssisənin tərbiyəçilərinin fəaliyyəti bu
gün bir neçə il bundan əvvəlkindən fərqlənir.Tərbiyəçi
bazar
iqtisadiyyatı şəraitində işləməyi bacarmalı və başa düşməlidir ki,
yalnız yüksək peşəkarlıq, yaradıcılıq və təşəbbüskarlıq ona öz
yerini tapmağa, özünü təsdiq etməyə kömək edə bilər. Bu günün
tərbiyəçisi yeni ictimai məqsədlərə və uşaq haqqında elmin
inkişaf səviyyəsinə uyğun pedaqoji texnologiyalar şəraitində öz
ixtisasını təkmilləşdirməlidir.
Məktəbəqədər təhsilin keyfiyyəti inteqrativ xarakter
daşıyır:
1.Minimum məktəbəqədər təhsil standartlarının
tətbiqinin
təmin edilməsi məktəbəqədər təhsil müəssisələrində təhsil prose-
sinin keyfiyyəti, uşağın təhsil prosesinin subyekti kimi zəmanətli
təhsil səviyyəsinə çatmasına hər uşağa şərait yaradır və növbəti
təhsil pilləsinə - ibtidai təhsilə keçidi təmin edir.
2. Təhsil subyektlərinin müxtəlif kontekstlərdə qarşıya
məqsəd qoymaq və ona çatmaq bacarığını:
uşağın hərtərəfli və yaşa uyğun düzgün inkişafı,
sağlamlığının mühafizəsi;
məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən
rəhbər və tərbiyəçilərin şəxsi peşəkarlıq səviyyələrinin keyfiy-
yəti;
məktəbəqədər təhsil sisteminin keyfiyyətli idarəedil-
məsini təmin edir.
3. Maraqlı tərəfləri (xüsusən valideynləri)
qane edən,
onların tələblərinə və müvafiq dövlət normativlərinə cavab verən
məktəbəqədər təhsilin nəticələrinin keyfiyyətini əsas götürür.
17
4. Məktəbəqədər təhsil müəssisəsində təhsilin nəinki real,
həmçinin potensial keyfiyyətinin təkmilləşdirilməsinə çalışmaq
və nail olmağı tələb edir.
Məktəbəqədər təhsilin keyfiyyəti – uşaq bağçasında
monitorinqin obyektidir və dörd formada özünü göstərir.
1.Təhsil prosesinin keyfiyyəti (məzmun, işin təşkili,
uşaqlar, pedaqoji işçilər, tərbiyəçilərlə uşaqların qarşılıqlı fəaliy-
yəti və təsiri).
2.Resurslarla təminatin səviyyəsi (təhsil prosesi üçün vacib
olan resurslar və şərait).
3.İdarəetmənin keyfiyyəti.
4.Məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işinin
nəticəsinin keyfiyyəti.
Uşaq bağçalarında məktəbəqədər təhsilin keyfiyyəti –
idarə
olunan prosesdir, bütün pedaqoji kollektivin işinin
nəticəsidir. Metodik işin idarə edilməsi təlim prosesinin bütün
iştirakçılarının məqsədyönlü, şüurlu qarşılıqlı
təsirini təqdim
edir. Metodik işin idarə edilməsinin əsas məqsədi – optimal
nəticələrə nail olmaq üçün güc, vasitə, vaxt və kadr resurs-
larından səmərəli və planauyğun istifadə edilməsidir. Belə təşkil
olunmuş fəaliyyət təlim-tərbiyə vəzifələrinin realizə olunmasın-
da sistemliliyi, varisliyi təmin etməyə, iş prosesində təkrarlardan
qaçmağa, kollektivin yenilikçi işinin
keyfiyyətli təhlilinə və
müəssisənin sonrakı fəaliyyətinin istiqaməti və perspektivini
müəyyənləşdirməyə imkan verir.
Beləliklə, məktəbəqədər təhsilin keyfiyyəti-məktəbəqədər
təhsil müəssisəsinin fəaliyyətinin effektivliyinin ümumiləşdiril-
miş
ölçüsüdür, təqdim olunan təhsil xidmətləri istifadəçinin
tələbatını ödəyir, ümidlərini doğruldur, dövlətin və cəmiyyətin
tələblərinə cavab verir.
Dostları ilə paylaş: