26 Məktəbəqədər təhsil proqramı (kurikulumu)
nəticəyönüm- lüdür. Nəticəyönümlülük məktəbəqədər təhsil proqramının (kuri-
kulumunun) hazırlanmasında nəzərə alınan mühüm didaktik
prinsiplərdən biridir. Təlim prosesində əldə olunacaq nəticələrin
əvvəlcədən müəyyən edilməsi və onun məzmuna gətirilməsi bu
prinsipin başlıca cəhətlərindən biri kimi dəyərləndirilir.
Nəticəyönümlülük, ilk növbədə, təlim fəaliyyətinə əsaslanır,
bütövlükdə təlim prosesinin mahiyyətini təşkil edən son nəticəni
görməyə imkan verir. İlk növbədə, məzmunu ifadə edən belə
ümumi nəticələr dövlət tərəfindən təsdiq olunur.Azərbaycanda
inkişaf sahələri üzrə ümumi təlim nəticələri Azərbaycan
Respublikası Nazirlər Kabineti 16 iyul 2010-cu il tarixli qərarı ilə
təsdiq edilmiş “Məktəbəqədər təhsilin dövlət standartları və
proqramı (kurikulumu)” sənədində verilmişdir.
Məktəbəqədər təhsil proqramında (kurikulumunda) mək-
təbəqədər təhsil pilləsinin sonu üçün nəzərdə tutulan aşağıdakı
ümumi inkişaf və təlim nəticələrinə nəzər salaq.
•
sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir;
•
qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir;
•
böyük, kiçik və hissi (sensor)-motor hərəkətlərini koordi-
nasiya edir;
•
təhlükəsizlik qaydalarına əməl edir;
•
nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən
istifadə edir;
•
sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirir;
•
əşya və hadisələr haqqında ilkin təsəvvürlərə malikdir və
anlayışları izah edir;
•
səbəb-nəticə əlaqələrini müəyyən edir və fərziyyələr irəli
sürür;
•
sadə təqdimatlar edir;
27 •
sosial və mənəvi dəyərlərə öz münasibətini bildirir;
•
insanlara qarşı hörmət və dözümlülük (tolerantlıq) nüma-
yiş etdirir;
•
özündən kiçiklərlə, həmyaşıdları və böyüklərlə qarşılıqlı
ünsiyyət qurur;
•
sosial normaları dərk edir və davranışında ona riayət edir;
•
sadə əmək bacarıqları nümayiş etdirir;
•
sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir;
•
özünüdərk bacarıqları nümayiş etdirir;
•
mədəni-estetik təsəvvürlərə malikdir və yaradıcılıq baca-
rıqları nümayiş etdirir.
Bu nəticələr məktəbəqədər təhsil pilləsi üçün milli səviy-
yədə müəyyənləşdirilmişdir ki, onlar respublikada məktəbəqədər
təhsilin məzmununu ifadə edir. İnkişaf sahələri və yaş qrupları
üzrə hazırlanmış nəticələr isə ümumi təlim nəticələrinə uyğun
xüsusi nəticələr kimi təsdiq olunur.
İnkişaf və təlim standartları bölməsində təqdim edilən məz-
mun standartları ümumi təlim nəticələrinin reallaşmasına xidmət
edir və standartlarda qoyulmuş tələblər bilik formasında uşaqlar
tərəfindən mənimsənilərək təcrübədə artıq bacarıqlara çevrilir. Bu
isə uşaqların inkişafını izləmək, istiqamətləndirmək üçün qiymət-
ləndirmə aparmaq baxımından əhəmiyyətlidir. Ümumi nəticələr
bütün inkişaf sahələri üzrə hər bir yaş dövrünə uyğun mənim-
sənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş
təlim nailiyyətlərinin konkret hissəsi olduğundan onlar həm
məzmunu müəyyənləşdirir, həm də uşaqların əldə etdiyi nailiy-
yətlərin dəyərləndirilməsinə şərait yaradır.
Məktəbəqədər təhsil proqramına (kurikulumuna) görə uşaq-
lar lazımsız informasiya ilə yüklənmir, gələcək həyat fəaliyyət-
ində ona lazım olacaq ən zəruri ilkin həyati bacarıq və qabiliy-
28 yətlərin yaradılması istiqamətində iş aparılır, bacarıq və vərdişlər
aşılanır, qabiliyyətlərin formalaşması ön plana çəkilir.