FTN 1.
Gerçəkliyin beyində surəti kimi psixikanın faktları, qanunları və qanunauyğunluqlarına
əsaslanaraq, insandan xaricdə mövcud olan obyektiv aləmin, onun hiss üzvlərinə, beyninə
təsirindən yaranan inikas prosesi kimi idrak, onun formaları və səviyyələrini, şəxsiyyətin
idrak prosesləri, fərdi-psixoloji xüsusiyyətləri və psixoloji halətlərinin fəaliyyət prosesində
təzahürünü, ünsiyyət prosesində formalaşmasını, insanın biososial olaraq fərd kimi bioloji,
şəxsiyyət kimi sosiallığını təsvir edır.
FTN 2.
Psixopedaqoji kontekstdə duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür və təxəyyül, temperament,
xarakter, qabiliyyət, hiss və emosiyaları, yaş dövrlərinin, xüsusilə yeniyetməlik və gənclik
yaşının psixoloji xüsusiyyətlərini, tərbiyə,təlim və pedaqoji fəaliyyətin qanunauyğunluqlarını
izah edir.
FTN 3
Idrak prosesləri, fərdi-psixoloji xüsusiyyətlər, hiss və emosiyalar, tədqiqat metodları,
fəaliyyət, ünsiyyət, şəxsiyyət, onun strukturu, mənlik şüuru, mən konsepsiyası, nəzəriyyələr,
iradi keyfiyyətlər, yaş və pedaqoji psixologiya məsələləri ilə bağlı məlumatlardan istifadə
edərək tapşırıqları icra edir.
FTN 4
Ailədə, cəmiyyətdə, qrupda yaranan problemlərin həlli yollarını müqayisə edərək, təhlillər
aparır.
FTN 5
Insanlarin qabiliyyətləri, idrak bacarıqları, iradi keyfiyyətləri, xarakter xüsusiyyətləri və
temperament tiplərini müəyyənləşdirərək davranış prosesində nə kimi rol oynadığını
müəyyən edir.
FTN 6
Fəaliyyət və ünsiyyət prosesində idrak imkanlarının, fərdi-psixoloji xüsusiyyətlərin, psixoloji
halların təzahürünü, şəxsiyyət və şəxsiyyətlərarası münasibətləri, yaş və pedaqoji məsələləri
müəyyən etməyə müfəssəl olaraq, əldə etdiyi məlumatları dəyərləndirir
Təhsildə İKT (FTN)
FTN 1.
İnformatika fənni, informasiya anlayışını, xassələrini, növlərini, informasiya proseslərini və
hesablama texnikasının inkişaf tarixini təsvir edir.
FTN 2.
Alqoritmləşdirmənin və proqramlaşdırmanın əsaslarının mahiyyətini və kompüter vasitəsi ilə
icrasını izah edir.
FTN 3
Kompüter şəbəkələri, şəbəkə texnologiyaları, informasiya təhlükəsizliyi, informasiya
təhlükəsizliyinə qarşı yönəlmiş proqramlardan istifadə edir.
FTN 4
Fənin müxtəlif bölmələrinə aid nəzəri və tətbiqi məsələlərin həllini, kompüter
texnologiyasının müasir vəziyyətini və inkişaf perspektivlərini müqayisə edir
FTN 5
Kompüter texnologiyası mühitində alınan informasiyanı inteqrasiya edir
FTN 6
Informasiya və kommunikasiya texnologiyalarının əsaslarını, multimediya vasitələrini,
informatikanın tədrisini vacibliyini əsaslandırır.
Dostları ilə paylaş: