TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


İKT ehtiyacları üçün pedaqoji, inzibati və texniki kadrların hazırlanması və təkmilləşdirilməsi



Yüklə 386,5 Kb.
səhifə5/51
tarix02.01.2022
ölçüsü386,5 Kb.
#40852
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
TƏHSİLDƏ ikt

2.3. İKT ehtiyacları üçün pedaqoji, inzibati və texniki kadrların hazırlanması və təkmilləşdirilməsi

İnformasiya proseslərinin təhsil strukturuna daxil olması, tədris  prosesinin informasiyalaşdırılması bütün təhsil işçilərindən yeni keyfiyyətlər  tələb edir. Bu isə, öz növbəsində, yeni bacarıq  və  vərdişlərə yiyələnməyi  nəzərdə tutur. Təhsil sistemi  işçilərinin İKT üzrə hazırlığı və təkmilləşdirilməsi aşağıdakıları özündə ehtiva edir:

        Orta məktəblər üçün pedaqoji kadrların hazırlanması sisteminin təhsilin informasi­ya­laşdırılması konsepsiyasının nəzərə alınması ilə yenidən qurulması;

        təhsil sistemi işçilərinin İKT sahəsində bilik və vərdişlərinin təkmil­ləş­dirilməsi  üçün  idarəetmə və metodiki təminat sisteminin yaradılması. Müxtə­lif  kateqoriyalı  təhsil işçilərinin (ibtidai sinif müəllimləri, fənn müəllimləri, məktəb rəhbərliyi) İKT savadının artırılması üçün müvafiq proqramların hazırlanması. Fənn müəllimlərinin təkmilləşdirilməsi yalnız İKT avadanlığından istifadə edilməsinin öyrədilməsi ilə məhdudlaş­ma­malı, mövcud resursların tədris  prosesinə inteqrasiyası üçün praktiki vərdişlərin də aşılanmasına diqqət  yetirilməlidir;

        lazımi hazırlıq səviyyəsinə malik informatika müəllimlərinin öz məktəblərində digər fənn müəllimləri üçün müvafiq  kompüter savadlılığı kursları keçirməsinin təşkil edilməsi;

        İKT-dən istifadə edən fənn  müəllimlərinin  və informatika müəllimlərinin əməyinin yetərincə qiymətləndirilməsi, onların fəaliyyətinin stimullaşdı­rıl­ması və motivasiyası sisteminin  hazırlanması;

        fənn müəllimləri arasında müxtəlif müsabiqə və yarışların keçirilərək nəticələrin stimullaşdırma və motivasiya tədbirlərində nəzərə alınması;

        informatika müəllimlərinin təkmilləşdirilməsi üçün  daha çevik proq­ram­ların hazır­lanması;

        təkmilləşdirmə prosesini sürətləndirmək üçün trenerlərin hazırlanması;

        regionlarda təhsil işçilərinin İKT üzrə hazırlanması və təkmilləşdirilməsi üçün müvafiq qurumların – informasiya-metodiki mərkəzlərinin yara­dılması;

        təhsil işçilərinin İKT sahəsində təkmilləşdirilməsi prosesində müntəzəm­liyin və sistemliliyin təmin olunması;

        ali, orta ixtisas və  texniki peşə təhsili  sistemində təhsilin informasiyalaş­dırılması ilə bağlı yeni ixtisasların daxil edilməsi. 




Yüklə 386,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin