TəHSİLDƏ İKT



Yüklə 225,39 Kb.
səhifə25/51
tarix24.03.2022
ölçüsü225,39 Kb.
#54132
1   ...   21   22   23   24   25   26   27   28   ...   51
Təhsildə İKT

Elektron kitabxanalar.

Elektron kitabxana kitabların, müəssisə daxili əmr və sərəncamların, müxtəlif təlimat və göstərişlərin və s. çeşidlənmiş formada toplandığı, naviqasiya və axtarış sistemi ilə təmin olunmuş elektron sənədlərin saxlandığı məlumatlar bazasının idarəolunması sistemlərinə deyilir. Elektron kitabxana həm də özündə müxtəlif təyinatlı elektron məlumatları (ədəbi və s., kompüter proqramlarını, media və audio-video faylları) saxlayan veb səhifə kimi də hazırlana bilər. Bu növ elektron bazalar həm universal, həm də ayrı-ayrı ixtisaslaşmış bazalar şəklində də yaradıla bilər.

Elektron kitabxanaların yaradılması və onlardan geniş miqyaslı istifadənin təşkili əsasən təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən ənənəvi kitabxana resurslarının işinin yeni tələblər əsasında qurulmasına yönəlməlidir. İnternet şəbəkənin xidmətlərindən geniş istifadə imkanlarının yaranması da elektron kitabxanaların yaranmasında və tətbiqini zəruri edən amillərdəndir.

Elektron kitabxananın tətbiqi kitabxana resursları haqqında daha geniş, dəqiq və operativ məlunat alınması imkanlarını təmin edir. İstifadəçi elektron kitabxananın xidmətlərindən istifadə edərkən konkret sorğulara konkret cavablar alır və bu da ilk növbədə vaxt itkisinin qarşısının alınmasına kömək edir. Əgər elektron kitabxananın işi şəbəkədə və xüsusilə də qlobal şəbəkədə təşkil olunursa, onda bu səmərə dəfələrlə artmış olur.

Elektron kitabxanadan istifadə tədris prosesinin səmərəli təşkilinə birmənalı olaraq geniş imkanlar açır, kitabxana üzrə avtomatlaşdırılmış axtarış və naviqasiya sistemlərinin imkanlarından istifadə etmək həm öyrənənlər, həm öyrədənlər, həm də tədris prosesinin bütün digər iştirakçıları üçün prosesin təşkilinə yaxşı şərait yaradır.

Bu gün dünyanın ən böyük elektron kitabxanası Çin Xalq Respublikasında fəaliyyət göstəriri. Bu kitabxana 12 milyon müxtəlif elektron sənəddən ibarət məlumatlar bazasını özündə cəmləşdirir. Kitabxanaya müraciət internet şəbəkə vasitəsilə aparılır. Kitabxananın ən maraqlı cəhəti burada pirat (oğurluq) vasitələrdən istifadə olunmamasıdır. Daha dəqiq desək, kitabanada müəllif hüquqlarının qorunmasına ən önəmli yer verilir.



  1. Yüklə 225,39 Kb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin