2.2. Təhsilin informasiyalaşdırılmasının tədris-metodiki bazasının yaradılması
Elektron tədris materiallarının və elektron metodiki vasitələrin yaradılması. Milli elektron tədris vəsaitləri təhsil prosesinin iştirakçılarının tələbatını ödəyəcək səviyyədə yaradılmalıdır;
elektron vəsaitlərə qoyulan tələblər, onların hazırlanması və dövlət satınalınması ilə bağlı hüquqi-normativ bazanın formalaşdırılması. Bu zaman yeni texnologiyalardan istifadə edilməli, bazis planları və təhsil səviyyələri nəzərə alınmalıdır. Yeni tədris vasitələrinin aprobasiya mərkəzlərinin yaradılması. Bu mərkəzlərin maddi-texniki və kadr təminatı daha güclü olmalıdır;
təhsildə İKT-nin tətbiqi üzrə beynəlxalq təcrübəni sistemli və müntəzəm olaraq öyrənən və tətbiqolunma baxımından dəyərləndirən ekspertlər qrupunun yaradılması;
elektron tədris vəsaitlərinin Təhsil Nazirliyinə təqdim olunması və qeydiyyatı Qaydalarının hazırlanması. Elektron tədris vəsaitlərinə Təhsil Nazirliyinin qrifinin verilməsi mexanizminin yaradılması;
elektron tədris resurslarının texniki, məzmun və dizayn-erqonomika istiqamətləri üzrə ekspertizasının qaydaları və onların keyfiyyətinin qiymətləndirilməsi meyarlarının hazırlanması;
məlumat-sorğu yönümlü, biliyin qiymətləndirilməsinə, testləşdirilməyə yönələn elektron vəsaitlərin, elektron xəritələrin, müxtəlif fənlər üzrə elektron əyani vəsaitlərin istehsalına xüsusi diqqət yetirilməsi;
məktəblilər arasında müntəzəm olaraq informatika üzrə müsabiqə, yarış və olimpiadaların keçirilməsi;
ali məktəblərə qəbul imtahanlarında bütün ixtisas qruplarında təqdim olunan testlərə informatika üzrə testlərin daxil edilməsi;
məktəblərdə elektron kitabxanaların və mediatekaların formalaşdırılması;
elektron vəsaitlərin hazırlanması istiqamətində potensial subyektlər üçün Təhsil Nazirliyi tərəfindən treninqlər keçirilməsi. Müəllimlərin, dizaynerlərin, psixoloqların bu prosesdə iştirakına nail olunmalıdır. Yalnız tam aprobasiyadan keçmiş elektron məhsulların çoxaldılmasına icazə verilməlidir;
ən zəruri olan elektron dərsliklərin siyahılarının hazırlanması və əsas fənlər üzrə multimedia dərsliklər sisteminin yaradılması;
elektron vəsaitlərdən istifadə ilə bağlı metodiki tövsiyələrin hazırlanması;
elektron metodiki-tədris materialları ilə təchizat sisteminin təşkili;
tədris televiziya proqramlarının yaradılması;
elektron kitabxanaların, media/video resurs bazasının və təhsildə İKT üzrə elektron bazanın yaradılması;
təhsil portalının yaradılması. Təhsil portalında elektron formada olan bütün hazırlanmış dərsliklər, elektron metodiki vəsaitlər, məlumat-sorğu sistemləri, inkişafetdirici oyunlar, elektron testlər və s. yerləşdirilməlidir. Hər bir fənn üzrə metodiki dəstəklə bağlı portalda bölmələr yaradılmalıdır. Portalın sistematik olaraq yeniləşdirilməsi həyata keçirilməlidir;
virtual laboratoriya stendlərinin yaradılması.
Dostları ilə paylaş: |