TəHSİLDƏ İKT


İKT-NİN TƏHSİLƏ TƏTBİQİNDƏ



Yüklə 225,39 Kb.
səhifə2/51
tarix24.03.2022
ölçüsü225,39 Kb.
#54132
1   2   3   4   5   6   7   8   9   ...   51
Təhsildə İKT

İKT-NİN TƏHSİLƏ TƏTBİQİNDƏ ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏR
Təhsil sisteminin informasiyalaşdırılmasının  əsas məqsədi müasir informasiya mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitini formalaşdırmaqdır. Bu mühit yeni informasiya texnologiyalarından istifadə etməklə aşağıdakıları təmin etməlidir:  

        Təhsilin keyfiyyətinin artırılması;

        Yeni informasiya mədəniyyətinin formalaşdırılması;

        Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi;

        Təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına  inteqrasiyasının təmin edilməsi.
Göstərilən məqsədlərə nail olmaq  üçün aşağıdakı mühüm vəzifələrin kompleks şəkildə həll olunması zəruri şərtlərdəndir:

        Vahid təhsil-informasiya sisteminin yaradılması. Bu sistem bütün səviyyəli təhsil və informasiya  sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-tədqiqat, metodiki-tədris və texnoloji mərkəzlərini birləşdirməlidir;

        İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi. Milli elektron dərsliklərin hazırlanması və onların tədris prosesində tətbiqi, ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə köməkçi metodiki vasitələrin hazırlanması. Keyfiyyətin təmin edilməsi, tədris məqsədli informasiya texnologiyaları vasitələrinin standartlaşdırılması və sertifikasiyası;

        Təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq sisteminin və resurs mərkəzinin yaradılması;

        Təhsil ocaqları üçün pedaqoji və İKT kadrlarının hazırlanması sisteminin yaradılması. Onlara tədris prosesində ən yeni informasiya texnologiyalarından istifadə etmək bacarığının aşılanması. Tədris prosesinin bütün iştirakçıları üçün İKT bacarıqlarına  yiyələnmək imkanının yaradılması;

        Təhsil müəssisələrinin müasir İKT avadanlığı və İnternet/İntranet şəbəkəsi ilə təmin olunması;

        İKT sahəsi üzrə terminologiyanın işlənib hazırlanması və onun vahid standart kimi tətbiq olunması;

        Təhsilin informasiyalaşdırılması prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması;   

        Təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə sisteminin vahid informasiya infrastrukturunun yaradılması;

        İnformasiya təhlükəsizliyinin təmin olunması və təhlükə doğuran halların aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi. Yalnız lisenziyali proqramlardan istifadə olunmasına keçid. 





  1. Yüklə 225,39 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin