9-cu sualın cavabı:
Daxili auditin autsorsinqi səyahət məsrəflərini azalda bilər; müvafiq mühasibatlıq firmasının müəssisənin filiallarının mövcud olduğu regionlarda nümayəndəliyinin olduğu hallarda bu özünü daha qabarıq büruzə verə bilər. Bundan başqa daxili audit funksiyasının autsorsinqinin digər üstünlükləri də var:
Daxili audit funksiyası üzrə autsorsinqinin üstünlükləri
Ekspert heyəti: müəssisənin daxili audit autsorsinqi üçün geniş seçim imkanı var. O, xüsusilə də həyata keçirilən biznes üzrə (bu sualın şərtinə əsasən səyahət agentliyi) bacarıqlı və ixtisaslı olan heyətə malik firma seçə bilər. Bundan əlavə, bu cür xidmət təklif edən firmalar texnoloji və digər inkişaf istiqamətləri üzrə daim öz üzərlərində işləməlidirlər.
Məsrəflərə qənaət: daxili audit funksiyasının autsorsinqi vasitəsilə müəssisə şöbə işçilərinin əmək haqqları ilə bağlı sabit məsrəfləri və digər qaimə məsrəflərini azalda bilər. Digər tərəfdən, əgər daxili audit üzrə autsorsinq həyata keçirilərsə müəssisə yalnız autsorsinq firması üçün müəyyən edilmiş işlərə uyğun olaraq dəyişkən məsrəfləri ödəyəcəkdir.
Təcrübə: Müəssisə daxili audit məsrəflərini azaltmaqla və müəssisə daxilində əldə edilməsi çox baha başa gələn, lakin autsorsinq firması tərəfindən təqdim edilən genişmiqyaslı bilik və təcrübədən istifadə etməklə fayda əldə edə bilər.
Müstəqillik: audit firması müstəqildir və beləliklə hər hansı səhv və ya dələduzluq barədə hesabat verilməsi rəhbərlərlə qeyri-formal olaraq qurulan münasibətlərin təsirinə məruz qalmayacaq. Bundan əlavə, vəzifə tabeçiliyi üzrə əlaqənin olmaması hər hansı yüksək səviyyəli rəhbər işçinin səhvinin işıqlandırılması üçün maneə yaratmır.
Daxili audit funksiyasının təmini üzrə səylərin xaricə ötürülməsi rəhbərliyə öz diqqətini əsas fəaliyyətlər üzərində cəmləşdirmək üçün daha çox vaxt təmin edir.
Daxili audit funksiyasının autsorsinqinin çatışmazlıqları
Biznes haqqında bilik: daxili auditin autsorsinqini həyata keçirən zaman müəssisə daxilindəki audit heyəti autsorsinq firmasının audit heyəti ilə müqayisədə müəssisənin biznes fəaliyyətləri və strategiyası haqqında daha yaxşı biliyə sahib olacaq. Ona görə də daxili şöbənin işçiləri təşkilatın daxili nəzarət sistemini daha yaxşı qiymətləndirə bilərlər.
Müstəqillik: Rəhbərlik qeyri-qanuni olaraq daxili audit firmasına təsir göstərərsə (məsələn, əgər rəhbərlik müqavilənin uzadılmaması ilə bağlı hədə-qorxu gələrsə) daxili audit funksiyasının müstəqilliyi təhlükə altına düşə bilər.
Təşkilatın hədəfləri, işgüzar mədəniyyəti və biznes fəaliyyəti ilə bağlı məlumatsızlıq: Daxili audit firmasında çalışan işçi heyətinin təşkilatın hədəfləri, işgüzar mədəniyyəti və biznes fəaliyyəti ilə bağlı məlumatsız olma riski həmişə mövcuddur.
Münasiblik: Audit funksiyasının autsorsinqi zamanı audit heyətinin çevikliyi və hazırlığı mənfi
təsirə məruz qala bilər.
Sual 10
Leyla mobil telefon satışı ilə məşğul olan T şirkətinin yeni auditorudur. Şirkət böyük miqdarda və çeşiddə mobil telefonları özünün müxtəlif ölkələrdəki satış mərkəzləri və filialları vasitəsilə satır. Şirkət çox sürətlə böyümüşdür. Müəssisənin əsas icraçı direktoru satış sahəsində çalışmış şəxsdir və o, daxili nəzarətin vacibliyini qiymətləndirmək baxımından az anlayışa sahibdir.
Hazırda şirkət sifarişləri məktubla və ya telefonla qəbul edir. Bundan başqa, təşkilat internetlə sifariş qəbulu variantını da nəzərdən keçirir. Mühasibat informasiya sistemlərinin idarə olunması bu yaxınlarda tətbiq olunmuşdur, amma kadrlar hələ onun istifadəsi barədə tam təlim keçməyiblər. Şirkətin araşdırmaq istədiyi məsələlərdən biri budur ki, nə üçün satışın artmasına baxmayaraq (təkcə keçən il 20% artım) mənfəətdə eyni artım müşahidə olunmur.
Tələb olunur:
a) Audit riski və onun komponentlərini izah edin
b) T şirkətinin audit riskini artıran məsələləri müəyyən və təsvir edin
Dostları ilə paylaş: |