Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə15/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   31
Audit 2 sual ve cavablar Isa Aliyev

14-cü sualın cavabı:

Rüfət işçi sənədlərin təhlükəsiz mühafizəsini təmin etmək üçün aşağıdakı tədbirləri görməli idi:

(a) O, audit sənədlərinin nə vaxt və kim tərəfindən yaradılması, dəyişdirilməsi və yoxlanması ilə bağlı qeydiyyat aparmalı idi.

(b) İşçi sənədlərdəki informasiyadan onun öz razılığı olmadan heç kim istifadə etməli deyildi. Audit komandası və digər səlahiyyətli tərəflərin bu sənədləri əldə etməsinə yalnız zərurət yarandıqda icazə verilməli idi.

(c) Rüfət sənədlərin lazımı qaydada fayllaşdırılması və oğurluq, yanğın, icazəsiz təftiş, dəyişdirmə, məhv etmə və təbii fəlakətlərdən qorunan təhlükəsiz şəraitdə saxlanması üçün lazımı tədbirləri görməli idi.

Rüfət öz sənədlərinin təhlükəsizliyini təmin etmək üçün aşağıdakı əlavə tədbirləri görməli idi:



  • Audit sənədləri elektron formada olduqda bütün audit qrupu üzvlərinə parol verilməli idi

  • Proqramda saxlanılan qeydlərin gələcəkdə də istifadə edilə bilməsini təmin etmək üçün tədbir görülməli idi. O, faylın istifadəyə yararlı və xarab olmadığını zaman-zaman yoxlamalı idi.



Sual 15

Toğrul jele məhsulları və şokolad istehsal edən C şirkətinin audit yoxlamasını həyata keçirir. Şirkətin məhsulları bütün ölkədə məşhurdur və onlara böyük tələbat var.

Toğrul üç yeni və iki təcrübəli üzvdən ibarət audit komandası yaradır. O, audit tapşırıqlarını üzvlər arasında bölür və yeni üzvlərə lazımi yerlərdə bütün aşkar olunmuş faktları qeyd etməyi və əlavə sənədlər əldə etməyi tapşırır. Daha sonra Toğrul audit komandası üzvlərinin iclasını çağırır və onların əldə etməli olduqları audit sənədləri ilə bağlı müzakirə aparır. Üç yeni auditor aşkar etdikləri faktları hələ də lazımi formada sənədləşdirə bilmirlər.

Tələb olunur:

Yaxşı işçi sənədlərin xüsusiyyətlərini yeni auditorlara izah edin.


Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin