Tələb olunur



Yüklə 129,56 Kb.
səhifə2/31
tarix10.05.2022
ölçüsü129,56 Kb.
#57098
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31
Audit 2 sual ve cavablar Isa Aliyev

1-ci sualın cavabı:

1. Auditor fəaliyyətinin tənzimlənməsinin səbəbləri

(a) İctimai marağın qorunması

Auditorlar müdriyyətlə sahibkarlar arasında vasitəçi rolunu oynayırlar. P Şirkətinin sahibkarları dünyanın müxtəlif yerlərindədirlər və şirkətin gündəlik işlərinə nəzarət edə bilmirlər. Bu səbəbdən şirkətin maliyyə vəziyyətini müəyyən etmək üçün onlar şirkətə müstəqil auditorlar təyin ediblər. Auditorların diqqətlə və peşəkar standartlara uyğun işlədiyindən əmin olmaq üçün sahibkarlar auditorların fəaliyyətini tənzimləməlidirlər.

(b) Peşə ləyaqətinin qorunması

Ümumiyyətlə, auditorlar Peşəkar Mühasiblər Assosiasiyası və ya ACCA kimi peşəkar orqanın işçiləridirlər. Auditorun hərəkətləri bu peşəkar orqanın nüfuzuna birbaşa təsir göstərir. Buna görə də öz ad-sanlarını qorumaq üçün bu orqanlar auditorların fəaliyyətlərini Etik Davranış Məcəlləsi kimi müəyyən struktura malik qaydalarla tənzimləyirlər.

(c) Auditorun müstəqilliyinin və peşəkar səriştəsinin təmin olunması

Auditorlar yüksək ixtisaslı olmalı və öz işlərində müstəqilliklərini qoruyub saxlamalıdırlar. Auditorların müstəqilliklərinin təmin olunması üçün onların fəaliyyətləri tənzimlənir. Məsələn, P Şirkətində daxili nəzarət rolunu qəbul etməməklə bunu etmək olar.

(d) Yeknəsəkliyin (monotonluğun) audit prosedurlarına tətbiq olunması Audit standartları kimi qanunlar xüsusi vəziyyətlərdən çıxmaqda auditorlar üçün bir növ rəhbər rolunu oynayırlar. Nəticədə bu qaydalar auditorların işinə yeknəsəklik gətirir.

2. Auditorların fəaliyyətlərinin tənzimlənməsi üçün lazım olan mexanizmlər

(a) Etik Davranış Məcəlləsi

Etik Davaranış Məcəlləsi peşəkar orqanın işçiləri üçün məcburi olan qaydalar toplusudur. İşçilər bu qaydalara əməl etmədikləri təqdirdə pozuntu hallarına görə işlədikləri peşəkar orqanın qarşısında izahat verməli olacaqlar.

(b) Audit standartları

Audit standartları xüsusi vəziyyətlərdən çıxmaqda auditorlar üçün rəhbər rolunu oynayırlar.

(c) Müxtəlif qaydalar və qanunlar

Qanunla müəyyən olunmuş auditor auditi təznimləyən qaydalara və digər müvafiq qanunlara riayət etməlidir.

(d) Ekspert rəyi

Ekspert rəyi görülən işin qanunlar çərçivəsində və peşəkar səviyyədə yerinə yetirilməsini təmin etmək üçün bir işçinin işinin eyni mövqeli başqa bir işçi tərəfindən yoxlanılmasıdır.



Sual 2

Qanunla müəyyən olunmuş audit mütləq zəmanət olmayıb əsaslı zəmanət təmin edir. Bunun səbəbini izah edin. Eyni zamanda qanunla müəyyən olunmuş auditin məhduduiyyətləri barədə də müzakirə aparın.




Yüklə 129,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin