Tələbə: Babayeva Fidan Əfqan İxtisas: Korreksiyaedici təlim Qrup: Krt2002 Elmi rəhbər: Turan Şahvələdli Qədimova



Yüklə 19,48 Kb.
tarix18.01.2023
ölçüsü19,48 Kb.
#79577
Fidan Babayeva (1) (2)




Tələbə: Babayeva Fidan Əfqan
İxtisas: Korreksiyaedici təlim
Qrup: Krt2002
Elmi rəhbər: Turan Şahvələdli Qədimova
Mövzu: GÖRMƏ POZULMALARI VƏ UŞAĞIN GÖRMƏ QABİLİYYƏTİNİN İTİRİLMƏSİNİN VALİDEYNLƏRƏ VƏ AİLƏYƏ TƏSİRİ.

Xəstəliklərin Beynəlxalq Təsnifatında görmə pozulmasının məsafədən asılı olaraq 2 qrupa bölürlər.1.Uzaqdan görmə pozulmasıdır.Buda özlüyündə 4 qrupa bölünür-yüngül,orta,şiddətli,korluq. 2.Yaxın görmə pozulmasıdır.


Bir insanın görmə pozulması bir çox faktorlardan asılı olaraq dəyişir.Buraya müalicə müdaxilələrinin səhv təcrübəsi, reabilitasiyaya qarşı çıxmaq, sonradan alınmış zədələr, total səbəblər və s.aiddir. Qlobal olaraq görmə pozulmalarının əsas səbəbləri bunlardır:
1.Korreksiyası mümkün olmayan refraktiv zədələr.
2.Katarakta
3.Yaşa bağlı makula degenerasiyası
4.Qlaukoma
5.Diabetik retinopatiya
6.Buynuz qişanın qeyri-şəffaflığı
7.Traxoma
Gözə qulluq xidmətlərinin mövcudluğuna və əlçatanlığına görə ölkələr arasında fərqlilik və səbəblər çoxdur.Məsələn, katarakta ilə əlaqəli görmə pozulmaları gəliri yüksək olan ölkələrlə müqayisədə gəliri aşağı və orta olan ölkələrdə daha yüksəkdir.Yüksək gəlirli ölkələrdə qlaukoma və yaşla bağlı makula degenerasiyası kimi pozulmalar daha çox rast gəlinir.
Görmə pozulmalarının şəxsi təsirləri-erkən başlayan ciddi görmə pozulmaları olan azyaşlılar ömürlük nəticələrlə nəticələnən motor, nitq, emosional, sosial və idrak inkişafının ləngiməsinə səbəb ola bilər. Həmçinin görmə pozulması olan məktəb yaşlı uşaqlar da təhsil nailiyyətlərinin aşağı səviyyədə olduğunu hiss edə bilərlər.Görmə pozulmaları böyüklər arasında həyati keyfiyyətlərə ciddi təsir göstərir.Görmə pozulması olan yetkin şəxslərdə tez-tez işçi qüvvəsində iştirak və məhsuldarlıqda zəiflik, depressiya və narahatlıq hissi daha çox yüksəkdir. Yaşlı insanlarda görmə pozulmaları sosial izolyasiyaya, yeriməkdə çətinlik çəkməyə, yıxılma və sınıq riskinin artmasına və baxım evlərinə erkən daxil olma ehtimalının artmasına səbəb ola bilir.
İqtisadi təsir-Görmə qabiliyyətinin pozulması böyük qlobal maliyyə yükü yaradır. Məsələn, təkcə korrektə edilməmiş miyopiya və presbiopiya nəticəsində görmə pozulmasının yaranması ilə illik qlobal xərclər 400 milyarddır. Uşaqlar arasında görmə pozulmalarının səbəbləri ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişir. Məsələn, aşağı gəlirli ölkələrdə anadangəlmə katarakta əsas səbəbdir, orta gəlirli ölkələrdə isə vaxtından əvvəl retinopiya olma ehtimalı daha yüksəkdir.
Görmə pozulmalarının qarşısını almaq üçün strategiyalar nələr ola bilər?. Çox sayda göz xəstəliklərinin qarşısını almaq mümkün olsa da , bu hamı üçün mümkün deyil. Hər bir pozulma fərqli və vaxtında cavab tələb edir. Göz şərtləri və pozulmaları ilə bağlı ehtiyacları qarşılayan profilaktika, müalicə və reabilitasiyanı əhatə edən effektiv müdaxilələr mövcuddur. Məsələn, düzəldilməyən refraktiv pozulma eynək və ya cərrahi müdaxilə ilə düzəldilər bilər, katarakt əməliyyatı isə görmə qabiliyyətini bərpa edə bilər. Müalicə həmçinin quru göz, konjonktivit və blefarit kimi adətən görmə pozulmasına səbəb olmayan, lakin narahatlıq və ağrı yaradan bir çox göz xəstəlikləri də mövcuddur. Bu pozulmaların müalicəsi simptomları yüngülləşdirməyə və daha ağır xəstəliklərə doğru təkamülün qarşısını almağa yönəldilmişdir.Görmə reabilitasiyası diabetik retinopiya, qlaukoma, travmanın nəticələri və yaşa bağlı makula degenerasiyası kimi göz xəstəlikləri nəticəsində yarana bilən geri dönməz görmə pozulmaları olan insanların fəaliyyətini yaxşılaşdırmaq üçün çox təsirlidir. ÜST-nın Görmə üzrə Dünya Hesabatının (2019) tövsiyələrini və 2020-ci ildə 73-cü Ümumdünya Səhiyyə Assambleyasında qəbul edilmiş “inteqrasiya edilmiş, insan mərkəzli göz qayğısı, o cümlədən qarşısı alına bilən korluq və görmə pozğunluğu” haqqında qətnaməni rəhbər tutur. Hesabatın və qətnamənin təklifi inteqrasiya olunmuş insanlar mərkəzli göz baxımını (IPEC) seçim qayğı modelinə çevirmək və onun geniş tətbiqini təmin etməkdir.
Bir çox vəsaitlərdə bu xəbəri alan valideynlərin üzlərindəki getdikcə aktivləşən kədər hissini görə bilərik.Uşağın diaqnozunu,vəziyyətini qəbul etməyən,inkar edən və ya bu diaqnoz haqqında heç bir məlumat bilmədiyi üçün qəbullanmayan valideynlər də var.Hətta pozulma haqqında heç bir məlumat bilməyən ailələr bunu fiziki olaraq qəbul edir və nəticə olaraq nəticə almaq üçün məlumat araşdırmırlar və yaxud da uşağın korreksiya işləri barədə heç bir araşdırma etmirlər.Bunun nəticəsində də ailələrin uşağa daha yaxşı qulluq etmək və onu cəmiyyətə inteqrasiya etmək cəhdləri uğursuz olur.Hətta indiki dövrdə bəzi görmə pozulması olan və ya korluğu olan uşaqlı ailələrin bu uşaqlarla bağlı səhiyyə xidmətləri haqqında heç bir məlumatları olmadığı üçün tələb edə də bilmirlər.Bəzi valideynlər də çarəsizlik,məyusluq,bağlılıq hissinin olmaması ya övladlarının davranışlarını anlamama,onların ehtiyaclarını qəbul etməmək hətta bunu qəbul etmədikləri üçün günahkarlıq hissinə qapılırlar.Ətrafımda uşağı görmə pozulması olan 2 ailə var.Birinci ailə mənim üçün həddindən artıq mənfi gözləntilər əks etdirdi.Valideyndə öz övladının qabiliyyətlərinə qarşı güclü inamsızlıq, övladına qarşı aşağı hörmət əlamətləri əks olunur.Valideyn öz qohumları,tanışları yanında uşağı haqqında ‘Onsuz biz olmadıqdan sonra onunda bir talehi olmayacaq, o bizdən asılıdır” Hətta valideyn uşaq yanında o qədər bu sözlərdən istifadə edib ki, uşaqda nitq pozulması yaranıb və uşaq çox zaman danışmaqdan imtina edir. Mark Tvenin dediyi kimi “Şəfqət və mərhəmət elə bir dildir ki, onu karlar da eşidir, korlar da oxuya bilir”.Valideyn bununla həm öz ailəsinə mənfi təsir etmiş olur, həmçinin övladının psixologiyasına mənfi təsir edir. Bununda uşaqda görmə pozulması ilə yanaşı psixi inkişaf ləngiməsi, idrak proseslərində pozulmalar da yaranır.Uşaq böyüdükdə ailəsinə qarşı inamsızlıq, ailə bağlarının qırılması, depresiya halları, özünü cəmiyyətdən mənfi amillər üzərində qurulan səbəblərdən ayırmaq halları baş verir.Belə ailələr öz övladlarından utanırlar və uşaqlarını cəmiyyət arasına çıxarmaqdan imtina edirlər.Ailə üzərində ağır yük hiss edir. Biz loqopedlər gələcəkdə bu ailələrlə mütəmadi əlaqədə olmalı və onlara bu uşaqlarında tipiklərlə bərabər olduğunu başa salmalıyıq. İkinci ailə isə əksinə olaraq öz övladını olduğu kimi qəbul edir və öz uşağına hər zaman sevgi və qayğı göstərir. Bu ailə öz məmnuniyyətini hər zaman hər yerdə ifadə etməyi bacarır. Ailə və uşağ arasında güclü bağ var və övladının fikirlərinə hörmətlə yanaşır.Görmə pozulması olan uşaqların ailələrinə fiziki təsiri də olur. Məsələn bu tip ailələrdə həddindən artıq emosiyalar olur ki, bunu idarə etməkdə çətinlik çəkirlər. Yuxusuzluq, fiziki yorğunluq halları isə daha çox rast gəlinir.
Bir neçə vəsaitlərdə görmə pozulması olan uşaqların valideynləri tərəfindən öz övladları barədə narahatlıqları əks olunur. Valideynlər daha çox uşaqlarının görmə vəziyyətinə görə özlərinə nəzarətin olmamasından narahat olurlar. Həmçinin bu ailələrdə əsas problemlərdən biri də maddi vəziyyət, rifah halının olmamasıdır. Uşağın görmə pozulması haqqında bilik səviyyəsi olan ailələr düşünür ki, bu cür uşaq böyütmək iş imkanlarına və asudə vaxt istifadəsinə heç bir mənfi təsir göstərmir. Hətta belə ailələr düşünür ki, bəlkədə bizim uşağımız tipik olsaydı biz daha çox stress keçirdərdik. Belə valideynlər övladlarını cəmiyyətə inteqrasiya zamanı insanların uşağına yazığ kimi rəftar etməsini sevmirlər.
Görmə qabiliyyəti zəif olan uşaqların anaları kor uşaqların analarına nisbətən daha çox stress keçirdirlər. Bunu belə izah edə bilərəm ki, görmə qabiliyyəti zəif olan uşaqların valideynləri uşağın qabiliyyətlərini daha tez ortaya çıxarmat istəyirlər və bunu bacarmadıqda belə ailələrdə ümidsizlik prosesi yaranır.Və belə ailələr uşaqlarına qarşı daha çox tələbkar olduğu üçün uşaqların qabiliyyət bacarığını heçə sayırlar və daha çox tələb edirlər.
Bu tip ailələrə dəstəkləmək üçün bəzi amilləri vurğulaya bilərik.Ümumiyyətlə bunu 2 yerə bölə bilərik rəsmi və qeyri rəsmi. Rəsmi dəstək qruplarına biz səhiyyə, təhsil, mütəxəssisləri aid edə bilərik. Qeyri rəsmi dəstək qruplarına isə cəmiyyət, dostlar, başqa ailələri deyə bilərik. Fikrimcə ən aktiv dəstək qrupu ailə və onun dostlarını aid etmək olar. Digər ailələrlə ünsiyyət zamanı ailə təcrübə qazana bilər, müxtəlif strategiyaları öyrənə bilər.Buna səbəb isə ailələr arasında oxşar narahatlıqların, hisslərin, problemlərin olmasıdır. Həmçinin mövcud olan fikirləri mənimsəmək üçün qeyri rəsmi dəstək daha çox əlverişlidir. Bu zaman həyata daha qənaətbəxş baxmaq mümkündür.
Dəstək zamanı ailəyə olan təsirdən əlavə valideynlərdə qarşılıqlı hörmət, vəziyyət haqqında açıq danışmaq, vəziyyətə müsbət perspektiv yöndən baxmaq, vaxtdan düzgün istifadə etməklə uşaqla asudə vaxt keçirərək uşağın öz bacarıqlarını inkişaf etdirməyə kömək etmək, uşaqda müstəqilliy hissini aşılamaq bacarıqları formalaşır. Həmçinin daha yaxşı nəticələr əldə edəcəyinə inam hissi formalaşır.
Korlardan fərqli olaraq görməsi zəif olan uşaqların ailələrə təsiri bir-birindən fərqli olur. Görmə pozulması olan uşaqların valideynləri uşaqlarının yalnız tibbi olaraq inkişaf etməsini əsas planda görmək istəyirlər. Belə ailələr övladının şəxsi fikirlərinə, dünyagörüşünə, dost seçiminə hörmətlə yanaşmırlar. Belə ailələrdə böyüyən zəif görməsi olan uşaqlar korlara nisbətən daha çox depresiv olurlar. Özlərini yoldaşlarından fərqli hiss etməyi daha tez hiss edirlər, öz valideynlərinin onu başa düşməsi üçün onlarında görmə pozulması olan şəxslər kateqoriyasına daxil olmasını arzulayır. Gələcək barədə mənfi düşüncələri çox olur. Heç vaxt düzəlmiyəcəklərini düşünürlər. Belə uşaqlarla korreksiya işlərini aparmaq daha çətindir və bu şəxslər adətən öz pozulmalarını başqa duyqu üzvləri ilə kompensasiya etmək üzərində çalışırlar.
Ədəbiyyat siyahısı:
1. Fricke, TR, Tahhan N, Resnikoff S, Papas E, Burnett A, Suit MH, Naduvilath T, Naidoo K, Global Prevalence of Presbyopia and Vision Impairment from Uncorrected Presbyopia: Systematic Review, Meta-analysis, and Modelling, Ophthalmology. 2018 May 9
2.American Psychological Association
3.Ə.S.Bayramov, Ə.Ə.Əlizadə-Sosial Psixologiya
4. family psychology: The art of science-William M.Pinsof and Jay L. Lebow
Yüklə 19,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin