Tələbə: Fidan Hüseynova Qrup: 07a fakultə: Təhsil İxtisas:İngilis dili müəllimliyi Kurs: Müəllim: Dəmirova Ceyhunə



Yüklə 1,55 Mb.
səhifə2/2
tarix21.12.2023
ölçüsü1,55 Mb.
#189069
1   2
diqqət.. kopyası

İxtiyaridən sonrakı diqqət
Diqqətin mərkəzləşməsi
Diqqətın həcmi
Diqqətin paylanması
Diqqətin davamlılığı
Diqqətin keçirilməsi
Diqqətin tərəddüdü
Diqqətin yayınması
Diqqətin xüsusiyyətləri
Diqqətin mərkəzləşməsi zamanı şüurumuz bir obyekt və ya fəaliyyətə yönəlir, başqalarından uzaqlaşır. Diqqətin mərkəzləşməsi obyektə olan dərin, fəal maraqla bağlıdır. Diqqətin həcmi eyni vaxtda əhatə olunan, aydın dərk olunan obyektlərin miqdarı ilə müəyyən edilir. Əgər eyni vaxtda təsir edən 10 obyektdən 5-i aydın qavranılırsa, deməli, diqqətin həcmi 5 obyektə bərabərdir. Diqqətin həcminin böyük olması bir sıra fəaliyyət sahələrində çox əhəmiyyətlidir.
Diqqətin mərkəzləşməsi
Diqqətin paylanması
Diqqətin paylanması eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı ilə xarakterizə olunur. Əgər eyni vaxtda 2 və ya 3 işlə məşğul olursunuzsa, deməli, diqqətiniz 2 və ya 3 iş üzərində paylanır. Avtomobil idarə edən insanın diqqətini bir neçə yerə paylaması vacibdir. Bir sahədə lazımı vərdiş toplamış insanlarda diqqətin paylanması müvəffəqiyyətlə baş verir.
Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanılmasında ifadə olunur. Burada diqqət bir obyektdən başqasına keçirsə də onlar ümumi məqsədə tabe olan fəaliyyət obyektləri kimi qalır. Şagird misal həll edərkən, onun diqqəti dərsliyə, oradakı misallara, rəqəmlərə,işarələrə, keçmiş təcrübəyə yönəlsə də, əgər misal həlli davam edərsə, deməli, diqqət davamlıdır. Çünki burda bütün bu obyektlər ümumi məqsədə- misal həll etmək məqsədinə tabedir.
Diqqətin davamlılığı
Diqqətin keçirilməsi  onun şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyyətədən başqa fəaliyyətə yönəldilməsidir. Bu, fəaliyyətin ümumi istiqamətinin dəyişməsi ilə əlaqədardır. Diqqətin keçirilməsi onun yayınmasına çox oxşayır, lakin onlar arasında keyfiyyətcə fərq var.
Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə əlaqədar olmayan cisim və hadisə üzərinə yönəlməsində ifadə olunur. Müəllimin dərs izah edərkən şagirdin küçəyə baxması onun diqqətinin yayınmasını göstərir.
Diqqətin insanın həyat və fəaliyyətində rolu
Diqqətin insanın həyat və fəaliyyətində rolu əvəzolunmazdır. Diqqət olmadan insan nə duya, nə qavraya, nə fikirləşə, nə də hər hansı bir işi, hərəkəti yerinə yetirə bilməzdi. Təlim prosesində diqqətin oynadığı rol xüsusilə böyükdür. Dərs zamanı tədris materiallarını qavrama, anlama və mənimsəmə müxtəlif amillərdən asılıdır. Onların içərisində əsas yeri diqqət tutur. 
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin