Nitqin müxtəlif funksiyaları var. Bəzilərini qeyd edək: Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır. Ictimai - tarixi şərait haqqında məlumat nitq vasitəsilə alınır. Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin edir. Nitq milli mədəniyyətin inikası vasitəsidir. Nitq idrak alətidir. Kütləvi informasiya prosesi 4 tərkib hissədən ibarətdir: Kommunikator. Kommunikasiya prosesində kommunikator konkret fərddir. Burada isə məlumatı verən müəyyən kollektiv və ya qrupdur. Verilən məlumat. Kütləvi informasiya prosesində veriləcək məlumatın düzgün seçilməsi vacib məsələlərdən biridir. İnformasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr. Bununla əlaqədar aşağıdakı məsələlərin aydınlaşdırılması zəruridir: hansı kanallar vasitəsilə verilən məlumatları kimlər daha asan, düzgün qavraya bilər və s. Resipient. Müəyyən ixtisas sahibləri və ya hər hansı yaş qrupunu təmsil edən adamlar resipient rolunda çıxış edirlər. Qeyri-verbal kommunikasiya vasitələrinin müxtəlif tipləri var: 1. Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir. 2. İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Kommunikatorun resipientə münasibəti onun intonasiyasında əks olunur. Ekspressiv- emosional funksiyası önəmlidir. 3. Kinesika «bədən hərəkətlərinin dili» kimi meydana çıxır. İnformasiya mübadiləsində onun kodları jestlər vasitəsilə açıqlanır. 4. Proksimika insanın şəxsi məkanı kimi ünsiyyət prosesində özünəməxsus rol oynayır. İnsan bu məkanı özününkü hesab edir, hətta onu bir növ fiziki bədəninin davamı sayır. İnsanlar birgə fəaliyyət prosesində müxtəlif formalarda əlaqə və münasibətlərə girir, əməkdaşlıq edirlər. Qarşılıqlı təsir təsir edəndən, təsirə məruz qalandan, təsiri təmin edən vasitələrdən, təsirin insan davranışında əmələ gətirdiyi dəyişiklikdən, təsirin nəticəsindən ibarətdir. Ünsiyyət insanların bir-birini qavramasından başlayır. Qavrayışın bu növü psixologiyada sosial persepsiya adlanır. Tədqiqatlar əsasən iki istiqamətdə aparılır: 1) sosial persepsiyanın məzmununun öyrənilməsi: 2) şəxsiyyətlərarası qavrayışın mexanizmləri, onu müşayiət edən vasitələrin və s.-nin öyrənilməsi. Şəxsiyyətlərarası qavrayışda insanın fiziki siması, ifadəli hərəkətləri və geyim xüsusiyyətləri əks olunur. Sosial persepsiyanın məzmunu həm qavrayış obyektinin, həm də qavrayış subyektinin xüsusiyyətlərindən asılıdır. Təşəkkür edirəm