Şifahi nitqin xüsusiyyətlərini belə qruplaşdırmaq olar:
Şifahi nitqin xüsusiyyətlərini belə qruplaşdırmaq olar:
1)Şifahi nitq söylənilir və eşidilir;
2) Şifahi nitqdə dinləyicilərin kimliyi nəzərə alınaraq aydın, ümumişlək sözlərə üstünlük verilir; Ailə-məişət üslubunda isə əlavəi zaha ehtiyac qalmır;
3) Qısa və sadə cümlələr, yarımçıq və elliptik, yaxud söz-cümlələr, replikalar əsas yer tutur;
4) Nitq danışıq dili xüsusiyyətləri ilə səsləşir; 5) İntonasiya, fasilə, vurğu və s. kimi vasitələrdən istifadəyə geniş yer ayrılır; 6) Tələb olunan məqamlarda mimika və ya jestlərə yol verilir; 7) Şifahi nitq axını yazılı nitqə nisbətən sürətlidir. Lakin mövzudan, şəraitdən, nitqin məqsədindən, danışanın yaşından, danışığın məcburu yaxud məsləhət xarakterli olması hesabına sürət, temp, sözlərin intensivliyi, fasilə gözlənilir.