Ekskursiya marşrutunun tərtib olunması
Ekskursiya marşrutunun tərtib olunması zamanı əsas tələblərdən biri məntiqi olaraq obyektlərin təqdimatına imkan yaratması və mövzunun açılması üçün ziyarətçi bazasının yaradılmasıdır.Praktikada ekskursiya marşrutlarının üç variantda hazırlanması məlumdur.Xronoloji, tematik və tematik-xronoloji.Xronoloji ekskursiya marşrutuna misal olaraq görkəmli insanların həyatı və fəaliyyəti ilə bağlı olan marşrutlar misal ola bilər.Tematik marşrutlara isə misal olaraq hər hansı şəhərin həyatındakı bir mövzunun açılması ilə bağlı olan marşrutlar misal ola bilər.Bütün çoxplanlı şəhər ekskursiyaları tematik-xronoloji əsasda qurulur.Belə ekskursiyalarda təklif olunan materialların ardıcıllığı bir qayda olaraq hər yarımmövzu üzrə müəyyən olunur.
Ekskursiya marşrutunun hazırlanması kifayət qədər yüksək peşəkarlıq və biliklər tələb edən mürəkkəb və çoxpilləli bir prosesdir. Marşrut zamanı nəqliyyat vasitələrindən istifadə olunursa o zaman yol hərəkəti qaydalarına əsasən hərəkət olunmalıdır. Ekskursiyada təqdim olunan obyektlər əsas və əlavə olaraq iki yerə bölünür.Əsas obyektlərə baxış ciddi şəkildə planlaşdırılır və bu zaman ekskursiyanın əsas məzmunu açılır. Əlavə obyektlər isə ekskursiya zamanı keçid xarakteri daşıyır və bu zaman əsas məqsəd kimi nəzərədə tutulmur.Marşrutun tərtib olunması zamın keçilən yolun xarakteristikası,burada nəqliyyat vasitələri və ya piyada hərəkət edərkən qarşılaşıla bilinəcək maneələr, habelə daya- nacaqlar, qarşılaşılması ehtimal olunan təhlükələr və onlardan yan keçməyin variantları əvvəlcədən təhlil olunmalıdır.Ekskursiyanın mətinin test olunması hazırlıq mərhələsində görüləcək əsas işlərdən biridir.Məhz bu mətndə ekskursiyanın məzmununun açılması üçün tələb olunan bütün material əks olunur Mətndə ekskursiyaya aid olan tematik məlumatlar, turistlər üçün maraqlı ola biləcək bütün faktlar yer alıb, təqdim olunan obyektlərin qiymətləndirilməsinə xidmət edir.
Ekskursiyaların keçirilmə texnologiyası
Ekskursiyanın təşkil olunması birbaşa hasilə gələn iş olmayıb mürəkkəb hazırlıq və icra mərhələsindən keçir. Ekskursiyaların hazırlanması müəyyən marşrut üzrə informasiyaların toplanması və bunun üçün arxiv materiallarından,internetsaytlarından,turistlərin xatirələrindən,foto-video materiallarından istifadədən ibarətdir. Ekskursiya obyektinin seçilməsi təsadüfi olmayıb turistlərdə dərin emosiya yaradacaq qeyri-adi təbiət, tarixi və mədəni obyektlər olmalıdır.Ekskursiya iki mühüm mərhələdən-onun hazırlanmasından və keçirilməsindən ibarət olan bir prosesdir. Əvvələcədən yaxşı təşkil olunmuş hazırlıq mərəhələsi olmayan ekskursiyanın yüksək keyfiyyətindən danışmaq mümkün deyil. Bu baxımdan, yeni bir ekskursiyanın iki əsas mərhələsi diqqəti cəlb edir:
yeni ekskursiya mövzusunun işlənib hazırlanması;
artıq işlənilib hazırlanmış ekskursiyanı həyata keçirmək üçün işə yeni başalyan bələdçinin hazırlanması.
İlk mərhələ ekskursiya müəssisəsi üçün yeni olan prosesin başlanğıcıdır.Yeni bir ekskursiyanın hazırlanması yaradıcı qrupa həvalə olunur. Bu qrupdakı yaradıcı insanların sayı 3-7 nəfər,mürəkkəb mövzulu ekskursiyalar üçün daha çox sayda ola bilər. Əksər hallarda bunlar ekskursiya bürosunun əməkdaşları ola bilər. Bir sıra hallarda müxtəlif sahələrdən olan mütəxəssislər-muzey işçiləri,ali və orta məktəb müəllimləri məsləhətçilər kimi bu prosesə cəlb oluna bilər. Görülmüş işə nəzarətçi kimi yaradıcı qrupun rəhbəri ola bilər.Yeni ekskursiyanın hazırlanması üç əsas mərhələdən keçir. Birinci vəzifə hazırlanacaq ekskursiya üçün mate- rialların seçilməsi, onların öyrənilməsidir.
Bundan sonra ekskursiyanın məzmununun tərtib olunması mərhələsində ekskursiya marşrutunun qurulması, əldə olunmuş faktiki materialların işlənib hazırlanması, eks- kursiyanın əsas hissəsinin işlənilməsi, yoxlama mətninin yazılması, ekskursiyanın keçirilməsi metodikası üzərində işin aparılması, ekskursiya müddətində daha səmərəli təqdimat metodikasının seçilməsi, bələdçilər tərəfindən fərdi mətnin yazılması həyata keçirilir.Sonuncu, yekunlaşdırma mərhələsində ekskursiyanın marşruta qəbul olunub tətbiq edilməsi baş verir.
Dostları ilə paylaş: |