TəLƏBƏ: zeynalov vasiF



Yüklə 0,83 Mb.
səhifə2/4
tarix07.11.2022
ölçüsü0,83 Mb.
#67853
1   2   3   4
Vasif- YMB təq

Fiziki xassələri

Molekul zəncirinin nisbətən yüksək nizamlı olmasına baxmayaraq BK-un şüşələşmə prosesi çox yavaş gedir. BK əsasında rezinlərin şüşələşməsinin əsas xüsusiliyi ona gərginliyin həddən artıq güclü təsir etməsidir. Şüşələşmə 400%-dən artıq dartılma zamanı otaq və daha yüksək temperaturalarda istiliyin güclü ayrılması ilə müşahidə olunur. BK sıxlığı 910 kq/m³, şüşələşmə temperaturu (-67-dən-70)-ə qədərdir. BK yüksək die lektrik xassələrinə malikdir və suyu az sorbsiya etməsi səbəbindən hətta çox nəm mühitdə belə bu xassələr dəyişmir (BK-un sorbsiya qabiliyyəti TK-un sorbsiya qabiliyyətindən 3-4 dəfə azdır).

BK karbohidrogenlərdə - aromatik karbohidrogenlərə nisbəten alifatik karbohidrogenlərdə, xloroformda, dördxlorlu karbon da yaxşı həll olur.

Texnoloji xassələri

BK mexaniki emal zamanı cüzi plastikasiya olunur. Onun əsasında rezin qarışıqlarını rezin sənayesin də tətbiq edilən adi avadanlıqlarda (vərdənələr, bağlı rezinqarış dırıcılar) hazırlamaq mümkündür. Onlar çox asanlıqla formalaşmaya məruz qalırlar və kafi konveksiya yapışqanlılığına malik dirlər. BK-un çatışmayan cəhəti onun kiçik termoplastikliyidir və bu da polimerin və qarışıqların yüksək soyuqda axmasını müəyyən edir. Formalaşmış məmulatlar karkaslılığının az olması səbəbindən öz formasını pis saxlayır.

BK-un texnoloji xassələri yaxşılaşdırmaq üçün rezin qarışıqları yüksək temperaturda emala uğradılır və buna görə də qarışıqları soyuq halda axması azalır, onların möhkəmliyi artır, vulkanizatların fiziki-mexaniki xassələri, deformasiya zamanı gərginliyi, elastikliyi, yeyilməyə qarşı davamlılığı və xüsusi elektrik müqaviməti yaxşılaşır.


BK doymamış kauçuklarla birgə pis vulkanlaşır və onların hətta cüzi qarışıqları kəskin şəkildə vulkanlaşma sürətinin azal masına və rezinlərin mexaniki xassələrinin aşağı düşməsinə sə bəb olur. Buna görə də BK əsasında rezin qarışıqları xüsusi ay rılmış aqreqatlarda və yaxud avadanlıqlarda hazırlanmalı və bu aqreqat və avadanlıqlarda doymamış kauçuklar emal olunarsa, onlar qabaqcadan səliqə ilə təmizlənməlidir.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin