Bu proqram özündə əks etdirir:
Bu proqram tibb məktəblərinin müəllimləri, müvafiq MPM-nin rəhbər həkim kontingenti üçün rəhbər sənəd hesab edilə bilər. Bundan əlavə tələbələrin hazılıq səviyyəsi, onların attestasiya edilməsi üçün də nəzərdə tutula bilər.
Vaxt bölgüsünün nümunəvi cədvəli
N
|
Təcrübə keçirilən şöbənin adı
|
Günlərin sayı
|
Saatlarin miqdarı
|
1
|
Uşaq somatik şöbəsi:
|
-
|
-
|
|
- qəbul şöbəsi
|
1
|
6
|
|
- əməliyat otağı
|
2
|
12
|
|
- postda iş
|
2
|
12
|
2
|
Uşaq poliklinikası:
|
-
|
-
|
|
- peyvənd otağında iş
|
1
|
6
|
|
- sahədə iş
|
2
|
12
|
|
Cəmi:
|
8
|
48
|
Təcrübə vaxtı tələbələrin səmərəli işləməsi və bütün sahələri əhatə etmək üçün “sürüşən” cədvəldən istifadə məqsədəuyğun hesab sayılır. Belə cədvəl Dövlət Təhsil standartlarını yerinə yetirməyə imkan yaradır.
Təcrübənin məqsəd və vəzifələri
Təcrübənin məqsədi təcrübə müddətində tələbələri sərbəst işləməyə, xəstələrə təxirəsalınmaz, ilk tibbi yardım göstərməyə, müxtəlif yaş qrupundan olan xəstə uşaqlara, qulluq xüsusiyyətlərinə, müalicə müəssisələrində profilaktik işin təşkilinə və sanitar maarif işinin həyata keçirilməsinə alışdırmaq və öyrətməkdir.
Təcrübə müddətində əsasən aşağıdakı məsələlərin həllinə çalışmaq lazımdır:
-
“Pediatriyada tibb bacısının işi” fənnindən alınmış nəzəri bilikləri sistemləşdirmək, dərinləşdirib, möhkəmlətmək.
-
xəstə uşaqlarla işi təkmilləşdirərək, qulluğun düzgün təşkilinə nail olmaq.
-
sağlam uşaqlarla işi düzgün qurmaq, bilik və bacarığı artırmaq.
-
xəstələrlə, onların valideynləri (yaxınları) ilə MPM-nin işçi kollektivi ilə düzgün münasibət qurmaq.
-
davranışda etik və insani normalara əməl etmək.
Dostları ilə paylaş: |