Prosedura otağında iş
Tələbə bilməlidir:
- prosedur kabinetində çalışan tibb bacısının təlimat üzrə vəzifələrini
- prosedur kabinetində sanitar-əksepidemik rejimin tələblərini ( dezinfeksiya, sterilizasiyaya hazırlıq, alətlərin sterilizasiyası, sterilliyə nəzarət, prosedura kabinetinin təmizlənməsi və səliqəsi və s.)
Tələbə bacarmalıdır:
- prosedura kabinetinin yığışdırılmasını
- alətlərin sterilizasiyaya hazırlanması və sterilizasiyasını
- bütün növ inyeksiyaların vurulma texnikasını (o cümlədən venanın kateterizasiyasını)
- sarği materiallarının, ağların sterilizasiya üçün bikslərə yığılması və sterilizasiyaya nəzarəti
- alətlərin sterilizasiyadan qabaq təmizlənib hazırlanmasını
- istifadə edilmiş tullantı materiallarının təhvili və ya qablaşdırılaraq yandırılmasını
- rezin məmulatların sterilizasiyası və dezinfeksiyasını
- bütün lazımı vasitələri istifadə üçün hazırlamağı:
Lümbal punksiya
Körpücükaltı venanın kateterizasiyası
İnfuzion terapiya aparmaq üçün proqram tərtib edib onun effektivliyinə nəzarət etməyi
-
qan köçürülən zaman və sonra xəstənin ümumi vəziyyətinə nəzarəti
“İrinli” və “təmiz” sarğı otağında iş
Dostları ilə paylaş: |