operasion blokun quruluşunu, işin təşkili və qaydalarını
operasion t/b-nın hüquq və funksional öhdəliklərini
şəxsi gigiyena, operasion geyimin geyinmə və saxlanma qaydalarını
sarğı materiallarının hazırlanma qaydalarını, onların sterilizasiya rejimini
əsas cərrahi alətləri
patalojianatomik müayinələr üçün materialların götürülmə və saxlanılma qaydalarını
Tələbə bacarmalıdır:
şəxsi gigiyena qaydalarına əməl etməyi
operasiya üçün sarğı və tikiş materiallarını, əsas operasiya tipləri üçün alətlər toplusunu hazırlamağı
operasiyadan sonra alətləri işləmək və steril etməyi
operasiya üçün əllərin müasir antiseptiklərlə işlənməsini
operasion t/b –nın steril stolunun, anestezist t/b-nın stolunun, müxtəlif operasiya üçün alətlər toplusunun hazırlanmasını
operasion sahənin dərisinin işlənməsini
xəstəni operasion stolayerləşdirməyi və nəql etməyi
operasiyanın gedişində xəstəyə nəzarəti, narkozun gedişində həyatı funksiyaların monitorinqini
İzahedici qeyd “Pediatriyada tibb bacısının işi” tələbələrin tədris prosesində peşə hazırlığının əsas hissəsi və təcrübi hazırlığın əsas mərhələsi hesab olunur.
Təcrübə əsasən nəzəri və təcrübi dərslərin sonunda çoxşaxəli müalicə-profilaktika müəssisələrində müvafiq şöbələrdə təşkil olunur. Şöbələrdə təcrübə müddəti 1-4 gün təşkil edir.