Təcrübə müddətində tələbələrin bacarmalı olduqları
təcrübi vərdişlərin siyahısı:
1. Palatalarda sanitar rejimə əməl etmək
2. Reanimasiya şöbəsində müalicəvi-qoruyucu rejimin tələblərini yerinə yetirmək
3. Əməliyyat olunmuş xəstələr üçün yataq ağlarını və dəyişəkləri hazırlamaq
4. Sistem altında olan və drenaj borular qoyulmuş xəstələri köçürmək və yerləşdirmək
5. Əməliyyata hazırlıqda iştirak etmək:
Gigiyenik vannaları yerinə yetirmək
Əməliyyat sahəsini tüklərdən təmizləmək
Mədə-bağırsaq yollarını təmizləmək
Premedikasiya etmək
6. Nəmləşdirilmiş oksigen vermək
7. Qusma zamanı yardım etmək
8. Ağciyər ödemlərində yardım etmək
9. Drenajlı xəstələrə qulluq, nəzarət və xaric olan möhtəviyyatı qiymətləndirmək
10. Dərman, hipertonik məhlulla, sifonlu və təmizləyici imalələri qoymaq
11. Qazçıxarıcı boru qoymaq
12. Mədə zondunu yeritmək
13. Hava borusunu qoymaq
14. Traxea-bronx şaxəsini sanasiya etmək
15. Ağır xəstələri qidalandırmaq
16. Yataq yaralarının profilaktikası və işlənməsini yerinə yetirmək
17. Qulluq etmək:
Traxeostomiyaya
Körpücükaltı kateterə
Peridural kateterə
Sidik kateterinə
İntubasiya borusuna
İzahedici qeyd
“Pediatriyada tibb bacısının işi” tələbələrin tədris prosesində peşə hazırlığının əsas hissəsi və təcrübi hazırlığın əsas mərhələsi hesab olunur.
Təcrübə əsasən nəzəri və təcrübi dərslərin sonunda çoxşaxəli müalicə-profilaktika müəssisələrində müvafiq şöbələrdə təşkil olunur. Şöbələrdə təcrübə müddəti 1-4 gün təşkil edir.
Dostları ilə paylaş: |