Tibb bacısının postunda təcrübə Tələbə bilməlidir:
müalicə profilaktika müəssisəsinin quruluşu və tipi.
post tibb bacısının funksiya və vəzifələrini
peşə yoluxmalarının profilaktikası, onlara qarşı mübarizə tədbirlərini.
uşaqlarda rast gəlinən xəstəliklərin əsas kliniki simptomlarını.
uşaqların kliniki, laborator-instrumental müayinələrə hazırlanmasını.
xəstə uşaqlara qulluğun təşkilini.
Tələbə bacarmalıdır:
- sanitar epidemik rejimə əməl etmələrini.
xəstə uşağın vəziyyətindəki dəyişikliyi.
xəstə uşağın vəziyyətinin ağırlıq dərəcəsini.
termometriya və temperatur əyrisini cızmağı.
A/T ölçməyi, nəvzi və tənəffüsün sayını hesablamağı
su balansını müəyyənləşdirməyi, görünən və gizli ödemləri, diurezin sutkalıq miqdarını müəyyən etməyi.
müxtəlif yaş qruplarından olan uşaqlardan və yeni doğulmuşlardan sidik nümunəsinin müayinə üçün yığılmasını. Zimnitski və ümumi müayinəsini, həmçinin şəkərə görə, bakteriolji, diastazaya və s.
gizli qan, qurd yumurtası və ümumi kopraqramma müayinəsi üçün nəcis nümunəsinin götürülməsi.
təmizləyici, müalicəvi dərman imalələrinin yerinə yetirilməsini və qazçıxarıcı borunun qoyulmasını.
mədənin yuylmasını.
dərmanların hazırlanması və paylanmasını.
parenteral dərman prepratlarının istifadə qaydalarını.
antibiotiklərin həll edilməsi və yeridilməsini.
məlhəm və səpmə tozların istifadəsini.
islatmalar qoymağı (kompresslər).
gözə, buruna və qulağa damcılar tökməyi.
əsnəyin qarqarasaını həyata keçirməyi.
duodenal zondlamada iştirak etmək və mədə şirəsinin fraksion müayinəsni aparmağı.
müayinə üçün göndərişlərin yazılmasını.
infeksion xəstələrin təcrid edilməsini.
normativ sənədlərin tərtib edilməsini.
uşaqların şöbədə mənalı istirahətinin təşkilini.
xəstə uşaqlara çatdırılan yeməklərə nəzarət etməyi.