TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix14.01.2017
ölçüsü7,01 Mb.
#5437
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

III FƏSİL 

3.1 

İnformasiya 

proqramlarının 

xüsusiyyəti

158

rak edən televiziyada verilən xəbərlər fərdlərin, ayrı­ayrı qrupla­

rın  təsəvvürünü  biçimləndirməklə  bərabər,  onların  həyat  tərzini 

müəyyən edir və dünyagörüşünün zənginləşməsində iştirak edir. 

Televiziya kanallarının çoxluğu və rəqabət meydanında informa­

siya proqramlarının sayının həddən artıq olduğu bir vaxtda seyrçi 

baxacağını seçmək imkanı qazanır. Bu zaman xəbərlərin hansı me­

yarlarla seçilməsi məsələsi  gündəmə gəlir ki, bu da televiziyanın 

ictimai şüurda yerini və reytinqini müəyyən edir. Q. Lassuellanın 

düsturuna əsasən hansı telekanalın xəbərlər buraxılışının rəğbətlə 

qarşılanacağını təyin etmək olar. “Kim dedi? ­ nə? ­ hansı kanalla? 

­ ki mə? ­ hansı effektlə?” düsturu xəbərin fərd və ya sosial qrup 

tərəfindən qəbul olunmasının dərəcəsini müəyyənləşdirməyə im­

kan verir. “Kim dedi?” xəbəri verən mənbənin mötəbərliyi və söy­

ləyən  jurnalistin  cəmiyyətdə  yeri;  “nə  dedi?”  məlumatın  özü  və 

onun mümkün açılışı, deyiliş tərzi; “hansı kanalla?” xəbəri verən 

kanalın cəmiyyətdə qazandığı etibar, inam və onun cəmiyyətdəki 

yeri əsasında ölçülür; “kimə dedi?” informasiyanın onu  alacaq və 

onun  əsasında  rəy  yaradacaq  qruplardan  hansına  ünvanlanma­

sı nəzərdə tutulur (burada informasiya istehlakçılarının üç növü 

nəzərdə  tutulur);  “hansı  effektlə?”  informasiyanın  ünvanlandığı 

sosial qrupun qavrama və bunun əsasında rəyyaratma səviyyəsinə 

təsir nəzərdə tutulur (intellektual cəhətdən daha çox inkişaf etmiş 

insana təsir etmək cəhdi digərlərinə baxdıqda çətindir və s.). Tama­

şaçı xəbərlər proqramını seçdikdə bu düstur əsasında hərəkət edir. 

Xəbərin etibarlılığı, qərəzsizliyi telekanalın indiyədək cəmiyyətdə 

qazandığı nüfuzdan irəli gəlir. İnam və etibar faktoru ilə yanaşı, 

xəbərlər proqramının seçimində operativlik və əhatəlilik də mü­

hüm yer tutur. Video məlumatı daha çevik verən xəbərlər buraxı­

lışı digərlərini geridə qoyaraq, reytinqdə birincilik qazanacaq. Bu, 

xüsusi, fövqəladə ha disələr vaxtı özünü göstərən amildir. 

Gündəlik həyatda heç də hər gün belə hadisələr baş vermir və 

bu  günlərdə  tamaşaçının  xəbəralma  ehtiyacının  mövcudluğu 

onun kanallara baş vuraraq özünə maraqlı gələni seçməsilə  başa 

çatır.  “Telejurnalistlər  buna  alışmalıdırlar  ki,  xəbərlərin  özü  də 

təkcə rəqabətə davamlı keyfiyyətlər tələb edən səviyyədə olmayıb 

(yeniliyi, operativliyi, orijinallığı və s. olan), həm də əlvan “bağla­

malı”, “yarlıqlı” reklama aid biçim əlamətləri olan əmtəədir” (437, 

səh. 144). Burada telekanalların xəbərlər buraxılışlarının yaradıcı 

təqdimatından bəhs edilir ki, bu da əslində kifayət qədər böyük 

zəhmət  tələb  edib,  bir  neçə  sənətin  birgə  fəaliyyəti  nəticəsində 

meydana gəlir. Yalnız informasiya cəhətdən zəngin və sıralanması 



159

düzgün qurulan, eyni zamanda, bədii­estetik cəhətdən tamaşaçı­

nın zövqünü oxşayacaq bir tərzdə təqdim olunan, görüntü plasti­

kasının əlvanlğı və gözəlliyi, montaj işinin yaradıcı, eyni zamanda, 

yerində olması, keçidlərin, arakəsmələrin bədii­estetik yükü, apa­

rıcının televiziyanın ifadə vasitələrindən məharətlə istifadə edərək 

nitq əlvanlığı, gözəllik yaradan, diqqəti cəlb edən səsin ifadəliliyi, 

xoş  avaz  və  etibarlılıq,  inam  gətirən:  istər  bədii­estetik,  istərsə 

də  tempo­dinamika  gətirən  komponentlərin  fəal  iştirak  etməsi 

xəbərlər buraxılışını digərlərindən fərqləndirər, proqram tamaşaçı 

inamını,  rəğbətini  qazanmaqla  sosial  həyatda  və  hər  bir  insanın 

məişətində özünün yeri və yükü ilə fəal çıxış edə bilər. Xəbərlər 

buraxılışı  özünün  sosial  əhəmiyyəti  və  siyasi­ictimai  mahiyyəti 

ilə  bütün  digər  proqramlardan  fərqləndiyindən,  ona  münasibət 

də  fərqli  müstəvidə  qurulur.  Burada  jurnalist  fəaliyyətində  olan 

siyasi­sosial  məsuliyyət  anlayışı  ilə  bütövlükdə  xəbərləri  hazır­

layan qrupun mənəvi məsuliyyəti üzvi bir tərzdə bütöv bağlan­

malıdır. Xəbərlərdə səslənən hər fikrin, göstərilən təsvirin böyük 

çəkisi  və  cəmiyyətin  sosial­siyasi  həyatında  başlıca  rolu  olduğu 

üçün  deyilən  fikir  müxtəlif  kataklizmlərə,  çaxnaşmalara,  kütləvi 

psixoza və xaosa yaxud da fərdlərin nikbin əhvala köklənməsinə 

şərait yarada bilər. 

Buradan belə bir nəticə çıxır ki, televiziyanın informasiya funk­

siyasının cəmiyyətdə əhəmiyyətli yeri və informasiya proqramla­

rının televiziyanın həyatında aparıcı mövqeyi sosial qrupların və 

fərdlərin davranışını, siyasi təfəkkürünü müəyyən etməkdə aparı­

cı rol oynadığından, burada yaradıcı məsuliyyət və bədii cəhətdən 

təqdimetmə,  sənətkarlıq  məsələləri  başlıca  yeri  alır,  verilişin 

reytinqdə yüksək pillədə durmasını təmin edir. Bu, xəbərlər proq­

ramlarının  yaradıcı  heyətinin  fəaliyyətində  mövcud  konsepsiya 

əsasında  yaradıcı  fəndlərin,  yeniliklərin,  axtarışların  tətbiqindən 

başlamış,  ən  adi  peşəkarlıq  tələblərinin  icrası,  televiziya  yara­

dıcılıq  qaydalarına  əməl  olunmasına  qədər  böyük  yolu  özündə 

cəmləşdirir. 

İnformasiyanın  məzmun  etibarı  ilə  hansı  sahəni  əhatə 

etməsindən  asılı  olmayaraq,  onun  ötürülməsində  etibarı  və  ta­

maşaçı inamını qazanmaq üçün rəsmilik vacib olduğu qədər, bu 

rəsmiliyi  yumşaldan  və  onun  bədii  rəngarəngliyini  təmin  edən 

cəhətlər  də  əhəmiyyətlidir.  Bir  çox  hallarda  jurnalistlər  öz  peşə 

fəaliyyətlərinə aludə olub, xəbərin məzmunu və etibarlılığını çat­

dırmaqla işlərini bitmiş sanırlar. Lakin televiziya audiovizual in­

formasiyanı yetirir və burada başlıca faktor olan görüntünü, onun 



160

düzgün, bədii cəhətdən əsaslandırılmış, peşəkar tələblərə uyğun 

şəkildə çatdırılması böyük əhəmiyyət kəsb edir. ANS­in “Xəbərçi” 

proqramında  Vergilər  Nazirliyinin  vergi  tariflərini  endirməsi  ilə 

bağlı süjetdə müxbir aramsız olaraq vergi tariflərini, onların faiz 

və rəqəmlə nisbətini, azalmanı və s. ni tamaşaçıya çatdırmağa ça­

lışır. Görüntüdə isə Vergilər Nazirliyinin binası fasaddan, yandan, 

sonra Nazirliyin ad lövhələri, pulsayan maşın və bir də nazirlik 

binası önündə olan bağ təsvirləri dönə­dönə, süjet boyunca müx­

birin  kadrarxası  mətni  başa  çatana  qədər  verildi.  Xəbərin  vizual 

həlli tapılmadığından həmin anda televizor tamaşaçı üçün radio 

ilə eyniləşmiş oldu və audiovizual effekt aradan qalxdı ki, bu da 

televiziya kanalı üçün yolverilməzdir. Süjetdə hər deyilən infor­

masiya görüntüdən çıxış etməli və ya sözü görüntü tamamlama­

lıdır. Əks halda, yaranan uyğunsuzluq və ya yuxarıdakı hal kimi 

uyuşmazlıq televiziya effektini dağıtmış olur. Haqqında danışılan 

idarə binasının ünvan planının göstərilməsi tanışlıq və ümumi rəy 

yaranması üçün olduqca lazımlı bir kadrdır, lakin heç də bütün 

süjet bu kadrdan ibarət olmamalıdır. 

Televiziya  xəbərlərində  daxil  olmuş  şifahi  informasiyanın  gö­

rüntüsü olmadıqda burada arxiv materiallarından istifadə etmək 

olar, bir şərtlə ki, kadrda bu materialların arxiv olduğunu göstərən 

yazı  qeyd  olunsun.  Başqa  hallarda­informasiyanın  buraxılış­

dan bir neçə dəqiqə əvvəl daxil olması və ya hər hansı bir rəsmi 

xronika  ilə  bağlı  olması  vəziyyətində,  onun  aparıcı  tərəfindən 

şifahi  təqdimatı  yolveriləndir.  Hazırda  bir  çox  kanallarda  bu 

vəziyyətlərdə televiziyanın radioqəbulediciyə bənzəməməsi üçün 

formalar  tapılıb  tətbiq  olunur.  Bu,  studiyadakı  monitorda  foto­

nun və ya tematikaya aid olan hər hansı bir şəklin yerləşdirilməsi, 

dəyişdirilməsi ilə tempi saxlamaq, görüntülülük əlamətini qoru­

maq məqsədi daşıyır. Digər analoji situasiyalarda xəbərlərdə audi­

ovizuallığın biri­birini tamamlamamasına çoxlu misallar gətirmək 

olar, bu da problemin çağdaş Azərbaycan teleməkanında özünün 

bütün ciddiliyi ilə durduğunu göstərir. Burada başlıca səbəb kimi 

Azərbaycanda  müstəqil  televiziyaçılıq  fəaliyyəti  və  informasiya 

işinin yeni qurulması, bu sahədə peşəkarların yetərincə olmaması 

çıxış edə bilər. Lakin heç bir halda bunlar televiziya üçün əsas ol­

mamalı və Azərbaycan tamaşaçısına formaca bəsit xəbərlər bura­

xılışının verilməsi ilə nəticələnməməlidir. Çünki hər bir telekanal 

mənsubiyyətindən  asılı  olmayaraq,  ictimai  öhdəlikləri  layiqincə, 

peşəkarlıqla yerinə yetirməlidir. 


161

3.2  Azərbaycan  televiziyalarında  informasiya  proqramlarına  tarixi 

nəzər 

Çağdaş  Azərbaycan  televiziyasında  informasiya  funksiyasının 

təcəssüm mənzərəsinə diqqət yetirmək üçün bu işin teleməkanda 

yaranma  və  inkişaf  yoluna  nəzər  yetirmək  lazımdır.  Sovet 

dönəmində Mərkəzi televiziyanın “Zaman” proqramından əvvəl 

efirə çıxan yerli xəbərlər dövlət televiziyasının proqramı olduğun­

dan bilavasitə partiyanın nəzarətində olmaqla, yalnız xoş həyatın 

tərənnümçüsü  kimi  tanınırdı.  Yalnız  “ütülənmiş”  təsərrüfat 

xəbərləri,  siyasi  aktivlərin  toplantıları  və  qurultay  qərarlarının 

icrasından danışan “Günün ekranı” xəbərlər proqramında qoyul­

muş qaydalardan kənarda hər hansı bir informasiyanın getməsi, 

sadəcə, mümkün deyildi. Hər şey bilavasitə mərkəzləşmiş şəkildə 

tərtib olunaraq ötürülə bilərdi. Məhz bu səbəbdən “Günün ekra­

nı”  ictimaiyyət  qarşısında  etibar  qazana  bilməyərək,  inamsızlıq 

hissi yaratmışdı. Bu hal özünü 1988­ci ildən başlanan Milli azad­

lıq  hərəkatı,  Dağlıq  Qarabağ  hadisələri  və  Ermənistanın  irticaçı 

təcavüzü dönəmində açıq büruzə verməyə başladı. “Günün ekra­

nı” xalqdan, ictimaiyyətdən uzaqlaşaraq, həqiqəti demək əvəzinə 

meydana  toplaşanları  ekstremist  adlandıraraq  Ermənistan­

Azərbaycan  dostluğunu  tərənnüm  edirdi.  Reallıqla  ekranda 

deyilənin səsləşməməsi insanları hə qi qətin deyildiyi yeganə yerə 

–  meydana aparırdı. 

 “Günün ekranı” xəbərlər buraxılışı adlansa da, mahiyyətcə ondan 

uzaq idi. “Sov. İKP MK Siyasi bürosu”nda, “Sosialist yarışmasının 

gündəliyi”,  “Qurultay  şərəfinə”,  “Elmi­texniki  tə rəqqi  yolu  ilə”, 

“Respublikanın tarlalarında”, “Ərzaq proqramı ümumxalq işidir”, 

“Ədəbiyyat, incəsənət, mədəniyyət..” ad lanan rubrikaların adından 

artıq mahiyyət bəlli olur və burada normal xəbərvermə sənətindən, 

informasiya funksiyasından danışmaq artıqdır. Çünki “Azərbaycan 

televiziyası nın “Günün ekranı” redaksiyasında çalışan jurnalistlər 

partiyanın….göstərişlərini  heç  zaman  unutmurlar”  (52,  səh.  31).

Cəmiyyətdə demokratik dəyişikliklər prosesi başlandığı halda, 

Azərbaycan televiziyası bu prosesdən tam uzaqda durmaqla möv­

cud reallığı işıqlandırmaq, cəmiyyəti baş verənlərlə informasiya­

laşdırmaq  əvəzinə,  partiya  qaydalarına  uyğun  təbliğatçı  rolunu 

oynamaqda  davam  edirdi.  “İnformasiya  xidmətinin  başlıca  qay­

ğısı nə obyektivlik, nə də dolğun işıqlandırma deyildi,  “ideolo­

ji  təmkinlilik”,  televiziya  informasiya  vasitəsilə  günün  yaradılan 

mənzərəsinin partiya və dövlət rəhbərlərinin irəli sürdüyü meyar­


162

lara uyğun olması idi; ekranda həyat gerçəkdə olduğu kimi deyil, Si­

yasi Büronun və baş katibin görmək istədiyi kimi idi” (437, səh. 145).

İstər  1988­1989­cu  illərdə,  istərsə  də  1990­cı  ilin  20  yanvar  ha­

disələrinə  qədərki  dövrdə  televiziya  demokratikləşməni  yaxına 

buraxmayaraq, inzibati amirlik sisteminin qaydalarından kənara 

çıxmadan efir vasitəsilə gerçəyi – Bakı küçələrində baş verənləri  

çatdırmaq  əvəzinə  uydurulmuş  sosializm  mifinin  təbliğatı  ilə 

məşğul olurdu.

1990­cı ilin 19 yanvar axşamı saat 19.30­da Dövlət Televiziyasının 

enerji blokunun partladılması ilə cəmiyyət bütövlükdə informasi­

yadan təcrid vəziyyətində qaldı və həmin gecə Sovet ordusunun 

xalqımıza qarşı törətdiyi cinayətin başlanğıcı oldu.

Azərbaycan televiziyası işini bərpa etdikdən sonra da infor ma­

siya vermək funksiyasını birdəfəlik unudaraq təbliğatçı və zi fəsini 

icra edirdi ki, bu da “Günün ekranı” proqramının seyr çidə inam­

sızlıq sindromu yaratmasına səbəb olurdu. Cə miy yətdə birmənalı 

şəkildə televiziyanın həqiqəti gizlətməsi və re allığın tamam fərqli 

olması rəyi yaranırdı ki, bu da televiziya nın öz ictimai vəzifələrinin 

öhdəsindən gəlməməsi demək idi.

25 noyabr 1991­ci il tarixində dövlət televiziyasının efirində “Xə ­

bərçi” proqramı göründü. Azərbaycan Nyu Servis ­ANS­in təq dim 

etdiyi xəbərlər buraxılışı teleməkanda yeniləşmənin bi rinci və ən 

böyük addımı idi. İstər adında olan orijinallıq, yenilik və başlıca­

sı cəsarət, istərsə də tamam yeni və Azərbaycan tamaşaçısı üçün 

yad olan görüntü estetikası, danışıq tərzi sonrakı dövr televiziyada 

xəbərvermə mədəniyyətinin başlanğıcı kimi dəyərləndirilməlidir. 

Bu, televiziya məkanında bir hadisə idi. 

İlk dəfə efirə iki diktor əvəzinə bir aparıcının çıxması, öncədən 

yazılaraq  redaktə  və  senzura  olunmuş  mətn  əvəzinə,  canlı  və 

bə dahətən  deyilən  nitq,  verilən  xəbərlərin  reallığa  yaxınlığı, 

qərəzsizliyi və ən başlıcası tərəfsizliyi tamaşaçıda yeni bir hiss ya­

ratmış oldu. Məhz bu tarix ölkəmizdə azad informasi ya buraxılışı­

nın efirə çıxdığı gün kimi qeyd olunmalıdır. 

Müstəqil  telekanalların  yaranması  və  onların  efirində  xəbərlər 

xidmətinin  başlıca  yer  alması  informasiyavermə  işinin  ölkə  te­

leməkanında özünə yer alaraq kamilləşməsinə təkan verdi. Kanallar 

arasında rəqabət, yeni kadrların cəlb olunması və dünya televiziya­

larında gedən yenilikçilik axtarışlarının tətbiqi, operativlik, çevik­

lik  kimi  peşəkar  tələblərin  mənimsənilməsi  prosesi  Azərbaycan 

teleməkanında  informasiya  funksiyasının  təcəssümünü  effektiv 

edir və onu informasiya qanunlarına yaxınlaşdırırdı. Artıq normal 



163

xəbərvermə mədəniyyəti və onun peşəkar problemlərindən danış­

maq, mövcud qüsurları qeyd etmək, yaradıcılıq fəallığını çözərək 

elmi araşdırma aparmaq mümkün və lazımlı oldu.

Rus  televiziya  nəzəriyyəçisi  R.  Boretskinin  hər  bir  xəbərin,  in­

formasiyanın  dörd  tələbi  yerinə  yetirməsi  barədə  irəli  sürdüyü 

fikirdə birinci yeri düzgünlük, ikinci yeri yenilikçilik, üçüncü yeri 

əhatəlilik, dördüncü yeri aktuallıq tutur (121). Bu tələblər və on­

ların  sıralanma  ardıcıllığı  verilən  məlumatın  yükünü  artıraraq 

informasiya funksiyasının yerinə yetirilməsini daha effektiv edir. 

Məhz bu qaydalara əməl edən xəbər efirə çıxmalı və tamaşaçıya 

çatdırılmalıdır. 

Evert  Denisin “Mass­mediaya dair söhbətlər” kitabında xəbər­

lərin təyin olunmasında irəli sürdüyü meyarlar xəbərvermə işində 

olduqca vacibdir. Onun fikrincə informasiyada bu cəhətlərdən biri 

olmalıdır:  konfliktlilik  –  yəni  informasiya  gərginlik  və  təəccüb 

yaratmalıdır;  fəlakət  –  məğlubiyyət,  dağıntı;  hər  hansı  bir  va­

cib hadisənin inkişaf – qələbə, nailiyyət; hər hansı bir hadisənin 

nəticələri  –  onun  cəmiyyətə  təsir  dərəcəsi;  məşhur  adam  – 

həyatındakı  hadisə  ümumi  maraq  yaradacaq  insan  haqqında 

xəbər; yenilikçilik – nə isə qeyri­adi, hətta fövqəladə; güclü insan 

marağı – qabarıq emosional fon; ərazi yaxınlığı – yerli problemlər. 

Azərbaycan teleməkanında mövcud olan informasiya proqram­

larını təhlil edincə, onların bir çoxunun bu meyarlara əməl etdiyi­

nin şahidi olacağıq, lakin bir çox hallarda bu meyarların arxa plana 

keçirilməsi informasiya proqramlarını maraqsız və baxımsız edir, 

onun digərləri ilə rəqabətdə geri qalmasına gətirib çıxarır ki, bu da 

kanalın ümumi reytinqinə mənfi təsir edir. 

Azərbaycan  Dövlət  Televiziyası  (AzTV)  xəbərlər  xidmətinin  

tamam  başqa  və  daha  çox,  köhnə  sovet  kütləvi  informasiya  və 

təbliğat  vasitələrinin  qarşısında  qoyulan  iş  prinsipi  və  metodu 

ilə iş ləməkdə davam etməsi rəsmi kanalın “Xəbərlər” proqramı­

nın rey tinqini aşağı salırdı ki, nəticədə tamaşaçılar digər xəbərlər 

buraxılışlarına  üstünlük  verirdilər.  Digər  ölkələrin  dövlət  televi­

ziyaları təcrübəsinə baxdıqda (Rusiya – RTR, Türkiyə – TRT, Bri­

taniya – BBC, İtaliya – RAİ və s.) “Xəbərlər” proqramının qüsurlu 

cəhətlərini aydınlıqla sezmək olar. Lakin kommersiya kanalların­

da yeni meyarlarla iş prinsipinin qurulması ləng də olsa, aparılır.

İnformasiya proqramları mövzu və coğrafi genişliklə, hadisənin 

operativ işıqlandırılması, əhatəli informasiya, süjet və reportajla­

rın maraqlı, orijinal olması, videomaterialın verilməsində yenilik­

çiliyin, bədii həllin olması və onun təkrarsızlığı ilə yüksək peşəkar 



164

tələblərə  cavab  verə  bilər.  İnformasiya  proqramını  zəiflədən  cə­

hətlər  –  uzunçuluq,  bədii  solğunluq,  görüntü  azlığı,  dar  əhatəli 

olması, həmçinin material qıtlığı, informasiyanın çoxçeşidli olma­

ması, süjetlərdə sözçülük, bədii həlldə oxşarlıq kimi cəhətlərdir ki, 

burada jurnalistika və informasiya siyasətinin qurulması ilə yana­

şı, onun yaradıcı problemləri də vacib yer alır.

  İnformasiya  funksiyasını  icra  edən  informativ  verilişlərdə  in­

formasiya  anlayışı  ilə  yanaşı  jurnalist  fəaliyyəti  və  yaradıcılığı 

məsələsi də durur ki, bu da kifayət qədər vacib, olduqca mühüm 

amildir. Jurnalistikanın prinsipləri və informasiya proqramlarının 

quruluşu ilə bağlı mülahizələr jurnalistikanın araşdırma predmeti 

olduğundan, bu məsələyə toxunmadan yaradıcı tərəfin araşdırma­

sını aparaq.

 

3.3 Azərbaycan teleməkanında xəbər proqramları

Azərbaycan teleməkanında mövcud olan informasiya proqram­

larını  təhlil  edərkən  onların  peşəkar  tələblərə  uyğun  olub­olma­

ması məsələsi aydınlıqla önə çıxır. Çağdaş teleməkanda informa­

siya  funksiyasının  təcəssüm  mənzərəsini  çözmək  üçün  ilk  əvvəl 

telekanallarda yayımlanan xəbərlər proqramlarının yaradıcı duru­

munu təhlil edək.

Azərbaycanda ilk televiziya olan AzTV özünün böyük yaradıcı 

ənənələrinə, kadr potensialına və texniki təchizatına, həmçinin bü­

tün ölkə boyunca yayımlanmasına görə uzun müddət digər kanal­

lardan  seçilmişdir.  Kommersiya  kanallarının  yaranma,  təşəkkül 

dövrü son illəri əhatə edirsə, AzTV və onun informasiya xidmətinin 

böyük yaradıcı yolu və peşəkar vərdişləri var idi. Sözsüz ki, illər 

ərzində yaranmış bu qaydalar demokratikləşmə və azad fikir axa­

rında, həmçinin kommersiya kanallarının fəaliyyətə başlaması ilə 

köhnələrək, yalnız tarixə çevrilə bilərdi. Rusiyada İctimai Televi­

ziyanın və RTR­in təcrübəsi buna misaldır. Onlar tez bir zamanda 

yeniləşmə apararaq, müasir xəbərvermə standartlarını öz ekranla­

rına gətirdilər. Lakin AzTV­də keçid prosesi uzunmüddətli oldu 

və  “Günün  ekranı”ndan  qalma  vərdişlər,  qaydalar  “Xəbərlər” 

üçün xarakterik olmuşdur ki, bu proqramın xəbərvermə gücünü 

zəiflətməklə  bərabər,  onun  digər  analoji  proqramlarla  rəqabətə 

girmək imkanını heçə endirmiş oldu. 

“Xəbərlər”  proqramının  başlanğıcından  sonunadək  qurulan 

estetik görünüş, musiqi seçimi, başlıq və arakəsmələr müasir ya­

radıcılıq  axtarışlarından,  yenilikçilikdən  kifayət  qədər  uzaq  olan  



165

primitivliyi  ilə  seçilir.  Hazırda  proqramların  başlıqlarında  əlvan 

rənglərdən  ibarət  kompyuter  qrafikası  vasitəsilə  yığılan  dina­

mik, daha mürəkkəb forma və dizayndan istifadə olunduğu hal­

da, “Xəbərlər”in başlığı kifayət qədər solğun, tempsiz, köhnəlmiş 

metodlarla yığılmış, heç bir estetik yük daşımayan kadrlar toplu­

sudur.  Başlığın  bu  qədər  solğun  olması  artıq  proqramın  estetik 

tamlığına, görüntü həllinin müasirlik axtarışları ilə ayaqlaşmadı­

ğına dəlalət edir. “Xəbərlər” proqramında, həmçinin ümumilikdə 

“AzTV” kanalında yaradıcı yenilikçilik ümumiyyətlə duyulmur və 

o, köhnəlmiş üsullardan istifadə etməklə fəaliyyətini davam etdi­

rir, bu da kanalın dünya televiziyaları və ya qonşu ölkələrin ka­

nalları ilə deyil, heç ölkədə mövcud olan kommersiya kanalları ilə 

rəqabətə girmək imkanını heçə endirir.

Proqramın başlığında olan estetik solğunluq, primitivlik, xarak­

tersizlik  studiyanın  dekorasiya  həllində  də  özünü  büruzə  verir. 

Yeniləşmə  aparıldıqdan  sonra  müasir  televiziyaçılıqda  mövcud 

olan axtarışları tətbiq etmək adı ilə “Xəbərlər”in studiyası ifadəsiz, 

solğun və yorucu görkəm alıb. Arxada yerləşdirilən heç bir  tex­

niki  iştirakı  olmayan,  həmçinin  estetik  yük  də  daşımayan  yaşıl 

uzunvari lampaların dəmirlər üzərində qurulması ilə arxanın sol­

ğunlaşdırılması,  yersiz  olaraq  ultramüasir  bir  görkəm  verilməsi, 

soyuq rənglərin əsarətinə alınması göz yorğunluğu bəxş etməklə 

tamaşaçının kanalı dəyişiminə səbəb olur. Biz yuxarıda xəbərlər 

studiyasının dekor həlli barədə danışaraq, orada qurulan görün­

tünün  verilişin  ümumi  estetik  həlli  ilə  üzvi  vəhdətdə  olmasını, 

həmçinin göz yorğunluğu yaratmamaq, dərinlik, ifadəlilik vermək 

kimi cəhətləri ilə seçilməsini vacib şərt kimi ortaya qoyduq. Lakin 

“Xəbərlər”in  studiyasında  bütün  bunlara  rast  gəlmək  mümkün 

deyil.  Studiyada  açıq  duyulan  darısqallıq,  işıq  cihazlarının  düz­

gün yönəldilməməsi üzündən yersiz kölgə və qaranlıqlar görün­

tünü yorucu edir və xəbər verilişindən uzaq bir təəssürat yaradır. 

Aparıcının əyləşdiyi masa, onun üzərində qoyulan noutbuk – əl  

kompyuteri  və  onun  fəaliyyətsizliyi  studiyanın  dekor  həllində 

olan  ifadəsizliyi  tamamlayaraq,  cansıxıcı  mənzərə  yaradır.  Masa 

üzərinə  noutbuk  qoyulması  ənənəsi  ABŞ­da  xəbərlər  proqram­

ları  təzə  yaranarkən  qoyulub  və  bu,  aparıcının  son  məlumatları 

almaq    yaxud  mətnə  bir  daha  nəzər  yetirmək,  həmçinin  onun 

keçidlər vaxtı ifadəsiz gözləmələrinin qarşısını almaq məqsədi gü­

dür. Lakin “Xəbərlər”də kifayət qədər böyük həcmli kompyuter 

kadrın böyük hissəsini tutmaqla bərabər, işlənməmiş qalması ilə 


166

əlavə  yük  gətirir.  Studiyada  qoyulan  televizor,  əslində,  xəbərlər 

proqramlarında  yeni  bir  forma  kimi  aparıcının  xəbər  öncəsi  nit­

qini müşayiət edən arxiv və ya xatırlatma kadrlarını verməklə ek­

randa boşluğu doldurmaq, görüntünün dinamikasını yaratmaqla 

televiziya  dilinin  – görüntünün əlamətliliyini saxlamaq məqsədi 

daşıyan monitor əvəzi qoyulub və o da, əslində, özünün daşımalı 

olduğu vəzifəni icra edə bilmir. Bir çox hallarda studiya monito­

runda verilən görüntü keyfiyyətsiz olduğundan qarışıqlıq yarat­

maqdan başqa heç bir şey ifadə etmir.

Studiyanın  quruluşunda  olan  solğunluq  “Xəbərlər”də  gedən 

süjetlərdə  də,  onların  dramaturji  xüsusiyyətlərində,  dil­üslub 

cəhətlərində, görüntü primitivliyi, montaj ifadəsizliyində də özü­

nü büruzə verir. Verilən informasiyaların pafoslu və artıq tamaşa­

çı  üçün  ştamplaşmış  ifadələrlə  çatdırılması  xəbər  effektini  azalt­

maqla, onu informasiya yığınına çevirir. İnformasiya qanunlarına, 

xəbərvermə  qaydalarına  uyğun  gəlməyən,  yuxarıda  dediyimiz 

prinsiplərlə  uzlaşmayan  süjetlərdə  heç  bir  jurnalist  yaradıcılı­

ğından  danışmaq  olmaz.  Sovet  dövrundə  plan  xəbərlərini  xatır­

ladan cümlələr hələ də “Xəbərlər”in efirində səslənir. Xəbərlərin 

nə düzülüşü, nə seçimi, nə də ki mahiyyəti informasiya janrının 

tələblərinə, qaydalarına uyğun gəlmədiyindən, bu mövzuda da­

nışmayaraq, daha çox, proqramda olan yaradıcı qüsurlara diqqət 

ayırmaq istərdik. 

İlk növbədə proqramda rejissor işinin zəifliyini, yaradıcı axtarış­

ların olmamasını qeyd etmək gərəkdir. Süjetlərin görüntü həllində 

dəyişməz planlar, təkrar kadrların zənginliyi, keçidlərdə yeni for­

ma axtarışlarının olmaması efirdə rejissor işinin mənfi göstəricisi 

kimi diqqəti cəlb edir. Rejissor kadrlarla işləyərək yekun kompozi­

siyanın ifadəli olması üçün heç bir addım atmır. Montaj işində ya­

radıcı münasibət verilişin ümumi keyfiyyətinə təsir etməklə, onu 

daha baxımlı, maraqlı edə bilər. “Kadrları montajlayarkən, rejissor 

aydın, onların ekranda az və ya çox növbələnməsinin ifadəli ritmi­

ni, az və ya çox tez olan, ləng olan tempini yarada bilər. Temp və 

ritm – tamaşaçı şüurunun rasional hissəsindən daha çox emosio­

nal hissəsinə yönəlmiş ifadələrdir” (237, səh. 61). Məhz montajın 

ifadəliliyi tamaşaçıya emosional təsir etməklə proqramın baxımlı­

lığını artıra bilər. Bu sahədə boşluq, axtarışların olmaması şablon­

çuluğun yaranmasına, televiziya proqramında yaradıcı səviyyənin 

aşağı  düşməsinə  və  tamaşaçıda  proqrama  qarşı  marağın  azal­

masına  səbəb  olur.  Rejissor  işində  yaradıcı  axtarışların  olmama­

sı, həmçinin montaj işində standart, köhnəlmiş metodlarla şablon 



167

kadrların növbələnməsi ilə müşayiət olunma “Xəbərlər”in yaradıcı 

səviyyəsini aşağı salmış olur. 

“Xəbərlər”də  operator  işinin  ciddi  nöqsanlarla  müşayiət  olun­

ması  da  özünü  büruzə  verir.  Bir  çox  hallarda  televiziyada  ya­

yımlanma keyfiyyətinə uyğun olmayan kadrlar, həvəskar kame­

ralarla  çəkilmiş  süjetlərin  efirə  getməsi  “Xəbərlər”in  nüfuzuna 

ciddi xələl gətirir, onun daşıdığı yükü zəiflətmiş olur. Televiziyada 

həvəskar  kamera  ilə  çəkilən  və  ya  keyfiyyətcə  aşağı  olan  kadr­

ların  verilməsi,  sadəcə,  yolverilməz  bir  haldır.  Bu,  yalnız  istisna 

hal  kimi  arxiv  materialı  olduqda  göstərilə  bilər.  “Rusiya”  (RTR) 

telekanalında  İnformasiya  Proqramları  Direktorluğunda  hər  bir 

müxbirə verilən “Qaydalar”da bu barədə xüsusi maddə öz əksini 

tapır:  “…Efirdə  keyfiyyətsiz  videocərgənin  görünməsinə  yalnız 

əks olunan hadisənin istisnalığı zamanı yol verilə bilər”(437, səh. 

22). Lakin “Xəbərlər”in efirində televiziyada istifadə olunan Bete­

cam və ya Dvcam formatlarında deyil, VHS, SVHS kimi həvəskar 

formatlarda çəkilən adi, heç bir fövqəladə hadisəni əks etdirməyən 

görüntülərin efirə getməsi halları müşahidə olunur ki, bu, proq­

ramın nüfuzuna, onun peşəkarlıq səviyyəsinə ciddi xələl gətirən 

amildir. 

“Xəbərlər”də  operator  işinin  solğunluğu,  maraqlı  kadrların 

seçilməməsi, ənənəvi rakurslarla işləmə kimi yaradıcı durğunluq 

özünü süjetlərdə daha qabarıq şəkildə əks etdirir. Operator özü­

nün  yaradıcı  yanaşması,  iti  gözü,  hədəfi  tapma,  maraqlı,  süjetə 

dinamika gətirəcək kadrları, rakursları tutması ilə seçilməli, mon­

tajda rejissor üçün yetərincə görüntü ehtiyatı təqdim etməlidir ki, 

kadrların  dinamik  dəyişməsi,  kadr  çatışmazlığının  ucbatından 

təkrarçılığın  qarşısının  alınması  mümkün  olsun.  Televiziyanın 

dili görüntüdür və operator məhz televiziyanın görən gözü kimi 

dilin ifadəli, rəngarəng, çoxcəhətli olması istiqamətində səmərəli 

çalışmalı, süjetin taleyi, proqramın uğuru kimi məsələlərin onun 

çəkilişlərindən asılı olduğu məsuliyyətini dərk edərək, bunu düz­

gün  qiymətləndirməli,  işinə,  çəkiliş  məkanında  yaradıcı  axtarışa 

xüsusi diqqət ayırmalıdır. 

Təəssüflə deməliyik ki, operator işinin zəifliyi təkcə standart plan­

ların seçilməsi ilə deyil, zövqsüzlük, maraqlı fon, görüntü rakursu­

nun tapılmaması ucbatından efirdə “çirkli” – estetik cəhətdən qarı­

şıq, qüsurlu kadrların getməsinə imkan verən hallarla da müşayiət 

olunur ki, bu bir daha “Xəbərlər”də çalışan operatorların bir ço­

xunun  öz  işinə  yaradıcı  yanaşmamasından  irəli  gəlir.  Bu  cəhət, 

hər hansı hadisə ilə bağlı  bölgələrdə keçirilən tədbirlərdən hazır­



168

lanan  süjetlər  silsilələrində  özünü  xüsusilə  qabarıq  göstərir.  Bir 

çox hallarda həvəskar kameralarla çəkilən süjetlərin efirə getməsi, 

həmçinin  operatorun  kadrı  qurmaq,  kompozisiyanı  yaratmaq 

işində qeyri­yaradıcı və qeyri­estetik yanaşmasının şahidi olmaq 

olar: lazımsız rakursların seçilməsi ucbatından tədbirin keçirilmə 

məkanında nöqsanlı yerlər, çatışmayan cəhətlər efirdə özünə yer 

alır ki, bu da süjetin məzmun­ideyasına heç bir dəxli olmadığın­

dan, ekrana çirklilik gətirməkdən başqa heç bir rol oynamır.

Belə  keyfiyyətsiz  görüntülər  təkcə  bölgələrlə  bağlı  süjetlərdə 

deyil, həmçinin respublikanın paytaxtı Bakı şəhəri barədə gedən 

materiallarda da əksini tapır. Bakının qədim və müasir memarlıq 

inciləriylə bağlı görüntülərin məzmunsuz, heç bir estetik yük daşı­

mayan, maraqlı rakurslarla seçilməyən halda ekrana çıxması ope­

rator  işinin  nöqsanlarını  göstərir.  Hətta  bir  çox  hallarda  paytax­

tın görüntülərini yaxın keçmiş arxivindən götürməklə öz işlərini 

bitmiş  sayan  proqram  yaradıcıları  süjetin  görüntü  həllinin  bədii 

cəhətdən  primitivliyinə  və  zaman  dəyişiminin  duyulmaması  ilə 

nəticələnən səhvlərlə efirə getməsinə yol verirlər. Bütün bu halları 

olduqca ciddi nöqsan kimi dəyərləndirərək “Xəbərlər” proqramı­

nın görüntü, kadr həllinin televiziya sənətinin tələblərinə uyğun 

olmadığını qeyd etməliyik.

“Xəbərlər” proqramında daha bir mənfi cəhət aparıcının rolu ilə 

bağlıdır. Yuxarıda xəbər aparıcısının şəxsiyyəti, peşəkar tələbləri 

barədə  danışaraq  onu  da  qeyd  etdik  ki,  aparıcı  jurnalistikanı 

mükəmməl bilən və süjetlər arasında körpü yaradan nitqi ilə mo­

zaik  dramaturji  struktura  malik  olan  proqramın  əlaqələnməsini, 

canlı  olmasını  təmin  edən  şəxs  olmalıdır.  Lakin  “Xəbərlər”in 

aparıcılarında  bilavasitə  köhnə  ənənələrdən  qalma  diktorluq 

cəhətləri  özünü  göstərməkdədir.  Aparıcılar  Esmira  Çərkəzqızı, 

Nailə  İslamzadə,  Nəsimi  Nəbiyev  özlərinin  düzgün  qurulmuş, 

peşəkar nitqləri, aydın tələffüzləri ilə seçilsələr də, onlar ekrandan 

müstəqil fikri olan, hadisələrə müdaxilə edən və xəbər süjetlərinin 

məzmunundan irəli gələrək mətn yazan və bu xəbəri tamaşaçıya 

çatdıran aparıcı yox, redaktorlar tərəfindən yazılmış quru, ifadəsiz 

mətni oxuyan diktorlara bənzəyirlər. Məhz bu cəhət xəbər aparı­

cılarının ekran davranışlarını yorucu, solğun və psixoloji cəhətdən 

emosional  təsirə  malik  olmayan  bir  tərzə  salır.  Bir  çox  hallarda 

hazır mətni oxuyan aparıcı mətnlə yaxından tanış olmadığından, 

ona  olan  münasibətinin  quru,  kifayət  qədər  rəsmi  və  biganə  ol­

ması;  informasiya,  onun  qanunlarını  bilməməkdən  irəli  gələrək 

həyəcan, nitqlə temp yaratmaqla tamaşıçını cəlb etmək əvəzinə la­



169

zımsız ləngərlə, bədii qiraətə xas deyim tərzi, yersiz pafosla xəbər 

oxuması;  aparıcı,  onun  tamaşaçıya  psixoloji  və  emosional  təsiri, 

inandırma,  tamaşaçının  təsəvvürünü,  davranışını  belə  yönəldən 

imkanlarını  bilməməsi  ucbatından  mimika  və  jestikulyasiyadan 

tamlıqla imtina etməklə yersiz ciddi, tərpənişsiz, cansız ünsiyyəti 

ilə  proqramın  təsir  gücünü  zəiflədir,  tamaşaçını  haqqında  daha 

geniş danışılacaq xəbərə hazırlamır və yalnız yorucu aura yarat­

maqla kifayətlənir.

Azərbaycan milli televiziyasının xəbərlər xidmətinin “Xəbərlər” 

proqramında  efirə  gedən  süjet  və  reportajların  hazırlanmasında, 

strukturunda olan nöqsanlarla bərabər, kadrarxası oxunan mətndə 

quruluq, lüzumsuz pafos informasiya təsirini azaldır və tamaşa­

çıda daha çox bədii­publisistik söhbət təəssüratı yaradır. Bir çox 

jurnalistlərin  televiziya  danışıq  üslubuna,  orfoepiya  qaydaları­

na  uyğun  olmayan  nitqlərində  buraxdıqları  peşəkarlıqdan  uzaq 

nitq  qüsurlarından,  həmçinin  ifadəsiz,  monoton  təqdimatdan, 

əslində, yolverilməz bir  hal  kimi  “Xəbərlər”in effektiv,  təsirli  və 

rəqabətə davamlı olması naminə təcili sürətdə imtina edilməlidir. 

Bu sahədə televiziya jurnalistikasının ustaları, peşəkarlar, müasir 

jurnalistikanın prinsiplərinə bələd olan kadrları cəlb etməklə efirə 

effektiv xəbər proqramı çıxarmaq olar. 

“Xəbərlər”in “Xarici xəbərlər” blokunda köhnəlmiş, informasi­

ya yükü daşımayan, yalnız proqramda yer alması naminə Rusiya 

və Türkiyə kanallarından o kanallara məxsus loqotip ilə götürülən 

icmal xarakterli videogörüntülər və Azərbaycan dilinin qaydala­

rına uyğun olmayan qəliz tərcümə mətniylə efirə gedən xəbərlər 

proqramın  peşəkarlığını,  informasiya  sahəsində  öncüllüyünü 

kölgədə  qoymaqla,  onun  həm  də  xəbər  mərkəzinə  çevrilməsinə 

imkan vermir. İqtisadiyyat, mədəniyyət, sənət xəbərlərinin kasad­

lığı, idmanla bağlı blokun maraqlı hazırlanmaması, görüntülərin 

keyfiyyətsizliyi, xəbər operativliynin olmaması, hava durumu ilə 

bağlı  maraqlı  forma  tapmaq  əvəzinə,  köhnədənqalma  üsullarla 

dərəcənin  yalnız  sadalanaraq  keyfiyyətsiz  bölgə  görüntülərinin 

müşayiəti  ilə  verilməsi  istər  informasiyanı,  istərsə  də  onun  çat­

dırılma  formasını  yorucu,  baxımsız  edir.  Tamaşaçı  tamlıqla 

bütün  mühüm  xəbərləri  məhz  bu  proqramdan  alacağına,  gö­

rüntünün  keyfiyyətli  olacağına  əmin  olmur  ki,  bu  da  nəticədə 

proqramın kommersiya kanallarında gedən xəbər proqramları ilə 

müqayisədə  az  baxımlı  olmasına  səbəb  olur.  Bu  cəhət  proqram, 

kanal üçün yolverilməz və kifayət qədər ciddi problemdir ki, onun 

həlli  istiqamətində  düzgün  addımlar  atılmalıdır.  AzTV  adi  bir 



170

kanal  olmaqla  kifayətlənməyib,  dövlətin  informasiya  siyasətinin 

yayıcısı kimi özünün forma və peşəkarlıq cəhətlərinə görə maraq 

doğurmaqla  daha  çox  tamaşaçı  toplamağa  çalışmalıdır.  Dövlət 

Televiziyasının  xəbər  siyasəti  təkcə  rəsmi  xronika  ilə  bitməməli, 

eyni  zamanda,  müasir  xəbər  standartlarına  uyğun  informasiya 

proqramı olmalı və ölkənin baş xəbərvericisi statusuna iddialı ol­

malıdır. Bu baxımdan “Xəbərlər” proqramının yaradıcı və peşəkar 

qüsurları dövlətin də maraq dairəsinə daxil olmalı və onun həlli 

istiqamətində ciddi addımlar atılmalıdır.

AzTV­də həftənin iş günləri səhərlər yayımlanan “Səhər” mu­

siqi­informasiya  proqramında  efirə  çıxan  xəbər  bloklarında  biz 

Dövlət Televiziyasının sivil xəbərvermə formasının şahidi oluruq. 

Aparıcının  kifayət  qədər  canlı  təqdimatı,  maraqlı  keçidləri  heç 

də  onu  digər  xəbər  buraxılışlarından  geri  salmır.  Aparıcılardan 

(“Səda”  (“Lider”)  informasiya  proqramı)  Günay  Novruzqızının, 

Lalə Azərtaşın peşəkar aparıcı tələblərinə uyğun sərbəst davranış­

ları,  nitqlərində  olan  dinamika,  inam,  informasiyaya  münasibət, 

süjetlərarası mətndə qurulan rabitəli nitq və onun ifadəli tələffüzü, 

həmçinin digər kifayət qədər müsbət cəhətlər buraxılışları maraq­

lı, baxımlı edir. AzTV­nin Xəbərlər redaksiyasının bu təcrübədən 

bəhrələnərək tamaşaçının maraqla izləyəcəyi informasiya proqra­

yaratmaq cəhdi, hesab edirik ki, kanal üçün faydalı ola bilər.

2005­ci  ildə Azərbaycan  Dövlət  Televiziya  və  Radio  Verilişləri 

Komitəsinin ləğv olunaraq, yerində Azərbaycan Dövlət Televizi­

ya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin yaradılması 

keyfiyyətcə heç bir yeniliklə müşayiət olunmasa da, əslində, isla­

hatlara rəvac verən bir addım olmalı idi. Yalnız 2006­cı ilin avqust 

ayında rəhbərliyin dəyişdirilməsindən sonra AzTV­nin yayımın­

da keyfiyyət sıçrayışı baş verdi. Yenilik kanalın bədii tərtibatında, 

proqram siyasətində yeni tip verilişlərə yer verilməsi ilə bərabər, 

“Xəbərlər” informasiya proqramının kökündən dəyişərək, nimdaş 

və  gərəksiz  biçimdən  xilas  olunub  sivil  məlumatverici  proqra­

ma  çevrilməsi  ilə  duyuldu.  Çox  qısa  vaxt  ərzində  tərtibatda,  es­

tetik görünüşdə duyulan yeniləşmə məzmuna da sirayət etdi və 

peşəkar bir informasiya proqramının seyrçi ilə görüşə gəlməsi nə 

imkan yarandı. Yuxarıda göstərilən qüsurların hamısından da ol­

masa, böyük əksəriyyətindən xilas olan “Xəbərlər” ölkədaxili və ya 

xaricdə baş verən siyasi, ictimai hadisələri dolğunluqla çatdırma­

ğa, onun vizual həllini tapmağa çalışaraq köhnəlmiş biçimlərdən 

imtina  etməyə  başladı.  Yeni  xəbər  aparıcılarının  AzTV­yə  gəlişi 

informasiya proqramının bütünlüklə ruhunda yenilik yarada bil­



171

di. Səadət Məmmədova və Günay Yelmarqızının sərbəst davranış­

ları,  nitqlərində  sərrastlıq,  konkretlik,  səslənəcək  informasiyanın 

təqdimatında  “xəbər  dilinin”  qorunması,  təbiilik  seyrçini  xəbərə 

kökləməyə imkan yaradır. Bu aparıcıların hər ikisinin peşəkarlığı 

və  öncəki  təcrübələri,  özəl  kanalların  xəbər  buraxılışlarındakı 

qənaətbəxş fəaliyyətləri verilişə yeni ab­hava gətirməklə bərabər, 

bütövlüklə  yanaşmanı  kökündən  dəyişdirdi.  Bu  dəyişmələr 

həmçinin  süjet  və  reportajların  dolğunluğu,  ifadə  vasitələrinin 

informasiya  təqdimatı  qaydalarına  uyğunluğu,  mövzunun  düz­

gün  təyini,  struktur  dəqiqliyi,  mətnin  konkretliyi,  xəbər  üzərinə 

yüklənməsi,  qaranlıq  qalan  tərəflərin  açılması  ilə  özünü  qabarıq 

göstərir. Öncə alışdığımız basmaqəlib süjetləri indi rəngarəng, çe­

şidli, maraqyaradan xəbərlərin əvəzləməsi olduqca müsbət hadisə 

kimi  xüsusi  qeyd  olunmalıdır.  “Xəbərlər”in  bu  cür  dəyişikliyi 

AzTV­ni  rəqabət  meydanına  çıxarmaqla  bərabər,  onun  tezliklə 

ölkənin aparıcı kanallarından birinə çevrilməsi ümidlərinin yaran­

masına da imkan verdi. 

Süjetlərin  məzmunlu  və  ifadəli  olmasından  danışarkən  2006­

cı  ilin  10  sentyabrında  İslam  Konfransı  Təşkilatının  Turizm  Na­

zirlərinin Bakı Konfransı barədə hazırlanmış süjeti misal çəkmək 

olar.  Tədbirdən  bir  gün  öncə  hazırlıq,  təşkilati  işlər  barədə 

məlumatın  verilməsi,  pərdəarxası  məqamların  çatdırılması, 

təşkilatçıların hazırlıqla bağlı müsahibələri, texniki tərəflərin açıl­

ması  olduqca  maraqlı  və  seyrçidə  lazımi  təsəvvürün  yaradılma­

sına xidmət edən süjet kimi qeyd olunmalıdır. Yaxud 11 oktyabr 

buraxılışında  Quba  rayonunun  Xınalıq  kəndi  ilə  bağlı  süjetdə 

müxbir Günay Yelmarqızının dolğun informasiya verməsi, kənd 

barədə coğrafi, statistik  informasiyanı sadə danışıq tərzində çat­

dırması, həmçinin olduqca maraqlı, ilk dəfə səslənən məlumatlara 

yer ayırması istedadla yerinə yetirilmiş iş kimi qeyd edilməlidir. 

Süjetin çoxtərəfliliyi, kəndin spesifik cəhətlərinin maraqlı rakursla, 

yanaşma ilə çatdırılması, informasiya qanunlarına sadiq qalmaqla 

səmimi ünsiyyətə girilməsi “Xəbərlər” üçün çoxdan bəri gözlənilən 

yenilik  kimi  təqdir  olunmalı  hadisə  kimi  dəyərləndirilməlidir. 

Hesab edirik ki, qısa müddət ərzində görüntü və nitqdə duyulan 

dəyişmələr, məzmun əlvanlığının əldə olunması, kamil strukturun 

ekrana gəlməsi olduqca müsbət işlərin başlanğıcından xəbər verir. 

Doğrudur, hələ bütün problemlərin aradan qalxmasından danış­

maq tezdir, hələ bir çox süjetlərdə köhnə ab­hava, danışıq tərzi, 

təqdimat biçimi, çəkilişlərdə texniki qüsurlar nəzərə çarpır, lakin 

islahatların başlaması bunların aradan qalxacağı ümidini yaradır. 



172

Dövlət Televiziyasının xəbər buraxılışının kamil biçimə, tərzə ma­

lik olması, onun yüksək peşəkarlıqla təqdimatı olduqca vacib bir 

məsələdir.  İctimai  statusu,  cəmiyyət  qarşısında  yerinə  yetirməli 

olduğu vəzifələrin miqyası onun seçilən, örnək ola biləcək biçimə 

malik  olmasını  tələb  edir.  Dövlət  Televiziyasının  xəbər  buraxı­

lışı  özünün  əhatəliliyi,  bədii  məziyyətləri,  yaradıcı  səviyyəsi  ilə 

rəqibləri arxada qoymaqla, informasiya təhlükəsizliyi işinin yarar­

lı şəkildə yerinə yetirilməsini təmin edə bilər.

Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra onun 

qarşısında qoyulmuş öhdəliklərdən biri də ictimai yayımın yara­

dılması idi və bu istiqamətdə bir neçə il aparılan araşdırma, tədqi­

qat, müzakirələrdən sonra qanunun qəbulu, 2005­ci ildən isə İcti­

mai Televiziyanın yayıma başlaması gerçəkləşdi. İctimai yayımın 

mahiyyəti, yaranma zərurəti, inkişaf tarixi, idealları geniş tədqiq 

olunan mövzudur və bu baxımdan professor Qulu Məhərrəmlinin 

geniş  araşdırmaları,  “İctimai  televiziya”  kitabı  dolğun  məlumat 

əldə etmək üçün tutarlı mənbədir. Biz, sadəcə, informatik şəkildə 

ictimai  yayımın  mahiyyətinə  toxunaraq,  əsas  diqqəti  ölkəmizdə 

onun fəaliyyətinə  yönəltməyə cəhd edəcəyik. İctimai yayımın ya­

ranma zərurəti inkişaf etmiş və demokratikləşmiş cəmiyyətlərdə 

dövlət və özəl KİV­in maliyyələşdirmə mənbələrinin  siyasi və ma­

liyyə maraqlarına qulluq etməyi başlıca istiqamət götürərək icti­

mai, cəmiyyət maraqlarına bir qədər əhəmiyyət verməməsindən 

doğurdu. Doğrudur, özəl qurumlar yaranarkən ictimai əhəmiyyətli 

fəaliyyətlə bağlı müəyyən öhdəliklər götürürlər, lakin hətta onun 

icrasında belə kommersiya marağı unudulmur və gətirəcəyi gəlir 

əsas hesab edilir. Dövlət Televiziyası isə birbaşa dövlətçiliyin irəli 

sürdüyü prinsiplərə söykənən yayımı ehtiva edir ki, demokratik 

cəmiyyətlərdə bu mövqelər heç də həmişə üst­üstə düşmür. İcti­

mai maraqlara, onun mənəvi, mədəni yüksəlişinə xidmət etməli 

olan, heç bir şəkildə heç bir fikri təlqin, manipulyativ texnologiya­

lardan istifadə etməməli, kommersiya maraqlarından uzaq, ayrı­

seçkiliyin aradan qalxması yönündə birbaşa fəaliyyət göstərməli 

olan yayımın yaranması zərurət kimi meydana çıxdı və bu, sürətlə 

gerçəkləşdi. Qulu Məhərrəmli İctimai Televiziyanın ideallarından 

yazaraq onun obyektiv, dolğun informasiya çatdırmağı, dəyərləri 

qorumağı,  maarifçilik  işi  aparmağı,  dözümlülüyü,  barışı  təbliğ 

etdiyini önə çəkir. “Kommersiya televiziyasının reytinq uğrunda 

məqsədyönlü fəaliyyəti və seyrçini öz ətrafına toplamaq naminə 

ən ağlasığmaz layihələri gerçəkləşdirməsi axarında İctimai Televi­

ziyanın mövzu dairəsi baxımlılığını itirməməsi üçün “informasiya, 



173

maarifçilik, bədii və əyləncəli verilişlərin keyfiyyətinin kommersi­

ya kanalları ilə göstərilənlərə nisbətən daha yüksək olması ən əsas 

çıxış  yoludur”  (68,  səh.  34).  Yəni  ictimai  TV  yüksək  peşəkarlıq, 

estetik  həllin  kamilliyi,  dolğunluqla  seyrçini  öz  ətrafında  sax­

laya  bilər.  Misal  üçün,  bir  neçə  ölkənin  reytinq  göstəricilərinin 

müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, ictimai kanal­

lar bir neçə sahələr üzrə və ümumilikdə öz birinciliyini əldən ver­

mir və faiz göstəriciləri ilə bütün özəl kanalları arxada qoyur (397). 

Deməli, ictimai TV­nin qarşısında sosial­mənəvi məsələlərin həlli 

dayandığı kimi, yaradıcı məqamlar, keyfiyyətin yüksək olması və 

eyni zamanda, seyrçinin televizordan almaq istədiyi bütün növ və 

janrlarda olan informasiyanı çatdırmaq, tələbatı ödəmək vəzifəsi 

də unudulmamalıdır. Əks halda, o tez bir zamanda gərəksiz kana­

la çevrilməklə, həm də maliyyələşdirmə mənbəyinin (abunə pulu 

və ya ictimai yayım vergisi) etimadını itirə bilər. Digər tərəfdən, 

onsuz da maliyyə mənbəyi olan ictimai televiziya baxımlı proq­

ramların olması hesabına sponsorların, reklamvericilərin marağını 

da oyada bilər ki, bu da ikiqat faydalı iş kimi yayımın yüksəlişinə, 

irimiqyaslı  layihələrin  gerçəkləşməsinə  rəvac  verə  bilər.  Yüksək 

keyfiyyətli yayım həm İctimai Televiziyanın mövcudluğu, həm də 

inkişafı üçün ən vacib şərt kimi çıxış edir. Məzmun nə qədər icti­

mai əhəmiyyətli, tərbiyəedici olsa da, onun çatdırılma biçiminin 

aşağı səviyyədə həlli gərəksiz efir yüklənməsindən o tərəfə gedib 

çıxa bilməyəcək.

Azərbaycanda  İctimai  Televiziya  yaranan  kimi  onun  ətrafında 

ol duqca  böyük  müzakirələr  və  ziddiyyətli  fikirlər  səsləndi.  Bu­

rada əsas diqqət sosial­ictimai əhəmiyyətliliyə və siyasi mövqeyə 

yönəlmişdi. Hər kəs xəyalında arzuladığı ictimai yayımı gör mək 

istədiyi  halda,  əvəzində  yayıma  başlayan  kanalı  görüncə,  bunu 

bir mənalı qarşılamadı. Demokratik cəmiyyət üçün bu cür hallar, 

müzakirələr olduqca adi qəbul olunmalıdır. İlk növbədə onu deyək 

ki,  yeni  yaranan  qurum  həmişə  birmənalı  münasibətlə  qarşılan­

mır və İctimai Televiziyadan birdən­birə bütün sahələri əhatə edə 

bilmək, bütün təbəqələrin, qrupların maraqlarına cavab vermək, 

hələ üstəlik keyfiyyətli yayıma yer vermək kimi mürəkkəb prose­

si gözləmək sadəlövhlük olardı. Bütün fəaliyyət tədricən nizama 

salınmalı və inkişaf xətti ilə getməlidir.

Yarandığı andan “Carçı” proqramı özünün qeyri­müəyyən kon­

sepsiyası ilə mahiyyətinin hansı prinsip üzərində qurulmasını tə yin 

etməyə imkan vermədi. Onun xəbərvermə işinin mahiyyəti infor­

masiya qanunlarının kobudluqla pozulması nəticəsində  müsahibə 



174

və müsahibə ətrafında söhbətdən ibarət proqramdan o tərəfə gedə 

bilmədi. Solğun tərtibat, qeyri­peşəkar müxbir, rejissor və operator 

işi süjet və studiyaların çəkilişində özünü dərhal göstərir. Yuxarıda 

informasiya  proqramının  yaradıcı  xüsusiyyətlərini  çözərkən  qo­

yulan tələblərlə yanaşı, informasiya süjetinin, reportajının qurulu­

şundan da danışmışıq. Deməliyik ki, “Carçı” bütünlüklə informa­

siya janrının tələblərini bir kənara qoyaraq, dövlət və kommersiya 

televiziyalarının  mövcud  xəbər  buraxılışının  qarışıq  simbiozu­

nu  yaratmışdır.  Süjetlərin  məzmunu  yükünün  azlığı,  tərəflərin 

mövqelərinin  təqdimatı,  araşdırma  cəhdləri  olmadan  xronoloji 

ardıcıllığın təqdimatı “Carçı”nın başlıca yaradıcı xüsusiyyəti kimi 

çıxış  edir.  Aparıcı  və  müxbirlərin  hazırlıqlı  olmamaları,  onların 

xəbərin mahiyyətindən uzaq danışıq tərzləri proqramın təsir gü­

cünü  zəiflədir.  Proqramda  xəbər  spikerinə  uyğun  gəlməyən  qa­

rışıq  rəngli  geyim,  ifadəsiz  davranış,  xəbərə  münasibətin  olma­

ması seyrçidə mənfi emosiyanın yaranmasına səbəb olur. Aparıcı 

proqramın  siması  olmaqla  bərabər,  seyrçini  gündəlik  xəbərlərlə, 

gedəcək  süjetlərlə  tanış  etməklə  kifayətlənməməli,  onda  etibar, 

inam, psixoloji yaxınlıq yaratmaqla vaxtın sahibinə çevrilməli, hər 

bir xəbəri öz içərisindən keçirərək təqdim etməlidir. Seyrçi aparıcı­

dan həmin vaxtın xəbərilə bərabər əhvalını, təhlükəsizlik baxımın­

dan əminliyi almalı, qarşısında duranın nə dediyindən xəbərdar 

olduğuna inanmalıdır. Lakin “Carçı”nın aparıcıları bu hissi yarat­

maqdan çox uzaqda duraraq, yalnız suflyoru oxumaqla gündəlik 

işlərini bitmiş hesab edirlər. Aparıcının yalançı baxışları, oxu tərzi, 

həmsöhbətdən daha çox diktəçiyə bənzəməsi, səmimilikdən uzaq, 

quru, bayağı ifadəsi, münasibətsiz davranışı ekran önündə xəbər 

almaq üçün əyləşənə gərəkli heç nə bəxş etmir, əksinə onda ma­

raqsızlıq yaradır. Bir çox hallarda xəbər proqramına baxan seyrçi, 

əslində, teleqəzetin şahidi olur. Aparıcının ifadəsiz, münasibətsiz 

nitqi  heç  də  xəbər  əhvalı  yaratmayaraq,  əzbərçinin  müəllim 

önündə, dediyinin fərqinə varmadan dərs söyləməsinə bənzəyir.  

İnformasiya  proqramı  publisistik  mövzunun  olması,  sosial 

əhə  miyyəti,  diskussiyalılığı,  qaldırılan  problemin  yeniliyi,  həm­

çi  nin əsaslanmış, inandırıcı dəlil və mülahizələrin səslənməsi ilə 

se çilməlidir.  Hadisəlilik,  informasiyalılıq,  mövzunun  genişliyi, 

informasiyanın  dolğunluğu,  operativliyi,  süjetlərin,  reportajla­

rın  baxımlılığı,  orijinal  olması  vacib  şərt  olaraq  teleyayımçıla­

rın  qarşısında  durur.  “Carçı”  proqramında  sadalanan  meyarla­

ra  rast  gəlmək,  elə  başqa  kanalların  bir  neçəsində  olduğu  kimi, 

sadəcə,  mümkünsüzdür.  Məhz  hadisənin  geniş  işıqlandırılma­



175

sı,  tərəflərin  mövqeyinin  verilməsi,  informasiya  sıxlığı  –  özü  də 

müxtəlif  sahələri  əhatə  edən  informasiyanın  – süjetlərin orijinal, 

fərqli yaradıcı həllə ekrana çıxması həyata keçirilməsi mütləq olan 

şərtlərdəndir.  İnformasiya  verilişlərinin  keyfiyyət  meyarlarının 

ölçülmə mexaniz min də 100 ballıq sistemin (V. Polukarov, L. Qra­

novski,  V.  Kozin,  V.  Lozovskaya,  G.  Kuznetsov  və  b.,  həmçinin 

“TNS Gallup Media”) 40­59 bal göstəricisində qeyri­peşəkarlıqla 

hazırlanmış,  çoxtərəfliliyi  ilə  seçilməyən,  nitqin  həddindən  artıq 

çox olması, görüntü qıtlığı, operativ olmayan xəbərlər, uzun­uza­

dı  mövzu  ətrafında  sinonimlərin,  oxşatmaların,  başqa  cür  ifadə 

etmələrin vasitəsilə uzunçuluğa yol verilməsi, yaradıcı həllin, bir 

qayda olaraq, standart şəkildə üzə çıxması nəzərdə tutulur. 

Deyilənlərdən bəlli olur ki, İctimai Televiziyanın xəbər buraxı­

lışları peşəkar qüsurlarla zəngindir və informasiya onun təqdimat 

prinsiplərinə  qətiyyən  uyğun  deyil.  Özünün  solğun  tərtibatı 

ilə  seçilən  “Carçı“nın  görüntü  plastikasında  üzə  çıxan  qüsurlu 

məqamlar, video­həllin vacib komponent olması unudularaq çe­

şidliliyi ilə seçilməməsi, rejissor, operator, montaj işlərində yaradı­

cı münasibətdən uzaq yanaşma proqramın baxımlılığını zəiflədir. 

Bir çox süjetlərdə təkrar kadrlar, ümumi görüntülərin sıralanma­

sı  ilə  vəziyyətdən  çıxma  halları  olduqca  böyük  qüsur  kimi  önə 

çəkilməlidir.


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin