TƏLİmati I. Ümumi müddəalar



Yüklə 53.26 Kb.
PDF просмотр
tarix23.12.2016
ölçüsü53.26 Kb.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Həkim mama-ginekoloqun nümunəvi vəzifə  

TƏLİMATI 

 

I. Ümumi müddəalar 

 1. 


Bu 

vəzifə təlimatı həkim mama-ginekoloqun vəzifə öhdəliklərini, hüquq 

və məsuliyyətini müəyyən edir. 

 2.   


Həkim mama-ginekoloq vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə 

müəyyən edilmiş qaydada müvafiq  ixtisas üzrə peşə hazırlığı    keçmiş    şəxs təyin 

edilir.  

Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində 

(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə 

müəyyən edilmiş qaydada“mamalıq və ginekologiya” ixtisası üzrə peşə hazırlığı  

keçmiş, ixtisası üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir.  

 3. 


 

Həkim mama-ginekoloq Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur 

və vəzifədən azad edilir. 

 4. 

 

Həkim mama-ginekoloq bilavasitə  şöbə müdirinə, onun olmadığı halda 



isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

 5. 


 

Həkim mama-ginekoloq aşağıdakıları bilməlidir: 

 5.1. 

 

Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 



Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını, səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

 5.2. 

 

öz 



ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

 

5.3.   mama-ginekologiya  xidmətinin təşkili, strukturu, ştatları  və  təchiz 



edilməsi ilə bağlı məsələləri; 

 5.4. 


 

öz 


ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

 

5.5.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 



 5.6. 

 

əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 



ekspertizanın aparılması qaydasını; 

 5.7. 


 

dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

 5.8. 

 

tibbi 



sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

 5.9. 

 

həkimlərin etik davranış qaydalarını, tibbi etika və deontologiyanın 



əsaslarını;  

 5.10. 


 

insan 


bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

 5.11. 

 

təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  



 5.12. 

sanitar-maarifləndirmənin əsaslarını;  



 5.13. 


 

daxili 


əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   



 

II. Vəzifə öhdəlikləri 

 Stasionar 

xidməti üzrə  

 6. 


 

Həkim mama-ginekoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir 

profilaktika, diaqnostika, müalicə  və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir.  

 7. 

 

Müvafiq 



qaydalara 

və standartlara uyğun olaraq xəstənin stasionar 

şəraitində aparılması taktikasınını (anamnezin  toplanması, klinik-laborator 

tədqiqatların, müayinə  və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, 

fizioloji və patoloji doğuşları aparır.  

 8. 


 

Zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərir, 

o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirir. 

 9. 


 

 

Stasionarda 



xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı 

olaraq müalicə planına dəyişiklik edir və  əlavə müayinə metodlarının zəruriliyini 

müəyyən edir.  

 10. 


 

Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz 

ixtisası üzrə məsləhət verir. 

 11. 


 

Ginekoloji 

xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdansonrakı 

dövrün  fəsadlarının qarşısının alınması  və azaldılması üzrə profilaktik tədbirlərin 

keçirilməsində iştirak edir. 

 12. 


 

Ailə planlaşdırılması  və reproduktiv sağlamlıq məsələləri üzrə  işi təşkil 

edir.  

 13. 


 

Orta 


və kiçik tibb personalının işinə  rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.  

 14. 

 

Diaqnostik 



və müalicə prosedurlarının aparılmasının, alət, aparat və 

avadanlıqların istismarının, reaktiv və  dərman preparatlarının səmərəli istifadəsinin 

düzgünlüyünə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası  və  əməyin 

mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. 

 15. 

 

Orta 



və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə  məşğələlərin 

aparılmasında iştirak edir. 

 

16.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. 



 17. 

 

Tibbi 



və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.  

 18. 

 

Sanitar-maarifləndirmə işini aparır.  



 

19.   Etik davranış qaydalarına riayət edir.  

 20. 

 

Müəssisə  rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, peşəkar  



səviyyədə və vaxtında icra edir. 

 21. 


 

Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

 22. 


 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

 

23. 


 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 

qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 


qarşı  və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.  

 

Ambulator-poliklinika xidməti üzrə  



 24. 

 

Həkim mama-ginekoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir 



profilaktika, diaqnostika, müalicə  və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə ambulator tibbi yardım göstərir.  

 25. 

 

Müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq xəstənin 



ambulator aparılması taktikasını  və müayinə planını hazırlayır. Anamnezə, klinik  

müşahidə  və müayinəyə, həmçinin klinik-laborator tədqiqatların nəticələrinə  əsasən 

diaqnozu müəyyənlişdirir.  

 

26.    Müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni 



təyin edir və nəzarət edir, diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və 

tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. 

 27. 

 

Hamilələrə antenatal xidməti göstərir, onların vaxtlı-vaxtında patronaj 



olunmasına nəzarət edir. Zərurət yarandığı hallarda patronajı özü həyata keçirir. 

 28. 


 

Müəyyən olunmuş hestasiya müddətində hamilələrə dəyişmə vərəqəsi və 

hamiləlik və doğum zamanı  əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı hamilə 

qadınlara əmək qabiliyyəti olmamaq vərəqəsi verir.  

 29. 

 

Ginekoloji 



xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdansonrakı 

dövrün  fəsadlarının qarşısının alınması  və azaldılması    üzrə profilaktik tədbirlərin 

keçirilməsində iştirak edir. 

 30. 


 

Hamilələri aşkar edir (hamiləliyin 12 həftəsinədək) və onların dispanser 

müşahidəsini təşkil edir.  

 31. 


 

Hamilələrin doğuşa fiziki və psixoprofilaktik hazırlığı üzrə məşğələləri və 

onların “analar məktəbi”ndə təlimləndirilməsini keçirir, döşlə əmizdirmənin üstünlüyü 

barədə məlumat verir. Pəhriz qidalanması üzrə məsləhətlər verir.  

 32. 

 

Doğum evlərinin və  xəstəliyin profili üzrə başqa müalicə-profilaktika 



müəssisələrinin patologiya şöbələrində hospitallaşdırılmaya ehtiyacı olan hamilələri 

aşkar edir.  

 33. 

 

Müasir 



müalicə metodlarından istifadə etməklə ginekoloji xəstəliklərin 

erkən aşkarlanması  və müalicəsi  məqsədi ilə qadınların profilaktik ginekoloji 

baxışının təşkili və aparılmasını həyata keçirir.  

 34. 


 

Ginekoloji 

xəstələrin vaxtında dispanser qeydiyyatına götürülməsini və 

dinamik müşahidəsini, onların sanator-kurort müalicəsi, eləcə  də başqa müasir 

müayinə və müalicə vasitə və metodlarından istifadə  etməklə, müalicə-sağlamlaşdırıcı 

tədbirlər kompleksinin və dispanserləşdirilməsinin səmərəliliyinin təhlilinin 

aparılmasını həyata keçirir.  

 

35.   Stasionar müalicəyə ehtiyacı olan ginekoloji xəstələri aşkar edir.  



 36. 

 

Ailə planlaması və reproduktiv sağlamlıq məsələləri üzrə işi təşkil edir.  



 37. 

 

Orta 



və kiçik tibb personalının işinə  rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.  

 38. 

 

Diaqnostik 



və müalicə prosedurlarının aparılmasının, alət, aparat və 

avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 



tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir. 

 39. 


 

Orta 


və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə  məşğələlərin 

aparılmasında iştirak edir. 

 

40.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. 



 41. 

 

Tibbi 



və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.  

 42. 

 

Sanitar-maarifləndirmə işini aparır.  



 

43.   Etik davranış qaydalarına riayət edir.  

 44. 

 

Müəssisə  rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, peşəkar  



səviyyədə və vaxtında icra edir. 

 45. 


 

Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

 46. 


 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

 

47. 


 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 

qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı  və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür. 

 

I.

 

Hüquqlar 

 

 48. 


 

Həkim mama-ginekoloqun aşağıdakı hüquqları vardır: 

 48.1. 

 

klinik 



 

müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların məlumatlarına  əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz 

müəyyənləşdirmək;  

 

48.2.   müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq xəstənin 



aparılması taktikasını müəyyən etmək; 

 

48.3.  pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator 



diaqnostika metodlarını təyin etmək; 

 48.4. 


 

diaqnostika 

və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;  

 48.5. 

 

zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün 



müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək; 

 48.6. 


 

müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi,  özünün əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;  

 48.7. 


 

öz 


səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, tabelikdə olanların həvəsləndirilməsi və  tənbeh edilməsi  üzrə  rəhbərliyə 

təkliflər vermək; 

 48.8. 


 

öz 


vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək;  

 48.9. 

 

onun 



işi ilə bağlı  məsələlərin müzakirə olunduğu elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək; 

 48.10. 

müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq. 



 49. 


 

Həkim mama-ginekoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 

uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

IV. Məsuliyyət 

 

 50. 


 

Həkim mama-ginekoloq aşağıdakılara görə məsuliyyət daşıyır: 

 50.1. 

 

ona 



həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

 50.2. 

 

öz 



fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 

 

50.3. 


 

daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 

qaydalarına riayət edilməsinə

 50.4. 


 

qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

 50.5. 


 

öz 


fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 

 

 50.6.  tibb  müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə    təhlükə yaradan 



təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə. 

 51. 


 

Həkim mama-ginekoloq əmək intizamının, qanunvericilik və normativ-

hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 



edilə bilər.

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə