Ermənistandakı seçkilər nə vəd edir-sülh və ya müharibənin davam
etdirilməsini?
Ermənistanda prezident seçkisi kampaniyası öz həlledici mərhələsinə qədəm
qoymuşdur. Bu dəfə təkcə prezidentin seçilməsindən söhbət getmir, daha vacib
məsələ ölkənin qarşıdakı dövrdə hansı yolla irəliləyəcəyini müəyyən etməkdən
gedir. Seçkiqabağı kampaniyanın gedişində ölkədə ümumi mənzərəni əks etdirən
iki güclü cəbhə - «müharibə» partiyası və «sülh» partiyası meydana gəlmişdir. Bu
adların reallığa uyğun gəlməsi onsuz da nisbi xarakter daşıyır, çünki hətta xalqda
sülh istəyi böyük olanda belə formalaşan ənənəyə müvafiq olaraq adamlar özlərini
aldatmaqdan da qalmır, rəylərini açıq ifadə etməkdən çəkinir və millətçilik
dalğasının təsiri ilə «ağ qarğa» kimi görünmək istəmirlər. Onlar ümumi kütlədən
ayrı düşməyə cəsarət etmirlər, kütlə isə ultraşovinist qüvvələrin təzyiqi altında
azmağa aparan vektorla hərəkət etməkdə davam edir. Adamlara təlqin edilir ki,
tarixi keçmişə sədaqət özlərinə düşmən bildikləri qonşularla barışığa getməyə icazə
vermir. Bəla burasındadır ki, bu xəttə mənsub olan liderlər bütün müharibələrin
sülhlə yekunlaşdığını göstərən tarixdən öyrənmək istəmirlər. Düşmənçilik nə qədər
barışmaz olsa da, əbədi və ya əsərlərlə davam edə bilməz. Tarixdə bu fikri təsdiq
edən çox sayda misallar tapmaq olar.
İngiltərə və Fransa arasındakı Yüzillik müharibə iki əsr ərzində davam etsə
də, 1453-cü ildə sülhlə başa çatdı, ingilislər işğal etdikləri bütün fransız
torpaqlarından, yalnız sahildəki kiçik zolaq-Pa-de- Kale istisna olmaqla əl çəməli
oldular, axırıncı ilə bir neçə müddətdən sonra vidalaşdılar. Yeni böyük müharibə
XVIII əsrin başlanğıcında İspaniya irsi uğrunda baş verdi, bu vaxt ingilis ordusuna
hersoq Malboro komandanlıq edirdi, orduya prins Savoylu Yevgeninin qoşunları
köməklik göstərirdi.
31
Və yaxud Almaniya və Fransa arasında heç də sadə olmayan münasibətləri
yada salaq. Onlar iki dəfə -1871-ci və 1919-cu illərdə Versalda sülh müqaviləsi
imzalamışdılar. Birincisi Fransa üçün biabırçı olsa da, ikincisi yenə də alman
hərbiçilərinin iştahını söndürə bilmədi, ancaq 1945-ci ildə Almaniya Müttəfiq
qonşuları tərəfindən ağır məğlubiyyətə uğradıldıqdan sonra öz mimitarist planları
ilə birdəfəlik vidalaşmalı oldu. Yeddi il sonra isə bu iki dövlət elə sıx iqtisadi
əməkdaşlığın bünövrəsini qoydu ki, bu sonralar əvvəllər heç vaxt görünməmiş və
ən qanlı müharibələrin səhnəsi olmuş bütöv qitənin birləşməsi simvoluna çevrilən
Avropa İttifaqının meydana gəlməsinə yol açdı.
Kimsə etiraz edə bilər ki, digər xarakterli faktlar da mövcuddur. Belə ki,
Böyük Britaniya indiyədək Cəbəllüttarqi və ya Folklend adalarını əlində saxlayır.
Birinci, insanların məskunlaşdığı qayadır, ərəb dilindən tərcümədə «Tarik dağı»
deməkdir, 711-ci ildə həmin adadan keçməklə İspaniyanın işğalına başlayan Mavr
sərkərdəsinin adı ilə bağlıdır. İkincisi isə Atlantik okeanın cənubunda gözdən-
könüldən uzaq kiçik adalardır. Onlar Britaniya imperiyası işğallarının cılız
qapılarıdır və çox keçməz ki, onların və digərlərinin timsallarındakı rudimentlər,
bu keçmiş avantürist işğalların gözü yağır edən abidələri başqalarının xoş taleyini
yaşamalı olacaqlar.
Maraqlı cəhət orasındadır ki, heç də iri dövlətlər deyil, bir qayda olaraq,
kiçik və öz qüdrətinə görə elə bir əhəmiyyət daşımayan ölkələr özlərini «böyük»
adlandırmaq eşqinə düşməkdən həzz alırlar, bu vaxt adətən qədim tarixdə mövcud
olan bu fərqli görünməkdən ilham alır və həmin pərdə altında öz ərazilərini
genişləndirmək, əlavə məkana nail olmaq barədəki arzularından əl çəkmirlər. Belə
qəribə xüsusiyyəti Ermənistan və Albaniyanın istəklərində görmək mümkündür.
Bununla əlaqədar, keçən əsrin 70-ci illərində mövcud olmuş bir hadisə də yada
düşür. Həmin vaxt sözün həqiqi mənasında adam yeyən Bokassa özünü imperator
kimi gözə soxmaq üçün prezident olduğu kiçik ekvator ölkəsi və vur-tut üç milyon
əhalisi olan Mərkəzi Afrika respublikasını imperiya adlandırırdı.
Belə gülünc istəkləri müdrik Ezop öz məşhur təmsilində yaxşıca ələ salırdı.
Bir dəfə dolaşa gördü ki, qartal qoyun sürüsünün üstündən uçarkən şığıyıb
caynaqları ilə quzunun birini götürüb, yenidən göyə qalxdı. Dolaşa çox istədi ki,
qartalın igidliyini təkrar etsin və bunu etdikdə, kiçik quzunu deyil, iri qoyun
götürməyi qərara aldı. O, yuxarıdan qoça hücum edəndə, nəinki onu qaldıra
bilmədi, bunun əvəzində caynaqları onun sıx yununa ilişib dolaşdı. Quş nə qədər
özünü bu «qandaldan» azad etmək istəsə də, heç nəyi bacarmadı və yarım ölü kimi
qoyunun böyründən asılı qaldı. Çoban bunu görüb, onun köməyinə tələsdi və
axşam quşu evinə gətirdi. Uşaqları bunun hansı quş olduğunu soruşduqda, dedi ki,
o özünü qartal hesab edir, ancaq adına dolaşa deyirlər.
Ağlasığmayan iri iştahı olan kiçik dövlətlər Ezop un dolaşasını yada salırlar,
həmin quş qoça caynaqlarını ilişdirsədə, sonra ondan aralanıb, öz canını xilas edə
bilməmişdi. Bu ölkələrin də öz qonşularına qarşı apardıqları müharibədəki ilk
uğurları onlarda aldadıcı təsəvvür yaratmamalıdır ki, artıq qalibdirlər və öz
iradələrini başqalarına diqtə edə bilərlər. Belə səhv rəy arzuolunmaz nəticələrə
səbəb ola bilər. Qonşudan yaxa qurtarmaq mümkün deyildir, tarix sübut edir ki,
32
burada müharibə olduqca yararsız vasitədir, düşmənçiliyi dərinləşdirmək, onun
bəhrələrini çoxaltmaqdan başqa bir yaxşı şey vəd etmir. Əgər belə olmasaydı,
imperiyalar əbədi olmasa da, minillər boyu yaşayardı. Qədimlərdən başqa ən yeni
imperiyalar iki əsrdən çox yaşaya bilmirdi, bir çox hallarda ömürləri bundan da az
olurdu. Yeni torpaqların işğalı əslində adətən hansısa eyforiya yaradır və onun
dumanı altında bir çox mühüm milli problemlər unudulur, onlar öz əhəmiyyətlərini
itirir, və diqqətdən yayınırlar. Nəticədə, özünü qalib hesab edən millət öz «Pirr
qələbələrinin» yalnız acı bəhrələrini dadmalı olur, əvvəllər görmədiyi çətinliklərlə
və həqiqi böhranla üzləşir.
Ermənistan bir tərəfdən ona gülümsənən, digər tərəfdən onunla bəlalı zarafat
edən şəraitlər hesabına Azərbaycana qarşı keçən əsrin 90-cı illərində başladığı
müharibənin ilkin mərhələsində qalib oldu, bütöv bir vilayəti və həmin Dağlıq
Qarabağa qonşu olan əlavə yeddi rayonun ərazilərini tutdu. 15 ildir ki, bu torpaqlar
ermənilərin işğalı altında qalır və bu, bir milyona yaxın insanın faciəsinə səbəb
oldu. Həmin adamlar öz doğma ocaqlarını və normal həyat şəraitlərini itirməklə
qaçqınlara, məcburi köçkünlərə çevrildilər. Bu münaqişədən yalnız Azərbaycanın
və azərbaycanlıların ziyan görmələri barədəki fikir heç cür düzgün sayıla bilməz.
Heç kəs bədbəxtliklərin və məhrumiyyətlərin mövcudluğu faktını inkar etmir.
Lakin ermənilər də heç də az zərər çəkməmişlər, baxmayaraq ki, özlərini qalib
hesab edirlər. Azərbaycanlılar Ermənistandakı, Dağlıq Qarabağdakı və digər işğal
edilmiş ərazilərdəki doğma yurdlarından qovulandan sonra, bu bədbəxtliyi Bakıda
və respublikanın digər guşələrində məskunlaşan ermənilər də yaşamalı oldular.
Əgər dəhşət və əzablarla üzləşmiş azərbaycanlı qaçqınlar və məcburi köçkünlər
vətənlərində özlərinə sığınacaq tapdıqları halda ermənilər, çox kiçik sayda istisna
nəzərə alınmasa, özlərinə Ermənistandan imdad tapmadılar, ona görə də başqa
postsovet dövlətlərinə, xüsusən, Rusiyaya üz tutdular. Beləliklə, onlar daha ağır
sərgərdanlığa düçar oldular, çünki doğma köklərindən də uzaq düşməklə, keçən
əsrin 20-ci illərində acı taleyin hökmü ilə didərgin düşmüş ermənilərin faciəli
təcrübəsini təkrar etməli oldular. Görək niyə bəzi adamlar reallığın acı sifətini
unudub, öz xalqının bədbəxtliyində ilham və qürur mənbəyi axtarır?
Ermənilər də, azərbaycanlılar da ağıllı rəyə gəlməlidirlər ki, kompromisslərə
getmək, müharibə vəziyyətinə son qoymaq zərurəti yaranmış bunun zamanı gəlib
çatmışdır. İşğal edilmiş torpaqlar azad edilməli, adamlar öz doğma yurdlarına
qayıtmalı, sonra isə düşmənçilik və ədavət hisslərinin kökünün kəsiləmisinə
girişmək lazımdır. Əlbəttə, xəstəlik çox uzağa getmişdir, yara olduqca dərindir,
lakin bu heç də o demək deyildir ki, o sağalmayacaqdır, hər iki millət onu onillər
boyu, nəsillərdən nəsillərə keçirməklə daşınmağa məhkum edilmişlər. Qətiyyən
yox, hər iki xalq sülhə, dinc həyata möhtacdır, onda qüvvələr, bütün potensial
dağıtmaq və qətllərə, qırğınlara deyil, yaradıcı fəaliyytə yönəldiləcəkdir. Əgər bu
gün qəti sülhün əldə olunduğu elan olunsa, bütöv illər lazım gələcək ki,
müharibənin bədbəxtliklərin kökü kəsilsin, dinc həyat üçün şərtlər yaradılsın. Ayrı-
ayrı müharibə qızışdıranlara belə diləklər xoş gəlməyəcəkdir, çünki onlar
müharibəni yaşayış vasitəsinə, təfəkkür obrazına çevirmişlər, bu özünə məxsus
Sodom və Qomorranı özlərinin müqəddəs yeri, sitayiş səcdəgahı hesab edirlər.
33
Ermənistan indi yol ayrıcındadır, onun liderləri müharibədən və sülhdən
ibarət olan alternativi seçmək məsələsin həll etməlidirlər. Axırıncı əsl milli
mənafelərə daha çox uyğun gəlir. Onlar dönub keçmişi seyr etsələr, gələcəyə də
boylanıb baxsalar həqiqəti dərk etməklə anlayacaqlar ki, normal həyata şərait
yaradan sülh və tərəqqiyə heç bir ağıllı alternativ yoxdur.
Yeni prezidenti nə gözləyir, o, vəziyyəti ayıq qiymətləndirməyi
bacaracaqmı, zamanın çağırışını, xalqın arzusunu rəhbər tutaraq onu dəyişdirməyə
hazır olacaqmı? Yoxsa, bədnam varisliyə riayət edərək status quo-nu saxlamağa
çalışacaqdır, bu isə adi diplomatik hiyləgərliklə maskalanmamış dildə müharibəni
davam etdirmək demək olacaqdır. Bax budur ən başlıca sual. İşğalı qoruyub
saxlamaq, konservasiya etmək istəyi dalana gətirib çıxaracaqdır, bu isə yeni
müharibə deməkdir.Çünki heç kəs digər tərəfin öz müstəqilliyini və ərazi
bütövlüyünü müdafiə etmək hüququnu onun əlindən almamışdır.
Prezident yarışında əsas mübarizəni öz aralarında indiki baş nazir Serk
Sərkisyan və keçmiş prezident Levon Ter - Petrosyan aparır. Seçkiqabağı çıxışların
və bəyanatlarına görə birinci «quzğun», ikinci isə «göyərçin» kimi görünür. Ancaq,
qeyd etmək lazımdır ki, bu yarlık özü də xüsusən axırıncı barədə tam nisbi xarakter
daşıyır, Serk Sərkisyan Azərbaycan ərazilərində vuruşmuş faktiki olaraq erməni
silahlı qüvvələrinin döyüş əməliyyatlarına başçılıq etmişdir. Ona görə də onun
işğalı qoruyub saxlamağa istiqamətlənmiş bəyanatları elə bir şübhə doğurmur.
Müharibə başlanandan o, ən yırtıcı quzğun kimi tanınmışdı və illər keçdikcə öz
tükünü dəyişmədi. Levon Ter-Petrosyana gəldikdə, o, «göyərçin» adlandırmaq
üçün zahiri görünüş yaratmağa çalışsa da, bu ada o, böyük çətinliklə layiq ola bilər.
Çünki Azərbaycana qarşı təcavüz və torpaqların işğalı Ter-Petrosyan dövründə
başlamışdır. Onun məkrini və xəyanətini də azərbaycanlılar unutmamışlar. Hələ
1992-ci il mayın 7-də Tehranda iki vuruşan ölkənin prezidentləri danışıqlar
aparanda qısa atəşkəsdən istifadə edən erməni silahlı qüvvələri xəyanətkarcasına
strateji məntəqə sayılan Şuşanı tutdular. Azərbaycanın mədəni mərkəzəlrindən
birinin işğalı böyük mənəvi zərbə olmaqla, ölkədə siyasi vəziyyətin
mürəkkəbləşməsinə, qıcqırmanın böyüməsinə səbəb oldu.Bu günki «göyərçin»
Ermənistan dövlətinə başçılıq edəndə erməni ordusunun işğalları və
ultramillətçilərin məkan zəbti planlarının geniş reallaşması baş tutdu. Həmin vaxt
Ter-Petrosyanı vicdanı heç də narahat etmirdi, o, təcavüzün birbaşa icraçılarının
qızğınlığını yatırmaq üçün nəinki heç nə etmirdi, əksinə faktiki olaraq onların
hərəkətlərini təqdir edirdi.
Dağlıq Qarabağ desantı müharibədən sonra artıq Yerevanın siyasi səhnəsinə
düşdü, bu vaxt Ter-Petrosyanın hiyləgərliyi Robert Köçəryanın və onun
hərbiləşmiş klanın gücünə və təzyiqinə davam gətirə bilmədi. Qarabağ
müharibəsinə görə o da öz «mükafatını» aldı və özünün bəslədiyi və rəqibinə
çevrilən Köçəryanın xeyrinə prezident postundan uzaqlaşdırıldı. Yeni dövlət
rəhbəri isə köhnə dostlarını unutmadı və onun daş döşədiyi siyasət yolu ilə indiki
iddiaçı Serk Sərkisyan da irəliləməyə başladı.
Ter-Petrosyan öz prezidentliyinin sonlarında utancaq qaydada sülh
müqaviləsi imzalamaq niyyətini bəyan etdi, lakin hərbi dairənin müqavimətinin
34
qarşısında acizliyini göstərdi. Ona yönələn həmlələri görüb geri çəkilməyə başladı
və bütünlüklə öz mövqeyini itirdi. O, zəif prezident idi, ona görə də seçkiqabağı
cəh-cəhləri bizi, çaşdırmamalıdır. Onun bəyanatlarının hamısı Sərkisyanla zahiri
qarşıdurmaya hesablanmışdır, mahiyyətcə onların mövqelərində elə bir fərq
yoxdur. Digər tərəfdən vəd başqa şeydir, prezident postundakı real əməllər tam
başqa xarakter daşıyır. Seçki keçirilən ölkədə bu vədlərin məcmundan cənnət
düzəltmək olar, lakin seçkidən sonra hər şey yaddan çıxır, əvvəlki vəziyyətinə
qayıdır, həmin öhdəliklər dağından bir qum dənəsi də qalmır. Onu da qeyd etmək
lazım gəlir ki, indi o, başqalarının gözünü açmaq istəyir, özü isə daim kor-koranə
hərəkət etməyə üstünlük verirdi.
Ter-Petrosyan obrazını nə qədər bəzəsələr də, onun keçən prezidentliyində
istifadə etdiyi caynaqlarını gizlətmək mümkün deyildir. Məgər çalağan dönüb bir
andaca sərçə olurmu, belə dəyişilməyə heç cür inanmaq mumkun deyildir, çünki
onun prezident karması olduqca eyibli və ikrah oyadandır. O, Qarabağ müharibəsi
hesabına özünə şöhrət qazanmaq istəyirdi, ancaq öz ölkəsinin və vətəndaşlarının
vacib problemlərin unudurdu, onlara məhəl qoymurdu. Ölkənin iqtisadiyyatı ən
aşağı nöqtəyə düşmüşdü, bütün resurslar müharibə ehtiyaclarını ödəməyə sərf
olunurdu. O, hətta erməni qaçqınlarının bir hissəsinə öz vətənlərində sığınacaq
verə bilmədi.
Sosial vəziyyətin ağırlığından adamlar yad ölkələrə mühacirət etməyə
başladı, əhalinin sayı kəskin surətdə azaldı. Onun demoqrafik problemlərlə məşğul
olmağa nə həvəsi, nə vaxtı var idi. Ona görə də Ermənistan məskunlarının
azalmasına görə olan siyahıda da aparıcı yeri tutur.
Öz opponentindən fərqli olaraq Serj Sarkisyan öz keçmişini gizlətmir.
Özünü sülhsevər, xoş niyyətlərin carçısı kimi göstərmir. Köçəryan Avropa
Şurasının Parlament Assambleyasında vuruşması ilə öyündüyü kimi, o da öz hərbi
xidmətləri ilə lovğalanmağı məqbul sayır.
Azərbaycanlıların Robert Köçəryana, Serj Sarkisyana və onların əlaltılarına
münasibəti aydın və izah ediləndir. Onlar Dağlıq Qarabağın taleyi ilə oyunun
önündə getmiş, bu siyasəti sonralar silahın köməyi ilə Azərbaycana və onun
xalqına qarşı total müharibə ilə davam etdirmişdilər. Heç cür inanmaq olmur ki,
Ter-Petrosyan da öz əvvəlki mövqeyindən imtina edib, yenidən prezident
seçildikdən sonra o saatca Azərbaycanın ərazi bütövlüyünü saxlamaq şərtilə sülh
danışıqlarına başlayacaqdır. O, nə qədər şirin səslə oxusa da, onun bəyanatlarına
heç cür inana bilmirsən. Digər tərəfdən, onun bu ölkədə güclü mövqeləri ilə seçilən
hərbi dairələrdən asılılığını nəzərə aldıqda, güman etmək olar ki, o, heç vaxt
müstəqil addımlar atmağa cəsarət etməyəcəkdir. Onun prezidentliyə ilk gəlişi qanlı
müharibə ilə yadda qaldı, ikinci gəlişində də nəsə yaxşı bir şey gözləmək lazım
gəlmir. O, özünü elə aparır ki, elə bil, illərlə davam edən silahlı münaqişə vaxtı
letarqik yuxuda olmuşdur, ona görə də heç nəyi xatırlamır və bunu əsas
götürdükdə, guya baş verənlərin ona dəxli yoxdur. Ona görə də küləyi qovmağa
ehtiyac yoxdur, şirin vədlərə uyub həqiqətə gözü yummaq düzgün olmazdı.
Azərbaycan yalnız öz iqtisadi və siyasi qüdrəti ilə, vətəndaşlarının
vətənpərvər ruhu ilə Qarabağ probleminin ədalətli həllinə, süveren dövlətin öz
35
torpaqlarının qaytarılmasına nail ola bilər. Dağlıq Qarabağa muxtariyyət, bu
ərazidə yaşayan öz vətəndaşlarına isə onların milliyətindən və dini
mənsubiyyətindən asılı olmayaraq bütün Konstitusiya hüquqları verilməlidir. Əgər
çox dərin quyu qazılmışdırsa, buradan qan çayı axmışdırsa, bu əbədi davam edə
bilməz, onu silahın və müharibənin köməyilə adlamaq mümkün deyildir, hər iki
tərəf onun üstündən körpü tikmək üçün bütün vasitə və imkanları tapmalıdır, onun
bünövrəsində isə insanpərvərlik, barış, ədavət və düşmənçiliyin istisna edilməsi
təbəqələri olmalıdır.
Tarix xeyli dərəcədə coğrafiya ilə müəyyən olunur. Coğrafiya iki xalqın –
azərbaycanlıların və ermənilərin bir-birinin yanında, qonşuluğunda yaşamasına
qərar vermişdir. Psevdotarixçilər tarixin günc-bucağında ədavəti qızışdırmaq üçün
nə səbəb tapmağa çalışıb, nə desələr də, əslində, uzun müddət bu qonşuluq qan
rəngini tanımamışdı. Təkcə XX əsrin əvvəlində və sonunda iki xalq dostluq və
qonşuluğu unudub, dinc yanaşı yaşamaq ənənələrindən üz döndərib, müharibə
cığırına çıxmışdılar. Qərəzsiz və obyektiv tədqiqatlar göstərir ki, hər iki dəfə əsl
müharibəyə çevrilən bu toqquşmaların təşəbbüsçüsü və baiskarı ekstremizmi
özlərinin güclü silahına çenvirən erməni millətçiləri olmuşlar. Artıq bu
düşmənçilik və müharibə hər iki xalqı boğaza yığmışdır, bu əzabların yekunu kimi
onlar sülh, rahat, dinc həyat arzulayırlar ki, bir də heç kəs başqa millətdən olanın
yaşamaq hüququnu özünə hədəf seçməsin.
Bizim istəyimiz zəyiflik kompleksindən irəli gəlmir, dövlətimiz heç vaxt
belə qüvvətli olmamışdır. Ancaq, biz gücümüzü döyüş səhnəsində, müharibə
meydanında sınamaq istəmirik, daha ləyaqətli həyat yaşamağa çalışırıq, belə
mövcudluğa tüfəng səsi, artilleriyanın yayım atəşi, qan tökülməsi bütünlüklə
yaddır. Qoy keçmiş qələbəni bizim gözümüzə soxmasınlar. Bəsdir, yeni müharibə
konvulsiyaları. Gəlin birlikdə cəsarət tapıb, qanlı keçmişi unudaq, təmiz səhifədən
münasibətlərə başlayaq. Bizi bu vaxt hərbi əməliyyatlar və qırğınlar ayırmayacaq,
həyat şəraiti birləşdirəcəkdir. Axı müharibə təkcə indiki nəslə deyil, həm də
gələcək nəslə tuşlanmışdır. Bəlkə, hətta gələcək nəsillərin naminə sülhə və
əməkdaşlığa keçək, ədavət və dəbə düşmüş qarşılıqlı nifrətdən əl çəkək.
Qoy qızışmış adamların ifrat qəzəbi və korluğu xalqına deyil, onların özünə
zərər vursun. Qatil digər xalqın nümayəndəsini öldürəndə də ən qatı cinayətlər,
insanlara nifrət edən adam olmaqdan qalmır. Lovğa adamlar öz şəxsi məqsədlərinə
nail olmaq üçün hər şeyə gedirlər, bəzən hətta vasitə naminə məqsədi də unudurlar,
onun əxlaqdan kənar olmasına belə əhəmiyyət vermirlər. Onlar öz insanlığa yad
hərəkətlərini və qəddarlıqlarını səfeh adətləri ilə izah edirlər, ona boyun əyərək öz
xalqının bədbəxtliklərini şişirdirlər və saxta təskinlik üçün başqa xalqı bunda
günahlandırmaqdan da usanmırlar.
Prezidentliyə digər namizəd olan Sarkisyanın şansı heç də az deyildir.Onun
arxasında ordu durur, bütün inzibati resurslar ona işləyir. O, həmçinin vəzifəsi ilə
vidalaşmaq ərəfəsində olan indiki prezidentin köməyinə arxalanır. Çünki o,
idarəetmə sükanını vaxtilə vəzifədən kənara atdığı adama deyil, öz silahdaşı, dostu
və yerlisinə – bu Qafqazda heç də az əhəmiyyət kəsb etmir, verməyə can atar.
Yəqin ki, indi hakimiyyətdə olanlar hər cür hiyləgərliyə əl atacaqlar ki, bu
36
imkanlar başqa əllərə düşməsin, onların öz mülkiyyətlərində qalmaqda davam
etsin.
Sirr deyil ki, heç bir azərbaycanlı Sarkisyana hüsn-rəğbətlə yanaşmır, onun
keçmişi qanla ləkələnmişdir. Hətta o, bunun cəbhədə töküldüyünü and-aman etsə
də. Lakin Ermənistan güclü iradəyə malik prezidentə möhtacdır. Bəlkə o, Qarabağ
probleminin Qordi düyününü kəsməyə cəsarət etdi. Hansı keçmişə sahib
olmasından asılı olmayaraq çox inanmaq lazım gəlir ki, Sarkisyan, elə prezident
ola bilər ki, öz xalqını dinc həyatla sevindirsin, öz şərq qonşusu ilə az-çox normal
münasibətlər qursun. O, özünün acı tərcübəsinə müraciət edib, öz keçmişindəki
qara səhifələrdən imtina edə, gerçəkliklə üz-üzə dayana bilər, çünki bu gerçəklik
problemlər toplusu ilə onu hər tərəfdən sıxacaqdır. Əgər o, dinc dövrün
məsələlərini araşdıra bilirsə, reallığın çağırışına cavab vermək istəyirsə, burada yol
göstərən mayak yeganə bir istiqaməti – gecikmədən sülh müqaviləsinə getməyi,
işğal edilmiş torpaqlardan və ayıqlıqdan uzaq olan iddialardan əl çəkməyi nişan
verir. Ona aydın olmalıdır ki, hərbi gücü tətbiq etməklə olan vasitələr belə, artıq
keçmişdə qalmışdır, başqa relslərə keçmək vaxtı gəlib çatmışdır, hansılar ki,
mehriban qonşuluq münasibətlərinin və geniş əməkdaşlığın bərpasını vəd edir.
Yalnız yuxarıda sadalanan vasitələr müharibənin sağalmaz yaralarını sağalda,
köhnə inciklikləri yaddan çıxarmağa kömək edə bilər. Məhz belə prezident öz
xalqının tarixinə düşə bilər. Əgər o, tarixi təjrübənin diametral əksi olan bu
Rubikonu keçə bilsə, xalqını yeni müharibə qorxusudan və digər bədbəxtliklərdən
xilas edən liderə çevrilə bilər.
Tarixdə buna bənzər nümunələr olmuşdu. Ərəblərlə müharibənin keçmiş
qəhrəmanı İsxak Rabin ölümündən əvvəl fələstinlilərlə sülh müqaviləsi
imzalamağın, onlara öz dövlətini yaratmaq hüququ verilməsinin qatı tərəfdarına
çevrilmişdi. Əvvəllər isə o tamam başqa cür adam idi. 4 iyun 1967-ci ildə İsrail
qabaqlayıcı müharibəyə başladı, ilk zərbələri Misir aviasiyasına vurdu. Müharibə
vur-tut cəmi 6 gün çəkdi və böyük müvəffəqiyyət bəxş etdi. Misir,İordaniya və
Suriya qoşunlarını darmadağın edirlər, misirinkilər isə sadəcə biabır oldular. İsrail
Sinayı və Qərb sahilini işğal etdi. Suriyanın qalan yüksəklikləri, həmçinin 1948-ci
ildən ərəblərin əlində olan Köhnə İerusəlim, Fəryad divarı və müqəddəs yerlərlə
birlikdə tutuldu. Məlumatsızlığa görə çoxları bu qələbəni İsrailin müdafiə naziri
Moşe Dayanın adı ilə bağlayırdı. Lakin bu təsəvvür yalnış idi, general həmin
vəzifəyə müharibə başlanandan bir gün əvvəl təyin olunmuşdu. Bütün əməliyyat
isə artıq üç il ərzində İsxak Rabinin başçılıq etdiyi Baş Qərargah tərəfindən
hazırlanmış, strateji və taktiki plan israillilərə belə hay-küyü qələbə bəxş etmişdi.
Həmin İsxak Rabin, 90-cı illərin əvvəllərində, dəqiq deyilsə 1992-ci ildə baş nazir
olduqda regionda sülhün bərpasının təşəbbüsçüsü oldu, öz iştirakı və səyləri ilə
qazanılan çox şeyin itirilməsi ilə belə razılaşdı. Döyüş generalı əsl sülh
müdafiəçisinə çevrildi, bunu isə ona qatı millətçi fanatiklər bağışlamadılar və
onların əli ilə o, 1995-ci ildə qətlə yetirildi. Bu təkcə İsrail üçün deyil, bütün region
üçün olduqca ağır itki idi, çünki onun köməyi ilə həmin dövrdə sülhün qələbəsinə
ümid xeyli möhkəmlənmiş və xeyli irəli getmişdi.
Bəlkə, Serj Sarkisyan da qorxmaz Rabinin izi ilə getmək istədi? Axı bəzən
37
illyuziya da həqiqətə çevrilir, həyata keçir. Bu birinci növbədə onun xalqına, bir
siyasi xadim kimi isə onun özünə lazımdır. Böhrandan çıxış yolu möhkəm
iradədən çox asılıdır. Sülhü bərpa edənin şücaəti insan qanından yoğrulmuş hərbi
qələbələrdən daha yüksək tutulacaqdır. Bəlkə də bu bir qədər xəyala bənzəyir,
gerçəklikdən çox uzaqdır, ona görə də ona ümid bəsləmək də asan məsələ deyildir.
Ermənistandakı seçkilər həmin xalqın bilavasitə daxili işidir. Lakin bu
hadisə region üçün də, bizim üçün də az əhəmiyyət kəsb etmir. Seçki seçkiliyində
qalsın, əsas məsələ sülhün təntənəsidir, bunu hər iki xalq istəyir və anlayır ki, başa
çatmamış müharibədə qalib yoxdur. Hər şeyi itirmiş tərəflər var. Yaxşı olar ki,
ermənilər bu həqiqətə inansınlar, onları düz yoldan yenidən yayındırma cəhdlərinə
imkan verməsinlər, dərk etsinlər ki, yalanda yaşamaq fayda vermir, kinsiz,
nifrətsiz, başqalarına qarşı düşmənçilik hissi bəsləmədən yaşamaq daha yaxşıdır.
Bütöv ölkə bir qrup adamın marağı və biabırçı şöhrəti naminə idarə oluna
bilməz, onlar öz şəxsi və ya korparativ faydası hesabına hər şeyi qəsb edə
bilməzlər. Bu vaxt xalq onların hiyləgərliklərindən və uzağı görməyi
bacarmamalarından əziyyət çəkir. Xalqın gözü açıldıqda özünü layiqincə
qiymətləndirərək, zəhləsini tökən bu yükü çiynindən atır, təbiətin və tarixin təlqin
etdiyi düzgün yolu seçir. Bu yol onu sakit və aramlı həyata aparır, iri miqyaslı
faciəli hadisələri isə istisna edir.
Arzu edərdik ki, seçki gələcək naminə belə dəyişikliklərin kandarı olsun, bu,
regiona da çoxdan gözlənilən sülhü və əmin-amanlığı gətirə bilər.
Dostları ilə paylaş: |