9.4
. Sunamilərin gəlməsi haqqında xəbər edilməsi
Bu hadisələri xəbər verən sistemlər əsasən seysmik məlu-
matlar
ın araşdırılması nəticəsində mümkün olur. Əgər zəl-
zələ 7.0 və çox maqnitudaya malik olarsa (zəlzələ prosesin-
152
də bu Rixter şkalasına əsasən balla adlandırılır) və zəlzələ-
nin episentri su altındadırsa, onda bu sunamilərin olacağını
xəbər verir. Regionlarda və sahillərdə əhalinin yayılması
şəraitindən asılı olaraq həyəcan siqnalının verilməsi müxtəlif
ola bi
lər. Bu işdə Azərbaycan alimlərinin də əməyi çoxdur
(E.N.Xəlilov və b.)
Sunami
lərin xəbər verilməsinin ikinci imkanı daha eti-
barlı olan «faktla» xəbərdarlığın edilməsidir, çünki bu halda
sözsüz ki, yalan xəbərlər olmur, amma belə xəbərdarlıqlar
çox gec hazırlanmış olur. Baş vermis fakta əsasən xəbər-
darlıq telesunamilər üçün qiymətlidir. 2004-cü ilin dekab-
r
ında baş vermis İndoneziyadakı sunamilər bir neçə saat
ərzində Afrikaya çatmış, 1960-cı ildəki Çili yaxınlığındakı
zəlzələ nəticəsində yaranmış sunamilər bir neçə saatdan
sonra Havay adalarına çatmış, daha altı saatdan sonra 6 metr
hündürlüyə çataraq Yapon adalarına çatması telesunamilər
vastəsilə xəbər verilmişdir (şəkil 14, 16).
Klassik misal kimi - Aleut suna
misini göstərmək olar,
çünki Aleut
adalarında baş verən ləpələr Havay adalarında
özünü göstərir. Sunami dalğalarını okeanda təyin etmək
üçün hidrostatiq təzyiqlə işləyən təbii siqnalvericilərdən isti-
fadə olunur. Belə siqnalvericilərə əsaslanan xəbərvericilər
süni peyk
lərlə əlaqə saxlayan ABŞ-da hazırlanan və DART
(en.Deep Ocean Assessment and Reporting of Tsunamis)
adlandırılan cihazdır. Real dalğanı gördükdə onun haraya nə
vaxt çatacağını müəyyən etmək olar. Bu məlumatlara əsasən
ölkələr bu fəlakətin təsirinin azaldılmasına nail ola bilərlər.
Xəbərdaredici sistembrin əsas əhəmiyyəti əhali arasında
aktual informasiyanın yayılmasıdır. Ən vacibi odur ki, əhali
özü üçün sunamilərin necə təhlükəli olmasını təsəvvür etmiş
olsun. Yapon
lar təbii kataklizmalar haqqında çoxlu ümum-
təhsil proqramlarına malikdirlər, amma İndoneziya və başqa
153
sahil dövlətlərinin əhalisi əsasən sunami dalğaları haqda çox
az məlumatlara malik olmuşlar ki, bunun da nəticəsində
çoxsaylı insan tələfatı baş vermişdir. Çünki bu zonalarda
be
lə hadisə çox az rast gəlinəndir. Həmçinin, Sahil zonala-
rının tikilməsi möhkəm qanunvericilik bazasına malik ol-
malıdır. Yuxarıda göstərilən hadisələrlə əlaqədar Azərbay-
can
ın sahil zonalarında yaşayan əhalinin kifayət qədər
məlumatlı olması vacibdir. Əgər Xəzər dənizində bu vaxta
qədər belə təbii fəlakət baş verməmişsə də, bu əhaliyə
sunami
lər haqda geniş məlumatlar verməməyə əsas vermir.
Heç vəchlə unutmaq olmaz ki, Xəzər dənizinin xeyli hissəsi
aktiv tektonik zona olan Alp-
Himalay dağəmələgəlmə qur-
şağında yerləşir. Hesab edirik ki, Azərbaycan əhalisi üçün,
xüsusilə sahil zonalarında yaşayan insanlar üçün bu təbii
katoklizmlər haqda geniş informasiyanın (lakin artıq
qorxusuz) olması çox vacibdir.
AMEA-
nın Geologiya institutlarında alimlər Cənub-Şərqi
Asiyada baş vermis dəhşətli zəlzələnin əmələ gəlməsi və
nəticələri barədə öz mülahizələrini söyləyirlər. Onlar qeyd
edirlər ki, «belə qüvvətli sunami hətta Yerin ətrafında fır-
landığı oxa da təsir edir». Yuxarıda qeyd etdiyimiz kimi İta-
liyan
ın Milli Geofizika və Vulkanologiya İnstitutunun di-
rektoru Ent
so Boş yazır ki, əgər bizim planetin ölçülərini və
kütləsinin böyüklüyünü nəzərə alsaq bu inanılmazdır. Onun
sözlərinə əsasən belə dəhşətli hadisənin əsasında böyük küt-
lənin yerdəyişməsi durur ki, bu da Yer üzərində dəyişikliyin
əmələ gəlməsinə və yer oxunun azda olsa yerdəyişməsinə
səbəb olur.
Son 100 ildə belə hadisələri 11 dəfə müşahidə etmək
müm
kün olmuşdur. Lakin bu halda hər şeyi düzgün hesab-
lamaq çox çətindir, çünki, Yerə Günəş və Ay xeyli təsir edir.
Bundan başqa bizim planetin oxu, 26 min il müddətində
154
konusvari hərəkət edir. Amma xətti istiqamətdə yox,
dalğavari istiqamətdə olur.
Lakin sunamilərin bir anlıq dağıdıcılıq fəaliyyətini hiss
etməmək olmaz. Ekologiya institutunun əməkdaşı Alessand-
ro
Montemogjori qeyd edir ki, «Sahilə çatdıqda dalğalar
mütləq sahildə yaşayan dəniz quşlarının yuvalarını dağıdır».
Bir çox növ quşlar bu zaman nəsil artırırlar. Sunamilər
gəldikdə iri növlər xilas olsalar da, körpə balalar məhv olur
və bu da onu göstərir ki, bu il burada yeni nəsil olmayacaq.
Filippin pelikanlar
ına daha böyük ziyan dəymişdir, bu çox
az rast gəlinən növdür. Onlar indi məhv olmaq ərəfəsində-
dirlər. Hazırda onların cəmi 11 min ekzemplyarı qalmışdır.
Belə fəlakətli hadisələrdən bitki aləmi çox ziyan çəkir.
Qüvvətli dalğa xırda faunanı dağıdır. Onların populyasiyası
yalnız 40-50 ildən sonra bərpa oluna bilərlər. Bundan əlavə
duz torpağa hopmuş olur və yağışın yağmasını gözləmək
lazımdır ki, onu yusun. Buralarda yalnız kakos palması
(qozu) dalğalara dözür, çünki o, hətta okeanda üzə-üzə
yaşaya bilir. Mərcan adaları sunamilərdən daha çox ziyan
çəkirlər. Onların nazik və incə bədənləri onsuz da iqlim
dəyişikliklərinə və insan təsirinə məruz qalırlar.Yalnız sahil
zonaları geoloji prosesləri nöqteyi-nəzərdən qüvvətli
dalğalardan çox az zərər çəkmişlər.
Bəs insanları bu fəlakətdən necə xilas etmək olar?
Əgər bu dəhşətli dalğanın gəlməsi barədə insanlar heç ol-
masa 1 saat əvvəl xəbər tuta bilsələr, qurunun dərinliklərinə
gedə bilər, gəmilər isə açıq dənizə çıxa bilərlər. Sunamilərin
gəlməsini xəbər verməyə başqa dalğalar – Seysmik dalğalar
kömək edir. Bu dalğalarla birlikdə yaranır, lakin yerin təki
ilə, həm də sunamilərdən xeyli sürətlə hərəkət edirlər.
Novosibirsk alimləri yerin təki ilə yayılan dalğaların
köməyi ilə təhlükənin istiqamətini təyin etməyi öyrənmiş,
155
Nijni Nov
qorod şəhərindəki Tətbiqi Fizika İnstitutunun
mütəxəssisləri isə hesablama üsulu ilə sunamilərin sahildə
özünü necə aparacağını müəyyən edirlər. Buna əsasən sa-
hillərdə «böyük dalğanın» hansı yerdə daha təhlükəli olma-
sını aydınlaşdırmaq olar.
Məlumdur ki, hər 1000 sunami hadisəsinin 100-dən çoxu
fəlakətli nəticələri ilə fərqlənərək hər şeyi məhv edir, tikililər
və torpaq-bitki örtüyü dağılır (məs. 1993-cü ildə Yaponiya
sahillərində, 1952-ci ildə Kamçatkada və b.). Sunamilərin
80%-i Sakit okean
ın kənarlarında baş verir. Ən çox da
Kuril-
Kamçatka çökəkliyində olur.
İndoneziyada 26 dekabr 2004-cü il sunamiləri nəticəsində
ö
lənlərin sayı 173 min 981 nəfərə çatıb. İndoneziyada suna-
mi d
alğaları ətraf mühitə 675 mln. ABŞ dolları məbləğində
zərər vermişdir.
Uzaq Şərqdə sunami əmələgələn rayon əsasən dar bir sa-
hədə Kuril Kamçatka çökəkliyinin qərb yamacları hesab
olunur. Bu ərazi sahildən 70 km məsafədə uzanmış, 90 km
enində zolaqdır. Bir çox fəlakətli sunamilər burada baş
verərək Kuril adalarına doğru irəliləyirlər.
Kuril adalarında sunamilər haqqında ilk məlumatlar 17
oktyabr 1737-ci i
lə aiddir. O vaxt dalğaların hündürlüyü
onlarla metr olmuşdur. Sonrakı illərdə bu ərazilərdə 75 dəfə
suna
mi hadisələri baş vermişdir.
Keçən yüzillikdə ən nəhəng sunamilərdən biri 5 noyabr
1952-
ci ildə Kamçatka yarımadası sahillərində baş vermiş-
dir. Ən çox zərər çəkmiş ərazi Paramuşir adasındakı Severo-
Kurilsk şəhəri olmuşdur. Şəhərə hücum etmiş dalğaların
hündürlüyü 10-
15 m olmuşdur. Bəzi məlumatlara əsasən o
za
man şəhərdə 13 nəfər həlak olmuşdur. Bu dağıdıcı suna-
midən sonra Uzaq Şərqdə Rusiyanın sunamilərlə mübarizə
xidməti yaradılmışdır.
156
1960-
cı il mayın 23-də Çili sahillərində yaranmış sunami
16 min km-d
ən çox məsafə qət edərək, 21-22 saatdan sonra
Rusiyanın Uzaq Şərq sahillərinə çatmışdır.
Dalğanın hündürlüyü 4,7 m olmuşdur. Sunami həmçinin
Oxot dənizinə keçmişdir.
9.5
. Təbiətdə sunami dalğalarının vurduğu zərərlər
iqtisadi, ekoloji, mənəvi mahiyyət kəsb edir
Sunami
lər əsasən dənizin titrəyişi və vulkan fəaliyyətin-
dən törənən, saatda 600-700 km sürətlə hərəkət edən, hün-
dürlüyü 30-
40 m, bəzən daha artıq olan uzun dövrlü dalğa-
lardır (şəkil 13). Onlar Sakit okeanın hər iki sahili boyu
Kamçatkan
ın, Kuril adalarının, Saxalin adasının, Havay ada-
larının, Çilinin, Alyaskanın əhalisi üçün çox böyük təhlükə
yaradır (şək. 14, 16).
1996-
cı ildə Yaponiyada hündürlüyü 29 m olan sunami
dalğaları San Riqo şəhəri sahillərinə çırpılmış və nəticədə 28
min adam həlak olmuşdur. Ümumiyyətlə, sunami yaponlara
yaxşı məlum olsa da 1993-cü ildə baş vermis sunami nəticə-
sində əhali qaçmağa macal tapmamış və Yapon adaları sa-
hil
lərində 200 nəfər ölmüş, 500-dən çox ev dağılmışdır.
Ölənlərin əksəriyyəti uşaqlar və yaşlılar olmuşdur. 1933-cü
iidə Akudzizi adasının cənub qurtaracağından 320 km
cənubda Toqo şəhərində dağıdıcı sunami baş vermis və xeyli
insan tələfatına səbəb olmuşdur. İndi həmin şəhər ətrafında
sunami dalğalarının qarşısını almaq məqsədi ilə 10 m 40 sm
eni, 24 m
hündürlüyü olan divar tikilmişdir. Yayda divar
qızır, evlər bərk isti olur. Toqo şəhərində də Havay adaların-
da olduğu kimi tədqiqat obyekti vardır ki, orada gecə-
gündüz nəzarət aparırlar. Toqo şəhəri ətrafındakı divarlarda
6 iri qapı vardır. Həmin qapılar nəzarət postlarından verilən
xəbərlərə əsasən sunami dalğalarından 4 dəqiqə əvvəl bağla-
157
nır. Hazırda Akudzizi adasında da bənd tikilir.
9.5-ci c
ədvəldə ayrı-ayrı illərdə Dünya okeanında baş ver-
mis sunamilərin fəlakətli dalğalarının bəşəriyyətə vurduğu
ziyanlar haqq
ında bəzi məlumatlar verilmişdir. Burada
göstərilir ki, bunun nəticəsində 100 minlərlə insan tələf olur,
sunamidən dəyən zərərin miqdarı milyardlarla, dağılan evlərin
sayı minlərlə, batan gəmilərin, yaralananların sayı minlərlə
hesabla
nır. Sunami dalğalarının fəlakətlərindən ölən insanların
xatirəsini yad edərək həmin ölkələrin bəzilərində (xüsusilə
Amerika qitəsi sahillərində) suya işıq yanan kağız fənərlər
buraxılır və bu böyük bir ərazidə qəribə bir mənzərə yaradır.
1946-
cı il aprelin 1-də Havay adaları ətrafında Xilas bux-
tas
ına saatda 640 km yol qət edən, hündürlüyü 30 m olan su-
nami dal
ğaları hücum etmişdir. Bu dalğalar 3800 km yol qət
edərək sahilə çırpılıb. Nəticədə buxta ətrafındakı bütün
rayonlar dağılmışdır. 159 insan tələf olmuşdur, onlardan 95-i
Xilas
buxtasında həlak olmuşlar. Bu dalğaların gücü bəzən 960
km-
ə çata bilir (cəd. 9.5.).
1960-
cı ü mayın 22-də Çili ətrafında əmələ gəlmiş sunami
dalğaları, 11 m hündürlükdə su bombası kimi Havay adaları-
n
a çırpılır. Nəticədə 31 nəfər tələf olub. Ölkəyə 30 milyon
dollar ziyan dəymişdir. Ümumiyyətlə, keçən əsrdə hər yeddi
ildən bir orada sunami baş verib. İkinci dünya müharibə-
sindən sonra Havay adalarında sunamidən ölənlərin sayı
zəlzələdən ölənlərdən çox olub.
1964-
cü ildə Alyaskadakı zəlzələ sunami yaradır. Dalğa-
n
ın hündürülüyü 24 m olmuşdur. Mart ayının 27-də dalğalar
Alyaska sahil
lərindəki (Sakit okeanm Şimal-Qərb sahillərin-
də) Kreysen Siti şəhərinə çatır və şəhər suyun altında qalır.
11 nəfər həlak olur, ölkəyə 7 milyon dollar zərər dəyir. Qa-
çıb xilas olmuş insanlar şəhərə qayıtdıqda orada şəhər yox
idi. Tarixdə Vaşinqton ətrafında 300 il bundan əvvəl sunami
olması məlumdur. Alimlərin fıkrincə Amerikanın şimal-qərb
158
sahillərində 50 ildən bir güclü sunami olur.
Kenon Biç şəhəri kurort şəhəridir. Yay aylarında burada
turist
lərlə birlikdə 20 minə qədər insan olur. Orada sunami-
lərdən qorunmaq üçün müasir hazırlıq işləri görülüb. Suna-
mi təhlükəsi olan hallarda sirena (siqnal) çalır və məktəb
şagirdləri təcili çölə çıxaraq bir neçə dəqiqəyə yaxınlıqdakı
hündürlüyə çıxırlar və xilas olurlar. Orada axırıncı sunami
30 il bundan əvvəl baş verib. Az insan tələfatı olub.
Vaşinqton Ştatındakı Lonq Biç şəhəri sunami dalğaları
üçün daha təhlükəlidir. Məs. orada 1994-cü ildə baş vermis
sunami vax
tı əhali təhlükəli əraziləri operativ tərk etmiş və
insan tələfatı olmamışdır.
Hazırda Dövlət qoruyucusunda qurulmuş 6 metrlik qurğu
qabaqcadan sunaminin hündürlüyünü, gücünü və vaxtını
xəbər verməyə imkan verir.
Tektonik hərəkətlər nəticəsində Havay adalarında 96 km
uzunluğu olan nəhəng çat əmələ gəlmişdir ki, o istənilən
vaxt adanı iki yerə bölə bilər. Bundan başqa meteoridlərin
düşməsi nəticəsində sunami yarana bilər. 50 il bundan əvvəl
belə bir sumami qeydə alınmışdır.
Keçmiş ittifaq ərazisində güclü sunamilər 1737, 1780,
1898, 1918, 1923, 1953-
cü illərdə qeyd edilmişdir. Sunami-
lərin qorxusu müxtəlifdir və dalğanın hərəkət yolundakı
okea
nın dərinliyi ilə müəyyən olunur. Keçmiş İttifaqda su-
na
milərin yerləşməsini müəyyənləşdirmək üçün iki əsas:
seysmi
k və hidroakustik üsuldan istifadə edən xəbərdaretmə
xidməti mövcud idi. Seysmik və hidrostatik dalğaların ya-
yılma sürəti sunamilərin sürətindən xeyli çox olduğundan,
xəbərdarlıq xidməti əksər hallarda həyəcan siqnalını 30-40
dəqiqə qabaqcadan verə bilər. 1952-ci il noyabrın 4-dən 5-nə
keçən gecə, səhər saat 4-ə yaxın Şimali Kurilsk şəhərinin
sakinləri 7 ballıq zəlzələ ilə yuxudan oyanırlar. Qorxmuş
159
C
ədv
əl
9
.5
160
insanlar evlərdən çıxırlar. Təkanlar dayandıqdan sonra in-
sanlar evlərinə qayıtmağa başlayırlar. Yalnız sunamilərlə
keç
mişdə tanış olanlar, o cümlədən balıqçı-koreyalılar bax-
mayaraq ki, sakit dəniz var idi, onlar birinci təkanı hiss edən
kimi dağa qaçmışlar. Zəlzələdən 45 dəqiqə sonra okean tə-
rəfdən bərk uğultu eşidildi və bir neçə saniyəyə şəhərə
yüksək dalğalar çırpıldı. Dalğa qüvvətli sürətə malik idi və 5
m yüksəkliklə şəhərin mərkəzinə doğru irəliləyir və şəhərin
içərisindən keçən çayın dərəsinə qədər çatır. Bir neçə dəqi-
qədən sonra dalğa öz yolunda dağıtdığı hər şey ilə birlikdə
dənizə çəkilir. Dalğanın geri çəkilməsi o qədər intensiv idi
ki, dənizin dibi bir neçə yüz metrlərlə çılpaqlaşır, sakitlik
başlayır.
15 dəqiqədən sonra şəhərə yüksəkliyi daha hündür 10 m
olan ikinci dalğa çırpılır. Bu dalğa qabağına çıxan hər şeyi
dağıdaraq daha çox ziyan vurur. Dalğaların ardınca yalnız
ev
lərin sement bünövrəsi qalmışdı. Şəhərin içindən keçən bu
dalğa ətrafındakı dağların yamaclarına qədər qalxaraq şəhər-
dəki dərəyə tökülür. Burada dəhşətli bir su dövranı baş verir.
Bu suyun tərkibində tikinti-töküntüləri və kiçik gəmilər də
sürətlə fırlanır. Bir neçə dəqiqə ərzində bu su dövranında
çoxlu insan məhv olmuşdur.
Geriyə qayıdan dalğa arxadan sahil valını vurur və dağın
ətrafına fırlanaraq Kuril boğazına soxulmuşdur. Sahil valı və
dağ bir neçə dəqiqəyə adaya çevrilir. İkinci dalğadan bir
neçə dəqiqə sonra daha zəif üçüncü dalğa gələrək, sahilə
çoxlu tör-
töküntü gətirir. Səhər saat 9-da okeanın səthi
qüvvətli hərəkətə gəlir və bütün gün ərzində yavaşıyır. 1737-
ci ildə Avaçidə, Kuril Lopatasında və adalarda baş vermis
zəlzələ zamanı dəhşətli subasma olmuşdur. Oktyabrın 6-da
gecə yarı 15 dəqiqədə bir neçə təkan olur və bunun
nəticəsində çoxlu kamçatkalıların obaları və köçlərini yuyub
161
aparmışdır.
Günəş sunamiləri. Günəşin səthində ləkələrin olması
hamıya bəllidir. Onlar Günəşdə fiziki proseslər nəticəsində
yaranırlar, yanacaq yanarkən termonüvə prosesləri zəifləyir.
Alimlər belə fıkirləşirlər ki, ləkələr səsin sürətinin kəskin
azalması ilə əlaqədar olan kosmik yaranmadır. Belə ki, bu
ləkələrin yaxınlığında səsin sürəti adi haldan xeyli azdır.
Məlumat, rabitə, idarəetmə, elm, cəmiyyət (MAUSU) Bey-
nəlxalq Akademiyasının prezidenti Y.İ.Borovkov bu fıkirləri
çoxdan söyləsə də 2003-cü ildə Los Anjelesli fiziklər öz
günəşətrafı «Soxo» zondunun köməkliyi ilə ölçülər apararaq
həmin fikirləri təsdiqləmişlər.
Ləkə-Günəş ətrafında daima yaranan günəşətrafı «qara»
dəlikdir. Bu dəlik Günəşdən 2-10 mln. km məsafədə yaranır.
Bu «qara dəliklərin» (deşiklərin) Yer səthinə istiqamətlən-
məsi Yerdə çoxsaylı katoklizmaların, tayfunların yaranma-
s
ına şərait yaradır. Bundan əlavə bu «qara» ləkələr Yer sət-
hindəki havada daha xırda dəyişikliyin yaranmasına səbəb
olur. Bu ona görə baş verir ki, Yer Günəşin fokusunda
dayanmışdır. Fərz etsək ki, Günəş iri uzunfokuslu linzadır,
onda Yer planeti onun fokusunda olur.
Alimlər hesablamışlar ki, L/GD - Günəşdən yerə qədər
olan orta məsafənin Günəşin diametrinə (GD-1,39 mln.km)
nisbəti (L-149, 5 mln. km), sonra isə Günəşin diametrinin
Yerin diametrinə nisbəti (YD-12,756 min km), yəni GD/YD
eyni qiymət-108 alırsa da, belə münasibət Ay üçün də alınır:
LA/GD=108 olur. Günəş şüalarının fokuslaşmasından qızır.
Bizim Günəş sisteminin başqa planetləri isə Günəşin foku-
sunda deyillər və ona görə də onlarda həyat yoxdur və ola
bilməz.
26 dekabr 2004-cü il sunam
isi xüsusilə qüvvətli olmuş-
dur, çünki, o
gün Ay tam görünürdü. Ona görə də okeanın
162
suyu sahildən 500 m-ə qədər uzaqlaşır, sonra bu nəhəng su
kütləsi qüvvətlə sahilə çırpılaraq qarşısındakı hər şeyi dağı-
dır. Təsəvvür oyanırdı ki, qovulan dalğa 4000 m dərinlikdə
baş vermis sualtı zəlzələnin nəticəsində yaranmışdır. Bu
Sumatra adası yaxınlığında Birma və İndoneziya plitələrinin
tərpənməsindən baş vermişdir. Əslində isə sualtı qayıqla
enib baxsaq heç bir tərpəniş olması görünmür. Şri-Lanka
adas
ında çəkilmiş şəkildə əyri-üyrü dəmir yol relslərin
olması göstərir ki, bu böyük su kütləsinin sahilə hidravlik
qüvvəsi vasitəsilə çırpılması nəticəsində baş vermişdir. Bu
zərbə isə Yerə gələn Günəşətrafı «qara dəliyin» proyeksi-
yas
ının Cənub-Şərqi Asiyanın ekvatorial vilayətlərinə düş-
məsindən baş verir.
2004-cü ilin 26 dekabr
ında baş verən zəlzələ bilavasitə
Günəşin ləkəəmələgətirən aktivliyi vaxtına düşmüş, həm də
ki, bu ayın tam bədrlənmiş vəziyyətinə təsadüf edirdi.
Buna oxşar mənzərə 2004-cü ilin yanvar ayının 9-da
Sankt-
Peterburqda olmuşdur. Günəşətrafı «qara deşiyin» pro-
yeksiyası yüksək təzyiq zonası - antisiklon yaratmış və şə-
hərdə az rast gəlinən qış subasması baş vermişdir. Nəzəri
olaraq be
lə kataklizmaları əvvəlcədən hesablamaq mümkün
deyil. Birincisi o
na görə ki, Günəş üzərindəki ləkənin fizi-
kas
ını bilmirik. İkincisi, həm Günəş, həm də Yer fırlanır. Ona
görə də hansı ləkənin bilavasitə Yerə istiqamətlənməsini
demək çətin olur. Bundan əlavə Yerin peyki olan Ay da Yerin
kosmosdakı vəziyyətinə təsir edir. Amma hər halda alimlər
Günəşdə ləkəyaradan aktivliyin monitorinqini apara bilirlər.
Rusiyada kristalların böyüdülməsi indikatoru yaradılmışdır.
Bu cihazın içərisindəki xüsusi məhsul Günəşdəki təzyiqin
temperaturun və lazer şüalarının dəyişilməsini hiss edir.
2004-cü il dekabr
ın 4-də Moskva vaxtilə saat 14
25
-
də
Günəş səthində birinci partlayış başlayaraq, Yer səthinə
163
doğru yüklənmiş hissəciklərin böyük kütləsi atılır. Bundan 8
dəqiqə sonra Amerika süni peyki GOES rentgen şüalarının
zərbəsini qeydə alır. Rentgen şüaları adətən S, M və X adlı
üç sinfə bölünür. Hər bir sinif özündən əvvəlkindən 10 dəfə
qüvvətli olur. Elə buna görə də dekabrın 5-də rentgen
şüalanması şkalanın ən yuxarısına, 9-10 ballara çatmışdır.
Be
lə rentgen şüalarının partlayışı tarixdə çox nadir hal-
larda baş verir. Xoşbəxtlikdən partlayış dalğası birbaşa Yer
səthinə yönəlməmişdi. Dekabrın 7-də baş vermis ikinci part-
layış daha ciddi olmuşdur. Bu zərbə Günəş üzərində 3,5 mil-
yard km
2
ərazidə yayılmışdır. Bu ərazi isə Yerin ərazisindən
8
5 dəfə çoxdur.
Bu iki partlayışdan gələn maqnit dalğaları, əgər 2004-cü
il dekabr
ın 10-13-ü arasında olsaydı, onda o dalğalar birbaşa
Yerə istiqamətlənmiş olardı. Bu partlayış dalğaların Yer
səthinə bir başa istiqamətlənmədiyinə görə bəşəriyyət əziy-
yət çəkməmiş, bir neçə süni peyklərdə olan elektron cihaz-
ların korlanması ilə nəticələnmişdir. Qüvvətli sunami 1952-ci
ilin payızında Kuril adaları və Kamçatkanın şərq sahillərini
tutmuşdur. Sualtı zəlzələnin ocağı nisbətən uzaq deyildi
(Kuril-
Kamçatka dərinliyi ərazisində). Dalğa tezliklə Kuril
adalar
ına və Paramuşir adasına yaxınlaşaraq, ən çox 18 m
yüksəkliyə qalxmışdır.
Paramuşir adasında peçlər uçmuş, ev əşyaları tökülüb
sınmış, insanlar çölə qaçmışlar.
Paramuşirdə noyabrın 4-dən 5-nə keçən gecə əhali zəlzələ
nəticəsində tələsik oyanaraq evlərdən çölə çıxmışlar. Peçlər,
qab-
qacaq, ev əşyaları dağılmış və qırılmışlar. Bir neçə
dəqiqədən sonra məlumatsız əhali evlərinə dönmüşlər.
Amma sunamilər haqda məlumatı olanlar, əsasən balıqçılar
dənizin sakit olmasına baxmayaraq, dağlara qalxmışlar.
Zəlzələdən 45 dəqiqə sonra okean tərəfdən güclü uğultu
164
eşidildi və bir neçə saniyə sonra Şimali Kurilə böyük sürətlə
nəhəng dalğa irəlilədi. Dalğaların ən hündür hissəsi şəhərin
mərkəzi hissəsində olmuş və çayın dərəsinə qədər çatmışdır.
Bir neçə dəqiqədən sonra dalğa dənizə doğru geri qayıdır
və özü ilə dağıtdığı hər şeyi aparmışdır. Boğazın dibi bir
neçə yüz metr məsafədə boşalır, sakitlik yaranır. 15-20
dəqiqədən sonra şəhərə daha qüvvətli 10 metr hündürlükdə
olan ikinci
dalğa gəlir. Bu dalğa daha böyük dağıdıcı qüv-
vəyə malik olmuş, bütün tikililəri dağıtmışdır. Dalğanın
arxas
ında yalnız evlərin bünövrəsi görünürdü.
Dalğa şəhərdən keçərək, dağın yamacına çatmış, sonra isə
geri-
çökəkliyə çəkilmişdir. Burada su dövrəsi yaranmış və
dövr
etmədə tikililərin qalıqları və kiçik gəmilər iştirak et-
mişlər. Geri çəkilərkən dalğa sahil zonanı arxadan vurmuş-
dur
. Orada arxada qalmış bir neçə evi də dağıdaraq Kuril
körfəzinə dolmuşdur.
İkinci dalğadan bir neçə dəqiqə sonra üçüncü daha zəif
dalğa gəlir ki, bu da özü ilə sahilə çoxlu qırıntılar gətirir.
1960-
cı ildə Çili yaxınlığında baş vermis sunami də
dəhşətli olmuşdur. Bu sunami nəticəsində nisbətən az adam
ölsə də, əsasən Maulin çayının mənsəbində təqribən 1000-ə
yax
ın adamın batması güman olunur. Çili sahillərinə bir ne-
çə nəhəng dalğa hücum edir. Dənizdə ilk qabarma çox hün-
dür olmur. 4-
5 m hündürlüyə qalxan dalğa 5 dəqiqə sakit
qalır. Sonra isə dalğa geri çəkilir. Geri çəkilmə sürətli ol-
maq
la bərabər, sovrulan su səsinə oxşar qüvvətli səslə
müşahidə olunur. İkinci dalğa 20 dəqiqə sonra sahilə çırpılır.
Sürət 5-200 km/s, hündürlük isə 8 m olur.
Be
ləliklə yuxarıda yazılanlarda göründüyü kimi təbiətdə
elə təbii fəlakətlər vardır ki, onlar insanların fəaliyyətindən
asılı olmayaraq yaranır və bunların qarşısını almaq mümkün
olmur, həm də ki, böyük itkilərlə başa gəlir.
165
Sunamilərə qarşı qismən müdafiə olunmaq üçün tədbir-
lərə: süni sahil qurğularının (dalğakəsən, tökmələr və s.),
okean sahili boyu meşə zolağının salınması zəruridir, 40-50-
ci il
lərdə ABŞ, Yaponiya və Keçmiş SSRİ-də əhalini qabaq-
cadan xəbərvermə qulluğu yaradılıb ki, onlar sunamilərin
yax
ınlaşması haqda, sahil seysmoqrafları ilə təchiz olu-
nurlar.
Yer kürəsinin bütün tarixi boyu vulkan püskürmələri, zəl-
zələlər, sunamilər və tektonik aktuallıqla əlaqədar baş verən
başqa təbii fəlakətlər dövrü olaraq insanlar və heyvanlar
aras
ında böyük tələfatlara səbəb olmuşdur.
Beləliklə fəlakətli proseslərdən biri olan sunami dalğa-
lar
ının törətdiyi təzadlarla əlaqədar apardığımız araşdırmalar
aşağıdakı nəticələri söyləməyə imkan vermisdir:
1.
Sunamilər okean və başqa su hövzəbrində suyun təla-
tümə gəlməsi nəticəsində yaranan uzun dalğalardır. Əksər
sunami
lərin yaranmasına səbəb qüvvətli sualtı zəlzələlər
hesab olunur. Sunamil
lərin 80%-dən soxu Sakit okeanın hər
iki sahil
lərində baş verir.
2.
Qüvvətli sunamilərlə müşahidə olunan daha çox
dağıdıcı zəlzələlər o ərazilərdə baş verir ki, orada bir litosfer
tavası o biri litosfer tavasının altına girməkdə olur.
3.
Dağıdıcı sunamilərin yaranmasının əsas şərtlərindən
biri okean
ın həmin sahələrində dərin çatın olmasıdır ki, onun
uzunu boyunca zəlzələ ocağı yaranır, belə ki, onlar seysmik
zona hesab olunur.
4.
Adətən dalğanın gəlməsindən bir az əvvəl gözlənilmə-
dən dənizin sürətli çəkilməsi baş verir. Su sahildən min
metr
lərlə dənizə doğru çəkilir və yaxud suyun sürətlə sahil-
dən uzaqlaşması və dibin çılpaqlaşması baş verir. Bu zaman
dalğanın səsi kəsilir. Bir neçə dəqiqədən sonra sahil zona-
sındakı şəhərlərə və başqa balıqçı qəsəbələrinə divar kimi su
166
dal
ğası gəlir ki, bu dalğa da öz yolunda hər şeyi yuyub
aparır.
5.
Sunamilərin gəlməsini xəbər verən sistemlər əsasən
seys
mik məlumatların aparılması nəticəsində mümkün olur.
Xəbərdaredici sistemlərin əsas əhəmiyyəti əhali arasında ak-
tual informasiya
nın yayılmasıdır. Ən mühümü odur ki, əhali
sunami
lərin necə təhlükəli olmasını təsəvvür edilmiş olsun.
6.
Günəşin səthində ləkələrin olması hamıya bəllidir. Lə-
kə-Günəş ətrafında daima yaranan günəşətrafı «qara dəlik-
lərdir». Bu «qara dəliklərin» Yer səthinə istiqamətlənməsi
Yerdə çoxsaylı katoklizmaların-tayfunların, tornadonun, su-
nami
lərin, siklon və antisiklonların yaranmasına təsir
göstərir.
7.
Nəzəri cəhətdən belə kataklizmaları əvvəlcədən hesab-
lamaq mümkün olmasa da, be
lə ehtimal olunur ki, alimlər
Günəşdə ləkəyaradan aktivliyin monitorinqini apara bilərlər.
|