515) Pankreatitlərin patogenezində hansı amillərin rolu vardır?
A) Pankreatik axarların obstruksiyası
B) Sadalananların hamısı
C) Enzimlərin orqandaxili aktivasiyası
D) Komplement sisteminin aktivləşməsi
E) İşemik faktor
Ədəbiyyat: И.И. Дегтярева. «Клиническая гастроэнтерология» 2004г.
516) Xroniki pankreatitin remissiya dövründə nəcisin laborator müayinəsində nə aşkar olunur?
A) Əzələ lifləri
B) Sadalananların hamısı
C) Nişasta dənələri
D) Neytral yağlar
E) Həll olunmamış hüceyrələr
Ədəbiyyat: И.И. Дегтярева. «Клиническая гастроэнтерология» 2004г.
517) Aşağıda sadalanan faktorlardan hansı pankreatitlərin inkişafına səbəb ola bilər?
A) İnfeksion parotit
B) Hiperparatireoz
C) Əqrəb dişləməsi
D) Sadalananların hamısı
E) Hepatit B
Ədəbiyyat: И.И. Дегтярева. «Клиническая гастроэнтерология» 2004г.
Dostları ilə paylaş: |