835) Toksiki ur olan xəstədə ürək-damar sistemi tərəfindən olan hansı dəyişikliklər müşahidə olunmur?
A) Ürək ritminin pozulması
B) Fasiləli ürəkdöyünmə
C) Qanın dəqiqəlik həcminin artması
D) Təngnəfəslik
E) Daimi ürəkdöyünmə
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
836) Toksiki ur olan xəstələrdə ürək-damar sistemi tərəfindən xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq hansı əlamət rast gəlinmir?
A) Funksional damar küyləri
B) Qan dövranı çatmamazlığı
C) Ürək sərhədlərinin dəyişilməsi
D) Sistolik təzyiqin artması və diastolik təzyiqin azalması
E) Ağır hallarda belə ürək ritminin nadir dəyişiklikləri
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
837) Toksiki ur zamanı miokard infarktının inkişafının nadır hallarda olması nə ilə əlaqədar deyil?
A) Lipid mübadiləsində dəyişikliklər ( b-lipoproteidlərin,xolesterin səviyyəsinin azalması )
B) Trombositlərin aqreqasiyasının artması
C) Qan dövranı hərəkətinin sürətlənməsi
D) Qanın laxtalanma əleyhinə sisteminin aktivliyinin artması
E) Qanın laxtalanma sisteminin aktivliyinin azalması
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
838) Toksiki ur zamanı mədə-bağırsaq traktı tərəfindən hansı dəyişikliklər müşahidə olunmur?
A) İştahanın dəyişilməsi ( xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması və ya azalması)
B) Qəbizlik
C) Mədədə və bağırsqda ağrı tutmaları
D) Mədə şirəsi sekresiyasının dəyişilməsi (xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması və ya azalması)
E) Tez-tez defekasiya aktı
Ədəbiyyat: Дедов И. И., Мелниченко Г. А., Фадеев В. В. «Эндокринология» 2000 г.
Dostları ilə paylaş: |