134) Xəstəxanadan kənar pnevmoniya diaqnozu güman edilib xəstəxanaya yerləşdirilən pasiyentlərə hansı şərtdə torakosentez nəzərdən keçirilir?
A) Plevral eksudatın həcmi çox olan xəstələrdə
B) Pasiyent uzun müddət oksigen alarsa
C) Ağır və aydın olmayan hallarda
D) Arterial qanda qazların ölçüsü: Sat O2 < 90%
E) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi olarsa
Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008
135) Pasient ilk gün ərzində az produktiv öskürək, 2-4 gün ərzində selikli-irinli bəlğəm ifrazı şikayətləri ilə həkimə müraciət edib. Müayinə zamanı aşkar edilib: döş qəfəsində ağrı olmur. Hərarət – 37,8°C – dir. TS – də. 20 – dir. ÜDS – 85 – dir.A/T – 115/80 mm c. s. Sianoz yoxdur. Qanın analizində - mütədil leykositoz. Rentgenoloji müayinə - 1 payın 1 seqmenti zədələnmişdir.
Dostları ilə paylaş: |