535) Orta gedişli pankreatitin remissiya dövründə müalicəyə bu tədbirlərdən
hansını əlavə etmək olar?
A) Antihipoksantların təyini
B) Disbakterioz əleyhinə tədbir
C) Essensial fosfolipidlərin təyini
D) Hər birini
E) Polivitamin təyini
Ədəbiyyat: И.И. Дегтярева. «Клиническая гастроэнтерология» 2004г.
536) Duodenal möhtəviyyatdan olan bu maddələrdən hansı mədəaltı vəzinin parenximasını zədələyə bilər?
A) Hər biri
B) Lizolesitin
C) Bakteriyalar
D) Proteolitik fermentlər
E) Öd turşuları
Ədəbiyyat: И.И. Дегтярева. «Клиническая гастроэнтерология» 2004г.
537) Aşağıdakı sadalanan faktorlardan hansı pankreatitlərin inkişafına səbəb ola
bilər?
A) Mədəaltı vəzinin birincili karsinoması
B) Heç biri
C) Mədə axiliyası
D) Hamısı
E) Mədəaltı vəzinin metastatik karsinoması
Ədəbiyyat: И.И. Дегтярева. «Клиническая гастроэнтерология» 2004г.
538) Bu dərman vasitələrindən hansı mədəaltı vəziyə zədələyici təsir göstərə bilər?
A) 6-merkaptopurin
B) Furosemid
C) Sulfanilamidlər
D) Hamısı
E) Metronidazol
Ədəbiyyat: И.И. Дегтярева. «Клиническая гастроэнтерология» 2004г.
Dostları ilə paylaş: |