603) Qirşprunq xəstəliyi üçün daha informativ diaqnostik üsul hansıdır?
A) Ultrasəs müayinəsi
B) Korpoloji yoxlama
C) Radioizotopla yoxlama
D) Rentgenoloji yoxlama
E) Nişangahlı biopsiya ilə kolonofibroskopiya
Ədəbiyyat: И.И. Гончарик. «Клиническая гастроэнтерология» 2002 г.
604) Qirşprunq xəstəliyinin əsas müalicə üsuluna nə aiddir?
A) Vitaminoterapiya
B) Cərrahi üsul
C) Rentgenoterapiya
D) Kimyəvi terapiya
E) Konservativ terapiya
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
605) Yoğun bağırsağın divertikulyozu ən çox harada rast gəlir?
A) Bütün sayılanlarda
B) Siqmayabənzər bağırsaqda
C) Enən çənbər bağırsaqda
D) Düz bağırsaqda
E) Köndələn çənbər bağırsaqda
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
606) Yoğun bağırsağın divertikulyozunda çox yayılmış simptom hansıdır?
A) Qəbizlik
B) Bütün sayılanlar
C) Qarında ağrılar
D) Meteorizm
E) İshal
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко. «Клиническая гастроэнтерология» 2001 г.
Dostları ilə paylaş: |