288) Qulaqcıq fibrilyasiyası zamanı xarakter EKQ əlamət hansıdır?
A) “P” dişinin mənfi olması
B) “f” dalğalarının olması
C) Normal QRS-dən əvvəl müxtəlif formalı “P” dişləri
D) RR intervallarının bərabər olması
E) QRS-in genişlənməsi
Ədəbiyyat: V. N. Orlov. “Elektrokardiqrafiya üzrə rəhbərlik” 2003 il.
289) Qulaqcıq fibrilyasiyası tutmasının aradan qaldırılması üçün aparılan tədbir hansıdır?
A) Döş sümüyünün aşağı üçdə birinə yumruqla zərbə
B) Kordaronun v/d infuziyası
C) Ürəyin qapalı masajı
D) Süni tənəffüs
E) Elektrokardiostimulyasiya
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
290) Mədəcik fibrilyasiyasınin aradan qaldırılması üçün aparılan ilkin tədbir hansıdır?
A) Vena daxilinə izoptinin yeridilməsi
B) Kordaronun v/d infuziyası
C) Elektrokardiostimulyasiya
D) Ürəyin açıq masajı
E) Ürəyin qapalı masajı, süni tənəffüs
Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.
291) Qulaqcıq fibrilyasiyasının aradan qaldırılması üçün işlədilən antiaritmik preparat hansıdır?
A) ATF
B) MgSO4
C) Verapamil
D) Propafenon
E) Lidokain
Ədəbiyyat: V. N. Şestakov. “Ürək aritmiyalarının diaqnostika və müalicəsi” 1999 il.
Dostları ilə paylaş: |