Tərbiyə işi: məktəb, ailə, ictimaiyyət



Yüklə 16.65 Kb.
PDF просмотр
tarix23.12.2016
ölçüsü16.65 Kb.

Tərbiyə işi: məktəb, ailə, ictimaiyyət 

 

Çoxəsrlik  bəşər  tarixi  sübut  etmişdir  ki,  cəmiyyətin  sürətli  inkişafını  təmin 



edən  amillər  içərisində  ən  önəmlisi  tərbiyədir:  düzgün  qoyulmuş  tərbiyə  inkişafa 

böyük təkan verdiyi  kimi, əksinə, səhv tərbiyə geriliyin əsas səbəbinə çevrilir. II 

Dünya müharibəsindən sonrakı proseslər,məğlub Almaniya və Yaponiyanın, qalib 

SSRİ-nin sonrakı taleləri buna əyani sübutdur. 

 

 

Üçüncü  minillikdə  sivilizasiya  çoxsaylı  ictimai  və  təbiət  xarakterli 



kataklizmlər  və  fəlakətlərlə  rastlaşır  və  bu  şəraitdə  bəşəriyyət  özünün  gələcək 

inkişaf  yolunu  müəyyənləşdirmək  məcburiyyətindədir.  Bu  istiqamətlər  içərisində 

ən zəruri və əlverişli olanı təhsil və tərbiyə sayılmalıdır, çünki bu sahə milyarddan 

çox şagirdi və 50 milyondan çox müəllimi əhatə edir. Həmçinin isbat olunmuşdur 

ki, ən əlverişli investisiya insan yetişdirilməsi üçün yönəldilən investisiya sayılır. 

 

İnsanın  bir  şəxsiyyət  kimi  formalaşması,  onun  mənəvi-əxlaqi  dəyərlər 



sisteminin təşəkkül tapması təhsillə bağlıdır. 

 

Müəllim  şəxsiyyəti,  nüfuzu,  əxlaqı  cəmiyyət  üçün  nümunə  olmalıdır.  Bir 



vaxtlar  ən  yüksən  təhsil  qabiliyyətinə  malik  olan  əlaçı,  medalçı  gənclərimiz 

müəllim ixtisasına yiyələnərək gənc nəslin tərbiyəsi ilə  məşğul olurdular. Bu gün 

ölkəmizdə  tanınan  görkəmli  alim  və  ziyalıların  mövcudluğuna  görə  xalqımız 

Mustafa  Topçubaşov,  Əziz  Əliyev,  Yusif  Məmmədəliyev,  Azad  Mirzəcanzadə, 

Rəsul  Rza,  Bəxtiyar  Vahabzadə,  Xudu  Məmmədov,  Mirəli  Axundov,  Qara 

Mustafayev kimi tanınmış alim-pedaqoqlara minnətdar olmalıdır.  

 

Əfsuslar olsun ki, bu sahədə ölkədəki mənzərə heç də ürəkaçan deyil: 250-



300  balla  pedaqoji  ali  təhsil  müəssisələrinə  qəbul  olunan  gənclərin  gələcəkdə 

müəllim  kimi  fəaliyyətinin  nəticəsini  qabaqcadan  proqnozlaşdırmaq  çətin  deyil  – 

ölkələr  və  millətlər  arasında  gedən  bu  gərgin  yarışda  belə  kadrlarla  qələbə 

qazanmaq müşkül görünür.  

 

“Dövlət  bir  binadırsa,  onun  təməli  təhsil  və  tərbiyədir”  fikri  özünü  həmişə 



doğruldur.  SSRİ-də süni peykin kosmosa buraxılması ilə əlaqədar amerikanlar çox 

narahat olmuş, “millət təhlükədədir: məktəb islahatı zəruridir” fikrini irəli sürmüş 

və təhsilə qoyulan xərcləri kəskin artırmışdır, nəticə isə göz qabağındadır. 


  

Ulu öndərimizin müdrik siyasəti nəticəsində imzalanan neft-qaz kontraktları 

ölkəmizin  maddi  imkanlarının  kəskin  artmasına  şərait  yaratdı:  ölkədə  çox  böyük 

quruculuq, abadlıq işləri görülür. Amma bilməliyik ki, təbii sərvətlərimiz təkənməz 

deyil. 

 

Məlumdur ki, hər bir ailənin ən böyük nailiyyəti yaxşı təhsil və tərbiyə almış 



sağlam övlad böyütməkdir. Dövlət və millət üçün də bu şərt keçərlidir - ən böyük 

sərvətimiz  yüksək  intellektə  və  tərbiyəyə  yiyələnmiş  sağlam  vətəndaşlarımızdır. 

Bizim  gələcəyimiz  təhsillə  bağlıdır.  Elə  bir  təhsil  ki,  onun  nəticəsi  Nobel 

mükafatçıları,  yəni  texnologiyaların,  ən  müasir  elmi  kəşflərin  ixtiraçıları  olsun. 

Bütün  bunların  kökündə  isə  gözəl  əxlaqlı,  həssas,  mədəni,  vətənpərvər  insan 

dayanır. Təhsilin nəticəsi bu olmalıdır. Belə vətəndaşların yetişdiyi ölkə dünyanın 

ən  nüfuzlu,  cəlbedici  və  qüdrətli  ölkəsi  olacaqdır.  Mən  inanıram  ki,  Azərbaycan 

istər insan, istərsə də maddi resurslar cəhətdən buna qadirdir.  

 

Böyük  mütəfəkkir  M.F.Axundovun  Yusif  Sərracın  dili  ilə  söylədiyi  sözlər 



unudulmamalıdır  və  bu  gün  də  yerinə  düşür:  “Hakimi  vilayətlərə  mənim 

tərəfimdən  elan  edərsiniz  ki,  Allahdan  qorxsunlar,  nahaq  iş  tutmasınlar,  xalqı 

talayıb  dağıtmasınlar,  rüşvət  almasınlar,  yəqin  bilsinlər  ki,  bu  növ  hərəkət  axırda 

onların özlərinin bədbəxtliyinə və həlakətinə bais olur”. 

“Dünyada yalnız bir problem var, tək bir problem – mənəvi məzmunu və mənəvi 

qayğıları insanlara qaytarmaq!” – deyən Antuan de Sent-Ekzüperi necə də haqlıdır. 

 

Yalnız  sağlam  mənəviyyat  dünyanı  xilas  edə  bilər  –  sağlam  mənəviyyatın 



əsasları isə təhsillə bağlıdır. 

 

Ədəbiyyat 

1.

 

A.Mirzəcanzadə “Yaradıcılıq haqqında düşüncələr” Bakı, “Yazıçı” 1984 



2.

 

İ.P.Podlasıy “Pedaqogika” , Moskva “Vlados” 2003 



3.

 

V.A.Sitarov “Didaktika” Moskva “Akademia” 2002 



4.

 

M.F.Axundov “Aldanmış kəvakib” 



5.

 

V.S.Kukuşkin “teoriya i metodika Vospitatelnoy rabotı” Rostov-Don” mart 



2002. 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə