Estetik tərbiyə prosesində öncə insanda estetik şüur yara- dılmalı, sonra estetik hisslər inkişaf etdirilməli və daha sonra estetik davranışa nail olmaq lazımdır.
Estetika – gözəllik haqqında elmdir. Gözəllik hissi insan qəl- bini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə yönəldir. Gözəl fikrə və qəlbə malik insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz. Bu mənada "Dünyanı gözəllik xilas edəcək" fikrinə haqq qazandırmaq olar. Dahi şairimiz Hüseyn Cavid deyirdi: “Mənim tanrım gözəllik- dir, sevgidir”.
Gözəlliyin başlıca mənbələrini təbiət, cəmiyyət, ədəbiyyat, incəsənət və insan gözəlliyi təşkil edir. İnsanın gözəlliyi zahiri və daxili gözəlliyin vəhdətidir.
Estetik tərbiyə məktəblilərin həyata estetik münasibətlərini, bədii zövqünü, gözəlliyi duyma, qavrama bacarıq və qabiliyyət-
lərini, hisslərini inkişaf etdirir və formalaşdırır.
Estetik tərbiyə geniş anlayış olub, bədii tərbiyəni də əhatə edir. Bədii tərbiyə incəsənət əsərləri vasitəsilə həyata keçirilən estetik tərbiyə prosesidir.
Estetik tərbiyənin sisteminə ailədə və uşaq bağçasında estetik tərbiyə, məktəbdə təlim prosesində və sinifdənxaric tədbirlərdə, məktəbdənkənar tərbiyə müəssisələrində, habelə uşaq həyatının təşkilində, insan münasibətlərində estetik tərbiyə işləri daxildir.
Estetik tərbiyənin bünövrəsi ailədə qoyulur. Ailə gözəlliyin, uşaq zövqünün ilk məktəbi, ana laylası uşaqların ilk nəğməsidir. Ailədəki səliqə-sahman, təmizlik, uşaq oyuncaqları, ev avadanlığı və əşyalarının gözəlliyi, valideynlərin oxuduğu mahnı və şeirlər, danışdıqları nağıllar, təbiət gəzintiləri - bütün bunlar kiçik yaşlarda uşaq zövqünü formalaşdırır.
Məktəbəqədər dövrdə estetik tərbiyə çox böyük əhəmiyyət kəsb edir. Estetik tərbiyə uşaq bağçasında daha sistemli xarakter kəsb edir. Uşaqlarla estetik məzmunlu məşğələlər - təbiətlə və ətraf aləmlə tanışlıq, musiqi, rəsm, gil, applikasiya, quraşdırma işləri, əmək məşğələləri aparılır, musiqili-didaktik oyunlar keçirilir, bay- ram və əyləncələr yüksək estetik formada təşkil edilir.
Dostları ilə paylaş: |